Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə13/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   9   10   11   12   13   14   15   16   ...   99

dir. Monoqrafiyanın ikinci foslində (s. 19-43) Vilson və müharibo, üçüncü 
fəslində (s. 47-71) sülh yaratmaq məsələləri araşdırılır. 
Tanınmış tarixçi, professor T. Svyatoxovskinin zəngin arxiv sənədləri 
əsasında  yazılmış  yeddi  bölümdən  ibarət  monoqrafiyasında''^’'  böyük 
dövlətlərin  Azərbaycan  siyasəti  ilə  bağlı  faktlar  və  materiallara  da  rast 
gəlmək mümkündür. 
Robert  H.  Ferellin  monoqrafiyası'^''  iyirminci  əsrdə  Amerikan 
diplomatiyasına  həsr  edilmişdir.  On  altı  fəsildən  ibarət  monoqrafiyanın 
altıncı  fəslində  (s.  127-156)  birinci  dünya  müharibəsində  amerikan 
diplomatiyasının  fəaliyyəti,  bitərəflik  siyasəti  və  1917-1918-ci  illərdə 
böyük dövlətlərlə münasibətləri məsələləri araşdırılır. Burada Yaxın və Orta 
Şərqlə bağlı problemlər ümumi planda izah olunur. 
Sin Denis Kaşmanın on üç fəsildən ibarət olan monoqrafiyasında""' bi- 
rinei dünya müharibəsi dövründə ABŞ siyasəti, prezident Vudro Vil- sonun 
sülh  planı  və  b.  məsələlər  araşdırılır.  Burada  Türkiyənin  təhlükəsizliyi, 
muxtariyyət  məsələsi  və  Brest-Litovskda  aparılan  danışıqlara  geniş  yer 
verilir. 
Luisvil  Universitetinin  tarix  professoru  Castin  Makkarti  və  həyat 
yoldaşı  Karolin  Makkartinin  monoqrafiyası'"  1915-ci  ildə  erməni-türk 
münasibətlərinə  aydınlıq  gətirən,  tarixi  gerçəkliyi  obyektiv  əks  etdirən 
kitabdır.  Müəlliflər  tərəflərin  mövqelərini  inandırıcı  faktlar  və  dəlillərlə 
verə  bilmişlər.  Onlar  erməni  soyqırımının  uydurma  olduğunu  və  Güney 
Qafqazın  türk  və  digər  müsəlman  xalqlarına  qarşı  ennəni-  lərin 
qaldırılmasında böyük dövlətlərin rolunu sübut edirlər. 
J.  M.  Robertsin  Avropa  tarixinə  həsr  edilmiş  on  altı  bölümlük 
monoqrafiyasının"'"  doqquzuncu  bölümü  (s.  278-318)  birinci  dünya 
müharibəsinə həsr edilmişdir. Müharibə dövründə Avropa tarixinin başlıca 
sahələrini  araşdıran  müəllif  Türkiyə  ilə  münasibətlərə,  Rusiya  inqilabına, 
Brest-Litovsk danışıqlarına və b. məsələlərə diqqət yetirir. 
Bohdan Nahayla və Viktor Svobodanın monoqrafiyası'" SSRİ-də milli 
problemlər tarixinə həsr edilmişdir. İki fəsildən ibarət olan monoqrafiyanın 
birinci fəsli (s. 3-108) Rusiya imperiyasının millətlərə münasibətdə yeritdiyi 
siyasətə (s. 3-17), 1917-ci il inqilabına (s. 18- 24) və Qafqazda yaranan yeni 
respublikalara (s. 25-59) həsr edilmişdir. 
Devid  Raynoldsın  monoqrafiyası'™  XX  əsrdə  Britaniya  siyasətindən 
bəhs edir. On bölümdən ibarət monrqrafiyanın dördüncü bölümü (s. 88-103) 
birinci dünya müharibəsi məsələlərindən danışır. Burada 
38 


1914-cü ilin iyul böhranı, münaqişo, müharibodo güdülən məqsədlər, alyans 
ölkələrinin diplomatiyasında nə sülh, nə qələbə prinsipi və Kiçik Asiyada 
mənafelərin toqquşması işıqlandırılır. 
F.  R.  Bridcenin  böyük  dövlətlərin  Habsburqlar  monarxiyasına 
münasibətdə  yeritdiyi  siyasətə  həsr  edilmiş  doqquz  bölümdən  ibarət  mo- 
noqrafıyasının'’' səkkizinci bölümü (s. 345-370) “Birinci dünya müharibəsi 
və  Avstriya-Macarıstan.  1914-1918  “  adlanır.  Bu  bölümdə  dünya 
mühvaribəsində  Avstriya-Macarıstanın  güddüyü  niyyətlər  və  Rusiyaya 
qarşı yeritdiyi siyasətin məqsədləri araşdırılır. 
Kaliforniya 
Universitetinin 
professoru 
Antoni 
Adamtvaytm 
monoqrafiyası'”  Avropada  fövqoldövlət  rolunu  oynamaq  üçün  Fransanın 
yeritdiyi  siyasəto  həsr  edilmişdir.  On  iki  bölümdən  ibarət  olan 
monoqrafiyanın birinci bölümü (s. 1-15) Fransa və dünya, ikinci bölümü isə 
(s. 16-39) ordu gücü problemlərinə həsr edilmişdir. 
Hcrald D. Fcidmanın Oksford Universiteti nəşriyyatında çapdan çıxmış 
monoqrafiyası'” 
1914-1924-cü 
illərdə 
Almaniya 
siyasətinin, 
iqtisadiyyatının  və  cəmiyyətinin  infilyasiyada  olmasına  həsr  edilmişdir. 
Monoqrafiyanın  birinci  bölümündə  (s.  25-98)  birinci  dünya  müharibəsi 
illərində  maliyyə,  iqtisadiyyat,  alman  cəmiyyətinin  müharibə  ilə  sülh 
arasında  olması  və  inqilabi  böhranlar  məsələlər  araşdırılır.  Müəllif  bu 
dövrün alman cəmiyyətini böyük qarışıqlıq kimi qiymətləndirir. 
Con  Kallagcnin  monoqrafiyası'”  böyük  dövlətlərin  qarşılıqlı 
münasibətlərinə  və  Britaniya  imperializminin  beynəlxalq  böhranlarda 
tutduğu mövqeyə həsr edilmişdir. Beş bölümdən ibarət olan monoqrafiyanın 
birinci  bölümündə  (s.  12-18)  dünya  müharibəsində  İngiltərənin  siya.səti 
araşdırılır. Müəllif Kiçik Asiyada böyük dövlətlərin nüfuz dairəsi Liğrıında 
apardığı mübarizəyə do diqqət yetirir. 
Ronald  E.  Povaskinin  1917-1991-ci  illərdə  Birləşmiş  Ştatlarla  Sovet 
İttifaqı  arasında  münasibətlərdən  bəhs  edən  kitabı'”  doqquz  fəsildən 
ibarətdir.  Monoqrafiyanın  birinci  fəsli  “Birləşmiş  Ştatlar  və  bolşeviklər 
inqilabı,  1917-1933”  (s.  5-34)  adlanır.  Bu  fəsildə  Transqafqaz  və  Quzey 
Qafqaz  regionunda  ingilis,  fransız,  amerikan  maraqlarına  və  Brest  sülh 
müqaviləsinə ABŞ-ın münasibəti məsələlərinə diqqət yetirilir. 
Monoqrafiya yazılarkon neft sənayesi və beynəlxalq münasibətlər üzrə 
tanınmış mütəxəssis, amerikan müəllifi Dcniel Erqinin beş hissədən və otuz 
altı fəsildən ibarət iri həcmli monoqrafiyasından'” istifa 
39 


də  edilmişdir.  Kitabın  ikinci  hissəsi  (s.  183-320)  birinci  dünya 
müharibəsinin  başlanğıcından  ikinci  dünya  müharibəsinədək  olan  dövrü 
əhatə  edir.  Müəllif  birinci  dünya  müharibəsini  dünya  miqyasında  neft 
uğrunda mübarizə kimi təqdim edir. Kitabın 199-200-cü səhifələri birinci 
dünya  müharibəsində  Bakı  neftinin roluna  həsr  edilmişdir. Müəllif  yanlış 
olaraq  Bakıda  “ermənilərin  qırılmasını  “türklərin  təhrikçilik  hərəkətləri, 
Bakıdakı uğursuzluğu Almaniyaya ciddi zərbə kimi qələmə verir'”. Göstərir 
ki, neft müharibənin qanı idisə, sonradan bütün dünyanın qanma çevrildi. 
Böyük Britaniya tarixçiliyi 
Monoqrafiya  yazılarkən  Böyük  Britaniya  tarix  ədəbiyyatına  da 
müraciət  edilmişdir.  Bu  əsərlərdə  Böyük  Britaniyanın  və  müttəfiqlərinin 
Yaxın  Şərqdə  rəqibləri  ilə  mübarizəsi  məsələlərinə  yer  verilir.  Henri  Nil 
Brayişfordun  monoqrafiyasında”*  birinci  dünya  müharibəsinin  son 
mərhələsində  diplomatik  mübarizə  və  sülh  məsələləri  araşdırılır.  Beş 
bölümdən ibarət olan kitabda Osmanlı imperatorluğu və Rusiya arasındakı 
münasibətlərə, xüsusən, hərbi siyasətə diqqət yetirilir. 
Liddel Qartın monoqrafiyası”’ yeddi fəsildən ibarətdir. Yaxın və Orta 
Şərqlə  bağlı  məsələlər  monoqrafiyanın  dördüncü  fəslinin  birinci 
paraqrafında  (s.  97-118),  beşinci  fəslin  altıncı  paraqrafında  (214-218), 
yeddinci  fəslin  altıncı  paraqrafında  araşdırılır.  Müəllifin  başlıca  məqsədi 
diplomatiya məsələlərini deyil, hərbi əməliyyatları araşdırmaqdan ibarətdir. 
A.  C.  P.  Teylorun  iyirmi  üç  fəsildən  ibarət  olan  iri  həcmli 
monoqrafiyasının'*“  sonuncu  fəsli  (s.  533-569)  1914-1918-ci  illərdə 
diplomatiyaya həsr edilmişdir. Monoqrafiyada ayrıca olaraq Azərbaycanla 
bağlı  məsələlərə  toxunulmasa  da  regionda  aparılan  diplomatik-siyasi 
mübarizəyə müəyyən yer verilir. 
A.  C.  P.  Teylorun  on  altı  fəsildən  ibarət  olan  digər  bir 
monoqrafiyasının'*' birinci (s. 1-33), ikinci (s. 34-72), üçüncü (s. 73-113) 
fəsilləri  birinci  dünya  müharibəsi  illərində  İngiltərə  tarixinə  həsr 
olunmuşdur.  Müəllif  ingilislərin  Rusiyaya  müdaxiləsində  məqsədin 
bolşevik hakimiyyətini devirmək olduğunu yazır'*^ 
V.  V.  Qotlibin  monoqrafiyası'**  birinci  dünya  müharibəsi  illərində 
böyük  dövlətlər  arasında  diplomatik  mübarizəyə  həsr  edilmişdir. 
Türkiyənin və başqa ölkələrin Güney Qafqaz siyasətinə dair kitabda maraqlı 
faktlara da rast gəlmək mümkündür. 
40 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə