Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə18/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   14   15   16   17   18   19   20   21   ...   99
    Bu səhifədəki naviqasiya:
  • İkinci

5  faizlə  ödənilməsi  şərti  ilə  ala  bilərdi.  Konsessiya  sahibi  neft  və  dəmir 
daşınmasından  əldə  etdiyi  gəlirdən  5  faizini  İran  hökumətinə  verməli  idi. 
Konsessiya  sahibi  İran  vergilorindən  və  ödəmələrindən  azad  edilirdi.  Bu 
yolun  çəkilişi  böyük  siyasi,  iqtisadi,  beynəlxalq  və  dövlətin  müdafiəsi 
məqsədləri ilə izah edilirdi. Culfa-Təbriz-Urmiyə dəmir yolu əslində Güney 
Azərbaycanın  tədricən  işğal  edilməsini  nəzərdə  tutaraq  Türkiyəyə  qarşı 
meydan kimi düşünülürdü. Bu yolun sayəsində Güney Azərbaycan Qafqazın 
xammal əlavəsinə çevrilməli idi. Bu yolun tikintisi üçün Rusiya 4 milyon 
690 min 200 rubl xərclədi. Bundan başqa xaricilərə ildə 2 milyon frankadək 
faiz  verilirdi*.  Bakı-Cul-  fa  -  Təbriz-Tehran  xətti  coğrafi  mövqeyinə  və 
sərfəliliyinə  görə  digər  xəttlər  üzərində  hökmran  olaraq  Azərbaycanın 
əhəmiyyətini  artırırdı.  O,  Tiflis-Culfa  -  Təbriz  yolunda  aşırımdan  keçən 
xətdən  -  Vladiqaf-  qaz  -  Tiflis  xəttindən  əlverişli  olurdu.  Tiflis-Culfa  - 
Təbriz  yolunun  çəkilməsi  baha  və  çətin  başa  gəlirdi.  Kars  dəmir  yolu  da 
keçdiyi  dağ  keçidlərinə  görə  az  yük  daşımaq  qabiliyyətinə  malik 
olduğundan iqtisadi cəhətdən az sərfəli idi’. 
Bakı-Culfa xətti siyasi və dövlət əhəmiyyəti daşıyırdı. O, Azərbaycanı 
ətraf  ölkələr  olan  İran  və  Türkiyə  ilə  birbaşa,  tez  və  sıx  birləşdirirdi. 
Bakı-Culfa  dəmir  yolunun böyük  iqtisadi  əhəmiyyəti  də  var  idi.  Bu  yolla 
neft və neft məhsulları İrana, Türkiyəyə və Güney Qafqazın onunla sərhəd 
vilayətlərinə gedəcəkdi. 
Bakı-Culfa xətti bu ölkələrə daim xeyir gətirən ticarət arteriyası idi. Bu 
xətt  coğrafi  cəhətdən  Azərbaycanın  bütün  ərazisini  əhatə  edərək 
birləşdirirdi;  Şirvan,  Muğan,  Mil.  Digər  tərəfdən,  bu  yol  Azərbaycanda 
dağ-mədən  sənayesinin  inkişafına  təkan  vururdu.  Zəngəzur,  Katar 
zavodlarının,  Qarabağda  Qarabulağ  mis  hövzəsinin  inkişafına  şərait 
yaranırdı. Bu yol Güney Azərbaycanda Qaradağda mis istehsalına yardım 
etməli idi. 
1914-cü ildə ABŞ-ın “Mis Tresti” öz mühəndisi Faybressi Qaradağ mis 
mədənlərinə  göndərdi.  Onun  məruzəsi  əsasında  bu  mədənlərdən  geniş 
miqyasda mis çıxardılması qərara alındı. Bakı-Culfa dəmir yolu çəkilmədən 
bu  müəssisənin  işləməsi  çətin  olardı.  1916-cı  il  iyulun  30-  da  Ələt-Culfa 
dəmir yolunun tikintisinə başlanıldı. 1918-ci ilin əwə- linədək bu yolun bir 
hissəsi tikilib istifadəyə verildi. 1917-1918-ci illərdə Güney Qafqazda baş 
verən hadisələr nəticəsində yolun tikintisi dayandırıldı. 
53 


Tiflis-Təbriz  yolunun  çəkilməsi  təkcə  təbii  -  coğrafi  cəhətdən  deyil, 
həm  də  Gürcüstanın  təbii  sərvətlərinin  kasadlığı  ucbatından  əlverişsiz  və 
çətin idi. Gürcüstandan fərqli olaraq Azərbaycanın böyük təbii ehtiyatları və 
maddi sərvətləri var idi. Azərbaycan milləti əməkse- vər, inadkar və işgüzar 
idi". 
Sonralar  ""Neftyanoe  delo”  jurnalı  və  “Azerbaycijan”  qəzeti  bütün 
bunları əsas götürərək Bakı-Culfa dəmir yolunun çəkilişini başa çatdırmağa 
tələsməyi məsləhət görürdülər. Bu yolun çəkilişi Azərbaycanın həyatında, 
dövlətçiliyin yaradılmasında və Azərbaycanın gələcək tarixində mühüm rol 
oynamalı  idi.  Relsləri  türk  komandanlığı  ilə  almaq,  köhnə  Azərbayean 
dəmir  yolundan  götürmək,  orta  xətt  çəkilərkən  isə  Gürcüstandan  və 
Ermənistandan  almaq  təklif  olunurdu.  Yolun  tikilməsi  üçün  maliyyə 
vəsaitini tapmağın mümkünlüyü bildirilirdi. 
Bundan  ötrü  Azərbaycan  hökumətinin  əlində  qızıl  fondunun  -  neft, 
mazut və benzinin olduğu göstərilirdi. Yolun 10 verstik (230-240) birinci 
hissə ilə birlikdə 230 verstədək hissəsini 1919-cu ilin may-iyun aylarmadək 
başa çatdırmaq təklif olunurdu’. 
Azərbaycan hökuməti Bakı-Culfa xəttinin tikintisini bərpa etmək üçün 
əmr verdi. Yolun tikilən hissələri Oktyabr çevrilişi nəticəsində imperiyanın 
dağılmasından  istifadə  edən  erməni  silahlı  qüvvələrinin  Azərbaycan 
türklərinə  və  müsəlmanlara  qarşı  törətdikləri  kütləvi  soyqırım  hadisələri 
zamanı xeyli dağıdıldı. 
Rusiya hökuməti strateji məqsədlərinə çatmaqdan ötrü Azərbay- eanda 
digər  dəmir  yol  xətlərinin  çəkilişini  də  həyata  keçirməyə  çalışırdı.  Hələ 
müharibə  ərəfəsində  Sankt-Peterburqda  dəmir  yolları  de-  partamentinin 
direktoru N. E. Qiasintovun başçılığı ilə yeni dəmir yolları komissiyasının 
iclasında  Ələtdən  Güney  Azərbaycanla  sərhəddə-  ki  Astarayadək  200  km 
məsafədə  dəmir  yol  çəkilişi  məsələsi  müzakirə  edildi.  İclasda  Qafqaz 
canişininin  nümayəndəsi,  hərbi,  maliyyə,  yollar  və  ticarət  nazirliklərinin 
nümayəndələri iştirak edirdilər. Sahibkarlar adından N. A. Xomyakov və A. 
İ.  Zveqinsev  izahat  verdilər.  Bu  yolların  çəkilişi  üçün  14  milyon  rubl 
xərclənməli  idi.  Ələt-Astara  dəmir  yolu  xətti  və  qolları  varlı  Muğan 
çöllərindən,  Yelizavctpoldan  keçərək  Güney  Qafqazın  dərinliklərinə 
getməli  idi.  Komissiya  yolların  çəkilişini  təxirə  salmaq  istədikdə  N.  A. 
Xomyakov etiraz edərək dünya iqtisadiyyatının mərkəzi olan Asiyaya yolun 
çəkilişini  vacib  saydı.  Bildirdi  ki,  yolun  çəkilişinin  təxirə  salınması 
Rusiyanın rəqibləri olan almanlara və ingilislərə İranın şimalında üstünlük 
verəcəkdir. Xarici 
54 


İşlor Nazirliyinin nümayondosi do yolun çokilişini vacib saydı. Bu yolun da 
böyük horbi-siyasi vo iqtisadi ohomiyyəti var idi. Yollarla tək- co məhsullar 
deyil,  eyni  zamanda  rus  horbi  hissələri  asanlıqla  bir  məntəqədən  digərinə 
daşına  bilərdi"’. 
Bu 
yollar 
Rusiyanın  Güney 
Azərbaycanda 
möhkomlənmosinə  kömək  edərdi,  Güney  Azərbaycanı  Qafqazla 
əlaqələndirərdi  vo  çarizmin  rəqiblərinin  İrandan  çıxarılmasına  kömək 
edərdi. 
Güney Azərbaycanda şosse yolları da mühüm rol oynayırdı. Bu yollar 
Güney Azərbaycanı İranın müxtəlif yerləri və İran körfəzi ilə birləşdirirdi: 
Təbriz-Culfa, 
Ərdəbil-Astara, 
Bəyazit-Xoy-Təbriz-Qəz- 
vin, 
Savucbulaq-Mosul. 
Güney  Azərbaycanın  həyatında  Urmiyə  gölü  mühüm  rol  oynayırdı. 
Orada  paroxodçuluq  işə  salınmışdı.  Bu  ərazidə  Culfa-Təbriz  şosse  yolu 
işləyirdi. 
Savucbulaq-Urmiyə-Xoy  və  Savucbulaq-Miandaab-Təbriz  yolları 
strateji əhəmiyyət daşıyırdı. 
Mesopotamiyadan,  Bağdaddan  və  Mosuldan  Təbrizə  gələn  yollarda 
aşırımlar  yüksək  idi.  Bu  məntəqələrdən  başqa  Azərbaycan  şəhərlərindən 
Ərdəbil şahsevən tayfalarının mərkəzində yerləşmişdi. Маки şəhəri narahat 
Makin  kürdlərinin  mərkəzində  idi.  Onlar  çoxsaylı  kürdləri  Azərbaycana 
cəlb edirdilər. 
Təbriz inzibati, ticarət, siyasi və hərbi maraqlar şəhəri idi. İran şahının 
vəliəhdi Təbrizdə əyləşirdi. 1914-cü ildə burada 300 min, Xoy və Urmiyə 
şəhərlərinin hər birində 50 min, Savucbulaqda isə 30 min əhali yaşayırdı. 
“Baku”  qəzetinin  1915-ci  il  2!  yanvar  tarixli  sayında  “Azərbaycanda 
hadisələrin  gedişi”  adlı  məqalədə  deyilirdi  ki,  türklər  bütün  Azərbaycan 
olmasa  da,  İranla  Türkiyə  arasında  mübahisəli  olan  və  türklərin  - 
azərbaycanlıların  yaşadığı  Urmiyə  gölü  və  onun  ətraf  zolağını, 
Azərbaycanın zəngin qərb hissəsini ələ keçirtmək istəyirdilər. Sonuncu dəfə 
türklər  bu  zolağa  öz  ordularını  hələ  1905-ci  ildə  çıxartmışdılar.  Türk 
orduları  1912-ci  ilədək  burada  qalmışdı.  Balkan  müharibələrində  məğlub 
olduqdan sonra Türkiyə bu ərazilərdən öz ordularını çıxardı. 1915-ci ildə isə 
Türkiyə bu mübahisəli əraziyə yenidən ordu yeritdi. Türkiyə İranın bütün 
şimal-qərbinin mərkəzi olan Təbrizi tutdu". 
İkinci,  Azərbaycanın zəngin neft yataqları və digər təbii sərvətlərinin 
olması, XX əsrin əvvəllərindən dünya siyasətində neftin rolunun 
55 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə