Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə20/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   16   17   18   19   20   21   22   23   ...   99

sı  idi.  Məsolən,  müharibo  vorofosindo  Nobel  şirkətinin  kapitalı  15  mln. 
mbldan  30  mln.  rubla  çatmışdısa,  1916-cı  ildə  bu  məbləğ  45  mln.  rubla 
çatdd^ Qeyd etmək lazımdır ki, müharibə başlamazdan öneə fransız, ingilis 
və  alman  kapitalının  Bakı  nefti ilə bağlı  planları  var idi. XIX  əsrin  80-ci 
illərində  fransız  kapitalı  Rotşildin  simasında  Bakıya  nüfuz  etdi.  İngilis 
kapitalının  Bakı  neftinə  axını  hələ  1898-ci  ildən  başlanmışdı.  Üç  ingilis 
səhmdar cəmiyyəti - “The Shibaeff Petroleum Company” və “Baku Russian 
Company”,  “Russian  Petrolium  Company”  Bakıda  fəaliyyətlərini 
genişləndirdilər^^. 
Maliyyə  idarəsi  Londonda  yerləşən  bu  kompaniyaların  kapitalının 
ümumi məbləği 33,5 mln rubl. idi. 
1902-ci ildə Bakıda kapitalı 39, 4 mln. rub. olan 11 ingilis müəssisəsi 
var idi”. 
1893-1903-cü illərdə ingilislərin Rusiya neft sənayesinə qoyduğu 63,6 
mln. nıblun 47 mln. rublu Bakı neft rayonunun payına düşürdü“ 
1912-
 
ci  ildə  Londonda  “Russian  General  Oil  Corporation” 
yaradıldı. 1913-cü ildə onun kapitalı 23,6 mln rubl idi-’. 
London  neft  trestləri  ilə  eyni  vaxta  Bakıda  ingilis-holland  inhisarçı 
kapital qrupu olan “Shell” fəaliyyətini genişləndirdi. O, “Xəzər-Qara dəniz 
cəmiyyoti”nin,  “Mazut”  cəmiyyətinin,  “Şibayev”  cəmiyyətinin,  “Qafqaz” 
cəmiyyətinin vo Rus neft cəmiyyətinin aksiyalarının xeyli hissəsini aldı. 
1917-ci  il  orəfosindo  Bakı  neft  rayonundakı  112,6  mln.  rubl,  xarici 
səhmdar kapitalının 54,3 mln rublu ingilislərin payına düşürdü“. 
Neft sahibkarları olan Azərbaycan türkləri kapitalı az və zəif olduqları 
üçün öz şirkətlərini tədricən xaricilərə baha qiymətlərə satırdılar. 
Alman  kapitalı  Bakı  neftinə  “Nobel  qardaşları”  neft  şirkəti  vasitəsilə 
sahib  olmağa  can  atırdı.  Bu  şirkət  alman  kapitalı  ilə  bağlı  idi.  Əsrin 
əvvəlində  şirkətin  alman  kapitalı  ilə  əlaqələri  genişləndi.  Almaniyanın 
“Disskonto Gcscllsshaıf’ səhmdar cəmiyyəti 1912-ci ildə Nobel səhmlərinin 
40%-no sahib idi”. Digər şirkətlərdə də alman kapitalının payı var idi. 
Alman kapitalının Bakıdakı iri “Lianoqovun neft istehsalı” cəmiyyəti 
şirkəti ilə do olaqəsi mövcud idi. Bu dövrdə bir sıra Qərbi Avropa şirkətləri 
“Standart  оуГа  qarşı  birləşmişdilər.  1910-cu  ildə  Almaniya  Bakı  neftinin 
daşınmasında  mühüm  yerlərdən  birini  tuturdu”.  Dünya  müharibəsi 
ərəfəsində Almaniya artıq bu sahədə üçüncü yeri 
59 


qazandı.  Əgər  1896-cı  ildə  Bakıdan  Almaniyaya  daşınan  neft  məhsulları 
ümumi daşınmanın 12%-ni təşkil edirdisə, 1903-cü ildə bu 17,9%- ə çatdı. 
Bakı  neftinə  olan  tələbatına  görə  Almaniya  Avropa  dövlətləri  içərisində 
üçüncü  yeri  tuturdu.  Lakin  az  sonra  ingilislər  və  fransızlar  Almaniyam 
sıxışdırıb arxa plana keçirtdilər. 
Fevral inqilabı ərəfəsində Bakı neft rayonundakı 112,6 mln. rubl xarici 
səhmdar kapitalın 10 mln. rublu alman, 48,3 mln. rublu fransız kapitalı idi”. 
Bakı  neftinin  ixracına  Türkiyədə  də  ehtiyac  artdı.  XIX  əsrin  sonra- 
lanndan  başlayaraq  Türkiyə  Bakı  neft  sənayesi  məhsulları  üçün  mühüm 
bazara  çevrildi. 1895-ci  ildə  Bakıdan Türkiyəyə  aparılan  kerosin  585890 
pud idisə və bu, əsasən təxminən 890 km. uzunluğu olan Ba- kı-Batum boru 
xətti vasitəsilə aparılırdısa, 1897-ci ildə bu rəqəm 4.618.791 puda çatdı və 
bu yola Novorossiysk də əlavə edildi. 
ABŞ-ın “Standart oyl” şirkəti amerikanlar müharibəyə girmədən bir ay 
öncə  neft  kompaniyalarının  fəaliyyətini  genişləndirmək  üçün  proqram 
işləyib hazırladı. Proqram üç maddədən ibarət idi: 1. Xaricdəki bütün neft 
yataqlarında  kəşfiyyat  və  mülkiyyətin  verilməsi  sahəsində  hansı  işlər 
görülür;  2.  Mülkiyyətini  satmaq  və  ya  icarəyə  vermək  istəyən  sahibkarı 
diqqətdə  saxlamaq;  3.  Yer  kürəsinin  gələcək  neft  rayonlarına  dair 
məlumatlar  toplamaq  və  ən  perspektivli  olanlarına  maraq  göstərmək.  Bu 
proqram “Standart oyf’un idarə heyətində müzakirə edilərək fəaliyyət üçün 
əsas götürüldü”. 
Qeyd etmək lazımdır ki, bu maddələr dünya müharibəsinin gedişində 
ABŞ-ın xaricdəki neft siyasətinin təməlini təşkil etdi. 
Quzey  Azərbaycan  təkcə  neftlə  zəngin  deyildi.  Diyarda  mis,  dəmir, 
kobalt, qurğuşun, qızıl, gümüş və alüminium ehtiyatları da var idi. Avropa 
ölkələrinin kapitalı dağ-mədən sənayesinə də qoyulmuşdu. 
Üçüncü, 
Azərbaycanın  əlverişli  təbiəti  və  iqlimi  böyük  dövlətlərin 
siyasətində onun əhəmiyyətini artırırdı. 
Quzey Azərbaycan öz strukturuna görə bir-birindən fərqlənən müxtəlif 
təbii  ərazilərə  ayrılırdı.  Diyarın  şərq  hissəsi  düzənlik,  qərb,  cənub-qərb 
hissələri isə zirvələri qarla örtülü yüksək dağlardan və yaylalardan ibarət 
idi.  Şimal  hissəsini  Abşeron  yanmadasmdakı  kiçik  təpələrə  söykənən 
Qafqaz  dağlarının  cənub-şərq  ucu  təşkil  edirdi.  Abşeron  yanmadasında 
daşlı və alçaq ovalıqlarla yanaşı ara-sıra bəzi təpəliklər də var idi. Quzey 
Azərbaycan  kontinental  iqlimə  malik  idi.  İqlim  müxtəlif  zonalarda  dəniz 
səviyyəsindən yuxarı və ya aşağı ol 
60 


duğuna,  Böyük  və  Kiçik  Qafqaz  dağlarının  təsirinə  görə  bir-birindən 
fərqlənirdi.  Muğan  çölləri  və  Aşağı  Kür  hövzəsi  isti  iqlimə  malik  idi. 
Qərbdə və cənub-qərbdə zirvələri həmişə qarla örtülü olan yüksək dağlarda 
qış sərt keçirdi. Yaz Azərbaycana tez gəlirdi. Yazı isti, qışı mülayim və az 
qarlı keçirdi. Belə iqlim heyvandarlıq və kənd təsərrüfatı üçün əlverişli idi. 
Qovuşaraq Xəzər dənizinə tökülən Araz (təqribən 1100 km) və Kür (1330 
km) çayları Azərbaycanın iqtisadiyyatında mühüm rol oynayırdılar. 
Zəngin  sərvətləri  olan  Xəzər  dənizi  Azərbaycanın  hər  iki  tayını 
birləşdirərək  onu  cənubda  İran,  şimalda  Rusiya,  şərqdə  isə  Türküstanla 
əlaqələndirirdi.  Ticarət  gəmiləri  Xəzər  dənizindən  keçərək  Volqa  çayına 
çıxaraq  Rusiya  imperatorluğunun  əsasən  türklər,  müsəlmanlar  yaşayan 
şəhərləri ilə alış-veriş edirdilər. 
Güney  Azərbaycanda  dağlar  dörd  magistral  paralel  dağlardan  - 
Qaradağ, Mişovuldağ, Bozquşdağ və Mərmərdağdan ibarət idi. Bu dağların 
şimalda  olan  üçü  çətin  keçiləndi  və  qərb  hissədə  yollar  yaxşı  kəsişirdi. 
Dağların hündürlüyü 7-15.000 fut idi. Burada çaylar dağ təbiətli idi və yaz 
vaxtları çətin keçilən olurdu” Azərbaycana yiyələnən qüdrətli dövlətin onu 
digər xarici dövlətlərin təpkisi ilə əlindən buraxması şansı çox az idi. 
Dördüncü,  Quzey  və  Güney  Azərbaycanın  zəngin  təsərrüfatı  - 
pambıqçılığı, balıqçılığı, ipəkçiliyi, tütünçülüyü və s. xariciləri özünə cəlb 
edirdi. Diyar bal, dəri, yun, meyvə və b. zəngin idi. 
Münbit  olan  və  suvarılan  Güney  Azərbaycan  torpaqlarının  54%-i 
məhsul verən, 40%-i isə əlverişli idi. Meşələr Güney Azərbaycan ərazisinin 
13%-ni təşkil edirdi”. 
Quzey  Azərbaycanda  balıq  istehsalı  əhəmiyyətli  yer  tuturdu.  Xəzər 
dənizinin  balığı  və  kürüsü  də  xariciləri  maraqlandırırdı.  Quzey 
Azərbaycanda Tağıycv, Mantaşov, Mayılov və başqalan balıq sənayesinin 
bir  qismini  öz  əllərinə  almışdılar.  Balıqçılıq  dəniz  nəqliyyatının  və  gəmi 
təmiri  tərsanələrinin  yaradılmasını  sürətləndirdi.  Göyçə  gölü  və  Göy-göl 
Quzey Azərbaycanda balıqçılıq üçün müəyyən rol oynayırdılar. 
Azərbaycan ipəyi də xariciləri özünə cəlb edirdi. XIX əsrin sonu - XX 
əsrin  əvvəllərində  Güney  Qafqazdan  xarici  ölkələrə  ixrac  edilən  ipəyin 
90%-ni  Azərbaycan  verirdi”.  Azərbaycan  ipəyi  Milana,  Liona,  Lodza, 
Varşavaya və başqa şəhərlərə ixrac olunurdu. İpək istehsalına görə Nuxanı 
Qafqaz Lionu adlandırırdılar. 
61 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə