Rəyçüər: S. M. SƏBZƏLİyev iqtisad elmləri doktoru, professor


I FƏSİL. MALİYYƏ TƏHLİLİNİN MAHİYYƏTİ VƏ



Yüklə 2,22 Mb.
səhifə7/141
tarix24.02.2022
ölçüsü2,22 Mb.
#84018
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   141
I FƏSİL. MALİYYƏ TƏHLİLİNİN MAHİYYƏTİ VƏ MÜƏSSİSƏNİN TƏSƏRRÜFAT-MALİYYƏ FƏALİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİNDƏ

ONUN ROLU



    1. Müasir şəraitdə maliyyə təhlilinin rolu

Müasir iqtisadi şəraitdə hər bir təsərrüfat subyektinin fəaliyyəti onun nəticələrində marağı olan çoxsaylı bazar münasibətləri iştirakçılarının diqqət obyektinə çevrilmişdir. Onlar əldə etdikləri hesabat-uçot informasiyalarından istifadə etməklə müəssisənin maliyyə vəziyyətini qiymətləndirirlər. Belə qiymətləndirmə maliyyə təhlili vasitəsi ilə həyata keçirilir. Maliyyə təhlilinin köməkliyi ilə təhlil olunan obyektin daxili və xarici münasibətləri obyektiv qiymətləndirilir, onun nəticələri əsasında əsaslandırılmış qərar qəbul olunur. Geniş mənada maliyyə təhlili qısa və uzunmüddətli iqtisadi qərarların, investisiyaların məqsədəuyğunluğu- nun əsaslandırılması, idarəetmə bacarığının və keyfiyyətinin qiymətləndirilməsi, gələcək nəticələrin proqnozlaşdırılması vasitəsi kimi çıxış edir.

Maliyyə təhlili müəssisənin inkişaf perspektivini qiymətləndirmək məqsədi ilə onun cari maliyyə vəziyyəti və fəaliyyət nəticələri haqqında məlumatların öyrənilməsinə əsaslanan prosesdir. Belə ki, maliyyə təhlilinin əsas vəzifəsi gələcəyə yönəlmiş iqtisadi qərarların qəbul edilməsi ilə bağlı labüd qeyri müəyyənliyin azaldılmasını təmin etməkdir.

Müəssisənin, o cümlədən maliyyə bloklarının, onun motivasiya mexanizminin seqmentlərinin maliyyə təhlili təsərrüfat subyektlərinin material, əmək və maliyyə ehtiyatlarının daha səmərəli bölgüsü və istifadəsi sistemini müəyyənləşdirməyə imkan verir. Məlumdur ki, hər bir resurs növü məhduddur və maksimum səmərə əldə etmək üçün yalnız onların həcminin artırılmasını deyil, eləcə də optimallaşdırılmasını, motivasiya əhəmiyyətini və işgüzar fəallığı təmin etmək lazımdır.

Hazırda iqtisadi islahatlar şəraitində müəssisənin motivasiya sisteminə rəqabət, texnoloji dəyişikliklər, qiymətlərin sürətli artımı, faiz dərəcələrinin dəyişkənliyi, mövcud vəziyyətin iqtisadi qeyri müəyyənliyi və s. yeni amillərin təsiri artmaqdadır. Buna görə də maliyyə təhlilinin əhəmiyyəti artır, o, həm nəzarət, həm də maraqların qorunması çərçivəsində müəssisənin əmlak və maliyyə vəziyyətinin qiymətləndirilməsi



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə