Rəyçüər: S. M. SƏBZƏLİyev iqtisad elmləri doktoru, professor



Yüklə 2,22 Mb.
səhifə6/141
tarix24.02.2022
ölçüsü2,22 Mb.
#84018
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   141
Müslümov S. Y., Kazımov R.N.

    1. Riskin aşağı salınması üsulları 290

Yoxlama sualları 292

  1. Fəsil. İnflyasiya və onun maliyə xarakterli qərarların qəbul olunmasına təsiri 293

    1. İnflyasiyanın iqtisadi mahiyyəti 293

    2. İnflyasiya şəraitində hesabatın yenidən qiymətləndirilməsi metodikası 297

    3. İnflyasiya şəraitində maliyyə qərarlarının əsaslandırılması 303

Yoxlama sualları 306

İstifadə olunmuş ədəbiyyat siyahısı 307

ım2



Ön SÖZ

Malivvə təhlili

Yeni müstəqil dövlətlərdə bazar iqtisadiyyatının təşəkkülü bir sıra çətinliklər və ziddiyyətlərlə müşayət olunmuşdur. Belə ki, müəssisələrarası iqtisadi əlaqələrin formalaşması zamanı tərəfdaşların bir-birinə qarşı inamsızlığı səbəbindən bazar subyektlərinin maraqlarını təmin edən obyektiv informasiyalara tələbat artmış, eyni zamanda müəssisələrin fəaliyyət şərtləri də dəyişmişdir. Bu, ilk növbədə, idarəetmə sisteminin keyfiyyətcə kökündən dəyişilməsi ilə bağlıdır. Müəssisə fəaliyyətini davam etdirmək üçün istehsalın (iş və xidmətin) səmərəliliyini artırmalı və bu məqsədlə bütün resurslardan düzgün istifadə etməlidir.

Müəssisənin maliyyəsinin, işgüzar fəallığının və iqtisadiyyatının təhlili nəzəriyyəsinə görə «sabit maliyyə vəziyyəti» anlayışı yalnız müəssisənin maliyyəsinin keyfiyyət səciyyəsi kimi deyil, eləcə də həmin vəziyyətin kəmiyyətcə hesablanması kimi başa düşülür. Bu başlıca nəticə müəssisənin maliyyə vəziyyətinin qiymətləndirilməsinin elmi cəhətdən əsaslandırılmış metodikasının ümumi prinsiplərini formalaşdırmağa imkan verir.

Qeyd etmək lazımdır ki, bazar münasibətlərinin bərqərar olması, iri şirkət və holdinqlərin yaranması, onların fəaliyyət sferasının genişlənməsi, bütövlükdə biznesin beynəlmiləlləşməsi nəticəsində şirkət mülkiyyətçilərinin (səhmdarların) şirkətin idarəedici strukturlarından ayrılması baş verir. Öz fəaliyyətini yerinə yetirərkən şirkətlərin, bankların rəhbərləri görülmüş işlər haqqında vaxtaşırı maliyyə hesabatları tərtib etməlidirlər ki, həmin hesabatların düzgünlüyü mütəxəssislər - sərbəst fəaliyyət göstərən təhlilçilər, auditorlar və ya auditor firmalarının nümayəndələri tərəfindən yoxlanılır və müvafiq sənədlərlə rəsmiləşdirilir.

Müasir dövdə təhlilçilərin, auditorların xidmətlərinə daima artan tələbat maliyyələşdirmə mənbələrinin potensial dairəsinin genişlənməsi ilə bağlıdır. Qiymətli kağızların alışı və satışı, ssudaların verilməsi, kommersiya kreditinin genişləndirilməsi və s. haqda qərarların qəbul edilməsi başlıca olaraq maliyyə informasiyalarına əsaslanır.

Maliyyə-təsərrüfat fəaliyyətinin informasiya təminatı mürəkkəb quruluşa malikdir və müxtəlif amillərlə - idarəetmənin səviyyəsi, informasiyanın məqsədli təyinatı, istifadəçilərin tərkibi və s. ilə müəyyən edilir. Müəssisə səviyyəsində maliyyə fəaliyyətinin informasiya


ırra

təminatının əsasını mühasibat məlumatları təşkil edir. Bazar iqtisadiyyatı şəraitində mühasibat xidmətinin funksiyalarına yalnız retrospektiv xarakter daşıyan təsərrüfat faktlarının qeyd olunması kimi mühasibat uçotunun aparılması deyil, eləcə də perspektiv istiqamətlərin müəyyən edilməsinə imkan verən maliyyə hesablamalarının həyata keçirilməsi daxildir.

Bazar münasibətlərinin inkişafı ilə bağlı təsərrüfat fəaliyyətinin qeyri-müəyyənliyi də artır. Bu da gözlənilən son nəticələrin əldə edilməsinə inamsızlıq yaradır. Bazar iqtisadiyyatında bazar konyukturasmın əvvəlcədən müəyyən olunmaması səbəbindən yaranan risk ön plana keçir.

Milli iqtisadiyyatın transformasiyası şəraitində mühasibat uçotunun təkmilləşdirilməsi analitik işlərin maliyyə təhlili kimi mühüm elementini yenidən aktuallaşdırmışdır. Təsərrüfat subyektlərinin maliyyə resurslarının təhlili və idarə olunması maliyyə təhlilinin əsasını təşkil edir. Rəqabətin güclənməsi, texnoloji dəyişikliklər, iqtisadi informasiyanın işlənməsinin kompyuterləşdirilməsi, vergi qanunvericiliyində edilən yeniliklər, tədricən formalaşan qiymətli kağızlar bazarı, dəyişən faiz dərəcələri və valyuta kursları ölkəmizdə bazar münasibətlərinin formalaşması xüsusiyyətlərini səciyyələndirir. Belə bir şəraitdə müəssisələrin menecerləri qarşısında müasir müəssisənin strategiya və taktikasının düzgün qurulması, onun gələcək inkişafı üçün maliyyə fəaliyyətinin optimal təşkili, maliyyə resurslarının idarə olunmasının səmərəliliyinin yüksəldilməsi, sabit maliyyə vəziyyətinin təmin olunması kimi mühüm məsələlər durur. Bu vacib məsələlərin həlli yalnız obyektiv maliyyə təhlili vasitəsi ilə mümkündür.

Aparılmış maliyyə təhlilinin nəticələri əsasında material, əmək və maliyyə resurslarının bölüşdürülməsinin daha səmərəli istiqamətləri müəyyənləşdirilir. Məlum olduğu kimi, hər bir resurs məhduddur və onların istifadəsindən maksimum səmərə əldə etmək üçün yalnız onların həcminin artırılması deyil, eləcə də müxtəlif növ resurslar arasında optimal nisbətin yaradılması təmin edilməlidir. Bu zaman müəssisənin maliyyə resurslarına xüsusi diqqət verilməlidir, çünki onlar bilavasitə və minimal müddətdə bu və ya digər növ resursa transformasiya olunan yeganə resurs növüdür.

Maliyyə təhlilinin metodikasının inkişaf etdirilməsində maliyyənin idarə olunması məsələləri üzrə ölkə, xüsusilə də xarici ədəbiyyatda

ım2
iqtisadi terminlərin vahid anlayışlarının olmaması ciddi problemlər yaradır. Belə ki, maliyyə təhlilinin problemlərinə dair metodiki nəşrlərdə çoxlu termin müxtəlifliyi mövcuddur. Məsələn, «xüsusi dövriyyə kapitalı», «xalis cari aktivlər», «işçi kapital» və ya «işlək kapital» terminləri bu və ya digər eyni anlayış kimi istifadə edilir və ya əksinə, müxtəlif anlayışlar eyni terminlər vasitəsi ilə (məsələn, «dövriyyə kapitalı», «xalis cari aktivlər» və ya «xüsusi dövriyyə aktivləri» terminlərinin sinonimi kimi istifadə edilir) ifadə olunur.

Problemin dərinləşməsinin bir səbəbi də xarici iqtisadçı- alimlərin maliyyə və maliyyənin idarə edilməsi üzrə fundamental əsərlərinin azərbaycan dilinə (eləcə də rus dilinə) tərcüməsi zamanı müəyyən təhriflərə yol verilməsidir. Bu və ya digər anlayışın məzmununun müxtəlifliyindən asılı olaraq hesabata tələbat dəyişə bilər. Misal olaraq qeyd etmək lazımdır ki,

«eguity» termininə ekvivalent olaraq nizamnamə, səhm və xüsusi kapital terminlərindən, müəssisənin pul vəsaitləri və hətta xərcləri üçün isə «nağd» («cash» ingilis sözünün birbaşa tərcüməsi) terminindən istifadə olunur. Müəlliflər bu kitabda Azərbaycan Respublikasında mühasibat uçotunun konsepsiyasında və Maliyyə Hesabatının Beynəlxalq Standartlarında qəbul edilmiş terminologiyanı gözləməyə cəhd etmişlər.

Oxuculara təqdim olunan kitabda maddi istehsal sferasına daxil olan müəssisələrin fəaliyyətinin maliyyə təhlili metodikası verilmişdir.

Müəssisənin maliyyə - təsərrüfat fəaliyyətinin qiymətləndirilməsində maliyyə təhlilinin əhəmiyyətini şərh edərkən (I fəsil) müasir şəraitdə maliyyə təhlilinin mahiyyəti və müəssisənin maliyyə vəziyyətinin möhkəmləndirilməsində onun rolu, informasiya mənbələri göstərilmiş, mühasibat hesabatının iqtisadi oxunuşu metodikası verilmişdir.

Müəssisənin maliyyə vəziyyətinin ümumi qiymətləndirilməsi üçün (II fəsil) mühasibat balansının valyutasının, balansın aktiv və passivinin quruluşunun təhlili metodikası geniş şərh edilmişdir.

Balansın aktiv və passivinin qarşılıqlı əlaqəli təhlili prosesində müəssisənin maliyyə sabitliyini səciyyələndirən göstəricilər sistemi müəyyən edilmiş (III fəsil), onların hesablanması qaydası və təhlili metodikası konkret materiallar əsasında nəzərdən keçirilmişdir.

Müəssisənin ödəmə qabiliyyəti və likvidliyinin təhlili zamanı (IV fəsil) likvidlik anlayışının mahiyyətinin açılmasına, mühasibat informasiyasının daxili və xarici istifadəçiləri tərəfindən müəssisənin


Ödəmə qabiliyyətinin qiymətləndirilməsi metodlarının şərhinə xüsusi diqqət verilmişdir.

Müasir şəraitdə müəssisənin maliyyə sabitliyinin və likvidliyinin qiymətləndirilməsi zamanı maliyyə əmsallarından istifadə olunur. Bu bölmədə həmin əmsalların hesablanması və interpretasiyası məqsədi ilə mühasibat hesabatı məlumatlarından istifadə zamanı meydana çıxan metodiki problemlər nəzərdən keçirilmiş, eləcə də onların istifadə edilməsi üzrə tövsiyələr verilmişdir.

Kapitaldan istifadənin səmərəliliyi qiymətləndirilərkən (V fəsil) müəssisənin işgüzar fəallığının və dövriyyə kapitalından istifadənin səmərəliliyi təhlil olunmuşdur. Aktivlərin dövriyyəsinin qiymətləndirilməsi cari fəaliyyətə yönəldilmiş kapitalın dövr sürətinə təsir göstərən amilləri, əməliyyat həlqəsinin davamiyyətini və onun azaldılması üsullarını müəyyən etməyə, müəssisənin kapitalının quruluşunun təhlili isə xüsusi və borc kapitalı elementləri arasında əsas nisbəti, onların dəyişmə meylini qiymətləndirməyə, vəsaitlərin cəlb edilməsi və yerləşdirilməsinin quruluşunun səmərəliliyini xarakterizə etməyə imkan verir.

Müəssisənin maliyyə nəticələrinin təhlili (VI fəsil) onun fəaliyyətinin səmərəliliyi ilə bağlı ümumi nəticə çıxarmağa əsas verir. Bu zaman mənfəətin formalaşması, bölüşdürülməsi və istifadəsinin təhlili metodikası şərh olunur. Burada eyni zamanda müəssisə aktivlərinin idarə olunmasını və onun fəaliyyətinin gəlirliyini müxtəlif aspektdən qiymətləndirməyə imkan verən rentabelliyin göstəricilər sistemi və onların təhlili metodikası verilmişdir.

Maliyyə nəticələrinin təhlilinin beynəlxalq təcrübəsi və marjinal təhlil əsasında biznesdə idarəetmə qərarlarının əsaslandırılması metodikası (VII və VIII fəsillər) şərh edilərkən onların respublikamızda tətbiq olunan metodikalar ilə müqayisəsi verilir, oxşar, üstün və ya çatışmayan cəhətləri şərh olunur.

Ölkəmizdə bazar münasibətlərinin bərqərar olması ilə əlaqədar olaraq qiymətli kağızlar bazarının yaranması, müəssisə-emitentin maliyyə vəziyyətinin təhlili, qiymətli kağızlarla əməliyyatların səmərəliliyinin qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir.Bu baxımdan həmin məsələlər kitabda IX fəsildə geniş şərh olunmuşdur.

Qeyd olunduğu kimi, bazar iqtisadiyyatına keçid müəssisələrin təsərrüfat qeyri-müəyyənliyi və onların yüksək risk zonasına daxil

ımı
olması ilə müşayət olunmuşdur. Bu baxımdan respublikanın iqtisadi həyatında yeni hal kimi müəssisənin müflisləşməsi ehtimalının, sahibkarlıq riskinin və inflyasiyanın təsirinin öyrənilməsi mühüm əhəmiyyətə malikdir. Kitabda müflisləşmənin, risklərin və inflyasiyanın mahiyyəti, yaranma səbəbləri və təhlili metodikası (X və XI fəsillər) verilmişdir.

Kitabda bu və başqa maliyyə xarakterli məsələlər geniş şərh olunur. Bəzi problemlər hələlik nəzəri xarakter daşıyır. Lakin respublikamızda bazar münasibətlərinin sürətli inkişafı, aparılan iqtisadi-sosial islahatlar yaxın gələcəkdə həmin problemlərin nəzəriyyədən praktikaya keçməsini təmin edəcəkdir.

Müəlliflər oxuculara təqdim olunan kitabın nöqsanlardan uzaq olmadığını başa düşürlər və hər hansı konstruktiv fikirləri minnətdarlıqla qəbul edəcəklər.



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə