Rəyçüər: S. M. SƏBZƏLİyev iqtisad elmləri doktoru, professor



Yüklə 2,22 Mb.
səhifə9/141
tarix24.02.2022
ölçüsü2,22 Mb.
#84018
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   141

SnrE

təhlili vasitəsilə həll edilir. Maliyyə təhlili aşağıda göstərilən məsələləri qiymətləndirməyə imkan verir:



  • müəssisənin əmlak vəziyyətini;

  • sahibkarlıq riskinin dərəcəsini, o cümlədən üçüncü şəxslər qarşısında öhdəliklərin yerinə yetirilməsinin mümkünlüyünü;

  • cari fəaliyyət və uzunmüddətli investisiya üçün kapitalın kafıliyi- ni;

  • əlavə maliyyələşdirmə mənbələrinə tələbatı;

  • kapitalın genişləndirilməsi bacarığını;

  • borc vəsaitlərinin cəlb edilməsinin səmərəliliyini;

  • mənfəətin bölüşdürülməsi və istifadəsi siyasətinin əsaslı olmasını;

  • investisiyaların seçilməsinin məqsədəuyğunluğunu və s.

Maliyyə təhlilinin mövcud metodikası müəssisənin fəaliyyətinə xarici mühitin artan təsiri nəticəsində daima dəyişir. Belə ki, onun məqsədli istiqaməti dəyişir: nəzarət funksiyası ikinci plana keçir və əsas diqqət idarəetmə və investisiya qərarlarının əsaslandırılmasına, kapitalın mümkün sərfinin istiqamətinin müəyyən edilməsinə və onun məqsədə- uyğunluğunun qiymətləndirilməsinə yönəldilir.

Müasir maliyyə təhlili metodikası pul vəsaitlərinin zamanca dəyərliliyini, qeyri-müəyyənlik, risk və inflyasiya amillərinin təsirini nəzərə almağa imkan verən yeni üsul və qaydalar hesabına genişlənir. Məsələn, cari və uzunmüddətli ödəmə qabiliyyətinin təmin olunması problemini həll etmək üçün pul vəsaitlərinin, eləcə də maliyyə qoyuluşlarının qısamüddətli və uzunmüddətli təhlili kimi istiqamətlərinin inkişafı tələb olunurdu. Bir tərəfdən, müəssisənin gələcək fəaliyyəti nəticələrinin pro- qnozlaşdırılmasmm zəruriliyi və digər tərəfdən, qeyri müəyyənlik amilinin güclənməsi maliyyə təhlilinin nəzəriyyəsi və praktikasında risklərin qiymətləndirilməsinin təhlilini tələb edir. Eyni zamanda investisiyaların məqsədəuyğunluğunun əsaslandırılmasına tələbatla yanaşı diskontlaş- dırılmış pul axınlarının təhlilinin inkişaf etdirilməsi zərurəti yaranmışdır. İnflyasiyanın mövcud səviyyəsi ölkədə pul axınına, maliyyə nəticələrinə, aktivlərə və öhdəliklərə onun təsirinin qiymətləndirilməsini tələb edir.

İqtisadi şəraitin dəyişməsinin, həmçinin mühasibat uçotunun təşkili və maliyyə hesabatlarının tərtib olunmasının beynəlxalq standartlara (Maliyyə Hesabatlarının Beynəlxalq Standatrlarına) uyğunlaşdı- rılması ilə bağlı dəyişikliklərin təsiri altında maliyyə təhlilinin informasiya bazası və məzmunu dəyişir. Belə ki, müasir maliyyə təhlili metodi
kası müəssisənin maliyyə vəziyyətini müəyyən edən xarici və daxili mühitin birgə nəzərdən keçirilməsinə əsaslanır. Bu zaman məhsula (işə, xidmətə) tələb, müəssisənin bazarda mövqeyi, kapital bazarının vəziyyəti və müəssisənin maliyyəsinə onların təsiri (obyektiv səbəblərdən təsərrüfat fəaliyyətinin ənənəvi təhlilində sonuncu amil nəzərə alınmırdı) kimi xarici amillər bilavasitə təhlilçinin nəzərdən keçirdiyi predmetə çevrilir.

Maliyyə təhlilinin aparılması ardıcıllığının sxemini nəzərdən keçirək (şəkil l.I).

Şəkil 1.1-dən göründüyü kimi, müəssisənin fəaliyyətinin öyrənilməsinin ilkin mərhələsində mövcud maliyyə vəziyyəti qiymətləndirilir və onun dəyişməsinin əsas meylləri müəyyən olunur. Belə təhlil maliyyə vəziyyətinin ümumi qiymətləndirilməsi və ya ekspress-təhlil adını almışdır.

Bir tərəfdən cari maliyyə vəziyyətini müəyyən edən dərin səbəbləri aydınlaşdırmaq üçün, digər tərəfdən isə konkret idarəetmə qərarının gələcəkdə müəssisənin maliyyə vəziyyətinə təsirinin qiymətləndirilməsi üçün maliyyə təhlilində aparılan xarici mühitin təhlilinin - marketinq təhlilinin, təchizatın, kapital bazarının, eləcə də daxili mühitin təhlilinin nəticələrindən istifadə edilir.

Maliyyə təhlilinin son mərhələsində konkret təsərrüfat, investisiya və maliyyə qərarının həyata keçirilməsinin məqsədəuyğunluğu əsaslandırılır, onların müəssisənin inkişaf məqsədlərinə uyğunluğu qiymətləndirilir.

Beləliklə, maliyyə təhlili eyni zamanda müəssisənin fəaliyyətinin öyrənilməsinin yekun mərhələsi hesab edilir.Bu zaman seçilmiş maliyyə strategiyalarının əsaslandırılmasının ümumiləşdirilmiş qiyməti verilir ki, bundan sonra təkrar istehsal prosesi ilə birlikdə təhlil prosesi bərpa edilir.

Maliyyə təhlilinin vəzifələrinin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bir sıra vacib şərtləri qeyd etmək lazımdır.


Şəkil 1.1. Təsərrüfat subyektinin kompleks iqtisadi təhlili sistemində maliyyə təhlilinin yeri.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə