Rəyçüər: S. M. SƏBZƏLİyev iqtisad elmləri doktoru, professor



Yüklə 2,22 Mb.
səhifə15/141
tarix24.02.2022
ölçüsü2,22 Mb.
#84018
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   141
Müslümov S. Y.. Kazımov R.N.

rilmiş və alınmış öhdəliklər və ödəmələr haqqında vacib məlumatlar öz əksini tapmışdır.




    1. Maliyyə təhlilinin metodlan üsullannm təsnifatı

Maliyyə resursları və onların axını maliyyə təhlilinin predmetini təşkil edir. Təsərrüfat subyektinin maliyyə vəziyyətinin, onun fəaliyyətinin maliyyə nəticələrinin qiymətləndirilməsi və səmərəli maliyyə siyasəti əsasında müəssisənin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi imkanlarının müəyyən edilməsi maliyyə təhlilinin məqsədini səciyyələndirir. Həmin məqsədə maliyyə təhlilinin metodu vasitəsi, ilə nail olunur. Maliyyə təhlilinin metodu - təsərrüfat subyektlərinin maliyyə fəaliyyətinin tədqiq edilməsinin nəzəri-idrak kateqoriyaları, elmi vasitələri və tənzimlənmə prinsipləri sistemidir. Maliyyə təhlilinin kateqoriyaları daha> ümumi, aparıcı anlayışlardır. Bura amil, model, dərəcə, faiz, dis- kont, opsion, pul axım, risk, leviric və başqaları daxildir. Təsərrüfat subyektinin maliyyə fəaliyyətinin tədqiq edilməsinin ümumelmi və konkret-elmi üsullarının məcmusu maliyyə təhlilinin elmi vasitələrinə aiddir. Maliyyə təhlilinin prinsipləri onun metodologiyasının və metodikasının prosedur tərəflərini tənzimləyir. Həmin prinsiplərə sistemlik, komplekslik, müntəzəmlik, obyektivlik və s. aiddir.

İqtisadi təhlilin metodlarının müxtəlif təsnifatı mövcuddur. Birinci səviyyəli təsnifləşdirmədə formalaşdırılmamış və formalaşdırılmış təhlil metodlarını fərqləndirmək lazımdır.

Birinci qrup analitik prosedurların məntiq baxımından təsvirinə əsaslanır. Onlara ekspert qiymətləndirməsi, ssenarilər, psixoloji, morfo- loji, müqayisə, göstəricilər sisteminin qurulması, analitik cədvəllər sisteminin qurulması və i.a. aiddir. Bu metodların tətbiqi təhlilçinin intui- siyasına, təcrübəsinə və biliyinə əsaslandığından müəyyən subyektivliklə xarakterizə olunur.

İkinci qrupa iqtisadi təhlilin və maliyyə təhlilinin klassik metodları- zəncirvari yerdəyişmə, nisbi və mütləq fərq, differensial, loqarifmik, in- teqral, sadə və mürəkkəb faizlər, diskontlaşdırma, eləcə də ənənəvi iqtisadi statistika metodları- orta və nisbi kəmiyyət, qruplaşdırma, qrafik, indeks metodları aiddir.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə