Repk 0 ildə azərbaycan respublikasi təHSİl naziRLİYİ respublika elmi pedaqoji Kİtabxanasi



Yüklə 20,19 Mb.
Pdf görüntüsü
səhifə50/54
tarix07.11.2018
ölçüsü20,19 Mb.
#77941
1   ...   46   47   48   49   50   51   52   53   54

 
 
 
REPK 30 ildə
 
 163 
9.
 
Siyasi aktuallığını itirmiş, məzmunca köhnəlmiş və istifa-
dəyə  yararsız  məlumat  daşıyıcılarının  kitabxana  və  məlumat-
informasiya fondlarından çıxarılması haqqında təlimat. 
10. I-IV sinif şagirdlərinin kitabxana-biblioqrafiya və infor-
masiya biliklərinə yiyələnməsi üçün tövsiyələr. 
Dünyanın  əksər  ölkələrində  cəmiyyətə  göstərilən  kitab-
xana  xidmətinin,  sənəd-informasiya  təminatının  təşkili  səviy-
yəsi  milli  prioritetə  malik  məsələ  kimi  qiymətləndirilir  və  bu 
sahənin  inkişafına  həm  rəsmi  orqanlar,  həm  işgüzar  dairələr, 
həm  də  qeyri-hökumət  təşkilatları  tərəfindən  böyük  diqqət  və 
qayğı  göstərilir.  Bu  gün  dünyanın  əksər  ölkəsində  virtual 
kitabxanalar  mövcuddur.  İstənilən  şəxs  evini,  iş  yerini  tərk 
etmədən  öz  kompüterindən  elektron  kitabxananın  veb  səhifə-
sinə  daxil  olaraq  online  qeydiyyatdan  keçir  və  əldə  etmək 
istədiyi  hər  hansı  bir  ədəbiyyatı  virtual  oxumaq  və  ya  almaq 
imkanını əldə edir. 
Son  illərdə  respublikamızda  da  cəmiyyətin  sənəd-infor-
masiya  ehtiyacının,  o  cümlədən  ədəbiyyata  olan  tələbatının 
daha  dolğun  şəkildə  ödənilməsində  və  bu  işdə  informasiya-
kommunikasiya  texnologiyalarından  istifadə  sahəsində  bir  sıra 
ciddi addımlar atılmışdır. Prezidentin “Azərbaycan Respublika-
sının  kitabxana-informasiya  sahəsinin  2008-2013–cü  illərdə 
inkişafı və modernləşdirilməsi” Dövlət Proqramında dünya təh-
sil  sisteminə  inteqrasiya  olunmaq,  ölkə  əhalisini  informasiya-
laşdırılmış cəmiyyətə hazırlamaq məqsədilə kompüter texnika-
sı  əsasında  qurulan  yeni  informasiya  texnologiyalarının  mə-
nimsənilməsi  və  onun  bütün  imkanlarından  istifadə  olunması 
üçün  elektron  dərsliklərin,  elektron  kitabxanaların,  rəqəmli 
tədris  resurslarının  işlənilib  hazırlanması  və  tətbiqi  nəzərdə 
tutulmuşdur. 


 
 
 
REPK 30 ildə
 
 164 
REPK-a  Azərbaycan  Respublikası  təhsil  nazirinin  09 
aprel  2012-ci  il  tarixli,  534  nömrəliəmrinin  8.3  Virtual 
Dərslik  Kitabxanası  (VDK)  yaradılması  barədə  təkliflərin 
hazırlanıb  bir  ay  müddətinə  Təhsil  Nazirliyinə  təqdim  olun-
ması”  bəndinin  icrası  məqsədilə  Virtual  Dərslik  Kitabxanası 
Layihəsini hazırlamış və Təhsil Nazirliyinə təqdim etmişdir. 
Layihədə şagird və  müəllim oxucuların  işlərinin asanlaş-
dırılması, dərslik və metodik tədris vəsaitlərinin axtarışına vaxt 
sərfinin  minimuma  endirilməsi  üçün  lazımi  kitabların  və 
metodik  tədris  materiallarının  elektron  kataloqunun  yaradıl-
ması  və  bu  tip  ədəbiyyatın  rəqəmsal  formata  salınaraq  REPK-
nın veb səhifəsində yaradılacaq və 24 saat online (aktiv) rejim-
də fəaliyyət göstərəcək “Elektron Dərslik Kitabxanası” bölmə-
sində  yerləşdirilməsi  nəzərdə  tutulmuşdur.  “Virtual  Dərslik 
Kitabxanasının” materiallarından dərs prosesində, distant təlim 
zamanı  və  dərsliklərin  müstəqil  öyrənilməsində  effektiv  istifa-
də olunması layihənin gözlənilən nəticələrindən biridir. 
“Virtual Dərslik Kitabxanası”nın əsas  iş prinsipi  dərslik-
lərin,  metodik  vəsaitlərin,  sinifdənxaric  oxu  və  yardımçı  dərs 
vəsaitlərinin  elektron  nəşrlərinin  məlumat  sisteminin  yaradıl-
masıdır. 
Layihənin hazırlanmasında məqsəd ilk növbədə Azərbay-
can  Elektron  Təhsil  məkanının  genişlənməsi  və  gücləndiril-
məsinə  xidmət  etməkdir.  Layihənin  müəllif-koordinatoru 
REPK-nın Yeni İnformasiya Texnologiyaları şöbəsinin mühən-
dis-proqramçışı Ü.İ.Məmmədovadır. 
 
 
 
 
 
 
 
 
 


 
 
 
REPK 30 ildə
 
 165 
 
Virtual Dərslik Kitabxanası 
Layihə  
 
Məqsəd və vəzifələr:  
 
Virtual Dərslik Kitabxanasının (VDK) məqsədi dərsliklə-
rin,  dərs  vəsaitlərinin  və  metodik  materialların  eləcə  də  sinif-
dənxaric  oxu  elektron  nəşrlərinin  məlumat  kommentator  siste-
minin yaradılmasıdır. 
VDK vəzifələrinə daxildir: 
Elektron  nəşrlərin  fəaliyyətinin  effektiv  metodlarının  bu 
(SGML/XML) texnologiyalar vasitəsilə işlənilməsi və tətbiqi. 
Dərs tematik planının fəaliyyətinə və VDK standartlarına 
müvafiq olan müəlliflərin təşkilati və texniki dəstəyi. 
Elektron dərsliklər sahəsində peşəkarların yaradılması və 
həmçinin  dərslik  ədəbiyyatı  hazırlayanların  yönəldilmiş  proq-
ram üzrə təmin olunması. 
 
Virtual Dərslik Kitabaxanasının sosial təyinatı 
 
Layihənin  elmi  maarifləndirici  məqsədi  ən  əvvəl  ondan 
ibarətdir  ki,  istifadəçilər  peşəkar  hazırlanmış  təminatlı  sorğu 
aparatına  yol  tapır,  hansı  ki,  bütövlükdə  dərsliklərin  ən  son 
nailiyyətlərini  nəzərə  alır  və  müasir  təhsilin  tələblərinə  cavab 
verir. 
VDK-nın  fəaliyyəti  Azərbaycan  İnternet  məkanının  ge-
nişlənməsi və gücləndirilməsinə yönəldilmişdir. 
VDK-nın  materialları  dərs  prosesində,  distansion  təlim 
zamanı  və  dərsliklərin  müstəqil  öyrənilməsində  effektiv  isti-
fadə oluna bilər. 
 
 
 


 
 
 
REPK 30 ildə
 
 166 
Digər elektron kitabxanalardan fərqi 
 
VDK-nın mövcud elektron kitabxanalardan əsas fərqi on-
dan ibarətdir ki, o, dərs materiallarını qlobal əhatə edir və nəşr-
lərini  yüksək  texnoloji  standartlara  uyğun  qurur. Müxtəlif  for-
mada  yığılmış  mətnlərin  elektron  tərtibinin  say  çoxluğuna 
baxmayaraq, verilən  layihənin  Azərbaycan İnternet məkanında 
bu gün analoqu yoxdur. 
 
Auditoriya 
 
VDK-nın oxucu auditoriyası aşağıdakı kateqoriyalar üzrə 
müəyyənləşir:  məktəb,  lisey  və  gimnaziyalarda  təhsil  alanlar, 
ali  məktəb  tələbələri,  abituriyentlər  və  magistrlar,  müəllimlər, 
dərslik  ədəbiyyatını  tədqiq  edən  pedaqoqlar  və  geniş  oxucu 
kütləsi üçün nəzərdə tutulur. 
 
Tərəfdaşları.(Partnyorlar) 
 
Biz  VDK-nın  standartlarına  və  tematik  planına  cavab 
verən müstəqil naşirlərin fəaliyyətini dəstəkləyirik.Və pedoqoji 
tədqiqatçıları,  həmçinin  elektron  nəşrlər  sahəsində  mütəxəssis 
olanları da REPK-a ilə əməkdaşlıq etməyə dəvət edirik. 
 
VDK- nın əhatə dairəsi 
 
VDK-  proqramı  Azərbaycan  dilində  yaradılmış  dərslik, 
dərs  metodik  vəsaitlərin  geniş  əhatəsini  nəzərdə  tutur.  VDK- 
yeni və ən yeni dövrün dərslik ədəbiyyatı haqqında oxucularda 
əyani  təsəvvürün  yaranmasına  imkan  verəcək.  Gələcəkdə 
kitabxananın  xronoloji  çərçivəsinin  genişlənməsi  üçün  VDK-
nın  fonduna  müstəqillik  dövründə  nəşr  olunmuş  dərsliklər  də 
daxil ediləcəkdir.  
 
 


Yüklə 20,19 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə