S. B. Kazımov, A. A. Qasımova SÜd və SÜd məhsullarinin texnologiyasi



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə11/168
tarix19.12.2023
ölçüsü3,67 Mb.
#151680
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   168
Sud ve sud mehsullarinin texnologiyasi

S.B.Kazımov, A.A.Qasımova 
20 
məhsuldarlığı azalmaqla yanaşı, südün kimyəvi tərkibi də 
dəyişir. Süddə yağın, quru maddənin, kazeinin, süd şəkə-
rinin miqdarı azalır, zərdab zülalları artır. Süddə mastit 
əmələ gətirən bakteriyaların, leykositlərin, fermentlərin 
miqdarı artır, duzlu, acıtəhər dad əmələ gəlir, turşuluq 5-
13
0
C-ə və sıxlıq 1,024-1,025 kq/m
3
qədər azalır, mastitin 
klinik formasında süddə qan izi, irin, kazein lopaları görü-
nür. Belə südü sənaye emalında istifadə etmirlər, əmtəəlik 
südə hətta 15-25% belə süd qatılarsa, ondan hazırlanan 
yağın, kəsmiyin, xamanın, turş süd içkilərinin keyfiyyəti 
aşağı düşür, pendirin dadında nöqsanlar əmələ gəlir. 
 
 


Süd və süd məhsullarının texnologiyası 
21 
Fəsil 3. Keyfiyyətli südün alınmasının 
sanitar-gigiyenik şəraiti 
 
3.1. Südün ilkin emalı 
 
Yüksək keyfiyyətli və təmiz süd almaq üçün ilk öncə 
sanitariya və baytarlıq qaydalarına ciddi riayət etmək la-
zımdır. Keyfiyyətli süd almaq üçün pəyənin havası və dö-
şəməsi təmiz saxlanmalı, sağlam heyvanların dərisi hər 
gün təmizlənməlidir. Təmizləmə işi əsasən fırça ilə aparıl-
malıdır. Ancaq təmizləmədə əsasən qaşovdan daha çox 
istifadə edilir. Bu isə çox vaxt dərini zədələyir, müxtəlif 
yaralar əmələ gəlir. Heyvan çox narahat olur və bunun nə-
ticəsində məhsuldarlığı aşağı düşə bilər. Ona görə də yax-
şı olar ki, heyvanlar fırça və münasib markalı tozsorucu 
maşınlarla təmizlənsin. Heyvanın dərisinin təmizliyi döşə-
mənin həmişə quru olmasından çox asılıdır. Deməli, gün 
ərzində, xüsusən gecə vaxtı, heyvanın altı daima təmizlən-
məli qurulanmalıdır. Qurulamaqdan ötrü hər baş heyvanın 
altına bir gündə 3-6 kq ağac kəpəyi və ya 1,5-2 kq kovşən 
sərf edilməlidir. Sağıma yarım saat qalmış, heyvanların 
təmizlənməsi, onlara qaba yemlər verilməsi və tövlənin 
süpürülməsi dayandırılmalıdır. Bu tədbirlər ona görə edi-
lir ki, həmin işlər görüləndə qalxan toz havanı zibilləyir, 
südə çökür. Toz ilə birlikdə isə südə çoxlu miqdarda mik-
roblar daxil olur və nəticədə süd çirklənir və turşuyur. Sa-
ğıma başlamazdan əvvəl sağıcı dırnaqlarını tutmalı, əlləri-
ni sabunla yumalı və qurutmalı, ağ xalat geyməli, ağ ləçək 
örtməli, heyvanların yelin və əmcəklərini təmiz ilıq (40-
45 dərəcədə) su ilə yumalı və dəsmal ilə qurutmalıdır. 
Ferma işçiləri kvartalda, sağıcılar isə ayda bir dəfə tibbi 
yoxlanılmadan keçirməlidir. Hər il bütün ferma işçiləri 
vərəmə, qurda və başqa xəstəliklərə görə müayinə olun-



Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə