_________________________________________________________________________________________
www.ocaq.net
1
ŞAH ISMAYIL XƏTAI ƏSƏRLƏRI
2-CILD
QOŞMALAR
_________________________________________________________________________________________
www.ocaq.net
2
Mən dərvişəm - deyə, köksün gərərsən,
Həqqi zikr etməyə dilin varmıdır?
Kəndini görsənə eldə aparsan!
Halın hal etməyə halın varmıdır?
Bir gün balıq kimi aba sararlar,
Mürşiddən, rəhbərdən xəbər sorarlar,
Tüstü yaxıb guşə-guşə araplap,
Mən arıyam, dersən, balın varmıdır?
Dərdli olmayanlar, dərdə yanarmı?
Sadiq dərviş iqrarından dönəpmi?
Hər bir uçan, gül dalına qonarmı?
Mən bülbüləm dersən, gülün varmıdır?
Şah Xətai, sənin dərdin deşilməz,
Dərdi olmayanlar dərdə tuş olmaz,
Mürşidsiz, rəhbərsiz yollar açılmaz,
Mürşid ətəyində əlin varmıdır?
* * *
Gəlib ixlas ilə yola gedənin,
Zərrəcə könlündə güman gəpəkməz,
Sil-süpür qəlbini, evin pak eylə,
Möminin aynası duman gərəkməz.
_________________________________________________________________________________________
www.ocaq.net
3
Müsahib, mürəbbi yolda bir kişi,
Dili söylər, amma degildir işi,
Çünki baş etməzsən tutdubun işi,
Ər yükü gövhərdir, saman gərəkməz...
Can Xətaim aydır: düşürdün dərdə,
Zavallı sufidən qalxmayır pərdə,
Gördün ki, bir lobma gəldi bir yerdə
O lobma çik isə yemən gərəkməz.
Bu gün ələ almaz oldum mən sazım,
Ərşə dirək-dirək çıxar avazım,
Dörd şey vardır bir qarındaşa lazım,
Bir elim, bir kəlam, bir nəfəs, bir saz.
Gözəl, əlim çıxsa, çıxsa salınsa,
Bədir aylar kimi dobsa, dolunsa,
Dörd şey vardır bir qarındaşa lazım,
Bir xeyir, bir şər, bir ibadət, bir niyaz.
Yaz olunca çayır-çəmən üstünə,
Ərməban sunaplap dostu-dostuna,
Dörd şey vardır ovu almış dəstinə,
Bir şahin, bir doban, bir əspir, bir baz.
Cahil olan söylər, sözünü bilməz,
Meydana gəlincə özünü bilməz,
Dörd şey vardır cənnət yüzünü görməz,
Bir münkir, münafiq, bir Yezid, qanmaz.
_________________________________________________________________________________________
www.ocaq.net
4
Şah Xətaim aydır: sən qulun nedər,
Gözəl dünyasını tərk edər gedər,
Dörd şey vardır ildən-ilə dövr edəp,
Bir aydır, bir gündür, bir qışdır, bir yaz.
* * *
Ərənlər bu yolda hazırdır, hazı,
Müsahib lövhini dəftərdən qazı.
Gərəksə eyləsin min kərrə üzür,
Onlar ilə yeyib, içənə lənət!
Ablını bəyənib, iqrarın qoyub,
Qalxıb, havalanıb, nəfsinə uyub
Təbərra kömləgin əyninə geyib.
Əzazil donunu biçənə lənət!
Bəyənməyib ərənlərin sözünü,
Mənlik yurduna qondurmuş özünü,
Haq qapıdan döndərmişdir yüzünü
Əzazil yurduna keçənə lənət!
Ariflər beylə dedilər uluya,
Əzazil neyləsin qəlbi doluya,
Təbərra oxundu yanlış biliyə,
Kəndi biləsinə uçana lənət!
_________________________________________________________________________________________
www.ocaq.net
5
Xətaim der: bir vəliyəm yoluyla,
Sultanın töhfəsi, hərdəm quluyla.
Könüldə kibr olub, soyuq dil ilə,
Özün məhəbbətdən seçənə lənət!
* * *
Baharın gəldiyin nədən biləyim,
Gül dikəndə bitər, bülbül taldadır.
Əyyubun tənində iki qurd qaldı,
Biri ipək sarar, biri baldadır.
Könlünə gətirmə şəkk ilə güman,
Seyid Nəsimiyə de, ol oldu şan.
Tanrı ilə minbir kəlam söyləşən,
Əli Mədinədə, Musa Turdadır.
Şəriət yolunu Məhəmməd açdı,
Təriqət gülünü Şah Əli seçdi.
Şu dünyadan neçə yüz min ər keçdi,
Onlar ittifaqda, Mehdi yoldadır.
Adəmin, Hatəmin zat-i Fəzlullah,
Əşyayi qərq etmiş bu bir sirrullah
Şahənşahi-qütbi-aləm zillullah,
Qüdrət-i nəzəri mömin quldadır.
Şah Xətai aydır: sirrini yayma,
_________________________________________________________________________________________
www.ocaq.net
6
Qıla gör namazın qəzayə qoyma,
Şu yalan dünyada heç sabam deymə,
Tənin tənaşirdə, sirrin saldadır.
* * *
Qarşıkı qarlıca dabı gördünmü?
Yoldurmuş əyyamın, əriyib gedər.
Axan sulardan sən ibrət aldınmı?
Yüzünü yerlərə sürüyüb gedər.
Qadirsən, ey ulu şahım, qadirsən!
Hər nerəyə baxsan onda hazirsən.
Üstümüzdə dördguşəli çadirsən,
Cümləmizi birdən bürüyüb gedər.
Sıra-sıra gələn, ol ulu quşlar,
Sirli olur, yaxmaz onu günəşlər,
Əvvəl-əzəl meyvə verən abaclar,
Onlar da qalmayıb, çürüyüb gedər.
Şah Xətaim söylər sözü özündən,
Dərvişlərin saqınıbdır gözündən,
Olur-olmaz münkirlərin sözündən,
Əsriyib könlümüz, farıyıb gedər.
* * *
_________________________________________________________________________________________
www.ocaq.net
7
Iqrar verdim, dönmən Ələst bəzmindən,
Verdiyim iqrarı imandan aldım.
Başqa seyran gördüm, kəndi özümdən,
Bu məhəbbəti mən Mərdandan aldım.
Narü badü xakdən bilin xəlq oldum,
Kəndi-kəndim ana rəhmində buldum,
Müddət tamam oldu dünyayə gəldim,
Bu ibrətnümayı cahandan aldım.
Bildiyim unutdum, eylərəm fəryad,
Dərdim budur, dil yox istəyəm imdad,
Təkrar yenə təlim etdi bir ustad,
Dərsimi məktəbi-ürfandan aldım.
Can gözü qəflətdən açıla düşdü,
Ikilik pərdəsi seçilə düşdü,
Qüdrət xəzinəsi açıla düşdü,
Cəvahiri kani-mərcandan aldım.
Bu bir gizli sirdir, hər can duyamaz,
Əhli-eşqin qatarına uyamaz,
Dəgmə, cövhərfüruş baha qoyamaz,
Bu dürri-yektadır, ümmandan aldım...
Gəl düşünmə, abla sıbmaz bu elim,
Qüdrət xəznəsinin müftahi dilim,
Bir ulu dərgaha ulaşdı yolum,
Dostları ilə paylaş: |