Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə16/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   12   13   14   15   16   17   18   19   ...   99

hərbi  əməliyyatlar  xronoloji  ardıcıllıqla  işıqlandırılır.  Birinci  dünya 
müharibəsi  illərində  Türkiyənin  Qafqaz  cəbhəsində  apardığı  hərbi 
əməliyyatlara xüsusi diqqət verilir. 
İki  cildlik  birinci  dünya  müharibəsi  tarixi  monoqrafiyasının^^’  dörd 
fəsildən  ibarət  birinci  cildinin  sonuncu  fəslinin  üçüncü  paraqrafının  bir 
hissəsi  (s.  383-398)  Qafqaz  cəbhəsinə  həsr  edilmişdir.  Burada 
diplomatik-siyasi  mübarizə  deyil,  1914-eü  ilin  qışınadək  aparılan  hərbi 
əməliyyatlar  verilir.  Bununla  belə,  bu  cilddə  döyüşən  dövlətlərin 
Qafqazdakı maraqlarına və planlarına da yer ayrılır. Monoqrafiyanın ikinci 
cildi səkkiz fəsildən ibarətdir. 
Səkkizinci  fəslin  ikinci  paraqrafı  (s.  417-439)  Brest-Litovsk 
danışıqlarına,  Brest  sülhünə  və  Qafqaz  cəbhəsində  aparılan  hərbi 
əməliyyatlara  həsr  edilmişdir.  Lakin  kitabda  məsələləri  birtərəfli 
işıqlandırılır.  Göstərilir  ki,  türklər  “Güney  Qafqazda  və  Güney 
Azərbaycanda  kifayət  qədər  böyük  ərazilər  tutmağa,  Bakıda  sovet 
hakimiyyətini  devirməyə  və  Bakı  neft  mədənlərini  ələ  keçirtməyə 
çalışırdılar”““. 
V. A. Yemetsin üç fəsildən ibarət olan monoqrafiyası“’ birinei dünya 
müharibəsi  dövründə  Rusiyanın  xariei  siyasətinə  həsr  edilmişdir.  Müəllif 
Qafqaz  cəbhəsində  Rusiyanın  apardığı  əməliyyatların  ingilislərin  Misir, 
Ərəbistan və Mesopotamiyada apardığı döyüşlərə kömək etdiyini yazıf '". 
S.  V.  Lavrovun  məqaləsi“'  1917-1921-ci  illərdə  İngiltərənin  Qafqaz 
siyasətinə həsr edilmişdir. 
Moskvada  çap  olunmuş  kitabım“  bir,  iki  və  üçüneü  fəsillərində  (s. 
27-91) araşdırılan problemlə bağlı bir sıra faktlara rast gəlmək mümkün olsa 
da, məsələlər birtərəfli, əsasən sovet mövqeyindən şərh edildiyindən tarixi 
obyektivliyi əks etdirdiyinə iddia edə bilməz. 
Ali məktəblərin elmi əsərləri məəmuəsində“’ çap edilmiş İngiltərənin 
1916-1918-ei illərdə xarici siyasətindən bəhs edən məqalə diqqəti cəlb edir. 
Müəllif məqalədə müharibədə neft amilinə, türk-ingi- lis münasibətlərinə və 
b. məsələlərə diqqət yetirir. 
Monoqrafiya  yazılarkən  dörd  cildlik  ABŞ  tarixinin“’  ikinci  cildindən 
istifadə edilmişdir. Dörd hissə, on səkkiz bölümdən ibarət monoqrafiyanın 
üçüncü  hissəsinin  on  dördüncü  (s.  325-353)  və  on  beşinci  bölümləri  (s. 
354-388) birinci dünya müharibəsi dövrünə həsr edilmişdir. 
Rusiya  tarixçiliyində  birinci  dünya  müharibəsi  illərində  Fransanın 
xarici siyasətindən bəhs edən kitablardan biri V. İ. Antyuxina - Mos- 
47 


kovçenkoya  məxsusdur^“.  Kitabın  on  birinci  fəsli  (s.  403-458)  birinci 
dünya müharibəsi dövründə Fransa tarixinə həsr edilmişdir. A. İ. Ut- kinin 
monoqrafiyasında“'’  müharibə  dövründə  ABŞ  prezidenti  olmuş  Vııdro 
Vilsonun  diplomatiyası  ilə  bağlı  məsələlər  verilmişdir.  Müəllif  birinci 
dünya  müharibəsi  illərində  ABŞ-ın  müttəfiqlərlə  münasibətləri 
məsələlərinə  toxunur.  Burada  Osmanlı  imperiyası,  Rusiya  və  regionla 
əlaqədar müəyyən materiallara rast gəlmək mümkündür. 
Başqırdıstan 
tarixçisi 
Gülnarə 
Vəliəhmədovanın 
namizədlik 
dissertasiyasının  avtoreferatının”’  birinci  və  ikinci  fəsillərində  Osmanlı 
imperiyası ilə bağlı məsələlər araşdırılarkən Güney Qafqaz məsələlərinə də 
toxunulur. Müəllif haqlı olaraq yazır ki, neft uğrunda mübarizə gərginləşən 
beynəlxalq münasibətlərdə mühüm aspekt oldu və nəticədə birinci dünya 
müharibəsinə gətirib çıxartdı”“. Avtoreferatda qeyd edilir ki, ABŞ Yaxın 
Şərq  işlərində  iştirakını  təmin  etmək  üçün  Sovet  Rusiyasına  qarşı 
boğazlardan  və  Güney  Qafqazdan  keçməklə  geniş  miqyaslı  hərbi 
əməliyyatlara başlamağı düşünürdü”’. 
İran tarixçiliyi 
Güney  Azərbaycandan  olan  tarixçi,  Tehranda  Qafqaz  geopolitik 
araşdırmalan  mərkəzinin  professoru  Bəhram  Əmir  Əhmədianın 
məruzəsinin tezisləri”’ XX əsrin başlanğıcında Osmanlı imperatorluğunun 
Qafqaz, o cümlədən, Azərbaycan siyasətinə həsr edilmişdir. 
Gürcüstan tarixçiliyi 
Ş. İ. Basilayanm monoqrafiyasında”' birinci dünya müharibəsi illərində 
Güney Qafqazın ümumi vəziyyəti araşdmlır. Monoqrafiyada birinci dünya 
müharibəsi ərəfəsində Güney Qafqazın vəziyyəti, bolşeviklərin müharibəyə 
dair  siyasəti,  müharibə  və  iqtisadiyyat  və  b.  məsələlər  araşdırılır.  Burada 
böyük dövlətlərin Azərbaycan siyasəti verilməsə də, Rusiyanın regiona dair 
planları açıqlanır. Xüsusən, Türkiyə meyilli rus təbəələrinin təqib edilməsi 
və  qaçqınların  yerləşdirilməsi  məsələlari  ilə  bağlı  maraqlı  faktlara  rast 
gəlinir. 
Erməni tarixçiliyi 
Türkiyənin Qafqaz, o cümlədən, Azərbaycan siyasətini öyrənən erməni 
tarixçiləri əsasən aşağıdakı qeyri-elmi metodlardan istifadə etmişlər: yalan; 
sənədlərdə  öz  xeyrinə  olan  məsələləri  qəsdən  qabartmaq;  sənədləri 
saxtalaşdırmaq; fikrini təsdiqləyərkən başqalarının 
48 


söyləmədiklərini  və  mənbələrdə  olmayan  faktları  qəsdən  yazmaq; 
lobbiçilik;  türk  düşmənçiliyi;  probolcmi  araşdırmadan  hansı  nəticələr 
alınacağını  əvvəlcədən  müəyyənləşdirmək  və  s.  Belə  vəziyyətin  obyektin 
tarixçiliklə heç bir əlaqəsinin olmadığı kimsədə şübhə doğurmamalıdır. 
Erməni tarixçisi H. Haloyanm üç fəsildən ibarət olan monoqrafiyasının“ 
birinci fəslində (s. 9-108) araşdırılan problemlə bağlı çoxlu fakt və material 
vardır. Lakin müəllif problemləri bolşevizm nöqteyi- nəzərindən, antitürk, 
antiingilis, antiamerikan və antifransız baxımından təhlil edir. 
E.  K.  Sarkisyanın  altı  fəsildən  ibarət  monoqrafiyası“  Osmanlı 
imperiyasının  birinci  dünya  müharibəsi  ərəfəsində  və  müharibə  illərində 
Güney  Qafqaz  siyasətinə  həsr  edilmişdir.  Əsərin  birinci  fəsli  (s.  19-98) 
dünya  müharibəsi  ərəfəsində  Osmanlı  imperiyasının  daxili  iqtisadi, 
sosial-siyasi  və  beynəlxalq  vəziyyətinə,  ikinci  fəsli  (s.  99-136)  müharibə 
ərəfəisndə  Güney  Qafqazda  gənc  türklərin  apardığı  işə,  üçüncü  fəsli  (s. 
127-172) Osmanlı imperatorluğunun müharibəyə girməsinə, dördüncü fəsli 
(s.  173-226)  1914-1917-ci  illərdə  Qafqaz  cəbhəsinə,  beşinci  fəsli  (s. 
227-316)  müharibə  illərində  Osmanlı  imperiyasının  daxili  vəziyyətinə, 
altıncı  fəsli  (s.  137-420)  1918-ci  ildə  Osmanlı  imperatorluğunun  Güney 
Qafqaz siyasətinə həsr edilmişdir. Problem sovet tarixçiliyi tələblərindən və 
erməni  təəssübkeşliyi  baxımından  araşdırıldığından  müəllif  Osmanlı 
imperatorluğunun  Güney  Qafqaz  siyasətini  “təcavüzkar”,  “işğalçı”  və  s. 
kimi qiymətləndirir. Ümumiyyətlə, erməni tarixçiliyində aparıcı xətt türk, 
müsəlman düşmənçiliyi, fakt və hadisələri saxtalaşdırmaq, obyektiv tarixi 
biliyin formalaşmasına mane olmaqdır. 
Müəllif  monoqrafiyanı  yazarkən  Azərbaycanın  və  xarici  ölkələrin 
aşağıdakı arxivlərində və kitabxanalarında çalışmışdır: 
Azərbaycanda  -  Azərbaycan  Respublikası  Dövlət  Tarix  Arxivində; 
Azərbaycan  Respublikası  Dövlət  Arxivində;  Azərbaycan  Respublikası 
Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivində; Azərbaycan Respublikası 
Ədəbiyyat və  İncəsənət Arxivində; BDU-nun Elmi kitabxanasında; M. F. 
Axundov  adına  Dövlət  kitabxanasında;  Azərbaycan  Respublikası  Dövlət 
Arxivinin kitabxanasında; 
Türkiyədə - Türkiyə Cümhuriyyəti Başbakanlıq Arxivində; Türk Tarix 
Qurumunun kitabxanasında; 
49 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə