Rəyçüər: S. M. SƏBZƏLİyev iqtisad elmləri doktoru, professor



Yüklə 2,22 Mb.
səhifə12/141
tarix24.02.2022
ölçüsü2,22 Mb.
#84018
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   141
Maliy ə təbili prosesinin xərctutumlu olması nəzərə alınmaqla bu prosesə xərclərin onun nəticələrininhesablanmasıtələbibeşincişərti


ınra

Malivvə təhlili
xarakterizə edir. Bu, hesablamaların dəqiq nəticələrinin əldə edilməsi üçün təhlil işlərinin yerinə yetirilməsinə əmək məsrəflərinin minimuma endirilməsi ilə bağlıdır.

Maliy ə toblüİDİn səmdrəMyinin altmcı şərti onun nəticələrinə müəs isə rəhbərliyinin marağımn təmin olunmasıdır. Maliyyə təhlilinin keyfiyyəti maliyyə siyasəti sahəsində idarəetmə qərarı qəbul edən şəxsin kompitentliyindən asılıdır. Hazırda müəssisənin fəaliyyətinin strateji məqsədləri nəzərə alınmaqla müəssisənin rnaliyyə-iqtisadi vəziyyətinin təhlili əsasında maliyyənin idarə olunmasına keçid mühüm şərt hesab olunur.

Müəssisənin rəhbərliyi səviyyəsində ilk növbədə təhlilin subyektləri, təhlil prosesində istifadə olunan informasiyanı toplayan şəxsin məsuliyyəti, informasiyanın keyfiyyəti və vaxtında təqdim edilməsi, analitik bölmənin tabeçiliyi və idarəetmənin təşkilati strukturunda onun yeri, təhlili aparılmasının dövriliyi, əsas analitik göstəricilərin seçilməsi və analitik işlərin aparılması və onun tamlığı haqqında məsələlər müəyyən olunmalıdır. Həmin prinsipial məsələlər lazımı səviyyədə nəzərə alm- madıqda müəssisədə aparılan analitik işlər formal xarakter daşıyacaq, maliyyə təhlili idarəetmə prosesinin həqiqi informasiya ilə təmin olunması funksiyasını yerinə yetirə bilməyəcəkdir.

Konkret məsələlərin həll edilməsi və maliyyə vəziyyətinin peşəkar qiymətləndirilməsi üçün müəssisə rəhbəri maliyyə təhlilinin nəticələrinə əsaslanır. Bu zaman maliyyə hesabatlarının məlumatları tam və dolğun fikir söyləməyə imkan vermir və müəssisə rəhbərləri ödəmə vəsaitlərinin kifayətliliyi, xüsusi və borc kapitalı arasında normal nisbətin olması, kapitalın dövr etməsi və onun dəyişməsi səbəbləri, fəaliyyətin bu və ya digər növlərinin maliyyələşdirilməsi formaları haqqında konkret nəticə almaq istəyirlər. Bütün bunlar müəssisənin maliyyə vəziyyətinin obyektiv qiymətləndirilməsi üçün ayrı-ayrı uçot məlumatlarından əsas amillərin (maliyyə göstəricilərinin və ya əmsallarının) müəyyən qiymət nisbətlərinə keçilməsi zərurətini doğurmuşdur. Onların hesablanması və dəyərləndirilməsi maliyyə təhlilinin ayrılmaz hissəsidir.

Qeyd etmək lazımdır ki, göstərilən nisbətlərin qurulması və dəyər- ləndirilməsinin müəyyən üsulları mövcuddur. Belə ki, balans məlumatları əsasında kapitalın müxtəlif növ aktivlər arasında bölüşdürülməsini, kapitalın tərkibi və strukturunu, müəssisənin əmlakını, ödəmə qabiliyyətini, maliyyə sabitliyini və i.a. xarakterizə edən göstəriciləri, mənfəət və zərər haqqında hesabatdan isə xərc və gəlirlərin nisbətini səciyyə


ləndirən göstəriciləri əldə etmək mümkündür. Həmin hesabat formalarının məlumatlarından istifadə etməklə müəssisənin maliyyə vəziyyətini tam xarakterizə edən yeni mühüm göstəriciləri hesablamaq olar (məsələn, aktivin ayrı-ayrı maddələrinə və pul gəlirinə görə onların dövr etməsinin xarakteristikasını vermək, mənfəət və sərf edilmiş kapitalın nisbətinə görə vəsait qoyuluşunun səmərəliliyini qiymətləndirmək mümkündür).

Müəssisənin fəaliyyətinin ümumiləşdirici göstəricisi hesab olunan sərf edilmiş kapitalın rentabellik səviyyəsi (mənfəətin sərf edilmiş kapitala nisbəti) təhlil edilən dövrdə aşağı olarsa, bu, mövcud satış həcminə görə mənfəətin çatışmazlığı, dövriyyə vəsaitlərinin dövr sürətinin azalması və s. səbəblərlə izah olunur ki, bu da qiymət siyasətinin yenidən nəzərdən keçirilməsini tələb edir. Əmtəə-material qiymətlilərinin uzun müddət dövriyyədə olması şəraitində ehtiyatların formalaşması siyasətinin məqsədəuyğunluğu qiymətləndirilməli, onların artıqlığının aradan qaldırılması imkanları nəzərdən keçirilməlidir. Bu, ehtiyatlarda yerləşdirilmiş vəsaitlərin dövriyyəsini ləngidən material qiymətliləri növlənni şərtləndirir.

Beləliklə, müasir şəraitdə maliyyə təhlili idarəetmənin əsas elementlərindən birinə çevrilmişdir. Maliyyə təhlili müəssisənin maliyyə vəziyyətinin obyektiv qiymətləndirilməsində, onun yaxşılaşdırılması istiqamətində zəruri olan məsələlərin aşkar edilməsində və bu məsələlərin həlli üçün əməli təkliflərin hazırlanmasında mühüm rol oynayır.


    1. Maliyyə təhlüinin informasiya təminatı

Müasir maliyyə təhlili müəssisənin maliyyə vəziyyətini, fəaliyyətinin maliyyə nəticələrini müəyyən edən xarici və daxili mühit amillərinin nəzərdən keçirilməsinə əsaslanır. Bu zaman məhsula tələb, müəssisənin bazarda mövqeyi, kapital bazarının vəziyyəti və onun müəssisənin maliyyəsinə təsiri, obyektiv səbəblərdən ənənəvi təhlildə nəzərə alınmayan xarici amillər təhlilçinin bilavasitə nəzərdən keçirdiyi məsələlərə aid olmaqla təhlilin obyektlərini təkşil edir.

Geniş iqtisadi sərbəstlik əldə edən təsərrüfat subyektləri özünün inkişaf strategiyasını müstəqil müəyyən etmə, maliyyələşdirmə, yenidənqurma və istehsalın genişləndirilməsi mənbələrinin axtarışı problemləri ilə, həmçinin fəaliyyətin bütün istiqamətlərində - kommersiya, ma


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə