Rəyçüər: S. M. SƏBZƏLİyev iqtisad elmləri doktoru, professor



Yüklə 2,22 Mb.
səhifə8/141
tarix24.02.2022
ölçüsü2,22 Mb.
#84018
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   141

SnrK

üçün əsas hesabat forması sayılan balansın quruluşunu izləməyə imkan verir. Mühasibat hesabatı maliyyə təhlilinin informasiya mənbəyi hesab olunur. Qoyulmuş məqsədə uyğun olaraq maliyyə təhlili müxtəlif səviyyələrdə aparıla bilər. O, istehsal-kommersiya fəaliyyətinin idarə edilməsi üzrə problemlərin aşkar edilməsi, təşkilat rəhbərinin fəaliyyətinin qiymətləndirilməsi, kapitalın investisiyası istiqamətinin seçilməsi üçün istifadə olunur, eləcə də ayrı-ayrı göstəricilərin və bütövlükdə maliyyə

fəaliyyətinin proqnozlaşdırılması aləti kimi çıxış edir.

Maliyyə təhlili vasitəsi ilə:



  • material və maliyyə resurslannm hərəkəti haqqında balanslaş- dırma dərəcəsi müəyyən edilir, təkrar istehsal prosesində maksimum və ya optimal mənfəət əldə edilməsi imkanları və maliyyə sabitliyinin yüksəldilməsinə yönəldilmiş xüsusi və borc kapitalının axını qiymətləndirilir;

  • kapitalın səmərəli quruluşuna nail olmaq məqsədi ilə pul vəsaitlərindən düzgün istifadə qiymətləndirilir;

  • təşkilatın maliyyə axınlarının düzgün tərtib edilməsinə, maliyyə və material resurslarından istifadə normasına və normativinə, xərclərin məqsədəuyğunluğuna nəzarət edilir.

Hazırda fəaliyyətin idarə edilməsinin «reaktiv» forması, daha doğrusu, cari problemə reaksiya kimi idarəetmə qərarının qəbul edilməsi əksər müəssisələr üçün xarakterikdir. Belə idarəetmə forması müəssisənin marağı ilə dövlətin fıskal marağı, pulun dəyəri və istehsalın rentabelliyi, istehsal və maliyyə xidməti maraqları arasında bir sıra ziddiyət- lər doğurur.

Əsas məsələ bazar münasibətlərinə adekvat olan müəssisənin strateji məqsədləri nəzərə alınmaqla iqtisadi vəziyyətin təhlili əsasında maliyyə-təsərrüfat fəaliyyətinin səmərəli idarə edilməsidir. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri həm xarici - bazar agentlərini (istehlakçı və istehsalçıları, kreditorları, səhmdarları, investorları), həm də daxili istifadəçiləri - inzibati idarəetmə bölmələrinin işçilərini, müəssisə rəhbərliyini maraqlandırır.



Bazar münasibətləri şəraitində hər bir müəssisənin əsas strareji vəzifələrinə aşağıdakılar daxildir:

  • müəssisənin kapitalının quruluşunun optimallaşdırılması və onun maliyyə sabitliyinin təhlil olunması;

  • mənfəətin maksimum həcminə nail olunması;




  • müəssisənin investisiya cəlb ediciliyinin təmin olunması;

  • müəssisənin səmərəli idarə edilməsi mexanizminin yaradılması;

  • mülkiyyətçilər (iştirakçı və təsisçilər), investorlar, kreditorlar üçün müəssisənin maliyyə-təsərrüfat vəziyyətinin şəffaflığının təmin olunması;

  • maliyyə vəsaitlərinin cəlb edilməsi üçün bazar mexanizmlərindən istifadə olunması.

Qəbul edilmiş idarəetmə qərarının optimallığı fəaliyyətin müxtəlif istiqamətləri ilə bağlı müəssisənin siyasətinin aşağıdakı elementlərindən asılıdır:

  • iqtisadi təhlilin keyfiyyətindən:

  • uçot və vergi siyasətinin işlənib hazırlanmasından;

  • kredit siyasəti istiqamətlərinin hazırlanmasından;

  • dövriyyə vəsaitlərinin, kreditor və debitor borclarının idarə edilməsinin keyfiyyətindən;

  • amortizasiya siyasəti daxil olmaqla məsrəflərin təhlili və idarə edilməsindən.

Təsərrüfat subyektinin inkişafında maliyyə təhlilinin rolu böyükdür. Çünki onun əsasında müəssisənin iqtisadi strategiyası işlənib hazırlanır. Təhlil rüblük və illik mühasibat hesabatlanna əsaslanır. Təhlil həmin hesabatın tərtibindən əvvəl aparılmalıdır (balansın bəzi maddələrini dəyişmək imkanı var). Maliyyə - təsərrüfat vəziyyətinin yekun təhlilinin məlumatları əsasında müəssisənin iqtisadi-maliyyə siyasətinin bütün istiqamətləri işlənilir. Qəbul edilmiş idarəetmə qərarının səmərəliliyi aparılmış təhlilin keyfiyyətindən asılıdır. Maliyyə təhlilinin keyfiyyəti isə tətbiq olunan metodikadan, mühasibat hesabatı məlumatlarının dürüstlüyündən, eləcə də idarəetmə qərarını qəbul edən şəxsin səlahiyyətinik dərəcəsindən asılıdır.

Cari maliyyə təhlilinin nəticələri əsasında biznes-planların, büdcə planlaşdırmasmm əsas göstəriciləri işlənib hazırlanır. Mühasibat (maliyyə) hesabatının cari təhlili vasitəsi ilə təşkilatın gələcək inkişafının iqtisadi istiqamətləri müəyyən edilir.

Bazar münasibətləri şəraitində müəssisənin meneceri qarşısında təsərrüfat subyekti üçün müasir strategiya və taktikanın hazırlanması, maliyyə fəaliyyətinin səmərəli təşkili, maliyyə resurslarının səmərəli idarə edilməsi, sabit maliyyə vəziyyətinin təmin olunması ilə bağlı çoxsaylı suallar durur. Bu və digər mühüm məsələlər düzgün aparılmış maliyyə


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə