Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə25/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   21   22   23   24   25   26   27   28   ...   99

Rusiya  baş  qərargahının  hesablamalarına  görə,  Türkiyə  müharibədə 
bütövlükdə,  1  milyon  300  min  nəfər  yığa  bilərdi.  Bunun  750  min  nəfəri 
hərbi hissələrdə, 40 min nəfəri jandarmada, 70 min nəfəri ida- irəçilikdə və 
arxa müəssisələrdə çalışa bilərdi“ 
Hərbi əməliyyatlar başlayan kimi türk ordusunun 40 piyada diviziyası, 
57  ehtiyat  diviziyası,  40  nizami  polku  və  24  qeyri-nizami  polku  var  idi. 
500-600 min nəfər səfərbər edildi. Nətieədə, ordunun sayı 780 min nəfərə 
çatdı”  Ordunun  ali  baş  komandanı  nominal  olaraq  1909-  1918-ei  illərdə 
padşahlıq  edən  V  Mehmed  Reşad  olsa  da,  əslində  orduya  komandanlığı 
hərbi  nazir  Ənvər  paşa  həyata  keçirirdi.  Baş  qərargah  rəisi  isə  alman 
Bronzart  fon  Şelendorf  idi.  1914-eü  il  sentyabrın  8-  də  Vyanadakı  türk 
səfirliyi  Vyanada  olan  türk  səlahiyyətli  naziri  Hüseyn  Həlmi  paşaya 
Rusiyanın  Qafqazdakı  və  Azərbaycandakı  hərbi  qüvvələrinin  türk 
qüvvələrini ötüb keçdiyini yazırdı“. 
Müharibə  müddətində  Osmanlı  qüvvələri  7  ayrı  cəbhədə  savaşmalı 
oldular:  Qafqaz,  İraq-İran,  Misir-Fələstin,  Suriya,  Qalisiya,  Rumıniya, 
Makedoniya  və  Çanakkala  cəbhələri”.  İsmət  Görgülü  isə  bu  cəbhələrin 
sayının  8  olduğunu  göstərir:  Qafqaz  (Şərq),  İraq,  Fələstin-Suriya, 
Çanakkala,  Avropa  (Qalisiya,  Makedoniya,  Rumıniya),  Yəmən  və  Hicaz 
İran, Liviya”. 
Almanlar  türkləri  Rusiyaya  qarşı  hərəkətə  keçmək,  İngiltərə  və 
Fransanın müstəmləkələrindəki müsəlmanları ayağa qaldırmaq iqtidarında 
olan güclü müttəfiq kimi görürdüləf. 
General  Bronzart  fon  Şelendorfun  19l4-cü  il  26  avqust  tarixdə 
hazırladığı plana görə, ruslar savaşa girərdisə padşah müqəddəs müharibə 
olan cihad elan etməli idi. Xüsusi olaraq Osmanidı qüvvələrinin Rusiya və 
İngiltərə  ordularına  qarşı  vuruşması  nəzərdə  tutulurdu.  Türk  qüvvələri 
Qafqazda rus ordusunun hücumunun qarşısını almalı idi. 
Türk tarixçisi Şerafettin Turanın yazdığına görə, alman baş qərargahı 
ilə birlikdə hazırlanan savaş planında nəzərdə tutulan Qafqaz cəbhəsində 
rusların  qarşısını  almaq  əvəzinə  Ənvər  paşa  çox  irəli  getməyi  düşündü. 
Amma  Ənvər  paşa  umduğunun  tam  tərsinə  olaraq  məğlubiyyətlə 
qarşılaşdı”. 
Ruslar  Qara  dəniz  limanlarmdakı  donanmanın  bombardman 
edilməsindən  sonra  Anadoluda  sərhəddi  keçdilər  və  beləliklə,  açılan  ilk 
cəbhə Qafqaz cəbhəsi oldu”. 
1914-cü  il  30  oktyabr  tarixli  çıxışında  sədrəzəm  bildirdi  ki,  onların 
Qafqazda gözü yoxdur və Qafqaz kimi mütərəqqi bir məmləkət idarə 
74 


yə  möhtac  deyildir''''.  Bununla  belə,  onun  yazdığına  görə,  türklərin  bir 
qismi, xüsusən, Ənvər paşa bahardan əvvəl Qafqazda hərbi əməliyyatlara 
başlamağın mümkünsüzlüyünü bildirdi■‘^ 
Qafqaz  cəbhəsində  türk  ordusunun  qarşısında  aşağıdakı  vəzifələr 
qoyuldu:  qalib  türk  ordulaıı  bütün  Güney  Qafqazı  tutmalı.  Güney 
Azərbaycana keçməli. Xəzər dənizini bütün tərəflərdən əhatə etməli, sonra 
Volqa-Ural rayonlarında tatar əhalisini və Orta Asiya müsəlmanlarını ayağa 
qaldırmalı idi. 
Qafqazda Rusiyaya qarşı hərbi əməliyyatları Ənvər paşa və ordusunun 
baş  qərargah  rəisi,  alman  generalı  Bronsart  fon  Şelendorf  öz  üzərlərinə 
götürdü  lor''’.  Qafqaz  cəbhəsi  noyabrın  1-də  rusların  hücumu  ilə  başladı. 
Lakin Osmanlı ordusu rus hücumunu bacarıqla dayandırdı'’. 
“Ruskiy  invalid“ qəzeti Türkiyənin  Rusiyaya  qarşı hərəkətlərini dörd 
amillə  əsaslandırırdı:  1.  Rusiyanın  hazırlıqsızlığı;  2.  Qafqaz  ordularına 
gözlənilməz  hücum;  3.  “Meben”  və  “Breslau”  alındıqdan  sonra  türklərin 
donizdə hökmranlığı; 4. Kürdlərin köməyi'". 
İngilis tarixçisi C. M. Roberts Türkiyənin müharibəyə qoşulmasından 
bəhs  edərkən  Osı.uınlı  imperiyasının  bilmədən  müharibəyə  daxil  olaraq 
özünə intihar etdiyini yazır. Onun fikrincə, xalqlar türk hökmranlığına qarşı 
qiyam ctdiloi'''’. 
Qeyd  etmək  lazımdır  ki,  bütövlükdə  müharibəyə  dair  Ənvər  paşanın 
planı hələ 1913-cü ildən hazırlanmağa başlanmışdı. Plana görə, müharibə 
əsasən  iki  cəbhodə  aparılmalı  idi:  Rusiyaya  qarşı  Qafqazda;  İngiltərəyə 
qarşı  Süveyş  kanalında  və  Misirdə.  İran,  Əfqanıstan  və  Şimal-Qərbi 
Hindistanın  da  müharibəyə  qoşulması  nəzərdə  tutulurdu®“.  Yaxın  Şərq 
horbi  əməliyyatlar  meydanında  bir  neçə  cəbhə  var  idi:  Qafqaz, 
Mesopotamiya,  Fəlostin-Suriya.  Lakin  fəal  əməliyyatlar  başlıca  olaraq 
Qafqaz cəbhəsində aparılırdı®'. 
Ənvər  paşa  Almaniya,  Avstriya  və  Türkiyə  orduları  tərəfindən 
despotizminin  məhv  edilməsini,  türk  xalqlarının  rus  zülmündən  azad 
edilməsini,  30-40  milyon  türkün  öz  müstəqilliyini  qazanmasını  və  Turan 
yaradılmasını istəyirdi. Sonralar Kazım Qarabəkir paşanın yazdığına görə, 
Ənvər  paşanın  düşüncələrində  həmişə  yalnız  bir  fikir  var  idi:  bir  cəhdlə 
Turan yaratmaq®’. 
Ənvər paşa Güney Azərbaycanı ms təsirindən azad etməyi və Qafqaz 
müsəlmanlarını ayağa qaldırmaq üçün Dərbəndə ordu hissələri göndərməyi 
düşünürdü. O, rus arxa cəbhəsinə müsəlmanların köməyi 
75 


ilə  zərbə  vurmaq  istəyirdi.  Ənvər  paşa  deyirdi  ki,  bu  yürüşə  mən  böyük 
əhəmiyyət  verirəm,  yalnız  onun  sayəsində  biz  Asiyanın  müsəlmanlarını 
ayağa  qaldıra  bilərik”.  Ənvər  paşa  vətənin  goləeəyi  üçün  Qafqaz 
Azərbayeanının  və  Naxçıvanın  Türkiyəyə  birləşdirilməsini  xeyli  vacib 
sayırdı”.  Türklər  Qafqazı,  Azərbaycanı  və  Krımı  sultanın  hakimiyyəti 
altına  yenidən  qaytarmaq  barədə  düşünürdülər.  Amma  türklərin 
nümayəndəsi Naci bəy erməni siyasi partiya və qrupları ilə danışıqlarında 
Güney  Qafqazı  alan  Türkiyənin  onu  imperiyaya  birləş-  dirməyəcəyini, 
İstanbul  sultanının  protektoratlığı  altında  üç,  yarım  müstəqil  dövlətin 
federasiyasını  yaradacağını  bildirdi”.  Osmanlı  hökuməti  Almaniya  və 
Avstriya-Macarıstanın  Rusiya  ilə  savaşından  istifadə  edərək  Qafqazda 
hakimiyyət qurmaq istəyirdi”. 
Türk tarixçisi Yusuf Hikmet Bayur bir türk generalına istinad edərək 
yazır ki. Ənvər paşa Rusiya və İngiltərənin Almaniya ilə savaşdıqları bir 
vaxtda Misir məsələsini Türkiyə xeyrinə həll etməyi, Qafqaz müsəlmanları 
ilə Azərbaycan türklərini və Türküstanı rus boyunduruğundan qurtarmağı, 
Əfqanıstan  və  İrandan  əcnəbiləri  qovub  qüvvətli,  müstəqil  müsəlman 
dövlətini  yaratmağı  arzu  edirdi.  Əgər  Almaniya  hərbin  sonunda  qalib 
çıxardısa, bu düşüncələri həyata keçirtmək mümkün olacaqdı. Bu istəklər 
içərisində Qafqaz neftinin ələ keçirilməsi də var idi”. 
Müharibədə  türklərin  strateji  planları  belə  idi;  1.  Qafqazı  tutmaq;  2. 
Misiri işğal etmək; 3. Rusları və ingilisləri İrandan qovmaq və Hindistana 
çıxış əldə etmək. 
Türklər bu məqsədlər içərisində Qafqaza xüsusi önəm verdiklərindən 
IX, X və XI ordu korpusları olan 3-cü türk ordusunu buraya göndərdilər. 
Bütövlükdə bu orduda 11 piyada diviziya var idi. Bundan başqa ordunun 
tərkibində nizami və qeyri-nizami süvari hissələr də var idi. 1914-cü ilin 
noyabrında türklərin Qafqaz cəbhəsində 11, 
1916-
 
cı ilin sentyabrında 24, 1918-cü ilin martında 10 diviziyası var idi”. 
Türkiyənin  3-cü  Qafqaz  ordu  komandanı  1914-cü  ilin  noyabrında  Həsən 
İzzət paşa idi”. 
Türk tarixçisi Yusuf Hikmet Bayur yazır ki, bir çoxlarının düşüncəsinə 
görə, böyük savaş Osmanlı üçün bir çox fürsətlər doğurdu və ona bÖ3Üklük 
dövrünə  dönmək  imkanı  verəcəyi  üzdə  idi.  Almaniyanın  qalib  gəlməsi 
Rusiyanın əzilməsi və dolayısı ilə Qafqaz və bir çox başqa yerlərin rahat 
alına bilməsi deməkdi. Bu işdə türklər milli qəhrəman kimi təbliğ edilən 
Ənvər paşaya daha çox güvənirdilər*“. 
76 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə