Şah İsmayil Xətai əsərləri



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə2/28
tarix25.06.2018
ölçüsü4,8 Kb.
#51013
1   2   3   4   5   6   7   8   9   ...   28

_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 

Bilməyən sanır ki, dükandan aldım. 
 
Ah edib utandım kəndi sözümdən
Məst olub, türabə düşdüm özümdən, 
Qanlı yaş axıtdım iki gözümdən, 
Macərayi çeşmi-giryandan aldım. 
 
Musayə təsəlli göründü Turdən, 
Məst olub, ablını şaşırdı sirdən. 
Ənəlhəq sirrini aldım Mənsurdən, 
Məhəbbət kəmərin ərkandan aldım... 
 
Həq bilir sözümə hiylə qatmazam, 
Hər kəsə bu sirri əyan etməzəm
Qiyməti bilinməz yerdə satmazam, 
Mən bu nəsihəti bir candan aldım. 
 
Çalış bu girdabın çıx yörəsinə, 
Dərman gizlənibdir dərd arasına, 
Məlhəm sarılarmı eşq yarasına? 
Bu elmi hikməti Loqmandan aldım. 
 
Aləm başdan-başa bir seyrəngahdır, 
Kir könül şəhrinə, gör nə dərgahdır, 
Bir gizlicə sirdir, qüdrətüllahdır, 
Yazılmış dəftərü divandan aldım. 
 
Tərkü təcrid oldum, tökdüm qəbayi, 
Əgnimə geyindim şalü əbayi, 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 

Mana sorun kimdən aldım yasayi? 
Ismayıla enən qurbandan aldım. 
 
Dünyadan əl çəkdim ərkandır işim, 
Çeşmilə bürhandır, tökülür yaşım, 
Sizlərə hədiyyə, əldədir başım, 
Ol yaşıl yarrabı Səlmandan aldım... 
 
 
* * * 
 
Bu yolun yolçusu olayım, dersən, 
Əldə iki qarpız tutmalı degil, 
Dərviş olub, şalvar geyəyim, dersən, 
Gahi geyib, gahi atmalı degil. 
 
Namərd babçasında qönçə gül olmaz, 
Kamil ilə yoldaş olan yorulmaz. 
Iki məxluq vardır, haqqa qul olmaz. 
Məbrurluq, kibirlik etməli dəgil. 
 
Məbrurlar orada olurlar yalan, 
Kibr imiş yorulub yollarda qalan. 
Əgər yolçu isən körpünü dolan, 
Göz görə çamura batmalı dəgil 
 
Qoyun quzusuna nasıl mələdi, 
Öküzün qulabına kimlər ənədi, 
Qərib bülbül gül dalında tünədi, 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
10 
Hər çalı başında ötməli dəgil. 
 
Şah Xətai imam Cəfər müxbiri
Haqqın yaranidir Veysülqərəni, 
Haqqın xəznəsindən gələn gövhəri, 
Müştəri olmadan satmalı dəgil. 
 
 
* * * 
 
Gəl, a könül, xoş görəlim bu dəmi, 
Bu da böylə qalmaya bir gün ola. 
Kişi, çəkmək gərək qüsseyi, qəmi, 
Haqdan gəlir, hər nə gəlsə bir qula. 
 
Ər odur etiqad edə pirinə, 
Nəzər edə əvvəlü axirinə. 
Əlbət, yol qədimdir iltər yerinə, 
Sana kim neylərsə, salagör yola. 
 
Biz də bilirik ki, dostu, qardaşı, 
Bulamadım bir qara gün yoldaşı. 
Dost keçinib, yüzə gülən qəllaşı, 
Bahasıdır, satmaq gərək bir pula. 
 
Hər kişi bir xəyal ilə əglənir, 
Daim onun könlündə ol bəklənir. 
Böylə olur sevdiyim gah ablanır, 
Kimi gördük qiyamətədək gülə. 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
11 
 
Qarunu gör bunadı, ya bulduqca, 
Inandı, fələk yüzünə güldükcə, 
Sən eyilik et, durma əldən gəldikcə, 
Dedilər: xalq bilməzsə, xaliq bilə. 
 
Gerçək olan kişi dostdan ayrılmaz, 
Dəgmə kişiilərdə həqiqət olmaz, 
Sən, səni satıban, yedirsən bilməz, 
Bu zamanda kimsə yaramaz elə. 
 
Xətai, dünyanın ötəsi fani
Bizdən əvvəl bunda gələnlər qanı? 
Sanma daim şad yürüyə düşmanı, 
Bir gün olub, növbət ona da gələ. 
 
 
* * * 
 
Könül, nə gəzirsən seyran yerində, 
Aləmdə hər şeyin var olmayınca. 
Olura-olmaza dost deyib gəzmə, 
Bir əhdinə bütün yar olmayınca. 
 
Yürü, sufi, yürü, yolundan azma, 
Elin qeybətinə quyular qazma. 
Yorulma bihudə, boşuna gəzmə, 
Yanında mürşidin yar olmayınca. 
 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
12 
Qalxdı, havalandı könülün quşu, 
Qovba, qeybət etmək göntünün işi, 
Ustadın tanımaz bunda hər kişi
Onun kim, mürşidi ər olmayınca. 
 
Varıb bir köntüyə sən olma nökər, 
Çərxinə dögər də dolunu dögər, 
Nə xudadən qorxar, nə hicab çəkər, 
Bir köntüdə namus, ar olmayınca. 
 
Şah Xətai, edim bu sirri bəyan, 
Kamilmidir cahil sözünə uyan? 
Bir başdan ablamaq ömrədir ziyan, 
Iki başdan mühübb, yar olmayınca. 
 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
13 
 
VARSAĞILAR 
 
Qaibdən dəlil göründün, 
Dədəm, xoş gəldin, xoş gəldin! 
Bizi sevib sevindirdin, 
Dədəm, xoş gəldin, xoş gəldin! 
 
Iki can idik birləşdik, 
Məhəbbət qapısın aşdıq, 
Şükür didara irişdik, 
Dədəm, xoş gəldin, xoş gəldin! 
 
Üstümüzə yol ubratdın, 
Gövhər aldın, gövhər satdın, 
Ərliyini isbat etdin, 
Dədəm, xoş gəldin, xoş gəldin! 
 
Bir abacda güllər bitər, 
Dalında bülbüllər ötər, 
Şahıma bərgüzar gedər, 
Dədəm, xoş gəldin, xoş gəldin! 
 
Boylə, Şah Xətaim, boylə, 
Pirim dəstur versin söylə
Şaha məndən niyaz eylə, 
Dədəm, xoş gəldin, xoş gəldin! 
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə