Rəyçüər: S. M. SƏBZƏLİyev iqtisad elmləri doktoru, professor



Yüklə 2,22 Mb.
səhifə13/141
tarix24.02.2022
ölçüsü2,22 Mb.
#84018
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   141
ım2

Maliyyə təhlili
liyyə və valyuta sahəsində biznes-risklə üzləşmişlər. Belə bir şəraitdə maliyyə-strateji və cari qərarların hərtərəfli əsaslandırılmasına, inkişaf strategiyasının hazırlanması və biznesin planlaşdırılması zamanı informasiya riskinin azaldılmasına, etibarlı tərəfdaşların seçilməsinə və öz fəaliyyətinin maliyyə nəticələrini qabaqcadan proqnozlaşdırmağa imkan verən informasiyanın əldə edilməsi böyük əhəmiyyət kəsb edir.

Yeni təsərrüfatçılıq şəraiti təhlilin yeni istiqamətlərini, yeni informasiya axtarışı və onların işlənməsi metodları daxil olmaqla mühasibat- analitik işlər sistemində dəyişikliklərin aparılmasını tələb edir. Təhlilin dərinliyi, analitik nəticələrin dürüstlüyü və obyektivliyi zəruri informasiya mənbələrinin cəlb edilməsi və onların işlənməsi ilə təmin olunur.

Mühasibat (maliyyə) hesabatı maliyyə təhlilinin əsas informasiya bazası hesab edilir. Mühasibat (maliyyə) hesabatı müəyyən tarixə təşkilatın əmlak və maliyyə vəziyyətini, eləcə də hesabat dövründə onun fəaliyyətinin maliyyə nəticələrini əks etdirən göstəricilər sistemindən ibarətdir.

Mühasibat hesabatının tərkibi, məzmunu, ona olan tələblər və digər metodiki qaydalar «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin

18.06.2005- ci il tarixli 139 saylı Qərarı ilə təsdiq edilmiş «2005-2008-ci illərdə Milli Mühasibat Uçotu Standart-larmm tətbiqi üzrə Proqram»a, kommersiya təşkilatları üçün 1 saylı «Maliyyə hesabatlarının təqdimatı üzrə» Milli Mühasibat Uçotu Standartma(Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 18.04.2006-cı il tarixli İ-38 saylı əmri), 2 saylı «Kapitalda dəyişikliklər haqqında hesabat üzrə» Milli Mühasibat Uçotu Standartına (Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin

18.04.2006- cı il tarixli İ-38 saylı əmri), 5 saylı «Pul vəsaitlərinin hərəkəti haqqında hesabat üzrə» Milli Mühasibat Uçotu Standartına (Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 18.04.2006-cı il tarixli İ- 38 saylı əmri), 3 saylı «Cari mənfəət vergisi üzrə» Milli Mühasibat Uçotu Standartına (Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin

29.12.2007- cı il tarixli İ-130 saylı əmri) uyğun təşkil edilməlidir.

Səmərəli informasiya axınının yaradılması müəyyən pirnsiplərə əsaslanmalıdır ki, bura aşağıdakılar aiddir:



  • informasiya ehtiyaclarının və onların daha səmərəli təmin olunması üsullarının müəyyən edilməsi;

  • istehsal, tədavül, bölgü və istehlak proseslərinin, təbii, əmək, material və maliyyə resurslarından istifadənin obyektiv əks etdirilməsi;




  • müxtəlif mənbələrdən (mühasibat, statistik və operativ uçot) daxil olan informasiyanın vahidliyi;

  • informasiyanın operativliyi;

  • ilkin informasiyanın avtomatlaşdırılmış işlənməsi və onun əsasında zəruri törəmə göstəricilərin hesablanması;

  • ilkin informasiyanın həcminin mümkün məhdudluğu və ondan istifadə əmsalının yüksəldilməsi;

  • planlaşdırma və idarəetmə məqsədi üçün ilkin informasiyanın istifadəsi və təhlili proqramlarının işlənib hazırlanması.

İqtisadi təhlil və informasiyanın qarşılıqlı əlaqəsi təhlil prosesində informasiyaya nəzarət edilməsi ilə xarakterizə olunur. Bu da təhlil aparılması üçün ilkin baza hesab edilir. İnformasiya xidmətinin yenidən qurulması ilə əlaqədar təhlilin nəzarət funksiyası daha da güclənmişdir.

Qeyd etmək lazımdır ki, ilkin məlumatların yoxlanılması analitik işlərin təşkilinin əsas mərhələlərindən biri olmaqla maliyyə vəziyyətinin təhlil edilməsindən ötrü mühasibat informasiyasının kənar istifadəçiləri (kreditləşdirmənin məqsədəuyğunluğu haqda qərar verən banklar, ma- Igöndərənlər, podratçılar, investorlar) üçün mühüm şərtdir. Bu halda qəbul ediləcək qərarların əsaslandırılması informasiyanın, ilk növbədə mühasibat balansı məlumatlarının dürüstlüyündən çox asılıdır.

Açıqlanan zəruri informasiyanın tamlığı xarici maliyyə təhlili üçün vacib əhəmiyyət kəsb edir. Bu zaman nəzərə almaq lazımdır ki, mühasibat uçotunun beynəlxalq təcrübəsində açıqlanan informasiyanın dürüstlüyü və zəruriliyi barədə müxtəlif anlayışlar mövcuddur.

Beynəlxalq standartlara uyğun təqdim edilən maliyyə hesabatının etibarlılığı və dürüstlüyü açıqlanan informasiyanın tamlığı ilə təmin olunur. Həmin standartlarda zərurilik anlayışı geniş nəzərdən keçirilir: o informasiya zəruri hesab edilir ki, maliyyə hesabatını təhlil edən şəxsdə həmin informasiyanın olmaması səhv nəticələrə və sonda əsaslandırılmamış iqtisadi qərarların qəbul edilməsinə şərait yaradır. Beləliklə, zərurilik informasiyanın keyfiyyət xarakteristikasıdır. Daxili təhlilin aparılması zamanı informasiyanın etibarlılığı müəssisədə uçot işlərinin keyfiyyəti və daxili təsərrüfat nəzarəti sistemi ilə müəyyən olunur (təsərrüfat əməliyyatlarının başa çatması zamanı müvafiq prosedurların - əməliyyatların baş verməsinin sənədlə təsdiq olunmasının, sənədlərin qorunmasının, aktivlərin vəziyyəti və hərəkətinə nəzarət edilməsinin və



      1. a. gözlənilməsi).

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə