Repk 0 ildə azərbaycan respublikasi təHSİl naziRLİYİ respublika elmi pedaqoji Kİtabxanasi



Yüklə 20,19 Mb.
Pdf görüntüsü
səhifə49/54
tarix07.11.2018
ölçüsü20,19 Mb.
#77941
1   ...   46   47   48   49   50   51   52   53   54

 
 
 
REPK 30 ildə
 
 160 
İnstitutu  tərəfindən  hazırlanmışdır,  lakin  saytı  hazırlayan  şöbə 
bağlandığı  üçün  saytın  fəaliyyəti  də  dayandırılmışdır.  REPK-a 
2009-cu  ildə  öz  vəsaiti  hesabına  yeni  saytın  hazırlanmasını 
həyata  keçirmişdir.  Hazırda  kitabxananın  saytı  www.repk.az 
ünvanında yerləşir. 
Əvvəlki  saytdan  fərqli  olaraq  yeni  sayt  Azərbaycan  və 
rus  dillərində  hazırlanmışdır.  İngilis  dilində  olan  variant  isə 
hazırlanmaqdadır.  Kitabxanada  il  ərzində  görülən  bütün  işlər 
saytda öz əksini tapır.  
Eyni  zamanda  REPK-nın  əməkdaşları  görkəmli  dövlət 
xadimlərimiz,  Ümummilli  lider  Heydər  Əliyevin,  aftolmoloq 
alim  Zərifə  Əliyevanın,  H.Əliyev  fondunun  prezidenti  Mehri-
ban  Əliyevanın  və  Prezident  İlham  Əliyevin  yubileyinə  həsr 
olunmuş  bukletlər  hazırlamışlar.  Həmçinin,  REPK-nın  kollek-
tivi  yubiley  günlərində  Fəxri  Xiyabana  gedərək  Ulu  Öndər 
Heydər  Əliyevin  və  xanım  Zərifə  Əliyevanın  qəbrini  ziyarət 
etmişlər. Bundan başqa kitabxananın kollektivi  vaxtaşırı  Azər-
baycanın  süverenliyi  uğrunda  həlak  olmuş  şəhidlərin  məzarını 
ziyarət  etmək  üçün  Şəhidlər  xiyabanında  olmuş,  şəhidlərin 
qəbri üzərinə və türk  əsgərlərinin  xatirəsinə ucaldılmış abidəni 
ziyarət etmiş, əklil və gül dəstələri qoymuşlar.  
 
Kitabxana işinə
 dair normativ sənədlər toplusu. 
 
2012-ci  ildə  REPK-nın  əməkdaşları  tərəfindən  2002-ci 
ildə  çap  olunmuş  “Kitabxana  işi  haqqında  normativ  aktlar 
toplusu”nun  yenidən  təkmilləşdirilmiş  variantı  hazırlanmış  və 
nəşr  olunmuşdur.Vəsait  Azərbaycan  Respublikası  Nazirlər 
Kabinetinin  2008-ci  il  22  dekabr  tarixli  450s  nömrəli  sərənca-
mına əsasən “Məktəb kitabxanalarının maddi-texniki bazasının 
möhkəmləndirilməsinə  və  müasir  informasiya  texnologiyaları 
ilə  təchizatına  dair  Tədbirlər  Planı”nın  4.1.  bəndinin  icrası  ilə 


 
 
 
REPK 30 ildə
 
 161 
əlaqədar  olaraq  hazırlanmış  və  ümumi  təhsil  müəssisələrinin 
(kütləvi  ümumtəhsil  məktəbləri,  gimnaziyalar,  liseyler,  xüsusi 
məktəblər) kitabxanalarında  istifadə üçün  nəzərdə tutulmuşdur 
və  bütün  kitabxanalara  göndərilmişdir.  Respublikamızda  idarə 
tabeçiliyindən  asılı  olmayaraq  bütün  kitabxanalarda  çalışan 
kitabxanaçıların  və  biblioqrafların  stolüstü  kitabına  çevriləcək 
bu  topluda  “Kitabxana  işi  haqqında”  Azərbaycan  Respublika-
sının  Qanunu  və  həmin  qanunun  qüvvəyə  minməsi  barədə 
Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı,  həm  də  bu 
qanunla bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi sənədlər veril-
mişdir.  Bu  topluda  respubliakamızda  son  illər  kitabxana  işi 
sahəsində qəbul edilmiş aşağıdakı qərarlar və sərəncamlar  əks 
olunmuşdur: 
1.
 
“Kitabxana  işi  haqqında”  Azərbaycan  Respublikası  Qa-
nunu. 
2.
 
“Kitabxana  işi  haqqında”  Azərbaycan  Respublikası  Qa-
nununun  tətbiq  edilməsi  barədə  Azərbaycan  Respublikası  Pre-
zidentinin Fərmanı. 
3.
 
Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin hə-
yata  keçirilməsi  haqqında  Azərbaycan  Respublikası  Preziden-
tinin Sərəncamı. 
4.
 
Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri-
nin  Azərbaycan  dilində  nəşr  edilməsi  haqqında  Azərbaycan 
Respublikası Prezidentinin Sərəncamı. 
5.
 
Azərbaycanda  kitabxanaların  fəaliyyətinin  yaxşılaşdırıl-
ması  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin  Sərən-
camı. 
6.
 
Dünya  ədəbiyyatının  görkəmli  nümayəndələrinin  Azər-
baycan  dilində  nəşri  nəzərdə  tutulan  əsərlərinin  siyahısının 
təsdiq edilməsi haqqında Azərbayan Respublikası Prezidentinin 
Sərəncamı. 


 
 
 
REPK 30 ildə
 
 162 
7.
 
Azərbaycanda  kitabxanaların  fəaliyyətinin  yaxşılaşdırıl-
ması  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin  Sərən-
camı.  
8.
 
“Azərbaycan 
Respublikasında 
kitabxana-informasiya 
sahəsinin  2008-2013-cü  illərdə  inkişafı  üzrə  Dövlət  Proqra-
mı”nın təsdiq edilməsi  barədə Azərbaycan Respublikası Prezi-
dentinin Sərəncamı. 
9.
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2008-ci  il 
22 dekabr tarixli 450s nömrəli qərarı. 
10.
 
Fəaliyyət Planının  təsdiq  edilməsi  barədə  Azərbaycan 
Respublikası təhsil nazirinin 26 avqust 2009-cu il tarixli əmri. 
 
Metodik vəsaitlər toplusu
 
2012-ci  ildə  REPK-nın  hazırladığı  vəsaitlərdən  biri  də 
“Metodik  vəsaitlər  toplusu”dur.  Topluya  kitabxana  işinə  aid 
REPK-a  tərəfindən  hazırlanmış  aşağıdakı  metodk  vəsaitlər  və 
normativlər daxil edilmişdir. 
1.
 
Ümumi təhsil müəssisələrində kitabxanalarin texniki təş-
kilinə dair normativlər. 
2.
 
Ümumi  təhsil  müəssisəsinin  kitabxana  işçilərinin  vəzifə 
borcları. 
3.
 
Kitabxanaya  daxil  olan  kitabların  elmi  və  texniki  cəhət-
dən işlənməsi qaydası haqqında. 
4.
 
Universal onluq təsnifat cədvəli (Ümumi təhsil müəssisə-
lərinin kitabxanaları üçün qısaldılmış variant). 
5.
 
İkirəqəmli cədvəl. 
6.
 
Ümumi  təhsil  müəssisəsinin  kitabxanaçısının  fəaliyyət 
planı. 
7.
 
Ümumi təhsil müəssisəsi kitabxanasında işin təşkili. 
8.
 
Heydər  Əliyev  irsinin  öyrənilməsi  və  təbliği  sahəsində 
məktəb kitabxanalarının vəzifələri (Metodik vəsait). 


Yüklə 20,19 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə