Referat mövzu: Xalı-Palçıq Pilpiləsi antiklinal xəttinin geoloji inkişaf tarixi ilə əlaqədar neft-qaz perspektivliyi



Yüklə 8,83 Mb.
səhifə13/17
tarix19.12.2023
ölçüsü8,83 Mb.
#150861
növüReferat
1   ...   9   10   11   12   13   14   15   16   17
Xalı-Palçıq pilpiləsi antiklinal xəttinin geoloji inkişaf tarixi ilə əlaqədar neft-qaz Mag.diss. Həsəsnov M.N. 2019 11

Həzi Aslanov sahəsi. Həzi Aslanov sahəsində 9 ədəd axtarış-kəşfiyyat quyuları qazılmışdır. Bunlardan 2 ədəd quyu (4, 8 saylı) geoloji səbəbdən, 1 ədəd quyu (2 saylı) texniki səbəbdən ləğv edilmiş və 6 ədəd quyu isə (1, 3, 5, 6, 7, 9 saylı) istismara daxil edilmişdir.
Qala lay dəstəsindən sınaq-mənimsəmə işləri zamanı 1 saylı axtarış quyusundan 1987-1977 m intervaldan 65 m3/g su, 1813-1806 m intervaldan 25 t/g neft, 3 saylı quyudan 1923-1902 m intervaldan 18 t/g neft, 100-150 min m3/g qaz, 30 m3/g su, 5 saylı quyudan 1817-1781 m intervaldan 2 min m3/g qaz, 30-40 m3/g su, 6 saylı quyudan 1610-1574 m intervaldan 30 t/g neft, 16-20 m3/g su, 9 saylı quyudan 2164-2125 m intervaldan 25-30 m3/g su, 1743-1729 m intervaldan 8-12 t/g neft alınmışdır.
Qırmakı altı lay dəstəsindən sınaq-mənimsəmə işləri zamanı 5 saylı quyudan 1286-1318 m intervaldan 20 m3/g su alınmışdır.
Qırmakı lay dəstəsindən sınaq-mənimsəmə işləri zamanı 5 saylı quyudan 1173-1106 m intervaldan 15 t/g neft, 20 m3/g kondensat, 9 saylı quyudan 1572-1526 m intervaldan 5 t/g neft, 1 m3/g su alınmışdır.
Qırmakı üstü gilli lay dəstəsindən sınaq-mənimsəmə işləri zamanı 7 saylı quyudan 943-897 m intervaldan 150-200 min m3/g qaz alınmışdır.
Palçıq Pilpiləsi sahəsi. Palçıq Pilpiləsi sahəsində 56 ədəd axtarış-kəşfiyyat quyuları qazılmışdır. Bunlardan 12 ədəd quyu (11, 20, 81, 320, 321, 362, 488, 687, 1078, 1080, 1098, 1116 saylı) geoloji səbəbdən, 12 ədəd quyu (22, 75, 80, 305, 310, 365, 366, 370, 494, 517, 686, 792 saylı) texniki səbəbdən ləğv edilmiş, 29 ədəd quyu isə (79, 261, 290, 295, 317, 318, 319, 324, 410, 435, 450, 460, 465, 780, 790, 1010, 1014, 1032, 1052, 1060, 1076, 1079, 1087, 1094, 1099, 1132, 1351, 2005a, 2007a) istismara daxil edilmiş, 425 saylı quyu (1 ədəd) nəzarətdədir, 505 saylı quyunun (1 ədəd) məlumatı yoxdur, 1112 saylı quyu isə vurucu quyudur.

Cədvəl 2.1



İşlənmə
obyekti-
dəstələr
və hori-
zontlar

Flüid

Yatağın tipi

Kollektorun litologiyası

Yatağın qalınlığı, m

Açıq məsaməlilik, %

Keçiricilik, 10-15 m2

Başlanğıc lay təzyiqi, MPa

Başlanğıc lay temperaturu, 0S

Başlanğıc qaz amili, m3/t

Cari orta gündəlik debit-1quyu üzrə,t/gün

Qazsızlaşmış neftin sıxlığı, kq/m3

Kükürdün miqdarı,%

Lay neftin özlülüyü, mPuaz

Başlanğıc

Cari

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

QÜG

NQ

LTE

Q.Al

6,0

-

-

-




30




919




9




QÜQ

N

LTE

Q.Qd

3,9-10,2

-

-

-




30




910




10




QD-1

N

LTE

Q.Qd

-

21,2

212

6,0






25




913-927




8




QD-2

N

LTE

Q.Qd

-













QD-3

N

LTE

Q.Qd

7,5-19,0













QD-4

N

LTE

Q.Qd

15,7













QD-5

N

LTE

Q.Qd

4.6-19,3











1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

QA-1

N

LTE

Q.Qd

8,2-13,5

23,0


173


8,9





36





914-922





11





QA-2

N

LTE

Q.Qd

7,8-13,5













QA-3

N

LTE

Q.Qd

5,0-16,3













QaLD-1

N

LTE

Q.Qd.Al

13,0-15,0

22,6

78

9,8-11,8




77




914-917




8,5




QaLD-2

N

LTE

Q.Qd.Al

4,3-6,3

21,3

278

11,4-12,5




50




921-924







QaLD-3

N

LTE

Q.Qd.Al

7,9-12,8

20,6

146

12,0-15,8




80




915-921







QaLD-4

N

LTE

Q.Qd.Al

7,0-23,2

18,8

119

13,1-20,3




84




918-920







Qala lay dəstəsindən 11, 20, 79, 80, 81, 261, 290, 295, 305, 317, 318, 319, 320, 321, 324, 362, 365, 366, 370, 410, 425, 435, 450, 460, 465, 488, 505, 686, 687, 780, 790, 792, 1010, 1014, 1032, 1052, 1060, 1076, 1078, 1079, 1080, 1087, 1099, 1116, 1132, 1351, 2005a saylı quyulardan məhsul alınmışdır. Sınaq-mənimsəmə işləri zamanı 79 saylı quyudan 1053-1045 m dərinlikdən 40-50 t/g neft, 80 saylı quyudan 772-769 m dərinlikdən 30 t/g neft, 6 min m3/g qaz, 261 saylı quyudan 875-858 m intervaldan 40 t/g neft, 290 saylı quyudan 1328-1327 m intervaldan 22 t/g neft, 295 saylı quyudan 1035-1022 m intervaldan 35-40 t/g neft, 317 saylı quyudan 1198-1186 m intervaldan 10 t/g neft, 318 saylı quyudan 1169-1162 m intervaldan 20 t/g neft, 319 saylı quyudan 1555-1535 m intervaldan 40 t/g neft, 320 saylı quyudan 1215-1213 m intervaldan 25 m3/g su, 321 saylı quyudan 1617-1678 m intervaldan 450 m3/g su, 324 saylı quyudan 1991-1221 m intervaldan 10-15 t/g neft, 365 saylı quyudan 937-935 m intervaldan 70-80 m3/g su, 366 saylı quyudan 1611-1616 m intervaldan 45 m3/g su, 370 sayll quyudan 518-520 m intervaldan 24 min m3/g qaz, 410 saylı quyudan 1433-1409 m intervaldan 50 t/g neft, 435 saylı quyudan 1504-1491 m intervaldan 30 t/g neft, 450 saylı quyudan 1017-1013 m intervaldan 20 t/g neft, 465 saylı quyudan 796-789 m intervaldan 40-45 t/g neft, 505 saylı quyudan 685-655 m intervaldan 25 t/g neft, 687 saylı quyudan 1462-1383 m intervaldan 30 m3/g su, 780 saylı quyudan 1812-1783 m intervaldan 50 t/g neft, 1032 saylı quyudan 1066-1047 m intervaldan 30 t/g neft, 1060 saylı quyudan 1829-1808 m intervaldan 50 t/g neft, 1351 saylı quyudan 1266-1207 m intervaldan 86,4 t/g neft alınmışdır.


Qırmakı altı lay dəstəsindən sınaq-mənimsəmə işləri zamanı 20, 75, 318, 687, 790, 1014, 1032, 1052, 1080, 1087, 1112, 2007a saylı quyulardan məhsul alınmışdır. 75 saylı quyudan 948-925 m intervaldan 50-60 m3/g su, 318 saylı quyudan 1119-1111 m intervaldan 8 t/g neft, 1014 saylı quyudan 688-666 m intervaldan 3 t/g neft, 1032 saylı quyudan 947-918 m intervaldan 24 t/g neft, 2007a saylı quyudan 959-924 m intervaldan 15 t/g neft alınmışdır.
Qırmakı lay dəstəsindən sınaq-mənimsəmə işləri zamanı 1032 saylı quyudan 818-792 m intervaldan 6 t/g neft, 1087 saylı quyudan 764-744 m intervaldan 5 t/g neft alınmışdır. Qırmakı üstü qumlu lay dəstəsindən sınaq-mənimsəmə işləri zamanı 1032 saylı quyudan 581-557 m intervaldan 24 t/g neft, 1094 saylı quyudan 616-590 m dərinlikdən 15 t/g neft alınmışdır.
Qırmakı üstü gilli lay dəstəsindən sınaq-mənimsəmə işləri zamanı 1094 saylı quyudan 584-538 m intervaldan 5 t/g neft alınmışdır.

2.5 Abşeron-Balxanyanı neftli-qazlı zonasında məhsuldar layların sahələr üzrə quyu məlumatlarına görə petrofiziki parametrlərinin öyrənilməsi


Abşeron zonasında kəşf olunmuş zəngin neft və qaz yataqları Pliosen çöküntüləri ilə əlaqədardır. Abşeron-Balxanyanı neftli-qazlı zonasında Pirallahı, Gürgan-dəniz, Xali, Çilov, Cənub, Cənub-II, Həzi Aslanov, Palçıq-Pilpiləsi, Oğuz, Neft Daşları, Günəşli, Çıraq, Azəri və Kəpəz strukturları üzrə tədqiqatlar yerinə yetirilmişdir (şəkil
Ümumiyyətlə, Pirallahı, Gürgan-dəniz, Xali, Çilov, Cənub, Həzi Aslanov, Palçıq-Pilpiləsi ərazisinin müəyyən dövrlərdə, əsasən Alt Pliosenin sonlarında, qalxmaya məruz qalması üst MQ çöküntülərinin ya qismən, ya da tam yuyulmasına, həm də onların litoloji tərkibinin dəyişməsinə təsir göstərmiş, bir sıra layların pazlaşmasına və bu səbəbdən, neft-qaz perspektivliyi baxımından məhdudiyyətlərin yaranmasına səbəb olmuşdur. Bu strukturlarda neft-qaz perspektivliyi MQ-nin alt şöbəsi, daha dəqiq desək, Qırmakı lay dəstəsi (QD), Qırmakıaltı lay dəstəsi (QAD) və Qala lay dəstəsi (QaLD) çöküntüləri ilə əlaqədardır.
İnterpretasiya layihəsinə 244 quyu daxil edilmişdir. Pirallahı sahəsində 5, Gürgan-dəniz sahəsində 7, Xali sahəsində 5, Çilov sahəsində 6, Cənub sahəsində 9, Cənub-II sahəsində 3, H.Aslanov sahəsində 5, Palçıq-Pilpiləsi sahəsində 4, Neft Daşları sahəsində 19, Oğuz sahəsində 2, Günəşli sahəsində 17, Çıraq sahəsində 4, Azəri sahəsində 3 və Kəpəz sahəsində 5 ədəd quyu üzrə QGT məlumatları interpretasiya layihəsinə yüklənilmişdir.
Qarşıya qoyulan məsələnin həlli üçün 69 quyudan götürülmüş kern məlumatları istifadə edilmişdir. Kollektorların yayılma arealının təyin olunması məqsədilə quyularda aparılmış geofiziki tədqiqatların nəticələri araşdırılmışdır.
Sahədə qazılmış quyularda aparılmış fərz olunan xüsusi müqavimət (FXM), quyu potensialı (QP) karotaj məlumatları əsasında süxurların petrofiziki parametrlərinin təyini və təhlili üzrə tədqiqatlar 14 struktur üçün yerinə yetirilmişdir və həmçinin seysmik məlumatlardan da istifadə olunmuşdur.
Tədqiqat sahəsində verilmiş tapşırığa əsasən seçilmiş 2D seysmik profilləri üzrə (18 ədəd) Suraxanı lay dəstəsinin tavanını, Sabunçu lay dəstəsinin tavanını, MQ-nin V horizontunun səthini, Qırmakı üstü qumlu lay dəstəsinin tavanını, Qırmakı lay dəstəsinin tavanını, Qırmakı altı lay dəstəsinin tavanını və Qala lay dəstəsinin tavanını əks etdirən seysmik horizontlar üzrə korrelyasiya işləri yerinə yetirilmişdir.
Seysmik horizontların stratiqrafik bağlantısı üçün KMAİB tərəfindən təqdim edilmliş quyular üzrə stratiqrafik sərhədlərin dərinliklərindən istifadə olunmuşdur .
Quyu məlumatlarına görə kollektorluğu səciyyələndirən xəritələr və üçölçülü petrofiziki modellərin tərtibı üzrə işlər “Petrel” proqram kompleksinin mühitində aparılmışdır.
Petrofiziki tədqiqatlar keyfiyyət baxımından mükəmməl hesab edilmiş QP əyrilərinin riyazi çevrilmələrinin (hesablanmış QP əyrisi) və kern məlumatlarının əsasında aparılmışdır (şəkil 2.8-2.3).



Şəkil 2.7 Pirallahı, Gürgan-dəniz, Xali, Çilov, Cənub və Cənub-2 sahələrindəki quyulardan götürülmüş
kern məlumatlarına əsasən təyin olunmuş məsaməlik əmsalları və hesablanmış QP əyriləri
arasında asılılıq qrafiki: Kməs=f (QP)

Şəkil 2.8 Həzi Aslanov, Palçıq Pilpiləsi, Neft Daşları, Azəri-Çıraq-Günəşli və Kəpəz sahələrindəki


quyulardan götürülmüş kern məlumatlarına əsasən təyin olunmuş məsaməlik əmsalları və hesablanmış
QP əyriləri arasında asılılıq qrafiki: Kməs=f (QP)
Tədqiqat sahəsində verilmiş tapşırığa əsasən ayrı-ayrı sahələr üzrə kollektor – qeyri-kollektor (qumluluq-gillilik) və məsaməliyi səciyyələndirən xəritələr və modellər tərtib edilmişdir. Modellərin qurulmasında və fəza vəziyyətini təyin etmək üçün “Petrel” proqram kompleksinə daxil olan stoxastik alqoritmlər (litolojı kubun modelləşdirməsində interpolyasiya üsulu və məsaməlik kubunun hesablanmasında krikinq üsulu) istifadə olunmuşdur [41, 42,43, 44, 45, 46].
Xali və Çilov strukturları üzrə tədqiqat işləri bir kontur daxilində iki intervalda (FLD-QÜQ və QÜQ-QaLD) aparılmışdır. Birinci qeyd olunmuş interval üzrə qumluluğun miqdarı ‒ 60%, gillilik isə ‒ 40% arasında dəyişir. Məsaməlik əmsalını səciyyələndirən qiymətlər isə təqribən 0,5-31% təşkil edir. QÜQ-QaLD intervalı üzrə qumluluğun miqdarı ‒ 57%, gilliliyin isə ‒ 43% arasında dəyişir. Həmin intervalda məsaməlik əmsalının qiyməti 2-31% arasındadır. Litoloji kubların təhlili göstərir ki, FLD, QÜQ və QaLD horizontlarına görə sahə üzrə qumluluq və gillilik qeyri-bərabər yayılır – qumluluq bu intervallarda üstünlük təşkil edir (şəkil 2.8).
Hesablanmış məsaməlik xüsusiyyətinə və qurulmuş modelə əsasən, FLD-QÜQ intervalının kollektor xüsusiyyətinin, Xali sahəsində 7 №-li quyudan şimalda, sahənin mərkəzi hissəsində və həmçinin 2 №-li quyudan cənuba doğru artması müşahidə olunur. Bu parametrin FLD horizontuna görə ən yaxşı göstəricisi Çilov sahəsində 2 №-li quyudan C və CQ istiqamətində müşahidə olunur.
QÜQ-ün tavanı üzrə tərtib olunmuş məsaməlik xəritəsinə görə Xali sahəsinin Şm və ŞmŞ hissəsində, həmçinin 2 №-li quyudan cənuba doğru, Çilov sahəsində isə 15, 22 №-li quyuları ətrafında, ŞmŞ hissəsində və cənuba doğru məsaməlik əmsalının yüksəlməsi qeyd olunur. Hər iki horizont üzrə bu kontur çərçivəsində hesablanmış məsaməlik əmsalı əsasən cənub istiqamətdə (Çilov sahəsinə doğru) artım qiymətləri ilə səciyyələnir.
QaLD-ın tavanı üçün həmin parametrin maksimum qiymətləri Xali strukturunun mərkəz və şimal hissəsində, Çilov sahəsində isə 2, 15 və 22 №-li quyuları ətrafında, həmçinin sahənin CŞq istiqamətində müşahidə olunur (şəkil 2.9). Bu səviyyə üçün məsaməlik əmsalı Xali strukturunda daha yaxşı ifadə olunur.

Şəkil 2.9 Xali strukturu və Çilov yatağı üzrə kollektorluq xüsusiyyətlərini səciyyələndirən üçölçülü model, FLD, QÜQ və QaLD-nin tavanına görə qurulmuş xəritələr

Şəkil 2.10 Xali strukturu və Çilov yatağı üzrə məsaməlik xüsusiyyətlərini səciyyələndirən üçölçülü model, FLD, QÜQ və QaLD-nin tavanına görə qurulmuş xəritələr
BLD-FLD intervalı üzrə qumluluğun miqdarı 63%, gillilik ‒ 37%, FLD - QAD intervalı üzrə qumluluğun miqdarı 43%, gillilik ‒ 57%, QAD-QaLD intervalı üzrə isə qumluluq 57%, gillilik ‒ 43% arasında dəyişir. Hesablanmış məsaməliyin əmsalı müvafiq olaraq 5-22%, 0,7-28% və 1-29% diapazonunda dəyişir. Hesablanmış litoloji kubun təhlilinə əsasən bu sahələrdə FLD və QD horizontları üzrə gillilik, BLD, QAD və QaLD horizontları üzrə isə, əksinə, qumluluq üstünlük təşkil edir (şəkil 2.10).
Həzi Aslanov qalxımı və Palcıq Pilpiləsi strukturu üçun aparılmış tədqiqat işləri iki interval üzrə (FLD-QD, QD-QaLD) hesablanmışdır. Litoloji kubun təhlili göstərir ki, FLD-QD intervalı üzrə qumluluğun miqdarı 57%, gillilik ‒ 43% təşkil edir. Məsaməlik kubuna görə məsaməliyin əmsalı 3-30% diapozonunda dəyişir. İkinci interval üzrə (QD-QaLD) qumluluq 56%, gillilik 44%-dır.
Məsaməlik əmsalını səciyyələndirən qiymətlər isə təqribən 31% təşkil edir. Kollektor–qeyri-kollektorluq kubuna görə aparılmış təhlilə əsasən FLD horizontu üzrə qumluluğun, QD horizontu üzrə isə gilliliyin miqdarı üstünlük təşkil edir (şəkil 2.12). Bu nəticələr məsaməliyi səciyyələndirən xəritələrdə də öz əksini tapır. FLD horizontu üzrə hesablanmış məsaməlik əmsalının nisbətən yüksək qiymətləri Həzi Aslanov sahəsinin Şm və ŞmŞ və CQ hissəsində, Palçıq Pilpiləsi sahəsində isə mərkəz, qərb və cənub hissəsində müşahidə olunur (şəkil 2.13).
QD horizontu üçün alınmış bu parametrlərin ən yaxşı göstəriciləri Həzi Aslanov sahəsinin Ş, CQ və mərkəz hissələrində, Palçıq Pilpiləsi sahəsində isə əsasən Ş və ŞmŞ hissəsində qeyd olunur. Alınmış nəticələrə əsasən ən yaxşı kollektorluq xüsusiyyətə malik QaLD horizontudur. Həmin səviyyəni təsvir edən xəritədə görünür ki, Həzi Aslanov sahəsində nisbətən yüksək qiymətlər strukturun ŞmŞ hissəsində və Palçıq Pilpiləsi sahəsində isə əsasən şimal və mərkəz hissəsində qeyd olunur.

Şəkil 2.11 Həzi Aslanov qalxımı və Palcıq Pilpiləsi strukturu üzrə kollektorluq xüsusiyyətlərini səciyyələndirən üçölçülü model, FLD, QD və QaLD-nin tavanına görə qurulmuş xəritələr



Şəkil 2.12 Həzi Aslanov qalxımı və Palcıq Pilpiləsi strukturu üzrə məsaməlik xüsusiyyətlərini səciyyələndirən üçölçülü model, FLD, QD və QaLD-nin tavanına görə qurulmuş xəritələr





Yüklə 8,83 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə