S. B. Kazımov, A. A. Qasımova SÜd və SÜd məhsullarinin texnologiyasi



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə12/168
tarix19.12.2023
ölçüsü3,67 Mb.
#151680
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   168
Sud ve sud mehsullarinin texnologiyasi

S.B.Kazımov, A.A.Qasımova 
22 
malıdır. Sağım vaxtı hər bir heyvan sağıma hazırlandıq-
dan sonra, vedrələrdəki su mütləq dəyişdirilməlidir. Əgər, 
təmizləmə eyni su ilə aparılarsa, həmin su həddindən artıq 
çirklənər, bir az təmiz olan yelin və əmcəklərin daha da
natəmizliyinə səbəb olar.
Heyvanların yelin və əmcəklərini daha təmiz
yumaq üçün mütləq dezinfeksiyaedici maddələrdən kali-
umpermanqanat – 1 : 12000 : 15000 durulaşdırılmış məh-
lulu, 0,5 %-li Na hipoxlorid, 0,1 %-li kalsium hipoxlorid, 
xloramin B-nin 0,5 %-li məhlulları və başqa dezifeksiyae-
dici məhlullardan geniş istifadə olunmalıdır. Axırıncı 
məhlula inəyin yelininin dezinfeksiya edilməsi su ilə tə-
mizlənməsinə nisbətən yelin və əmcəklərin bakteriyalar 
ilə çirklənməsini 10 dəfə aşağı salır, bunula da südün mik-
robla çirklənməsi 4,0-5,5 dəfə qıcqırdıcı, bağırsaq çöpləri 
və digər mikroorqanizmlərin miqdarı isə 7,30-11,0 dəfə 
azalır. Göstərilən dezinfeksiyaedici məhlullardan istifadə 
olunması inəyin yelininin və sağıcının əlinin dərisinə heç 
bir qıcıqlandırıcı təsir göstərmir. Bu kimi məhlullarla tə-
mizləmə aparmaq, həm də mastit xəstəliyinin qarşısını 
alır. Sağım maşınla aparılarsa, inəyi sağıma 50-60 saniyə 
müddətində hazırlamaq lazımdır. Əgər tövlədə havanın 
temperaturu 10
0
C olarsa, sağımdan qabaq sağım stəkanla-
rını isitmək üçün 45-50
0
istiliyi olan suya salmaq lazım-
dır. Göstərilən tədbirlər aparıldıqdan sonra sağıma başlan-
malıdır.
Sağım 
zamanı yelindən ilk dəfə çıxan süd əmcək kana-
lının uc hissəsini yuyub təmizlədiyinə görə mikrobla çirk-
lənmiş olduğundan onu süd sağılan qaba deyil, mütləq ay-
rı bir qaba sağmaq lazımdır. Təcrübələr göstəriri ki, sağı-
lan ilk damlaların 1 ml-də 34000 qədər bakteriyaya təsa-
düf olunduğu halda, axırıncı damlalarda 7 dəfə az bakteri-
ya olur. 



Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə