Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   8   9   10   11   12   13   14   15   ...   147

19 
 
əsrdə Gevond Kaqadan (Qala) - Ostani Mərzpanyandan (mərzbanların iqamətgahı) danışır ki,
62
 bu da Qəbələyə 
uyğun gəlir. 1959-cu ildən bu günədək möhtəşəm qala divarlarının xarabaları qalan Çuxur Qəbələ  kəndinin 
[Azərbaycan Respublikasının keçmiş Qutqaşen (indiki Qəbələ) rayonu] həndəvərində aparılan arxeoloji 
qazıntılar nəticəsində antik dövrə aid qədim Qəbələ şəhər yeri aşkara çıxarılmışdır. Qəbələnin xarabalıqları orta 
əsrlər şəhər yerindən 2 km cənub-şərqdə, Çuxur Qəbələ kəndinin yaxınlığında, Qafqaz dağlarının ətəklərində, 
Qaraçay və Covurluçay arasındakı geniş təpədədir. Hər tərəfdən qala divarları  və bürclərlə  əhatə olunmuş iki 
böyük hissədən - Səlbir və yerli əhalinin Govurqala adlandırdığı qaladan ibarətdir. Onlardan şərqdə, 
Covurluçayla, Qoçalançay arasındakı geniş düzənlikdə  məbəd yeri nekropolu və tikinti qalıqları vardır. 
Qəbələnin ətrafı meşə və vadilərlə zəngindir. Şəhər onu əhatə edən dağ kəndleri ilə yaxşı müdafıə olunurdu. Ən 
yaxın keçidlər olan Savalanda və Avalanda (yaxud Ağvanda) istehkamlar və bürclər tikilmişdi. Səlbirin qala 
divarları, dördkünc və yarımdairəvi bürcləri daha çox dağılmışdır. Divarlardakı  və bürclərdəki mazğallar 
düzbucaqlı formasındadır.  Şimal və  qərb hissələrdə darvaza yerlərinin qalıqları durur. Səlbirin  ərazisindən, 
ümumiyyətlə, bütün şəhəri dövrələyən dərin xəndəklə ayrılan Qala hissəsində divarlar, bürc və darvaza yerləri 
daha yaxşı qalmışdır. Qalanın cənub tərəfində hündürlüyü təxminən 7-8 m, diametri 5-6 m olan dairəvi və 
yarımdairəvi bürclər vardır. Hücum təhlükəsi zamanı  xəndək su ilə doldurulurdu. Divarlar və bürclər çiy 
kərpicdən, çaydaşlarından və  əhəng məhlulundan istifadə 
[42 - 43]
 edilməklə bişmiş  kərpicdən hörülmüşdür. 
Şəhər istehkamlarının bünövrəsini qoyulmasında iri yonulmuş yerli tuf daşlarından istifadə olunmuşdur.
63
 
Qəbələnin  şəhər yerində  və antik dövrə aid qəbiristanında aparılan arxeoloji qazıntı  işləri nəticəsində 
şəhər yerinin ən alt təbəqəsinin eramızdan  əvvəl III minilliyin ikinci yarısına (erkən dövrü) aidliyi aşkar 
edilmişdir. Həmin təbəqədə itilənmiş  dəvəgözü daşı, çaxmaq daşı  və  dəvəgözü daşı  qırıntıları, keramika 
parçaları  və s. materiallar tapılmışdır. Bu təbəqədən üstə antik dövr təbəqələri gəlir. Onlarda alt təbəqəsi 
eramızdan əvvəl IV-III əsrlərə aid olunan üç tikinti dövru ayırd edilir. Burada təsərrüfat oyuqları, bəzi novşəkilli 
kirəmitlər, yastı kirəmit parçaları, müxtəlif gil qablar, bəzək şeyləri, habelə möhürbəndli fərman tapılmışdır.
64 
Yuxarı  təbəqə numizmatik tapıntılara [Makedoniyalı  İsgəndərin (e.ə. 336-323-cü illər) draxma və 
tetradraxmalarına oxşatma olan yerli sikkələr, Parfıya hökmdarı III Fraatın (e.ə. təqribən 70-58-ci illər) 
draxmaları] və digər materiallara əsasən e.ə. II-I əsrin ikinci yarısına aid edilir. Bu təbəqədə daş divar 
bünövrələri, yastı və novşəkilli dam örtüyü kirəmitləri, çoxlu miqdarda gil qab qırıqlan, bəzək əşyalan, gildən 
qayırılmış insan və heyvan fıquraları, habelə möhürbəndlərində istər  şərq, istərsə  də antik kemallan üçün 
səciyyəvi sujetlər olan fərmanlar aşkar edilmişdir.
65
  Tədqiqatçıların fıkrincə, Makedoniyalı  İsgəndərin 
tetradraxmalarına oxşatma sikkələr e.ə. II əsrdə Qəbələ sikkəxanasında zərb olunurdu.
66
 
Qazıntının e.ə. I - eramızın I əsrinə aid edilən üst təbəqəsində qazıntı sahəsinin hüdudlarından belə 
kənara çıxan (qazıntının sahəsi 1100 kv. m-ə çatdırılmışdır), böyük bina kompleksinin xarabalıqları  aşkar 
edilmişdir. Binanın 2,1 m qalınlıqları olan divarları çiy kərpicdən hörülmüşdür. Döşəməsi də çiy kərpicdəndir. 
Binanın damı iri yastı və ikiçatlı kirəmitlə örtülmüşdü. Bina şərq və qərb hissələrindən ibarətdir. Giriş qapılan 
cənubdan və şərqdəndir. Bütün qazıntı sahəsində yanğın izləri nəzərə çarpır. Sahəsi 56, 87, 118 kv. m. olan üç 
zal və bir neçə  xırda otaq ayırd edilmişdir. Böyük otaqların hər birinin ortasında iki ağac sütun üçün daş 
sütunaltı qalmışdır. Binanin şərq və  cənub tərəflərindəki 2 m enində  dəhlizlərdən başqa otaqlar

keçid vardır. 
Otaqlarda az miqdarda gil qab qırıntıları tapılrnışdtr. Yalnız kompleksin qərb hissəsindəki balaca otaqlarda 
saman külü, yannıış buğda və arpa sünbülləri qalmışdır.
67
 Tədqiqatçıların fikrincə, aşkar edilmiş kompleks e.ə. I 
- eramızın I əsrinə aid ictimai-inzibani 
 
bina olub, Qafqaz Albaniyası  ərazisində bu qəbil tikililərin nadir 
abidəsidir. Bizcə, həmin kompleks İranda-Parfıya padşahlığı  və Sasanilər dövründə mövcud olmuş od 
məbədlərindəndir. 
Sütunlu zalların və bir neçə kiçik otağın, habelə dolama dəhlizlərin mövcudluğu
68
  həmin binanın 
Zərdüştliyin oda sitayiş kultu ilə bağlı ictimai-dini ayinlərin icrası üçün nəzərdə  tııtulduğunu ehtimal etməyə 
imkan verir. Bunu həmin ərazidən tapılan məbəd təsviri, od mehrabı və ibadət səhnələri həkk olunmuş daşlarla 
bəzədilmiş gümüş üzük də təsdiq edir.
69
 
V  əsrdə yepiskopun iqamətgahı  Qəbələdə yerləşirdi, Musa Kalankatlı 488-ci ildə Aluen şəhərində 
çağırılmış məclisdə qəbul edilmiş kanonik qanunların altındakı imzalardan danışarkən hökmdar Vaçaqandan və 
Partav arxiyepiskopundan sonra qəbələ (Kapala) yepiskopu Manasenin imzasının durduğunu bildirir. Həmin 
müəllif VII əsrdə xalkedonit katolikos Nerseslə  əlaqədar hadisələrdən bəhs edərkən ondan ayrılmış Kapalak 
yepiskopu  İoannın 
[43 - 44] 
adını  çəkir. Məclis iştirakçılarının imzaları arasında da Albaniya katolikosundan 
sonra ikinci yerdə həmin Kapalak katolikosu İoannın imzası dururdu.
70
 
I-V  əsrlərdə  Qəbələ alban Arşakiləri sülaləsi hökmdarlarının iqamətgahı idi. Lakin V əsrdən o, 
Sasanilərin təyin etdikləri mərzbanların iqamətgahına çevrildi. VI əsrdə  xəzərlərin basqınları ilə  əlaqədar 
mərzbanların iqamətgahı Partava köçürüldü. Qəbələ 737-ci ildə  ərəblər tərəfindən işğal edilənədək xəzər 
torpaqlarının tərkibinə daxil idi.
71
 Covurluçay və Qoçalançay çayları arasındakı ərazidə aparılan arxeoloji işlər 
nəticəsində məbədlər və ticarət şəhərinin qalıqları aşkara çıxarılmışdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə