Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə6/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   2   3   4   5   6   7   8   9   ...   151

lovğalanmağı... Özünə gəl, Erousmit! Sən heç bir şeyin sarsıda  bilməyəcəyi inamla  dinin təsiri altına 
düşmüş insanın gözündə nə qədər gülünc olduğunu başa düşmürsən.  
Ayranın Martini çox bərk dümsükləməsi, peysərinə ilişdirməsi və rahatca öz işinə qayıtması qonşu stolun 
arxasında işləyən hazırcavab Klif Klosona ləzzət etdi, Martin isə qəzəbindən yerindəcə atılıb-düşürdü. 
 

 
Kollecdə Martin "adamayovuşmaz" hesab edilirdi – o yunan hərfləri ilə adlandırılan gizli cəmiyyətlərin 
heç birinə daxil olmamışdı. Düzdü, ona yaxınlaşırdılar, lakin böyük şəhərlərdə doğulmuş  aristokrat  
tələbələrin təkəbbürü həmişə Martini özündən çıxarırdı. Amma indi, yoldaşlarının  əksəriyyəti sığorta 
şirkətlərinə, hüquq məktəblərinə, banklara işə girib dağılışdıqdan sonra,  o, özünü tənha hiss edirdi, Buna 
görə də Uinnemakda əsas tibb birliyi olan "Diqamma Pi"yə  daxil olmaq üçün aldığı dəvət  Martini başdan 
çıxardı. 
"Diqamma Pi" öz üzvlərinə bilyard yeri olan səsli-küylü  yataqxana və  aşağı qiymətlər təklif edirdi.  
Axşamlar oradan ədəbsiz və maraqlı musiqi eşidilirdi, arasıkəsilmədən oxuyurdular: "Mən öldükdə məni 
dəfn etməyin". Bununla belə, "diqamma"çılar üç il dalbadal buraxılış imtahanlarında birincilik əldə etmiş 
və cərrahiyyə təcrübəsi üzrə "Xyu Luazo" medalını almışdılar. Bu payızda isə Ayra Xinklini öz sıralarına 
seçməklə daha böyük hörmət qazandılar. Çünki artıq neçə müddət idi ki, onların pozğun həyat tərzi ilə 
bağlı şayiələr yayılmağa başlamışdı (deyirdilər, gecələr yataqxanaya gizlicə qız gətirirlər) və cəmiyyət də 
bu səbəbdən dekanın heç cür "əxlaqsız" adlandıra bilməyəcəyi rahib Xinklini öz sıralarına çəkmişdi. Bu isə 
onlara müstəsna imtiyazlar verəcəkdi. Hər halda, cəmiyyətin üzvləri bundan sonra da heç bir əngəl 
olmadan pozğun həyat sürmək niyyətində idilər. 
Martin öz otağının azadlığını qiymətləndirirdi, yataqxanada isə tennis raketləri, şalvarlar, fikirlər – hər 
şey ümumi idi. Martinin tərəddüd etdiyini görən Ayra onu yola gətirməyə çalışdı: 
– O-o-o… "Diqamma"ya qoşulacaqsan? Sən mənə lazımsan. Çünki yaxşı oxumağı bacarırsan – bu 
məsələdə səni dəyərləndirirəm. Bir fikirləşsənə,  uşaqlara müsbət təsir etmək imkanını necə əlindən 
qaçıra bilirsən?!  
(Ayr  fürsət düşəndə öz kurs yoldaşlarını "uşaqlar" adlandırırdı və bu sözü  çox vaxt GİXA-dakı dua 
mərasimlərində də işlədirdi). 
– Mən heç kimə təsir etmək istəmirəm! Həkim peşəsinə yiyələnmək və ildə altı min dollar qazanmaq 
istəyirəm. 
– Mənim balam, bilsəydin ki, abırsız adam kimi görünmək istəməyin necə də gülməli alınır? Hələ bir 
mənim qədər yaşa, onda görəcəksən ki, həkim sənətinin gözəlliyi insanların cismani əzablarını 
sakitləşdirməklə yanaşı, onları yüksək ideallara cəlb etməsindədir.  


– Onlara mənim anladığım şəkildə yüksək ideal lazım deyilsə? 
– Mart, gəl mübahisəni saxlayaq və birlikdə dua edək.  
– Yox, məndən keç. Vicdanla desək, Xinkli, tanıdığım xristianlar arasında ən böyük istismarçı sənsən. Bu 
məsələdə bizim kursda oxuyanların hamısını ötüb keçə bilərsən. Amma missoner olduğun vaxt zavallı 
bütpərəstləri təngə gətirəcəyini, bütün balacalara şalvar geyindirəcəyini və sevgililəri lazım olanla deyil, 
başqası ilə nikahlayaraq xoşbəxt cütləri bir-birindən ayıracağını təsəvvür edəndə, adam lap "imdad!" – 
deyə bağırmaq istəyir. 
Öz etibarlı  yuvasını qoyub rahib Xinklinin qanadları altına girmək perspektivi dəhşətli idi. Amma Anqus 
Dyuer "Diqamma Pi"yə daxil olmaq dəvətini qəbul etdikdən sonra Martin də cəmiyyətə girməyə razılıq 
verdi. 
Dyuer Martinin onunla eyni vaxtda tibb fakültəsinə gələn azsaylı kurs yoldaşlarından idi. Kollecdə ən 
yaxşı şagird hesab olunurdu. Dinməz, yaraşıqlı, ifadəli sifəti və qıvrım saçı olan bu cavan oğlan heç vaxt 
bir saatını belə boşa keçirməz, bir xoş arzusunu belə boş ötürməzdi. Biologiya və kimya sahəsində elə 
müvəffəqiyyətlə irəliləyirdi ki, hətta çikaqolu bir cərrah ona öz klinikasında iş də vəd etmişdi. Anqus 
Dyuer Martinə iti ülgüc təsiri bağışlayırdı.  Martin Anqusa nifrət edirdi, özünü onun yanında narahat hiss 
edir və bu adama paxıllığı tuturdu. O, bilirdi ki, Dyuer biologiya ilə məşğul olarkən imtahanlara o qədər 
aludə olub ki,  bütövlükdə biologiya haqqında düşünməyib də. O bilirdi ki,  Dyuer kimyada da istedadlıdır, 
proqramla tələb olunan təcrübələri tez və səliqə ilə yerinə yetirməyi bacarır; amma bununla belə, o, 
insanı möcüzəli dünyaya aparan, ya şöhrətə, ya da iflasa uğradan müstəqil eksperimentlər keçirməyə 
cəsarət etməz.  O əmin idi ki, Dyuer özündə soyuqqanlı işgüzarlıq bacarığını təkmilləşdirir, çünki, bu 
xüsusiyyət müəllimlərə xoş gəlir. Amma Anqus Dyuer təcrübə aparmağı, düşünməyi, ümumiyyətlə
tənbəki çubuğundan tüstü buraxmaqdan və futbola baxmaqdan başqa heç nə etməyi bacarmayan tələbə  
kütləsi arasında o qədər açıq-aydın fərqlənirdi ki, Martin nifrət edə-edə, həm də onu sevirdi və demək 
olar ki, düşünmədən onun ardınca "Diqamma Pi"yə daxil oldu.  
Martin, Ayra Xinkli, Anqus Dyuer, güclü əzələləri olan zarafatcıl Klif Kloson və Gonbul Pfaff birlikdə 
"Diqamma Pi"yə qəbul olunma mərasimini keçdilər. Bu səsli-küylü və asafetid qoxusu ilə yadda qalan 
mərasim çox üzücü idi. Martinə o darıxdırıcı göründü, Gonbul Pfaff isə dəhşət içərisində inildəyir, 
tövşüyür, təngnəfəs olurdu.  
Təzələrin arasında Gonbul Pfaff "Diqamma Pi" üçün ən faydalı namizəd idi.  Talenin özü onu qapazaltı 
yaratmışdı. Kənardan baxanda üfürülmüş və qaynar su ilə doldurulmuş "qrelka" ya bənzəyirdi. O çox 
sarsaq idi: hər şeyə inanır, heç nə bilmir, heç nəyi yadda saxlamağı bacarmırdı. Onu ələ salan hər kəsi isə 
böyük məmnuniyyətlə bağışlayırdı. Onu inandırırdılar ki, xardal yaxması soyuqdəymə üçün yaxşı 
vasitədir, onun ətrafında vurnuxur və kürəyinə möhtəşəm bir xardal yaxması qoyur, sonra da nəvazişlə 
çıxarırdılar.  
Zenitə, bacısının evinə qonaq  gedəndə hansısa meyitdən kəsilmiş qulaq parçasını onun tərtəmiz burun 
dəsmalına bükürdülər. Gonbul isə süfrə arxasında nəzakətli bir jestlə burun dəsmalını cibindən çıxarır 
və… 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə