S.B.Kazımov, A.A.Qasımova
2
Elmi redaktor:
Biologiya elmləri doktoru, professor
Əhəd Əli oğlu Nəbiyev
Rəy verənlər:
Texnika
üzrə fəlsəfə doktoru
Müşfiq Aslan oğlu Xəlilov
Aqrar elmlər üzrə fəlsəfə doktoru
Səadət Fətağa qızı Əbilova
Sahib Bəşir oğlu Kazımov, Afət Ayyət qızı Qasımova. Süd
və süd məhsullarının texnologiyası.
Dərs vəsaiti, Bakı,
“Ecoprint” 2017- 262 s.
Müvafiq fənn proqramına əsasən yazılmış bu dərs vəsaitində yüksək
keyfiyyətli süd istehsalı prosesinin mahiyyəti və əsasları, məhsul istehsalına
lazım olan süd xammalının keyfiyyətinə olan tələbat, yığma südün tərkibi və
xassələrinin müxtəlif amillərin təsiri səbəbindən
dəyişilməsi və onun süd
məhsulları istehsalında rolu, südün keyfiyyətini xarakterizə edən göstəricilər,
tədarük edilən südə Dövlət standartının tələbatı, fermada südün alınmasının
sanitar-gigiyenik şəraiti, südün mexaniki, termiki emal üsulları,
süddə olan
mikrofloranın fiziki-kimyəvi üsullarla zərərsizləşdirilməsi, fermentləşdirilmiş
süd məhsulları üçün baktrial preparatların seçilməsi, onların hazırlanması,
istifadə olunması üsulları, süd və süd məhsullarının
istehsal və emal
texnologiyası, emalda istifadə edilən texniki avadanlıqlar və bir çox
məsələlər ardıcıl olaraq araşdırılır.
Dərs vəsaiti süd və süd məhsullarının texnologiyası ixtisası
üzrə təhsil
alan ali məktəb tələbələri,
magistrantlar, heyvandarlıq-fermer təsərrüfatları
işçiləri, mini zavodlarda, kiçik sexlərdə və digər süd sənayesi müəssisələrində
işləyən mütəxəssislər üçün nəzərdə tutulmuşdur.