Repk 0 ildə azərbaycan respublikasi təHSİl naziRLİYİ respublika elmi pedaqoji Kİtabxanasi



Yüklə 20,19 Mb.
Pdf görüntüsü
səhifə53/54
tarix07.11.2018
ölçüsü20,19 Mb.
#77941
1   ...   46   47   48   49   50   51   52   53   54

 
 
 
REPK 30 ildə
 
 174 
bu  prosesin  ayrı-ayrı  istiqamətləri,  təkmilləşdirilməsi  yollarını 
araşdırmaq  və  müəyyənləşdirməkdir.  Həmin  tədqiqat  işlərinin 
həyata  keçirilməsi  üçün  REPK-da  gənc  alimlərə  lazımi  şərait 
yaradılmış  və  köməklik  göstərilmişdir.  REPK-nın  rəhbərliyi 
tərəfindən  hər  bir  elmi  iş  haqqında  rəy  verilmişdir.  Həmçinin, 
REPK-nın direktoru T.Ə.İsmixanova S.Xələfovanın “XX-əsrin 
70-80-ci  illərində  Azərbaycanda  dövlət  kütləvi  kitabxana 
şəbəkəsinin  inkişafı”  mövzusunda  dissertasiya  işinə  elmi  rəy 
vermişdir. 
Hazırda REPK-a fondun bütövlükdə elektron informasiya 
daşıyıcılarına  köçürülməsi,  daha  doğrusu,  elektron  kitabxana-
nın  və  elektron  kataloqun  yaradılması  proseslərini  davam 
etdirir. Təəssüf ki, kitabxanada avtomatlaşdırılma sahəsində bir 
çox  işlər  aparılsa  da,  maliyyə  dəstəyi  olmadığına  görə  bəzi 
problemlər  həllini  tapmamışdır.  REPK-a  bütün  səylərinə  bax-
mayaraq hələ də öz oxucu kontingentinin ehtiyacı olan ədəbiy-
yatı  rəqəmsal  formata  salaraq  qlobal  informasiya  məkanında, 
milli  və  lokal  elektron  resurslarda  yerləşdirməyə  və  oxuculara 
yeni  elektron  xidməti  həyata  keçirməyə  müvəffəq  ola  bilmə-
mişdir.  Sözsüz  ki,  belə  bir  layihəni  gerçəkləşdirmək  üçün  hər 
bir  kitabxana  güclü  və  professional  proqram  təminatına  sahib 
olmalıdır.  Bir  neçə  il  əvvələ  qədər  bu  iş  real  görünməsə  də 
hazırda REPK-da “İRBİS-64” proqramının alınması və REPK-
nın Azərbaycan İnternet məkanında öz xidmətlərini sərgiləməsi 
nəzərdə tutulmuşdur. 
Üçüncü  minilliyə  öz  tarixi  nailiyyətləri  ilə  qədəm  qoy-
muş  Azərbaycan  Respublikasının  gələcək  tərəqqisi  məhz  elm 
və  təhsilin  inkişafı,  informasiya  ilə  kifayət  qədər  təmin  olun-
ması,  inteqrasiyası  ilə  üzvi  surətdə  bağlıdır.  Cəmiyyətin  sivil 
qaydalar  zəminində  tərəqqisi  bəşəriyyətin  inkişafının  başlıca 
amili  kimi  sayılan  təhsildən  asılıdır.  Məhz  buna  görədir  ki, 


 
 
 
REPK 30 ildə
 
 175 
təhsilin  inkişafına  Azərbaycan  dövləti  başlıca  vəzifə  kimi 
diqqət yetirir. Azərbaycan təhsili sürətlə dünya təhsil sisteminə 
inteqrasiya edir. İndi dünyada elm  və texnikanın  inkişaf sürəti 
illərlə  deyil,  aylarla,  günlərlə  ölçülür.  Dünya  təhsil  sistemində 
qloballaşmanın  güclənməsi,  sürətlənməsi  hər  bir  sahə  kimi 
kitabxanaçı kadrların da yeni bilik və vərdişlərə malik olmasını 
tələb  edir.  Ölkəmizdə  gedən  təhsil  islahatları  ilə  bağlı  bu 
sahədə də bir çox dəyişikliklər, yeniliklər baş vermişdir. Bu da 
kitabxana fəaliyyətinin məktəblərin dinamik təhsil fəaliyyətinin 
ayrılmaz  tərkib  hissəsi  kimi  formalaşması,  təhsil  prosesinə 
daha dərindən nüfuz etməsi üçün şərait yaratmışdır. Kitabxana 
işi  getdikcə  daha  səmərəli  informasiya  vasitələri,  metodları  və 
texnologiyaları  ilə  silahlanmış  və  informasiya  emalı  sənaye-
sinin güclü və əsaslı sahələrindən birinə çevrilməkdədir. Bütün 
bunlar  isə  təhsil  sahəsində  olan  kitabxanalara  elmi  metodik 
rəhbərliyin  daha  da  təkmilləşməsini,  inkişaf  etdirilməsini, 
qabaqcıl  məktəb  kitabxanalarının  iş  təcrübəsinin  ümumiləş-
dirilməsini  və  yayılmasını,  məktəb  kitabxanaları  işçilərinin 
ixtisasının  artırılmasını  tələb  edir.  Respublikamızda  gedən 
geniş  təhsil  islahatlarında  yaxından  iştirak  edən  REPK-a  mək-
təb  kitabxanalarının  işinin  təhsil  islahatları  ilə  əlaqələndiril-
məsinə, islahatların qarşıda qoyduğu vəzifələrlə əlaqədar mək-
təb  kitabxanalarının  işinin  məzmununda  baş  verən  yeni 
keyfiyyət  dəyişikliklərinin  ümumiləşdirilməsinə  və  yayılma-
sına  böyük  metodik  köməklik  göstərir.  Artıq  30  ildir  ki,  öz 
funksiyanı  uğurla  həyata  keçirən  Respublika  Elmi  Pedaqoji 
Kitabxanasının  bu  sahədə  gördüyü  işlər  təqdirəlayiq,  rolu 
əvəzolunmazdır. 
 
 
 


 
 
 
REPK 30 ildə
 
 176 
REPK-nın əməkdaşları 
 
İşdən çıxanlar
 
 
1.
 
Nuriyeva Gülarə Təri qızı. Böyük kitabxanaçı (1983-1985) 
2.
 
İsmayılov İlqar Məmməd oğlu. Metodist (1983 -1988) 
3.
 
Əliyeva Sara Zərbəli qızı. Katibə-makinaçı (1983-1985) 
4.
 
Manaflı Solmaz Abdulla qızı. Oxuculara xidmət şöbəsinin 
müdiri (1983- 1988) 
5.
 
Zeynalova Səidə Hənifə qızı. Böyük redaktor (1983 -1993) 
6.
 
Əsgərov Yunus Əli oğlu. Fəhlə (1983-1983) 
7.
 
Musayev Hidayət Ağakişi oğlu. Elmi-metodik şöbəsinin  
 müdiri (1983-2012) 
8.
 
Məlikov Faiq Rauf oğlu. Redakor (1983-1984 ) 
9.
 
Avdıyeva Sima Əbdülrəhman  qızı. Kitabxanaçı (1983-1985) 
10.
 
Dadaşov Sabir Rəcəb oğlu. Böyük biblioqraf (1983-1993) 
11.
 
İsmayılova Gülarə Rafiq qızı. Böyük biblioqraf (1983-1984) 
12.
 
Rüstəmova  Rəmziyə Allahverdi qızı. Biblioqraf (1983-1986) 
13.
 
Qasımov Kamal Bilal oğlu. Elmi metodik şöbəsinin müdiri (1983-1985) 
14.
 
Quliyeva Zenfira Qara qızı. Kitabxanaçı (1983-1983) 
15.
 
Zülalova Zərifə Əsgərxan qızı. Böyük redaktor (1983-1987) 
16.
 
Əliyev Elman Murad oğlu. Baş biblioqraf (1983-1985) 
17.
 
Həşimova Südabə Hacıağa qızı. Cildçi (1983-1984) 
18.
 
Kərimova Zərifə Nadir qızı. Komplektləşdirmə, Elmi kitab işləmə və kitab 
mübadiləsi şöbəsinin müdiri (1983-2002) 
19.
 
Abbasov Qüdrət Aloş oğlu. Təsərrüfat müdiri (1983-1986) 
20.
 
Kələntərova Səmayə Mahmud qızı. Böyük biblioqraf (1983-1985) 
21.
 
Məhərrəmova İradə Adil qızı. Kitabxanaçı (1983-1996) 
22.
 
Abdinzadə Firuz Zeynal oğlu. Elmi işlər üzrə direktor 
 müavini (1983-2002) 
23.
 
Əzizov Şamil Mabud oğlu. Böyük metodist (1984 –1991) 
24.
 
Quliyeva Günəş Hacıbaba qızı. Operator (1984 -1984) 
25.
 
Zeynalov İsrafil Feyzulla oğlu. Fəhlə (1984-1987) 
26.
 
Ağayeva Xanımana Davud qızı. Baş kitabxanaçı (1984-2010) 
27.
 
Koçarova Nina Tevatrasovna. Qarderobçu (1984 -1984) 
28.
 
Heydərova Rübabə Əjdər qızı. Cildçi (1984 -1992) 
29.
 
Zülfüqarova Sevda Əli qızı. Operator (1984 – 1998) 
30.
 
Şahbazova Tamara Rza qızı. Xadimə (1984- 1986) 
31.
 
Əliyeva Aida İltifat qızı. Qarderobçu (1984 – 1986) 
32.
 
Həbibova Bahar Abdulla qızı. Katibə-makinaçı (1985 – 1993) 


Yüklə 20,19 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə