Şah İsmayil Xətai əsərləri



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə3/28
tarix25.06.2018
ölçüsü4,8 Kb.
#51013
1   2   3   4   5   6   7   8   9   ...   28

_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
14 
Bir gözəlin vücudunun şəhrinə
Bax, nəzər eylə də həmən arif ol, 
Dükanında dedigin mətaına, 
Bax, nəzər eylə də həmən arif ol. 
 
Seyr et özgə ərənlərin görəsin, 
Təbib sarar yürəgimin yarəsin, 
Çərb eyləmə məhəbbətin çarəsin, 
Bax, nəzər eylə də həmən arif ol. 
 
Hərcayi gözələ qoşma başını, 
Hərcayilik edib, atar daşını, 
Müştəri bulursa, söz qumaşını, 
Bax, nəzər eylə də həmən arif ol. 
 
Xətai der: - rəhm etməzəm yalana, 
Özün təslim edər kəndi gələnə, 
Ay Əlidir, gün Mühəmməd bilənə
Bax, nəzər eylə də həmən arif ol. 
 
 
* * * 
 
Vücudim şəhrin seyr edib gəzdim. 
Didar ilə məhəbbətə eşq olsun! 
Həmən bir nəsnədə qaldı nəzərim, 
Didar ilə məhəbbətə eşq olsun! 
 
Eşqim cuş eylədi keçdi sərimdən, 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
15 
Artıb gəlir məhəbbətin nurundən, 
Niyazımız budur cani-kərimdən, 
Didar ilə məhəbbətə eşq olsun! 
 
Qüdrət qəndilindən atdı danəyi, 
Endi lövhi üzrə tutdu binayi, 
Cünbüşə gətirən çərxi-fənayi
Didar ilə məhəbbətə eşq olsun! 
 
Fil yükün yüklətmə, qarınca çəkməz, 
Dürlü reyhan çoxdur, gül kimi qokmaz, 
Dünya malın versən, bizə gərəkməz. 
Didar ilə məhəbbətə eşq olsun! 
 
Yucalarda olur ol hüma quşi, 
Dostum, məhəbbətdir aşiqə işi, 
Pirim Xətaidir cümlənin başı, 
Didar ilə məhəbbətə eşq olsun! 
 
 
* * * 
 
Yenə mehman gördüm, könlüm şad oldu, 
Mehmanlar, siz bizə səfa gəldiniz! 
Qar-qış yabar ikən, bahar-yaz oldu, 
Mehmanlar, siz bizə səfa gəldiniz! 
 
Müsafir eşq qapusunun dilidir, 
Xızrı sev kim, sahibinin quludur, 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
16 
Tanrı müsafiri pirim Əlidir, 
Mehmanlar, siz bizə səfa gəldiniz! 
 
Bir evə qəhr ola, müsafir getməz, 
Çalışsa, çırpınsa əkdiyi bitməz, 
Çabırsa, babırsa, bir yepə yetməz, 
Mehmanlar, siz bizə səfa gəldiniz! 
 
Hümmət eylə sən ki, daima gələ, 
Yaman-yaxşı bizim yüzümüz gülə
Böyük-kiçik onu, həm, Xızır bilə, 
Mehmanlar, siz bizə səfa gəldiniz! 
 
Müsafir gəlir ki, qisməti bilə, 
Müsafir Xızırdır üzrünü dilə, 
Xətaim obruyu tut, ver gəl ələ, 
Mehmanlar, siz bizə səfa gəldiniz! 
 
 
* * * 
 
Biz də xanədanə gedər der idik, 
Mehman canlar, bizə səfa gəldiniz! 
Hər sabah, hər sabah yüzüm üstünə
Mehman canlar, bizə səfa gəldiniz! 
 
Bəli, dedik, bir gerçəyin dəstinə, 
Canım qurban olsun haqqın dostuna, 
Hər sabah, hər sabah yüzüm üstünə, 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
17 
Mehman canlar, bizə səfa gəldiniz! 
 
Getdi yoldaşlarım, qaldım yalınız 
Babçada açılır qönçə gülümüz, 
Şəkər məhəbbətiz, dadlı dilimiz, 
Mehman canlar, bizə səfa gəldiniz! 
 
Bayquş kimi nə bəklərsən viranı, 
Şükür olsun səni bizə verəni, 
Sultan Xətainin işi, yerəni, 
Mehman canlar, bizə səfa gəldiniz! 
 
 
* * * 
 
Içmişəm bir dolu, olmuşam ayıq, 
Düşmüşəm dablara, olmuşam geyik, 
Sənə derəm, sənə, sürməli geyik, 
Qaçma məndən, qaçma avçı deyiləm. 
 
Avçı deyiləm ki, düşəm izinə
Qaça-qaça qanlar endi dizinə, 
Sürmələr hey çəkdin qonur gözünə, 
Qaçma məndən, qaçma avçı deyiləm. 
 
Sənə derəm - sənə, geyik ərənlər 
Bizə sevda, sənə dalba verənlər, 
Dilərəm mövladan yenməz vuranlar, 
Qaçma məndən, qaçma avçı deyiləm. 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
18 
 
Eyder, Şah Xətaim uçan qaçandan
Zərrəcə qorxmarıq bu datlı candan, 
Gedib dəvac olma atana mandan 
Qaçma məndən, qaçma avçı deyiləm. 
 
 
* * * 
 
Allah-allah, deyin, bazilər, 
Bazilər, deyin, şah mənəm. 
Qarşu gəlin, səcdə qılın, 
Bazilər, deyin, şah mənəm. 
 
Uçmaqda tuti quşuyam, 
Abır ləşkər ər başıyam, 
Mən sufilər yoldaşıyam, 
Bazilər, deyin, şah mənəm 
 
Nə yerdə əkərsən bitərəm, 
Xanda çabırsan yetərəm, 
Sufilər, əlin tutaram. 
Bazilər, deyin, şah mənəm. 
 
Mənsur ilə darda idim, 
Xəlil ilə narda idim, 
Musa ilə Turda idim, 
Bazilər, deyin, şah mənəm. 
 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
19 
Qırmızı taclı, boz atlı, 
Abır ləşgər nisbətli, 
Yusif peybəmbər sifətli
Bazilər, deyin, şah mənəm. 
 
Xətaiyəm al atlıyam, 
Sözü şəkərdən datlıyam, 
Mürtəza Əli zatlıyam, 
Bazilər, deyin, şah mənəm. 
 
 
* * * 
 
Gəl, könül, incimə bizdən, 
Qalsın, könül, yol qalmasın! 
Əvvəl-axır yol qədimdir, 
Qalsın, könül, yol qalmasın! 
 
Ərənlər bizə busudır, 
Yalan söyləyən asidir, 
Bu gerçəklər nəfəsidir, 
Qalsın, könül, yol qalmasın! 
 
Babçada açılan güldir, 
Mənayi söyləyən dildir, 
Pəs, əzəldən qədim yoldir, 
Qalsın, könül, yol qalmasın! 
 
Başındadır altun tacı, 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə