S. B. Kazımov, A. A. Qasımova SÜd və SÜd məhsullarinin texnologiyasi



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə15/168
tarix19.12.2023
ölçüsü3,67 Mb.
#151680
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   168
Sud ve sud mehsullarinin texnologiyasi

3.1.1.Südün baktofuqda təmizlənməsi 
 
Son zamanlar yeni süd təmizləyən baktofuq aparatı bu-
raxılır. Baktofuqda süd təmizləmə prosesi mərkəzdən qaç-
ma qüvvəsinə əsaslanır. Bunun barabanı bir dəqiqədə 
16000 dəfə dövr edir. Baktofuqda süd təmizləyəndə onda-
kı canlı və tələf olmuş bakteriyalar kənar edilir. Süd bak-
teriyalardan 90-99,9 % təmizlənə bilir. Südü baktofuqa 
verdikdə onu 75
0
C-dək qızdırırlar. Baktofuqun iki çarxı 
vardır. Bunların birindən təmizlənmiş süd, o biridən isə 
südün çirkabı çıxır. Bu çirkab ümumi südün 2-3%-i qədər 
olur. Bu qalıq aparatın injektorunda buxarda 130-140
0

temperaturda steril ediləndən sonra yenidən təmizlənmiş 
südlə qarışır.
Baktofuqda südü təmizlədikdə ondan qılaflı və qılaf 
əmələ gətirən bakteriyalar asan ayrılır. Hansı bakteriyala-
rın xüsusi çəkisi südün xüsusi çəkisindən azdırsa və ya 
bərabərdirsə baktofuq onları süddən ayıra bilmir. Ona gö-
rə də baktofuqda təmizlənmiş süd də pasterizə və ya steri-
lizə olunmalıdır. Süd nə qədər diqqətlə süzülsə də ondakı 
mexaniki, xüsusilə üzvi qarışıqları tam təmizləmək üçün 
yalnız mərkəzdən qaçma sistemi təmizləyici aparatlardan 


S.B.Kazımov, A.A.Qasımova 
26 
(OM-I, OM-IA, OM-3M və s. markalı təmizləyicilərdən) 
COM-3-10000, COM-7-600, CПФМ-2000, ОСТ-3 mar-
kalı seperatorlardan istifadə edilməsi daha məqsədəuy-
ğundur (şəkil 3).
Sağım zamanı və sonra, süd daşınanda və emal olunan-
da, təmizliyə riayət edilməzsə, südə düşən mikroorqa-
nizmlərin miqdarı sürətlə çoxalacaq, südün turşuluğunun 
artmasına və sonra çürüməsinə səbəb olacaqdır. Odur ki, 
sağılan südü dərhal soyutmaq lazımdır. Süd +10
0
C və da-
ha aşağı temperaturda nə qədər tez soyudularsa, onun key-
fiyyəti bir o qədər də yaxşı olur, çünki həmin mühitdə 
mikroorqanizmlərin çoxunun inkişafı məhdudlaşır və hət-
ta dayanır. Lakin temperatur bir çox mikrobların həyat 
fəaliyyətini yalnız dayandırır, onları tamamilə məhv et-
mir. Deməli, süd soyudulmaqla bərabər, mümkün qədər 
aşağı temperaturda (+5+6
0
C-də) saxlanmalıdır. Süd soyu-
duqda müəyyən temperatur rejiminin saxlanması vacibdir. 
Əgər fermada südün soyudulması ilə süd zavoduna təhvil 
verilən vaxt 6 saatdan artıq deyildirsə, onda süd 10-12
0
C-
dək soyudulur. Əgər soyudulduqdan sonra fermada 10-12 
saat saxlanmalı olursa, onda südü 8
0
C-dək soyutmaq la-
zımdır. Soyudulmuş südə təzə qatmaq olmaz. Soyudulmuş 
axşam südünün soyudulmuş səhər südünə qarışdırılmasına 
o şərtlə icazə verilir ki, qarışdırılacaq süd dərhal 8
0
C-dək 
soyudulsun. Südü emal müəssisələrinə kiçik fermalardan 
gündə bir dəfə göndərmək lazımdır. Belə süd 5-6
0
C-dək 
soyudulur və həmin temperaturda saxlanılır.
Hazırda südün ilkin emalını aparmaq üçün bir çox sər-
fəli soyuducu çənlərdən (РПО-1,6, РПО – 2Ф, МКА – 
2000, АВ-30, А1-ООА-3, УВ-10, МВТ-14, МВТ-20) is-
tifadə edilir ki, bununda südün keyfiyyətini qoruyub sax-
lanmasında çox böyük əhəmiyyəti vardır. Südü soyutmaq 



Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə