Repk 0 ildə azərbaycan respublikasi təHSİl naziRLİYİ respublika elmi pedaqoji Kİtabxanasi



Yüklə 20,19 Mb.
Pdf görüntüsü
səhifə52/54
tarix07.11.2018
ölçüsü20,19 Mb.
#77941
1   ...   46   47   48   49   50   51   52   53   54

 
 
 
REPK 30 ildə
 
 171 
əksəriyyəti  kompüterlə  təmin  olunmamışdır  və  buna  görə  də 
məktəb kitabxanaçılarının kompüter sahəsində bilikləri olduqca 
azdır.  Rəylərin  təhlili  göstərir  ki,  məktəb  kitabxanaçılarını 
kurslarda keçirilən dərslərin səviyyəsi tam qane edir və REPK-
nın  bu  sahədə  apardığı  işi  yüksək  qiymətləndirirlər.  Məsələn, 
sorğu  blankındakı  “kursdan  aldığınız  məlumatda  sizi  nə  qane 
etdi?”  sualına  iştirakçıların  əksəriyyəti  “Dərslərin  yüksək 
səviyyədə  keçirilməsi”  cavabını  vermişdir.  Kursun  keçirilməsi 
ilə əlaqədar əlavə kommentariyalarında isə iştirakçılar “savadlı 
personallardan 
təlim 
almaqdan 
məmnun 
oldum”, 
“Müəllimlərin savadlı dərs keçmələri çox xoşuma gəldi”, “Hər 
il  keçirilməsini  istərdik,  ona  görə  ki,  məlumat  alacaq  başqa 
yerimiz  yoxdur.”  və  s.  oxşar  fikirlər  yazmışlar.  Sorğu 
blanklarının “Kursa ayrılan vaxt sizi qane etdi” sualına məktəb 
kitabxanaçılarının 90%-i “yox” cavabı vermişdir. 
 
REPK-a  2013-cü  ildən  başlayaraq  ümumtəhsil,  peşə 
məktəbi  və  orta  ixtisas  təhsili  müəssisələrinin  kitabxanaları 
haqqında  Elektron  Məlumat  Bazasının  (Verilənlər  bazası
təkmilləşdirilməsi  işinə  başlamışdır.  (Qeyd  etmək  lazımdır  ki, 
bu işin əsası 2002-ci ildə qoyulmuşdur). Bu məqsədlə REPK-a 
yeni anket formaları hazırlamış və Təhsil Nazirliyinin sirkulyar 
məktubu  ilə respublikanın  bütün ümumtəhsil, peşə  məktəbi  və 
orta  ixtisas  təhsili  müəssisələrinin  kitabxanalarına  göndər-
mişdir.  
Microsoft Windows C# proqramlaşdırma dilində, Micro-
soft  MSSQL  proqram  təminatı  əsasında  işlənilib  təkmilləş-
dirilmiş  və  REPK-nın  proqram  təminatı  hazırlanmışdır.  Res-
publikanın  ümumtəhsil,  peşə  məktəbləri  və  orta  ixtisas  təhsili 
müəssisələrinin  kitabxanaçıları  yeni  anket  formalarına  uyğun 
məlumatları  REPK-ya  göndərirlər.  Respublika  üzrə  müxtəlif 
təhsil  müəssisələrindən daxil olan bu anket  formaları Məlumat 


 
 
 
REPK 30 ildə
 
 172 
bazasında  öz  əksini  tapır  və  üzərində  aparılan  təhlil  işlərinin 
nəticələrinə  əsaslanaraq  respublikanın  bütün  ümumtəhsil,  peşə 
məktəbləri  və  orta  ixtisas  təhsili  müəssisələri  kitabxanalarının 
işi haqqında məlumat əldə olunur.  
Əvvəlki  Məlumat  bazasından  fərqli  olaraq  yeni  Elektron 
Məlumat  bazası  daha  da  təkmilləşdirilmiş  və  Təhsil
  Nazirliyi 
kitabxanalarının müasir vəziyyəti haqqında dolğun informasiya 
almağa imkan verir. 
 
Kitabxana  proseslərinin  avtomatlaşdırılması  sahəsində 
REPK-nın  həyata  keçirdyi  layihələrdən  biri  də  Microsoft 
ACCESS  proqram  təminatına  əsasən  REPK-nın  Elektron 
Qeydiyyat  (Verilənlər  bazası)  bazasının  yaradılmasıdır.  Elek-
tron  Qeydiyyat  (Verilənlər  bazası)  bazasında  oxucuların  elek-
tron  qeydiyyatı  həyata  keçirilir.  Oxucular  haqqında  bütün 
məlumatlar bazaya daxil edilmiş  və hər oxucuya məxsus elek-
tron “Oxucu formulyarı” əlavə olunmuşdur. 
 
“Elektron  oxucu  formulyarı”  kitabxanaçıların  standart 
olaraq  tərtib  etdikləri  “oxucu  formulyarı”nın  elektron  versiya-
sıdır.  Həmçinin  “Elektron  oxucu  formulyarı”na  tələb  olunarsa 
oxucunun  şəkli,  şəxsiyyət  vəsiqəsinin  surəti  də  əlavə  edilə 
bilər. Elektron Qeydiyyat (Verilənlər bazası) bazasında oxucu-
ların qeydiyyatı aparılır, eyni zamanda, "Oxuculara xidmət şö-
bəsi"ndə  “İRBİS-64”  proqram  təminatı  əsasında  "Oxucu"  və 
"Kitab verilişi" modullları tətbiq olunmağa başlamışdır.
 
Ümumiyyətlə,  hazırda  REPK-da  “İRBİS-64”  proqram 
təminatının  4  modulundan  -“Komplektləşdirmə”,  “Kataloqlaş-
dırma”, “Oxucu”  və  “Kitab  verilişi”  istifadə olunur və REPK-
nın  Elektron  kataloqunu  internet  səhifəsində  (www.repk.az) 
yerləşdirmək məqsədilə hazırlıq işləri aparılır. 
Göründüyü  kimi  REPK-a  istər  oxuculara  kitabxana–
informasiya xidmətini, istərsə də metodik rəhbərlik işini günün 


 
 
 
REPK 30 ildə
 
 173 
tələbləri səviyyəsndə təşkil etmək  məqsədilə ənənəvi  forma və 
üsullardan  istifadə  etməklə  yanaşı  işində  ardıcıl  olaraq  isla-
hatlar  aparır,  yeni  metodlardan  istifadə  edir,  xidmət  prosesini 
təkmilləşdirir  və  yeniləşdirir.  Bu  baxımdan  Bakı  Dövlət  Uni-
versitetinin Kitabxanaçılıq və İnformasiya fakültəsinin müəllim 
və  tələbə  heyəti  tərəfindən  REPK-nın  yaranması  və  inkişaf 
tarixini araşdırmaq məqsədilə bir sıra elmi-tədqidat işləri həya-
ta keçirilmişdir: 

 
“Respublika Elmi Pedaqoji Kitabxanasında biblioqrafik 
fəaliyyətin təşkili”-diplom işi.- Məmmədov S.M. -1990. 

 
“Azərbaycanda  pedaqoji  elmlərin  biblioqrafik  infor-
masiya  təminatı  (tarixi,  müasir  vəziyyəti  və  təkmilləşdirilməsi 
yolları)”-Ağayeva X.T.-2003. 

 
Respublika  Elmi  Pedaqoji  Kitabxanasının  yaranma  və 
inkişaf tarixi”- dissertasiya işi.-Zülfiyeva İ.X.-2010. 

 
 “Respublika  Elmi  Pedaqoji  Kitabxanasında  fondun 
formalaşmasına  verilən  müasir  tələblər  (iş  təcrübəsi)-  Umudlu 
H.- 2012. 

 
 “Azərbaycan  Respublikası  Elmi  Pedaqoji  Kitabxana-
sında  mütəxəssislərə  informasiya  xidməti”-  dissertasiya  işi.-
Əliyeva İ.-2010. 

 
“Respublika Elmi Pedaqoji Kitabxanasında sənəd infor-
masiya  fondunun  kompüterləşdirilməsi”-  dissertasiya  işi  .-
Osmanlı M.-2012. 

 
“İnformasiya  cəmiyyətində  Respublika  Elmi  Pedaqoji 
Kitabxanasında  oxuculara  kitabxana  informasiya  xidmətinin 
təşkili (1991-2010-cu illər). - dissertasiya işi. -Musayeva X.N.-
2012. 
Bu  tədqiqat  işlərinin  obyekti  məhz  Respublika  Elmi 
Pedaqoji Kitabxanasının yarandığı gündən keçdiyi inkişaf yolu, 


Yüklə 20,19 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə