Руководство для врачей. Под ред. Н. И. Дегтерева М., 2004, 578 с. 2) Hiperkapniya (hipoventilyasiya ) zamanı nə baş verir?


) «Göy fleqmaziyanın» təyinedici klinik əlamətləri hansılardır?



Yüklə 2,01 Mb.
səhifə14/17
tarix14.05.2018
ölçüsü2,01 Mb.
#44099
növüРуководство
1   ...   9   10   11   12   13   14   15   16   17

703) «Göy fleqmaziyanın» təyinedici klinik əlamətləri hansılardır?
A) Ətrafın ödemi və periferik arterial damarlarda kəskin zəifləmiş nəbz

B) Bütün aşağı ətrafın sağrı və qasıq nahiyəsinə yayılmış ödemi

C) Ətraflarda magistral venalar boyunca kəskin ağrı ilə müşayiət olunan ödem

D) Ətrafın distal şöbələrində sianoz, ödem, ağrı və qanqrenanın olması

E) Ətrafın dərialtı venaların şişməsi ilə müşayiət olunan ödemi
Ədəbiyyat: А.А.Русанов. Аппендицит. «Медицина», Ленинград, 1979. с.174.
704) Magistral arteriyaların kəskin keçməməzliyi olan xəstələrdə ətrafların total əzələ kontrakturası aşkar edildikdə aşağıdakılardan hansı göstərişdir?
A) Arterial qan dövranının birincili bərpası

B) 200-300 ml həcmdə venoz qanburaxmadan sonra arterial qan dövranının bərpası

C) Ətrafın amputasiyası

D) Ətrafın «arteriya-vena» sistemi ilə perfuziyasından sonra arterial qan dövranının bərpa edilməsi

E) Arterial qan dövranının bərpası və fassiotomiya
Ədəbiyyat: В.С.Савeльев, И.И.Затевахин, Н.В.Степанов. Острая непроходимость бифуркации аорты и магистральных артерий конечности. “Медицина”, 1987. с.304.
705) Ətrafların magistral arteriyalarının okklüziyasının səviyyəsini təxmin etməsinə imkan verən əlaməti göstərin.
A) Ətrafın rənginin dəyişməsi

B) Ətrafın soyuma səviyyəsi

C) Hipo- və anesteziya səviyyəsi

D) Arteriyanın pulsasiyasının palpator təyininin nəticələri

E) Ətrafın hiporefleksiya dərəcəsi
Ədəbiyyat: В.С.Савeльев, И.И.Затевахин, Н.В.Степанов. Острая непроходимость бифуркации аорты и магистральных артерий конечности. “Медицина”, 1987. с.304.
706) Aşağı ətrafın kəskin işemiyası olan xəstədə bud, dizaltı və pəncə arteriyalarında nəbz yoxdur. Okklüziyanın səviyyəsini təyin edin.
A) Bud arteriyasının orta üçdəbiri

B) Bud arteriyasının yuxarı 1/3-i

C) Xarici qalça arteriyası

D) Budun səthi və dərin arteriyalarının birgə okklüziyası

E) Daxili qalça arteriyası
Ədəbiyyat: В.С.Савeльев, И.И.Затевахин, Н.В.Степанов. Острая непроходимость бифуркации аорты и магистральных артерий конечности. “Медицина”, 1987. с.304.
707) Xəstədə hər iki aşağı ətrafın eyni vaxtda yaranan və daha çox sağda özünü göstərən kəskin işemiyası vardır, sağ bud, dizaltı və pəncə arteriyalarında pulsasiya yoxdur. Sol bud arteriyasında və aşağı ətrafın digər arteriyalarında pulsasiya zəifləməsi qeyd edilir. Okklüziyanın səviyyəsini təyin edin.
A) Aortanın bifurkasiyasının trombemboliyası, sağ qalça arteriyasının tam okklüziyası və sol qalça arteriyasının hissəvi okklüziyası ilə

B) Sağ qalça arteriyasının okklüziyası və sol aşağı ətraf arteriyalarının reflektor spazmı

C) Hər iki bud arteriyasının okklüziyası

D) Aortanın bifurkasiyasının total trombozu

E) Sağ xarici qalça arteriyasının və sol daxili bud arteriyasının okklüziyası
Ədəbiyyat: В.С.Савeльев, И.И.Затевахин, Н.В.Степанов. Острая непроходимость бифуркации аорты и магистральных артерий конечности. “Медицина”, 1987. с.304.
708) Aşağıdakılardan hansı aşağı ətraf damarlarının obliterasiyaedici endarteriitinin cərrahi müalicəsinin seçim metodu deyil?
A) Ətraf arteriyalarının autovenoz şuntlanması

B) Endarterektomiya, yan autovenoz plastika ilə

C) Arteriyaların daralmış sahələrinin rezeksiyası və onların auto- və allotransplantatla əvəz olunması

D) Böyük dərialtı venanın bağlanması

E) Bel simpatektomiyası
Ədəbiyyat: А.А.Вишневский, Н.И.Краковский, В.Я.Золоторевский. Облетирирующие заболевания артерий конечностей. “Медицина", Москва, 1972. с.246
709) Qeyd olunanlardan hansı ürəyin zədələnməsinin birbaşa rentgenoloji simptomlarına aid deyil?

A) Ürək sərhədinin genişlənməsi, ürək halqalarının hamarlanması, ürək kölgəsinin intensivliyinin çoxalması

B) Sol plevral boşluqda mayenin olması

C) Ürəyin ölçülərinin böyüməsi, ürək kölgəsi v perikard arasında mayenin horizontal səviyyəsi

D) Ürək kölgəsi və perikard arasında hava zolağının olması

E) Ürəyin pulsasiyasının dəyişməsi


Ədəbiyyat: Е.А.Вагнер. Хирургия повреждений груди. «Медицина», Москва, 1981. с.286.
710) Ürəyin qapalı travması zamanı cərrahi əməliyyatına göstərişlər hansıdır:

1. Ritm pozğunluğu

2. Ürək çatışmazlığının artması

3. Hemoperikard

4. Ürəyin tamponadası

5. Böyük artan hemotoraks
A) 1, 2, 3

B) 1, 2, 4

C) 2, 4, 5

D) 1, 3, 5

E) 3, 4, 5
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер Ком». Санкт-Петербург. 1999.
711) Venaların kəskin trombozu zamanı antikoaqulyant terapiya hansı məqsədlə aparılır?
A) Laxtaların miqdarının artması

B) Fibrinin əritməsi

C) DNT aktivliyinin azalması

D) Damarların daxili divarının dəyişməsi

E) Trombun artmasının qarşısının alınması
Ədəbiyyat: В.С.Савельев. Флебология. «Медицина», Москва, 2001.
712) Appendektomiyadan sonra qarın boşluğuna qoyulmuş drenaj borusunun uzun müddət qalması nəyə səbəb ola bilər?
A) Yaranın irinləməsinə

B) Bağırsaq fistulasının əmələ gəlməsinə

C) Qanaxmaya

D) Xroniki sistitə

E) Xroniki kolitə
Ədəbiyyat: О.Б.Милонов, И.Д.Тоскин, В.В.Жебровский. Послеоперационные осложнения и опасности в абдоминальной хирургии. «Медицина», Москва, 1990. (Г)
713) Divertikullar daha çox harda rast gəlinir?
A) Nazik bağırsaqda

B) Onikibarmaq bağırsaqda

C) Qida borusunda

D) Çənbər bağırsaqda

E) Mədədə
Ədəbiyyat: В.Л.Ривкин, А.С.Бронлетеин, С.Н.Файн. Руководство по колопроктологии. «Медицина», Москва, 2001. (Г)
714) Köndələn çənbər bağırsağın təzə yaralanmaları zamanı nə göstərişdir?
A) Yaranın tikilməsi

B) Kolostomiya

C) Yaranın tikilməsi və qarın boşluğunun drenajı

D) Hemikolektomiya

E) Laxey əməliyyatı
Ədəbiyyat: И.З.Козлов, С.З.Горшков, В.С.Волков. Повреждения живота. «Медицина», Москва, 1988. (Г)
715) Peritonitin gedişinin ağırlığı nədən asılı deyil?
A) Mikrofloranın xarakterindən

B) Zülal, elektrolit mübadiləsi və turşu-qələvi tarazlığının pozulması dərəcəsindən

C) Hipovolemiyadan

D) İntoksikasiyanın dərəcəsindən

E) Xəstənin bədən çəkisindən
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”. Bakı, 2000.; А.А.Гринберг. Неотложная абдоминальная хирургия. «Триада-Х», Москва, 2000.; М.И.Кузин. Хирургические болезни. «Медицина», Москва,1987.
716) Hansı xəstəlik zamanı su-elektrolit və zülal mübadiləsi daha çox pozulur?
A) Dinamik bağırsaq keçməzliyinin paralitik forması zamanı

B) Dinamik bağırsaq keçməzliyinin spastik forması

C) Obturasion bağırsaq keçməzliyi zamanı

D) Stranqulyasion bağırsaq keçməzliyi zamanı

E) Bitişmə mənşəli bağırsaq keçməzliyi zamanı
Ədəbiyyat: M.A.Topçubaşov. Xüsusi cərrahlıq IV cild. Tibb İnstitutunun tələbələri üçün dərslik. «Maarif», Bakı, 1982.
717) Sidikdə amilazanın miqdarı hansı vahiddən çox olduqda patologiya hesab edilir?
A) 256 vahid

B) 16 vahid

C) 128 vahid

D) 32 vahid

E) 64 vahid
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”. Bakı, 2000.; М.И.Кузин. Хирургические болезни. «Медицина», Москва,1987.
718) Kəskin pankreatitdə xəstəliyin ilkin mərhələsində əsas intoksikasiya mənbəyi hansıdır?
A) Köndələn çənbər bağırsağın müsariqəsinin ödemi.

B) Kinin «partlayışı».

C) APUD sistemi aktivliyinin əhəmiyyətli dərəcədə artması.

D) Ferment tarazlığının pozulması

E) Prostoqlandinlərin atılması
Ədəbiyyat: Ю. Л. Шевченко. Частная хирургия. Том 2. Специальная литература, СПб. 2000. с. 496. (Г)
719) Kəskin pankreatitin ilkin mərhələsində hemodinamik pozğunluqlar nə ilə əlaqədardır?

A) Damar keçiriciliyinin artması və qanın maye hissəsinin ətraf toxumarası sahəyə keçməsi

B) Damarların toksiki dilatasiyası ilə

C) Ürəyin sağ yarısının yüklənməsi ilə.

D) Ürək çatmamazlığı

E) Portal sistemin tutum həcminin kəskin artması ilə


Ədəbiyyat: Ю. Л. Шевченко. Частная хирургия. Том 2. Специальная литература, СПб. 2000. с. 496. (Г)
720) Kəskin pankreatitdə erkən cərrahi əməliyyata əsas göstərişləri göstərin:

1. İntoksikasiyanın artması

2. Yayılmış fermentativ peritonit, nəzərə çarpacaq endogen intoksikasiya əlamətləri ilə

3. Qarının yuxarı yarısında infiltratın aşkarlanması.

4. Kəskin, əksər hallarda kalkulyoz xolesistit.

5. 3-4 gün müddətində azalmağa tendensiyası olmayan sarılıq
A) 1, 2, 4

B) 3, 4, 5

C) 2, 4, 5

D) 1, 3, 5

E) 1, 2, 3
Ədəbiyyat: Ф.Ф.Шалимов. Хирургия печени и желчевыводящих путей. «Здоровье», Киев, 1993. (Г)
721) Xarici pankreatogen fistulanın yekun diaqnostikasında hansı müayinə daha sadə və asan icra ediləndir?
A) Yara və ya fistula möhtəviyyatında pankreatogen fermentlərin aktivliyinin müəyyənləşdirilməsi

B) Mədəaltı vəzin kompüter tomoqrafiyası

C) Mədəaltı vəzin USM-si

D) RXPQ


E) Fistuloqrafiya
Ədəbiyyat: Ф.Ф.Шалимов. Хирургия печени и желчевыводящих путей. «Здоровье», Киев, 1993. (Г)
722) Adekvat konservativ terapiyanın aparılması fonunda kəskin pankreatitli xəstədə peritonit əlamətləri meydana çıxarsa müalicə taktikası necə olmalıdır?
A) Konservativ müalicənin davam etdirilməsi

B) Diaqnostik laparoskopiya

C) Dinamiki müşahidə

D) Laparosentez

E) Təcili laparotomiya, xolesistostomiya, qarın boşluğunun sanasiyası və drenləşdirilməsi
Ədəbiyyat: Ф.Ф.Шалимов. Хирургия печени и желчевыводящих путей. «Здоровье», Киев, 1993. (Г)
723) Qaraciyərxarici portal hipertenziyanın daimi simptomu nədir?
A) Splenomeqaliya

B) Burun selikli qişasının qanaxması

C) Ümumi zəiflik

D) Uşaqlığın qanaxması

E) Qızdırma
Ədəbiyyat: М.И.Кузин. Хирургические болезни. «Медицина», Москва,1987.
724) Öd yollarının erkən əməliyyatdan sonrakı dövrdə baş verən təzə zədələnmələrinə aşağıdakı hansı müayinənin nəticəsinə əsasən diaqnoz qoyulur?
A) Fistuloxolangioqrafiya

B) USM


C) Retroqrad xolangiopankreatoqrafiya

D) Retroqrad xolangiopankreatoqrafiya+ dəridən qaraciyərdən keçən xolangioqrafiya

E) Dəridən qaraciyərdən keçən xolangioqrafiya
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”, Bakı, 2000. (Q)
725) Erkən əməliyyatdan sonrakı dövrdə öd yollarının kəsilməsi necə təzahür edir?
A) Hıçqırma

B) Öd axma sindromu

C) İrinli xolangit

D) Ödlü qusma

E) Mexaniki sarılıq
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”, Bakı, 2000. (Q)
726) Erkən əməliyyatdan sonrakı dövrdə qaraciyərdən xaric öd yollarının bağlanması hansı əlamətlərlə təzahür edir?
A) Qızdırma

B) Pankreonekroz

C) Öd axma

D) Mexaniki sarılıq

E) Öd pertoniti
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”, Bakı, 2000. (Q)
727) Xarici öd fistulası olan xəstələrdə öd yollarının vəziyyətinin qiymətləndirilməsinin daha sadə üsulunu göstərin.
A) Fistuloxolanqioqrafiya

B) RXPQ


C) Qara ciyərin sintiqrafiyası

D) Dəridən qara ciyərdən keçən xolanqioqrafiya

E) USM
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999. (Г)
728) Sakitlik zamanı portal təzyiqin normal diapazonu hansıdır?
A) 650-750 mm su st (48-56 mm cst)

B) 150-250 mm su st (11-18 mm cst)

C) 250-350 mm su st (18-26 mm cst)

D) 50-150 mm su st (4-11 mm cst)

E) 450 550 mm su st (33-41 mm cst)
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер Ком». СПб., 1999. (Г)
729) Qarın boşluğu orqanlarının travması zamanı ən optimal cərrahı kəsik hansıdır?
A) Çerni kəsiyi

B) Koxer, Fyodorov kəsikləri

C) Orta laparotomiya

D) Torakoabdominal kəsik

E) Köndələn laparotomiya
Ədəbiyyat: И.З.Козлов, С.З.Горшков, В.С.Волков. Повреждения живота. «Медицина», Москва, 1988. (Г)
730) 30 yaşında qadın gecə vaxtı, küçədə tapılmışdır və huşsuz vəziyyətdə cərrahi klinikaya çatdırılmışdır. Vəziyyəti ağırdır: AT=80/20 mm c.st., nəbzi-128v/dəg., dərisi avazıyıb, qanın xüsusi çəkisi Van-Slayka metodu ilə -1, 044-dür. Ağrı qıcıqlandırıcılarına və göz bəbəklərinin işığa reaksiyası yerindədir. Üzdə cızıqlar və qansızmalar var. Tənəffüsün sayı 1 dəqiqədə 24-dür. Döş qəfəsinin sağ tərəfdə perkutor səs timpanikdir. Sağ tərəfdən nəfəs küyü zəifləyib. Döş qəfəsi və qarın üzərində cızıqlar və qansızmalar var. Lumbal punksiya zamanı likvorun təzyiqi 230mm c.s., likvorun şəffaflığı və rəngi dəyişməyib, likvor yollarının keçiriciliyi sınağı müsbətdir. Laparosentez zamanı 10 ml qan alınıb. Laporatomiya zamanı VIII qabırğanın sınığı nəticəsində dalağın diafraqmal səthinin 2 sm cırılmasında hansı əməliyyat göstərişdir?
A) Dalaq yarasının elektrokoaqulyasiyası

B) Splenektomiya dalaq toxumasının böyük piyliyə implantasiyası ilə

C) Dalaq yarasının tikilməsi

D) Splenektomiya

E) Dalağın rezeksiyası
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер Ком», СПб., 1999. (Г)
731) Karsinoid şişin ən çox lokalizasiya olunduğu yer hansıdır?
A) Soxulcanvarı çıxıntı

B) Qalça bağırsaq

C) Yoğun bağırsaq

D) Qara ciyər

E) Nazik bağırsaq
Ədəbiyyat: P.N.Napalkov, A.V.Smirnov, M.Q.Şrayber. Cərrahi xəstəliklər. «Medisina», Leninqrad şöbəsi, 1976
732) Həzm traktının yuxarı hissələrinin kəskin xoralarında ən çox rast gələn fəsad hansıdır?
A) Xroniki xoraya keçməsi

B) Perforasiya

C) Penetrasiya

D) Qanaxma

E) Maliqnizasiya
Ədəbiyyat: A.Şalimov, V.F.Sayerko. Mədənin və 12 barmaq bağırsağın cərrahiyyəsi. «Zdorovye», Kiyev, 1972
733) Qanitirmənin ağırlıq dərəcəsinin qiymətləndirilməsi üçün aşağıda göstərilən laborator testlərdən hansına üstünlük verilir?
A) Hematokrit sayı

B) Dövr edən plazmanın həcminin defisiti

C) Dövr edən qanın həcminin defisiti

D) Qlomerulyar həcmin defisiti

E) Hemoqlobinin səviyyəsi
Ədəbiyyat: A.Şalimov, V.F.Sayenko. Mədənin və 12 barmaq bağırsağın cərrahiyyəsi. «Zdorovye», Kiyev, 1972. (Г)
734) Yüksək dodaqvarı fistulaların konservativ müalicəsinin müddət həddi hansıdır?
A) Optimal vaxt müddəti yoxdur

B) Poliorqan catmamazlığı yaranana qədər

C) Fistula ətrafındakı dəri masserasiyası aradan götürülənə qədər.

D) Üç həftə

E) Üç ay
Ədəbiyyat: А.В.Богданов. Свищи пищеварительного тракта в практике общего хирурга. Москва, 2001. с.197. (Г)
735) Bazu sümüyünün diafizinin sınığı ilə olan xəstəninnəqli zamanı tətbiq olunması aşağıdakılardan hansının tətbiq edilməsi daha rasionaldır?
A) Kramer şinası

B) Yumşaq Dezo sarğısı

C) Vaynşteyn üsulu ilə gips sarğısı

D) Torakobraxial gips sarğısı

E) Gips Dezo sarğısı
Ədəbiyyat: Г.С.Юмашев. Травматология и ортопедия. «Медицина», Москва, 2000.
736) Dirsək oynağı sümüklərinin sınığı olan xəstənin nəqli zamanı vacibdir?
A) Dezo sarğısı

B) Torakobraxial sarğı

C) Sitenko şinasında fiksasiya

D) SİTO şinasında fiksasiya

E) Kramer şinası ilə fiksasiya
Ədəbiyyat: Г.С.Юмашев. Травматология и ортопедия. «Медицина», Москва, 2000.
737) Said sümüklərinin distal ucunun daha çox rast gəlinən sınıqlarına aiddir:

1. Mil sümüyünün tipik yerdən Kollis sınığı

2. Mil sümüyünün tipik yerdən Smits sınığı

3. Dirsək sümüyünün başının sınığı

4. Mil sümüyünün bizvarı çıxıntısının sınığı
A) 1, 4

B) 2, 3


C) 1, 2

D) 1, 3


E) 3, 4
Ədəbiyyat: Г.С.Юмашев. Травматология и ортопедия. «Медицина», Москва, 2000.
738) “Bağların gərilməsi“ anlayışına aşağıdakılardan hansı aiddir?
A) Bağın tam cırılması

B) Bağ aparatının hissəvi qopması

C) Bağ aparatının əzələnin cırılması ilə qopması

D) Bağın birləşdiyi yerdən qopması

E) Bağın birləşdiyi yerlə birlikdə qopması
Ədəbiyyat: Г.С.Юмашев. Травматология и ортопедия. «Медицина», Москва, 2000.
739) Hansı əlamətlərin mövcudluğu pəncə barmaqlarının falanqasının sınığından şübhələnməyə əsas verir?

1. Yerli ağrı

2. Yayılmış ağrı

3. Oxu boyunca ağırlıq zamanı ağrının güclənməsi

4. Krepitasiya
A) 1, 3

B) 1, 4


C) 3, 4

D) 1, 2


E) 2, 3
Ədəbiyyat: Г.С.Юмашев. Травматология и ортопедия. «Медицина», Москва, 2000.
740) Əzələ iltihabının klinikasına hansı simptom xas deyil?
A) Ağrılar

B) Limfadenit, limfangit

C) Ətrafın qoruyucu kontrakturası

D) Ətrafın seqmentinin şişkinliyi

E) Ətrafın funksiyasının aşağı düşməsi
Ədəbiyyat: Г.С.Юмашев. Травматология и ортопедия. «Медицина», Москва, 2000.
741) Baş beyinin zədələnməsinin əsas klinik forması hansıdır?
A) Kəllədaxili hematoma

B) Baş beyinin prolapsı

C) Baş beynin əzilməsi

D) Subaraxnoidal qansızma

E) Baş beynin ödemi
Ədəbiyyat: Г.С.Юмашев. Травматология и ортопедия. «Медицина», Москва, 2000.
742) Sadalanan tədbirlərdən hansıları yaraların müalicəsində aseptikanın tələblərini əks etdirir?

1. Alətlərin və sarğı materialların sterilizasiyası

2. Əməliyyat sahəsinin işlənməsi

3. Təsadüfi yaraların cərrahi işlənməsi

4. Cərrahi əlcəklərin istifadə olunması
A) 1, 2

B) 1, 4


C) 2, 3

D) 3, 4


E) 1, 3
Ədəbiyyat: В.Г. Астапенко, Н.Н.Малиновский. Практическое руководство по хирургическим болезням. «Вышейшая школа», Минск, 1984. 350 с.
743) Sadalanan klinik-laborator əlamətlərdən hansıları travmatik şok üçün spesifikdir?
A) Sistolik təzyiqin düşməsi

B) Van-Slayka-Baraşkov sınağı zamanı qanın xüsusi çəkisinin dəyişilməsi

C) Taxikardiya

D) DQH düşməsi

E) Yaddaşın tam və hissəvi itirilməsi
Ədəbiyyat: П.Г.Брюсов, Е.А.Нечаев. Военно-полевая хирургия. «ГЕОТАР», Москва, 1996.
744) Kimyəvi yanıqların dərinlik dərəcəsinə görə təsnifatına hansı uyğundur?
A) dörd dərəcə

B) Analoji olaraq termiki yanıqlarda olduğu kimi

C) iki dərəcə

D) beş dərəcə

E) üç dərəcə
Ədəbiyyat: Б.А.Парамонов, Я.О.Порембский, В.Г.Яблонский. Руководство (ожоги). «Спец. Лит», СПб, 2000.
745) Yanıqlar zamanı antibiotikoterapiya aşağıdakı hallarda təyin olunur?
A) Fəsadlaşmalar əmələ gəldikdə

B) Yanıqların poliklinika şəraitində müalicəsi vaxtı

C) Səthi yanıqlar zamanı

D) Məhdud dərin yanıqlar zamanı profilaktik məqsədlə

E) Təyin edilmir
Ədəbiyyat: Б.А.Парамонов, Я.О.Порембский, В.Г.Яблонский. Руководство (ожоги). «Спец. Лит», СПб, 2000.
746) İri oynaqların dərin termiki zədələnmələrdən sonrakı ilk günlərdə müşahidə olunan klinik əlamətlər hansılardır?

1. Yanıq nekrozu oynaq kapsulasını özünə birləşdirir.

2. Xəstə oynaqda ağrı hiss edir

3. Zərər çəkən oynaqlarda hərəkət məhdudluğunu qeyd edir.

4. Xəstə hərarətin yüksək olmasını qeyd edir
A) 1, 3

B) 2, 3


C) 1, 4

D) 3, 4


E) 1, 2
Ədəbiyyat: Б.А.Парамонов, Я.О.Порембский, В.Г.Яблонский. Руководство (ожоги). «Спец. Лит», СПб, 2000.
747) III A dərəcəli yanıq zamanı baş verən mütləq zədələnmələr hansılardır?

1. Dərinin bütün torlu qatı

2. Dərinin epitelial xarakterli hissəvi orqanellalarını.

3. Məməvari qatı

4. Hissəvi dərialtı piy qatı
A) 3, 4

B) 1, 4


C) 1, 3

D) 2, 3


E) 1, 2
Ədəbiyyat: Б.А.Парамонов, Я.О.Порембский, В.Г.Яблонский. Руководство (ожоги). «Спец. Лит», СПб, 2000.
748) Yanıq zamanı zərərçəkənə göstərilən ilk yardım hansıdır?
A) Levomekol mazı ilə sarğı

B) Furasilin ilə sarğı qoyulması

C) Yaranın spirtli sarğı ilə bağlanması

D) Yanmış yaraların suyun köməyilə soyudulması və ya zərərçəkən duş altında soyutduqdan sonra yaralara aseptik sarğı qoyulması

E) Yanmış ətrafa vişnevski mazı ilə sarğı qoyulması
Ədəbiyyat: Б.А.Парамонов, Я.О.Порембский, В.Г.Яблонский. Руководство (ожоги). «Спец. Лит», СПб, 2000.
749) Yanıq şokuna nə xarakterikdir?

1. Bədən temperaturunun normal olması

2. Hipertermiya

3. Hipovolemiya

4. Anemiya
A) 3, 4

B) 1, 4


C) 1, 2

D) 2, 3


E) 1, 3
Ədəbiyyat: Б.А.Парамонов, Я.О.Порембский, В.Г.Яблонский. Руководство (ожоги). «Спец. Лит», СПб, 2000.
750) Kəskin yanıq intoksikasiyası üçün xarakterik əlamətlər hansılardır?

1. Anemiya

2. Nəzərə çarpan infeksiya

3. Hipo və disproteinemiya

4. Hemokensentrasiya

5. Hipotermiya
A) 1, 2, 4

B) 3, 4, 5

C) 2, 4, 5

D) 1, 3, 5

E) 1, 2, 3
Ədəbiyyat: Б.А.Парамонов, Я.О.Порембский, В.Г.Яблонский. Руководство (ожоги). «Спец. Лит», СПб, 2000.
751) Kəskin yanıq infeksiyasının ilkin klinik əlamətləri hansılardır?
A) Anemiya

B) AT-gin aşağı düşməsi

C) Disproteinemiya

D) Hərarətin yüksəlməsi

E) Diurezin normallaşması
Ədəbiyyat: Б.А.Парамонов, Я.О.Порембский, В.Г.Яблонский. Руководство (ожоги). «Спец. Лит», СПб, 2000.
752) İşlədilən məhlullardan daha çox nəzərə çarpan bakterisid təsirə malik olanları seçin.

1. Furasilin məhlulu

2. Furagin məhlulu

3. Mafinid asetat

4. Hidrogen peroksid məhlulu
A) 3, 4

B) 1, 2


C) 1, 3

D) 1, 4


E) 2, 3
Ədəbiyyat: Б.А.Парамонов, Я.О.Порембский, В.Г.Яблонский. Руководство (ожоги). «Спец. Лит», СПб, 2000.
753) Yanıq xəstəliyi zamanı ən çox müşahidə olan ağırlaşmalar hansılardır?

1. Kəskin mədə-bağırsaq yaraları

2. Toksiki ensefalopatiya

3. Ağciyər pnevmoniyası

4. Miokard infarktı

5. Qaraciyərin sirrozu
A) 1, 3, 5

B) 3, 4, 5

C) 2, 4, 5

D) 1, 2, 4

E) 1, 2, 3
Ədəbiyyat: Б.А.Парамонов, Я.О.Порембский, В.Г.Яблонский. Руководство (ожоги). «Спец. Лит», СПб, 2000.
754) Anal kanalın uzunluğunu göstərin.
A) 5 - 6 sm

B) 3, 5 - 5 sm

C) 2, 5 - 4 sm

D) 2 - 3 sm

E) 1 - 2 sm
Ədəbiyyat: М.И.Кузин. Хирургические болезни. «Медицина», Москва, 1986. с. 526.
755) Anus çatı ən çox harada yerləşir?
A) anal kanalın sağ yarımdairəsində

B) anal kanalın ön və arxa yarımdairəsində

C) anal kanalın sol yarımdairəsində

D) anal kanalın arxa yarımdairəsində

E) anal kanalın ön yarımdairəsində
Ədəbiyyat: М.И.Кузин. Хирургические болезни. «Медицина», Москва, 1986. с.531-536.
756) Anus çatının əmələ gəlməsinə səbəb olan faktorları seçin:


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə