41
Məmulatın istismara yararlılıq dərəcəsini təyin edən kəmiyyət və keyfiyyət
əlamətləri üzrə nəzarəti də fərqləndirmək lazımdır.
Kəmiyyət əlaməti üzrə nəzarət zamanı məmulatların ən vacib parametrlərinin
konkret ədədi qiymətləri təyin olunur. Aydındır ki, müəyyən sayda birtipli
məmulatların nəzarəti zamanı eyni parametrlərin ölçülən (nəzarət olunan)
qiymətləri dəyişəcəkdir. Bu dəyişmələr həm sistematik həm də təsadüfi xarakter
daşıya bilər. Nəzarət olunan parametrlərin sistematik dəyişməsi zamanı onların
əmələ gəlmə səbəbini öyrənmək olar və texnoloji prosesə təsir etməklə bu
meyletmələri aradan qaldırmaq olar.
Nəzarət olunan kəmiyyətlərin təsadüfi dəyişmələri adətən müəyyən
sərhədlərdə yerləşir. Bu halda göstərilən fasiləsiz təsadüfi kəmiyyətlərin yaranma
ehtimalının paylanması, bir qayda olaraq, normal qanuna tabedir. Analoji diskret
təsadüfi kəmiyyətlər əksər hallarda Puasson qanunu üzrə paylanma ilə xarakterizə
olunur.
Keyfiyyət əlaməti üzrə nəzarət zamanı nəzarət olunan parametrin verilmış
müsaidələrə düşməsi təyin olunur və əgər bu təmin olunursa, məmulat yararlı
hesab edilir. Əks halda məmulat zay məhsul kimi qəbul edilir.
Göstərilən iki növ qəbul nəzarətlərini müqayisə etsək, görmək olar ki,
keyfiyyət əlaməti üzrə nəzarət sadə və iqtisadi cəhətdən səmərəli olduğu halda,
kəmiyyət əlaməti üzrə nəzarət bir sıra hallarda zaylılığın aşkar olunma səbəblərini
aşkar etmək və texnoloji prosesə təsir göstərmək üçün şərait yaradır.
Nəzarət obyektlərinin seçilməsi və funksiyaların icraçılar arasında
paylanması istehsalatın konkret şəraitindən və istehsal olunan məhsulun
xarakterindən asılıdır.Bunun üçün təşkilatlarda əsas nəzarət əməliyyatlarının və
onların icraçılarının birtipli sxemləri işlənib hazırlana bilər.
42
Bu hal da nəzarət vasitələrində təyin olunur. Nəzarətin aparılması üçün
texniki qurğu, maddə və ya material nəzarət vasitəsi adlanır. Adətən nəzarət
vasitələri və onların xarakteristikaları qəbul qaydaları, təhlil və ölçmələr
standartlarında göstərilir.
5. Müasir nəzarət vasitələrinin təhlili
Müasir nəzarət vasitələri bir çox hallarda avtomatik vasitələrdir. Avtomatik
nəzarət vasitəsi nəzarət əməliyyatını insanın iştirakı olmadan həyata keçirir.
Nəzarət obyektinin nəzarət olunan əlamətləri haqqında informasiyanın alınması,
təyin olunmuş qiymətlərlə müqayisə olunması və nəzarət olunan əlamətlərin
tapşırılmış tələblərə uyğunluğu haqqında qərarın verilməsi avtomatik olaraq
yerinə yetirilir.
Nəzarət vasitələrinin seçilməsində onların dəqiqliyinə olan tələblərin
əsaslandırılması böyük məna daşıyır. Sistematik xəta və orta kvadratik meyletmə
nəzarət prosesində 2,5–3 dəfə müvafiq nəzarət olunan parametrlərin qiymətindən
az olmamalıdır. Digər tərəfdən nəzarət olunan parametrin yüksək dəqiqliyi
olmadığı halda yüksək dəqiqliyə malik olan nəzarət vasitələrinin istifadə olunması
məqsədəuyğun deyil, bəzi hallarda is yol verilməzdir.
Keyfiyyətə nəzarət sistemlərində statistik nəzarət üsulları xüsusi yer tutur
və onlar qəbul və cari nəzarətdə geniş istifadə olunurlar. Digər tərəfdən qəbul
nəzarətində belə üsullarla hazırlanmış partiyada zay məhsul təyin olunduğu halda
cari nəzarətdə statistik üsulları istifadə edərək zay malın əmələ gəlməsini
qabaqcadan müəyyən edərək texnoloji prosesin davamlı olaraq stabilliyini təyin
edirlər. Belə nəzarət növünü kütləvi və böyük seriyalı istehsalda təşkilatın
sexlərində birbaşa aparılması məqsədəuyğundur.
Statistik cari nəzarəti tətbiq etmək üçün aşağıdakı məsələləri həll etmək
lazımdır (şəkil 4) [5,6]:
43
nəzarətə uğranılacaq məmulatın parametrlərini seçmək;
seçmə həcmini təyin etmək;
nəzarətin aparılma müddətlərini, seçmələrin ardıcıllığını və qaydasını təyin
etmək;
nəzarət metodikasını və şəraitini təyin etmək;
nəzarət olunan məmulatın əsas parametrlərinin qeydiyyatı üçün sənədlərin
formasını işləmək.
Təbiidir ki, nəzarətin operativliyini yüksəltmək üçün minimal sayda ən vacib
parametrləri seçmək lazımdır. Bu halda seçilmiş parametrlərin cəmliyi (ola bilsin
ki, bir ümumiləşlirilmiş parametr) məmulatın keyfiyyətini təyin etsin.
Qeyd etmək lazımdır ki, məmulatın bütün böhran parametrləri göstərilməli
və bunların hər birinin təyin olunmuş buraxılabilən hüdudlardan çıxmasını istisna
etmək lazımdır. Statistik hesabatların qaydaları və formaları, keyfiyyətə statistik
nəzarətin təşkili və aparılması və onların müxtəlif formaları və üsulları
göstərilməlidir.
Qeyd etməliyik ki, keyfiyyətə nəzarət – keyfiyyətin idarə olunma sisteminin
mütləq funksiyasıdır. Ona görə də təşkilatda keyfiyyəti idarəetmə sisteminin
effektivliyi keyfiyyətə nəzarət sisteminin düzgün təşkil olunmasından asılıdır.
Nəzarət sistemi – nəzarət vasitələrinin toplusu olaraq müvafiq sənədlərdə təyin
olunmuş qaydalarla qarşılıqlı əlaqədədir.
44
Şəkil 4. Keyfiyyətə statistik nəzarətin tətbiqi mərhələləri
Nəzarət sistemi aşağıdakı elementləri daxil edir (şəkil 5):
Keyfiyyət nəzarətinə uğradılan
məmulatların
Seçmə
həcminin
Nəzarətin vaxtaşırı aparılmasının və seçmələrin qaydasının və
ardıcıllığının
Nəzarət metodikasının
və şəraitinin
Nəzarət olunan məmulatın
parametrlərinin qeydiyyatı üçün
Dostları ilə paylaş: |