Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə11/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   7   8   9   10   11   12   13   14   ...   99

N.  Nəsibzadənin  dörd  fəsildən  ibarət  monoqrafiyasının'”  birinci  və 
ikinci  fəsillərində  (s.  33-82)  1917-1918-ci  illərdə  Osmanlı-Azərbaycan 
əlaqələri  məsələləri  araşdırılmışdır.  Müəllif  fevral  inqilabından  sonra 
Azərbaycandakı  siyasi  vəziyyəti,  Azərbaycan  nümayəndələri  ilə  Osmanlı 
nümayəndələri  arasında  danışıqları,  iki  ölkə  arasında  hərbi,  siyasi  və  b. 
əlaqələri təhlil edir. 
1917-1920-ci illərdə Güney Qafqazda müsəlman əhaliyə qarşı törədilən 
kütləvi  soyqırımı  öyrənmək  üçün  A.  X.  Xəlilovun  dissertasiyasının 
avtoreferatı'^*  əhəmiyyətlidir. Müəllifin  problemlə  bağlı  çoxlu  mənbələri 
toplayıb təhlil etməsi təqdirəlayiqdir. 
M. Qasımov və M. Abdullayevin kitabının'” ikinci (s. 39-55), üçüncü 
(s.  56-57)  və  dördüncü  (s.  68-95)  bölümlərində  böyük  dövlətlərin 
Azərbaycanın siyasətinə az da olsa toxunulur. 
Bakı  ali  birləşmiş  komandanlıq  məktəbində  nəşr  edilən  kitabçada'” 
birinei dünya müharibəsi illərində Osmanlı ordusunun Qafqaz hərəkatına, 
Azərbaycan  milli  ordusunun  yaradılmasına  və  istiqlaliyyətin  qazanılması 
məsələlərinə həsr edilmişdir. Lakin kitabçada diplomatik-siyasi məsələlər 
deyil, əsasən hərbi məsələlər işıqlandırılır. 
M.  Süleymanovun  monoqrafiyaları'-’'  Osmanlı  imperatorluğunun 
Qafqaz siyasətində hərbi amili öyrənmək baxımından əhəmiyyətlidir. Beş 
fəsildən  ibarət  olan  “Qafqaz  islam  ordusu  və  Azərbaycan”  adlı 
monoqrafiyada 
1918-1920-ci 
illərdə 
Türkiyə-Azərbaycan 
hərbi 
əməkdaşlığının  mühüm  aspektləri,  Azərbayeanı  bolşevik-daşnak 
qırğınından xilas etmək üçün türk ordularının həyata keçirtdiyi əməliyyatlar 
izah  edilir.  Kitab  bu  illərdə  Azərbaycandakı  mürəkkəb  hərbi-  siyasi 
durumun bəzi məqamlarını aydınlaşdırmaq üçün əhəmiyyətli sayıla bilər. 
Müəllif müstəqilliyin elan edilməsi ərəfəsində Azərbaycanda ictimai-siyasi 
və  hərbi  şəraiti,  Azərbaycan-Türkiyə  hərbi  əməkdaşlığının  mənəvi  və 
hüquqi  əsaslarını,  Qafqaz  islam  ordusunun  yaradılmasını,  strukturunu  və 
təchizatını,  ordunun  Azərbaycanın  ərazi  bütövlüyünü  qorumaq  uğrunda 
mübarizəsini,  Bakı  şəhərinin  azad  edilməsini  və  hərəkatın  sonunu 
işıqlandırır. 
İkinci  monoqrafiya  “Nuru  paşa  (sənədli  oçerklər)”  adlanır.  Burada 
Nuru  paşanın  Azərbaycana  qədərki  həyatı,  Qafqaz  islam  ordusunun 
qurulması, Nuru paşanın Azərbaycanda qarşılanması, Azərbaycanda ordu 
quruculuğu. Nuru paşanın Bakıya qədərki fəaliyyəti, Bakının azad edilməsi 
və Nuru paşanın sonrakı taleyi əks olunmuşdur. Nuru paşanın xa- 
32 


tirələrinin kitabda verilməsi^,müsbət qiymətləndirilməlidir. Monoqrafiyalar 
hərb tariximizin öyrənilməsi baxımından əhəmiyyətlidir. 
Xarici ölkələrin tarixçiliyi 
Dövlət  müstəqilliyi  bərpa  edilənədək  xarici  ölkələrdə  Azərbaycan 
tarixinə həsr olunmuş kitablardan geniş elmi ictimaiyyətin xəbəri olmurdu. 
Bu  əsərlərlə  tanış  olan  bəzi  tarixçilər  də  yuxarıdan  verilən  göstərişlərə 
uyğun  olaraq  həmin  kitablara  antisovet  damğası  vuraraq  tənqid  edirdilər. 
Obyektiv  tarixçilikdən  uzaq  olan  belə  vəziyyət  ölkədə  gerçək  tarixi  əks 
etdirən araşdırmaların aparılmasına mane olurdu. Lakin 1991-ci ildə SSRİ 
dağıldıqdan və dəmir örtük götürüldükdən sonra Azərbaycan alimləri xarici 
ölkələrdə çap olunmuş əsərlərlə tanış olmaq və obyektiv tarixi tədqiqatlar 
aparmaq  imkanı  qazandılar.  Araşdırma  göstərir  ki,  son  illərdə  xarici 
ölkələrin alimləri birinci dünya müharibəsi dövrünün problemlərinə xüsusi 
diqqət  yetirməyə  başlamışlar.  Xarici  ölkələrin  tarixçiləri  birinci  dünya 
müharibəsi illərində beynəlxalq münasibətləri və müxtəlif dövlətlərin xarici 
siyasətini,  müəyyən  məsələlər  istisna  olmaqla,  əsasən  obyektiv 
işıqlandınrlar.  Bu  ölkələrin  müvafiq  tarixi  ədəbiyyatının  təhlili  Osmanlı 
imperatorlu- ğu, Almaniya, Avstriya-Macarıstan, Böyük Britaniya, Fransa 
və  ABŞ-  m  Qafqaz,  o  cümlədən,  Azərbaycan  siyasətini  üzə  çıxartmağa 
imkan verir. 
Türkiyə tarixçiliyi 
Prof  Fahir  H.  Armaoğlunun  kitabınm'^^  on  birinci  bölümündə  (is. 
411-461) həm birinci dünya müharibəsi illərində Türkiyənin apardığı hərbi 
əməliyyatlar, həm də xarici siyasəti ilə bağlı məsələlərə müəyyən qədər yer 
ayrılır.  Müəllif  göstərir  ki.  Osmanlı  dövlətinin  almanlarla  birlikdə  həyata 
keçirtdiyi  savaş  planının  əsasları  belə  idi:  L  Şərqi  Anadolu  və  Qafqaz 
üzərindən  Rusiyaya  bir  zərbə  vurmaq.  Müqəddəs  cihad  səbəbi  ilə  bu 
cəbhədə Qafqaz və Orta Asiya türklərinin ayağa qaldırılmasına güvənilirdi. 
2. İngiltərənin ana imperatorluq yolunu kəsmək üçün Süveyş  kanalına və 
Misirə  qarşı  hərəkətə  keçmək.  Bu  cəbhədə  də  Trablisqarp  və  Sudan 
müsəlmanlarına güvənilirdi. 3o Egey və Ağ dənizlərində ingilis və fransız 
donanmaları  hökmran  olduğundan  Çanakqalanı  qorumaq  üçün  Trakiyada 
əhəmiyyətli  bir  qüvvə  yaratmaq.  Göründüyü  kimi,  müəllif  Türkiyənin 
müharibə  planmm  əsasını  türkçülük  və  islam  təşkil  etdiyini  və  Osmanlı 
dövlətinin mü 
33 


səlmanlara və türklərə arxalandığını yazır. Lakin bu kitabda Tüıkiyə- nin 
Azərbaycan siyasətinə ayrıca yer ayrılmamışdır. 
Professor  Yusuf  Hikmet  Bayurun  Türk  Tarix  Qurumu  tərəfindən 
yayınlanan  kitabında'”  birinci  dünya  savaşı  illərində  Qafqazda  ümumi 
hərbi-siyasi vəziyyətə və Portonun yeritdiyi siyasətə, ermənilərin Qafqazda 
törətdikləri əməllərə az da olsa diqqət yetirilir. 
Yusuf  Hikmet  Bayurun  yazdığı  digər  çoxcildlik  monoqrafiyada'” 
dünya  müharibəsinin  gedişində  ermənilərin  dine  türk  əhalisinə  və  digər 
müsəlman  xalqlarına  qarşı  törətdiyi  soyqırımı  məsələlərinə  həsr  edilmiş 
əsərlər eərgəsində Şinasi Orel və Süreyya Yucanın'”, Kamu- ran Kürünün'”, 
Azmi  Süslünün'”  kitabları  və  Türkiyə  Cümhüriyyəti  Xariei  İşlər 
Nazirliyinin  hazırladığı  kitabça'-’"  əhəmiyyətlidir.  Bu  kitablarda  erməni 
soyqırımının  uydurma  olduğu  təkzibedilməz  faktlarla  sübut  edilir.  Lakin 
bizim məqsədimiz bilavasitə Osmanlı ərazisində ermənilərin türklərə qarşı 
törətdiyi  soyqırımı  araşdırmaq  deyildir.  Bu,  artıq  dünyanın  müxtəlif 
ölkələrinin  alimləri  tərəfindən  araşdırıldığından  biz  monoqrafiyada 
ermənilərin  əsasən  Azərbaycan  ərazisində  yerləşdirilməsi  və  onların 
türklərə  və  digər  müsəlman  xalqlarına  qarşı  törətdiyi  soyqırımı  və  ona 
maraqlı dövlətlərin münasibətini verməyə çalışmışıq. 
Kamuran Gürünün dörd bölümdən ibarət kitabının'” birinci bölümündə 
(s.  1-103)  fevral  inqilabından  sonra  rus-türk  əlaqələri,  1917-ci  ilin 
dekabrında  Ərzurum  barışığı,  Trabzon  danışıqları,  Batum  konfransı, 
ermənilərə  və  bolşeviklərə  qarşı  mübarizə,  Azərbaycanın  və  Dağıstanın 
Osmanlı  dövlətindən  yardım  istəmələri,  Bakının  azad  edilməsi,  şəhərin 
azad edilməsinə dair bolşevik hökuməti ultimatumunun türklər tərəfindən 
saya  salınmaması,  ennənilərin  törətdikləri  vəhşiliklər,  türklərin  yardımı, 
Mondros  barışığından  sonra  Türkiyənin  Azər-  bayean  siyasəti  və  b. 
məsələlər  araşdırılır.  Müəllifin  “bu  arada  Almaniyanın  öz  müttəfiqi 
türklərin Bakı neftini əllərinə keçirməmələri üçün hər çarəyə baş vurduğu, 
hətta iş ermənilərə yardıma qədər doğurduğu da 0 tarixdə məlumdu” kimi 
yazması  maraqlıdır'''“.  Çünki  öyrəndiyimiz  bəzi  sənədlərdə  bu  məsələdə 
almanlara  hətta  Bakı  neftinin  dörddə  birinin  verilməsi  şərti  ilə  türklərin 
Bakıya  buraxılmaması  təklifi  və  Brest-Litovsk  sülh  müqalivəsinə  əlavə 
imzalanmış  rus-alman  protokolu  təşəbbüsünün  bolşeviklərdən  gəldiyi 
aydın  olur.  Görünür,  almanların  ermənilərə  yardımı  məsələsi  də  xüsusi 
öyrənilməyə möhtaedır. Bununla belə, E. Lüdendorfun xatirələrində Bakı 
neftinə 
34 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə