Şah İsmayil Xətai əsərləri



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə6/28
tarix25.06.2018
ölçüsü4,8 Kb.
#51013
1   2   3   4   5   6   7   8   9   ...   28

_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
34 
 
Şol zaman ki, bətni-ümdə nütfeyi-mədfun idik
Əmri-bari ilə anda pərdəyi-pürxun idik, 
Qətreyi-naçiz idik, müdbə uyuşmuş xun idik, 
Kasəsin kəsr eyləmiş bir Leyliyə Məcnun idik, 
Sərsəri idik, əgərçi talibi-biçun idik, 
Səy ilə dəryaya irmiş bir düri-məknun idik, 
Özümüz fərq etməyib dəm bəstəvu məhzun idik, 
Guhi-təndə səy ilə Fərhad ilə hamun idik
Acizü zarü zəlilü müflisü mədyun idik, 
Dəstgir olmasa bir kani-kərəm məbbun idik, 
Müftiyi eşq böylə vermişdir bunun fitvasini: 
Ya çək əl sərdən, ya gəl cınlatma eşqin tasini! 
 
Adəmə-xakinin anladımsa tiynü masini, 
Batil inkari gedəp fəhm et xəyalin xasini, 
"La"də qalma sufiya, bil tovhidin illasini, 
Uyma şeytani-ləinə dinləmə risvasini, 
Yeni qəmdən aça göp mürati-qəlbin pasini
Dəxi əşk içpə bulasan, mənzili-əlasıni, 
Ibn vəqt ol, anma dəhrin imruzü-fərdasini, 
Ko bu dunhümmət fənanın şurü şər bovbasini, 
Görcək etsin gərək o gərçəklərin dəvasini, 
Anladın sahili-eşqin sözünün mənasını. 
Müftiyi eşq böylə vermişdir bunun fitvasini: 
Ya çək əl səpdən, ya gəl cınlatma eşqin tasini! 
 
Aşiq ol, ol gülüzarın bülbüli-nalani ol, 
Can verüb yolunda sadiq, qailü qurbani ol, 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
35 
Gənci-bəmdə, dərdü möhnət mədəninin kani ol
Keç fərabət təxtinə, gəl aləmin sultani ol. 
Ruzüşəb ol məhliqanın valehü heyrani ol, 
Baqidir, sanma fəna darin haman mehmani ol, 
Gəp səadət küncini bulmaq dilərsən fani ol, 
Kuyi-fəqp içrə gədalıq mülkinin sultani ol, 
Əhli-eşqin asitani, babinin dərbani ol, 
Baş açıq meydani-eşqin soyunub üryani ol, 
Müftiyi eşq böylə vermişdir bunun fitvasini 
Ya çək əl səpdən, ya gəl cınlatma eşqin tasini! 
 
Həmdlillah, irişib cananəyə can olmuşuz, 
Sər verüb, meydani-eşqə girib, üryan olmuşuz! 
Qətreyi-naçizikən dəryayi-ümman olmuşuz! 
Fəxr edib dərvişliyi aləmdə sultan olmuşuz! 
Təkyəyi-fanidə bir qaç gün ki, mehman olmuşuz! 
Dəviyi-xam etməzik, rahi, təəyyün bulmuşuz! 
Ey bəradər, eşqi-əsrarilə heyran olmuşuz! 
Dersən kim, dəhri-pirindən nəsihət almışuz! 
Irişib feyzi-ilahi bizə, təslim olmuşuz, 
Canü dil tərkin urub, meydani-eşqə gəlmişüz. 
Müftiyi eşq böylə vermişdir bunun fitvasini: 
Ya çək əl səpdən, ya gəl cınlatma eşqin tasini! 
 
Pərdəyi-pündardən keç aləmin sultani ol, 
Hər gədayə şəfqət edib, cani içrə cani ol, 
Cövhəri əqli-məanidən çəkərgil kani ol, 
Kuyi-eşqin sən dəxi bir baş açıq üryani ol 
Nəreyi-yahu ilə doldur cahani, fani ol, 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
36 
Gah məstü gah əsrük bir məhin heyrani ol
Can verib eşqilə yolunda qulu qurbani ol 
Baş açıq bir padşahın bəndeyi-fərmani ol, 
Müftiyi eşq böylə vermişdir bunun fitvasini: 
Ya çək əl sərdən, ya gəl cınlatma eşqin tasini! 
 
Vəsfi-yarə, ey Xətai, söz demək şanımdadır, 
Cilvələr qılmaq mənim təb süxəndanımdadır, 
Həmdəmim, həmməşrəbim dərdü bəla, yanımdadır, 
Yar içün ölmək mənim ayinü ərkanımdadır, 
On səkiz min aləmin əsmasi divanımdadır, 
Kainatın sabitati qəsrü eyvanımdadır, 
On iki şahzadənin imlası pünhanımdadır, 
Sayə salmış üstümə mehri-dirəxşanımdadır, 
Mustafanın ümmətiyəm, sevgisi canımdadır, 
Həm Əliyyi-Mürtəzanın dərdi dərmanımdadır, 
Müftiyi eşq böylə vermişdir bunun fitvasini: 
Ya çək əl sərdən, ya gəl cınlatma eşqin tasini! 
 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
37 
 
QƏSIDƏLƏR 
 
* * * 
 
Ey ki, yoxdan bu cahani var edən pərvərdigar 
Yeri qaim gögləri dəvvar edən pərvərdigar. 
 
"Küntü kənz"in ayəti vəsfində olmuşdur nüzul, 
Varlıbına "kün fəkan" iqrar edən pərvərdigar. 
 
Cümləyi-aləmdə sən gündən dəxi zahir, vəli, 
Dildə daim adını səttar edən pərvərdigar. 
 
Möminə məskən qılandır babi-cənnatü nəim, 
Kafəri-münkir məqamın nar edən pərvərdigar. 
 
Cümlə əşyalar gözün dərxab edəndir gecələr, 
Gögdə kövkəblər gözün bidar edən pərvərdigar. 
 
Bir quluni oda yaxub, qıldı fi-nari-səqər, 
Bir quluni məhrəmi-əsrar edən pərvərdigar. 
 
Misr içində Yusifi bir qul ikən sultan edən, 
Dərd ilə Yəqubini bimar edən pərvərdigar. 
 
Yunisi dərya içində yudduran bir balibə, 
Atəşi Ibrahimi gülzar edən pərvərdigar. 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
38 
 
Yabdıran dəryaya gögdən əbri-neysan yabmurun, 
Qətpəsindən lölöyi şəhvar edən pərvərdigar. 
 
Ənbiyalar bəxşinə yazdıran əla mərtəbə, 
Müstəfanı cümlədən muxtar edən pərvərdigar. 
 
On iki məsumi-paki piş edən ümmətlərə
Mürtəzani heydəri-kərrar edən pərvərdigar. 
 
Lütfilə əhvalına qılgil Xətainin nəzər, 
Eşq içində valehi-didar edən pərvərdigar. 
 
 
* * * 
 
Qönçətək ləlini xəndan etdigin, yəni ki, nə? 
Lalətək babrını pür qan etdigin, yəni ki, nə? 
 
Qarə zülfin ab yüzin üstündə əfşan eyləyib, 
Könlümü bəmdən pərişan etdigin, yəni ki, nə? 
 
Qılmaq üçün tazə hüsnün babın, ey sərvi-rəvan, 
Gözümü kuyində giryan etdigin, yəni ki, nə? 
 
Tökmək üçün qanımı başım kəsib hər dəmbə-dəm, 
Şahsüvarım əzmi-meydan etdigin, yəni ki, nə? 
 
Aşiqin vəsl ilə bir dəm könlünü şad etməyib


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə