1903-1913-cü illordo köçürülmo nəticəsində Bakıda ruslar 25.257,
ermənilər 16.848, azərbaycanlılar isə 3.840 nəfər artmışdılar.
Bu illərdə Bakıda doğulanlar 76.243 nəfərini və ya bütün əhalinin
35,5%-ni təşkil edirdisə, Bakıdan kənarda doğulanlar və ya gəlmələr
138.436 nəfər və ya 64,5% idi"’.
1913-
cü ildə Bakı quberniyasında 704132 əhali yaşayırdı. Onun
178242 şiə kişi, 136408 şiə qadın, 128615 sünni kişi, 107293 sünni qadın
idi. Xristianlar 9071 kişi, 8046 qadın idi“.
İqlimi əlverişli olan Xəzər dənizinə və Qara dənizə yaxın yerləşən
Güney Azərbaycanda əhali sıx idi. Burada təxminən 2 mln. nəfər
yaşayırdı*'. Əhali əsasən türklərdən, kürdlərdən, farslardan və aysorlar- dan
(siro-xaldcylər və ya ncstorianlar), ermənilərdən ibarət idi.
Türklər Azərbaycanın əsas əhalisi idi. Onlar oturaq həyat tərzi
sürürdülər. Onlara hərbi və narahat hesab edilən şahsevənlər və qaradağlılar
aid idi. Bu tayfalar Güney Qafqazla sərhəddə Ərdəbildə və Qaradağda
yaşayırdılar. Onlar İran inqilabı vaxtı Azərbaycan bazarlarında tüfəngi
300-400 rubla, patronu 50 qəpik, bəzən də 1 rubla satırdılar.
Azərbaycan əhalisinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq və
üzümçülük idi.
Osmanlı imperatorluğunun islam dininin mərkəzi olması. Quzey
Azərbaycanda və bütövlükdə, Rusiyada yaşayan türklərin və müsəlmanların
zülm altında inləmələri İstanbul hökumətinin Azərbaycan siyasətinə xüsusi
önəm verməsini şərtləndirirdi. Rusiya həm də müsəlman ölkəsi idi.
Azərbaycanın türk diyarı olması başlıca rol oynayırdı. Y. V.
Çəmənzəminli yazırdı ki, Azərbaycan “böyük türk millətinin bir şöbəsini
təşkil edir. Azərbaycan türk axıntısmdan əmələ gəlmə bir ölkədir. Təbiətən
cürətli, rəşadətli və cəngavər olduqları üçün türklər Türküstanda, İranda,
Hindistanda, Qafqazda, Avropa və Afrikanın bəzi nöqtələrində çox müddət
ağalıq sürüblər*^
Azərbaycan türklərinin mədəni inkişafının sürətlə getməsi,
milli şüurun
yüksəlməsi, başqa müsəlman xalqlarına nisbətən bütün sahələrdə xeyli
inkişaf etməsi Osmanlı imperatorluğu üçün Azərbaycanın əhəmiyyətini
artırırdı.
Ermənilərin “Mşak” qəzeti 19l4-cü il noyabrın sonlarında rus-türk
müharibəsi
ilə
əlaqədar
olaraq
Qafqaz
müsəlmanlarının
əhvali-ruhiyyəsindən bəhs edərək Qafqaz müsəlmanlarının öz mədəniyyəti,
psi
65
II
Bölüm
Böyük dövlətlərin Quzey Azərbaycan planları və
onları reallaşdırmaq uğrunda diplomatik - siyasi
mübarizə
Diplomatik və konsulluq nümayəndəlikləri.
Osmanlı imperatorluğunun Azərbaycan planları.
Almaniyanın Azərbaycana dair niyyətləri.
Antanta dövlətlərinin planları.
Rusiyanın Azərbaycan planları.
İngiltərə, Fransa və ABŞ-ın niyyətləri.
Bakıdakı İran konsulunun “qənd əməliyyatı”.
Diplomatik vo
konsulluq nümayəndəlikləri
Birinci dünya müharibəsi ərəfəsində böyük dövlətlərin hər biri Rusiya
imperiyasının tərkibində olan Quzey Azərbaycan siyasətini Bakıda və başqa
şəhərlərdə olan diplomatik və konsulluq nümayəndəlikləri vasitəsi ilə həyata
keçirirdilər. Əslində bu dövlətlərin Azərbaycan siyasəti tam açıqlığı ilə
mövcud deyildi. Müharibə ərəfəsində Bakıda aşağıdakı ölkələrin konsulları
fəaliyyət göstərirdi:' Avstriya-Macarıstanın vitse-konsulu Emil Qoldyust;
İngiltərənin vitse-konsulu, müvəqqəti işlər vəkili Roland Damis;
Yunanıstanın vitse-konsulu A. Kussi (bəzən Kussis yazılır -M. Q.);
İtaliyanın konsul agenti Georq Pitoev; Niderlandın vitse-konsulu S. Bardski;
İranın konsulu Nüsrət ül Veza- re; İsveçin fəxri konsulu Knut Mallc;
Fransanın konsulu Haje; Almaniyanın konsulu Otto Tideman; İngiltərənin
konsulu Patrik Stivens (Batumda oturmaqla Bakı quberniyasına da baxırdı);
Belçikanın konsulu N. A. Ayvazov (Bakı və Yelizavctpol quberniyalarına,
Dağıstan vilayətinə və Quba qəzasına baxırdı); Belçikanın ştatdankənar baş
konsulu Stanislav Boy (Xarkovda otuaırdu, lakin Bakı quberniyasına
baxırdı). Danimarkanın konsulu Erik Birinq (bəzən Bisrinq yazılır - M. Q.)
(Qafqaza baxırdı. Batum və Novorossiysk istisna olmaqla); Norveçin
ştatdankənar baş konsulu Rasmus İnqvald Torsen (S. Peterburqda otururdu,
lakin Bakı quberniyasına baxırdı).
Lənkəranda aşağıdakı xarici ölkələrin konsul nümayəndələri var idi.
İranın konsul agenti Seyfulla xan, Salyan və Göyçayda isə konsul agenti
Eləbibulla xan idi.
67