Referat Buraxılış işi Məhsulun istehsal keyfiyyətinə nəzarət sistemlərinin



Yüklə 372,49 Kb.
Pdf görüntüsü
səhifə9/14
tarix02.10.2017
ölçüsü372,49 Kb.
#2567
növüReferat
1   ...   6   7   8   9   10   11   12   13   14

28 

 

8. Standartlaşdırma  və  unifikasiya  göstəriciləri  ─  məmulatın  standartlaşdirılmış 



və unifikasiya edilmiş hissələrlə zəngin olmasını səciyyələndirir. 

9. Patent ─ hüquq göstəriciləri ölkə daxili  və  xaricdə məmulatın  patent  

    müdafiəsini  səciyyələndirir. Bu həmçinin məmulatın “patent təmizliyini”  

    səciyyələndirirki,  bu  da  onun  xaricdə  çox  asanlıqla  relizə  olunmasına  şərait 

yaradır.  

10. 


Estetik  göstəriciləri  məmulatın  xarıcı  görünüşünün  insana  təsirini                 

səciyyələndirir. 

11.  Nəql mümkünlüyü göstəriciləri məmulatın müəyyən növ nəqliyyatla  

 nəqlini səciyyələndirir.   

Aşağıda 

sxematik 

olaraq 

məhsulların 



keyfiyyət 

göstəricilərinin 

klassifikasiyası göstərilmişdir (Şəkil 2.).  

Tədqiqatlar göstərir ki, məhsulun keyfiyyət səviyyəsinin yüksəldilməsi əlavə 

xərclər  tələb  edən  tədbirlərin  həyata  keçirilməsi  yolu  ilə  mümkün  olur.  Məhz  bu 

göstəricilərdən  istifadə  etməklə  istehsalçı  və  istehlakçı  səviyyəsində  yeni 

texnikanın iqtisadi səmərəsinin təyin edilməsi həyata keçirilir. 

 Tədqiq  edilən  klassifikasiyada  mövcud  olandan  fərqli  olaraq  texniki  ─ 

iqtisadi  bərabərhüquqlu  göstəricilərin  qarışdırılmasından  fərqli  olaraq  ancaq 

birincinin (texniki)  ikinciyə (iqtisadi)  təsiri göstərilmişdir.    Belə  bölgü  müqayisəli 

təhlildə  məmulatın  keyfiyyətinin  yaxşılaşdırılması  tendensiyasının  ayrı  ─  ayrı 

texniki  parametrlər  hesabına  yarandığını  təyin  etməyə,  istehsal  keyfiyyətinin 

səviyyəsinin  kompleks  qiymətləndirilməsini  isə  sonuncu  iqtisadi  göstəricilər  üzrə 

müəyyən etməyə imkan verir. 




29 

 

 



Şəkil 2. Məhsul keyfiyyət göstəricilərinin klassifikasiyası 

Məhz  bu  göstəricilərdən  yeni  yaradılan  məhsulun  qiyməti,  xərcləri  və 

iqtisadi səmərəliliyinin  təyinində istifadə olunur. Beləliklə, keyfiyyət, qiymət, xərc 

istehsalın iqtisadi səmərəliliyi və avadanlıqlardan istifadə göstəriciləri arasında düz 

əlaqə yaranır. 

Xammal  və  təbii  yanacağın  keyfiyyət  göstəricilərinin  nomenklaturunda 

aşağıdakı göstəricilər qrupu əsas sayılır: təyinat, texnolojilik,  saxlanılmaq və nəql 

etmək. Məhsulun keyfiyyətinin yaxşılaşdırılması ictimai istehsalın tələblərini əlavə 

göstəricilərin  işə  salınması  ilə  ödəməyə  imkan  verməklə,  həmçinin  istehsal  ─ 

təsərrüfat fəaliyyətinin texniki ─ iqtisadi göstəricilərinin yaxşılaşdırılmasına imkan 

yaradır.  Məhsulun  keyfiyyətini  sonsuz  yaxşılaşdırmaq  mümkün  deyildir.  Bunun 

texniki  və  iqtisadi  həddi  mövcuddur.  Texniki  hədd  əsasən  ilk  materialların 

xassələrindən  asılıdır  (məsələn  metalın  möhkəmlik  həddi).  Iqtisadi  hədd  isə 



30 

 

məhsulun keyfiyyətinin yüksəldilməsinin iqtisadi məqsədə uyğunluğundan asılıdır. 



Məhsulun keyfiyyəti o həddə qədər artırılmalıdır ki, o  ictimai istehsalın tələblərini 

tam  ödəsin  və  həmçinin  bu  zaman  material  və  əmək  resurslarından    səmərəli 

istifadə olunsun.  

Məhsulun  keyfiyyətinin  idarəedilməsinin  təşkilati  və  normativ  bazası 

standartlaşmadır,  keçmiş  ittifaq  dövründə  və  indi  də  standartlar  sistemi  tətbiq 

olunur.  Bunun  mühüm  təyinatı  məhsulun  keyfiyyətinə  qoyulan  tələblərin 

reqlamentləşdirilməsi  və  onun  daim  yüksəldilməsinin  təminatıdır.  Standart  ─  bu 

texniki normativdir və qanun qüvvəsinə malk olur. O müəyyən fəaliyyət sferasında  

vacib etalon rolunu oynayır və hasil edilən məhsula qoyulan keyfiyyət tələblərinin 

müqayisəsini  yerinə  yetirməyə  xidmət  edir.  Aşağıdakı  standart  kateqoriyaları 

mövcuddur:  milli,  dövlət,  sahə,  müəssisə.  Ayrı  ─  ayrı  məhsul  növləri  əgər 

standartlarla    əhatə  olunmayıbsa,  onlar  texniki  şərtlə  reqlamentləşdirilirlər. 

Məhsulun  keyfiyyətinin  idarəedilməsində    mühüm  elementlərdən  biri  sənaye 

məhsulunun  attestasiyasıdır.  Müəssisələr  tərəfindən  istehsal  olunan  məhsullar 

attestasiya  zamanı  üç  kateqoriyaya  bölünür:  ali,  birinci  və  ikinci.  Ali  kateqoriyalı 

məhsullar öz texniki ─ iqtisadi göstəricilərinə görə  xarıcı və daxili bazarda elmin 

ən  yüksək  nəaliyyətlərinə  cavab  verir  və  hətta  onu  ötür.  Keyfiyyətin  birinci 

kateqoriyası o məhsullara aid edilir ki, onlar öz texniki ─   iqtisadi göstəriciləri ilə 

fəaliyyətdə olan standart  və texniki şərtlərin tələbinə  müvafiq olurlar. Keyfiyyətin 

ikinci  kateqoriyası  o  məhsullara  aidd  edilir  ki,  onlar  öz  texniki  ─  iqtisadi 

göstəriciləri  ilə  müasir  tələblərə  cavab  vermirlər.  Məhsulun  keyfiyyətinin  idarə 

edilməsində  planlaşdırma  mühüm  rol  oynayır.  Məhsulun  keyfiyyətinin 

yüksəldilməsinin  planlaşdırılması,  ən  yaxşı  daxili  və  xarici  analoqların  texniki  – 

iqtisadi  göstəricilərini  keçmək;  standartlar  və  texniki  şərtlərə  əməl  etmək;  elm  və 

texnikanın  yeni  nailiyyyətlərindən  istifadə  etməklə  istehsal  olunan  məhsulun 

keyfiyyətinin sistemli olaraq yaxşılaşdırılmasını həyata keçirməkdən ibarətdir. 




31 

 

Məhsulun  keyfiyyətinin  idarə  edilməsində  kompleks  sistemində  əsas  tələb 



texniki  nəzarətin təşkilinə qoyulur ki,  bu  da istənilən  istehsal prosesinin ayrılmaz 

tərkib hissəsidir. Texniki nəzarətin əsas məsələsi tələblərə cavab verməyən məhsul 

istehsalının  qrşısının  alınmasıdır.  Texniki  nəzarətin  müxtəlif  üsullarından  istifadə 

olunur. Beə ki, texniki nəzarət aparılma anından asılı olaraq giriş (əvvəlcədən), cari 

(aralıq) və son (qəbul) texniki nəzarəti fərqləndirirlər. Giriş nəzarəti ─ material və 

detalların  istehsala  daxil  olmaqdan  qabaq  yoxlanılmasıdır.  Məsələn,  belə  nəzarət 

qoruyucu  kəmərləri  quyuya  buraxmadan  qabaq  həyata  keçirilir,  burada  yiv 

birləşmələri,  daxili  diametri  və  düzlüyü,  hər  borunun  uzunluğu  ölçülür.  Cari 

nəzarət  istehsal  prosesinin  hər  hansı  hissəsi  başa  çatdıqdan  sonra  həyata  keçirilir. 

Məsələn,  vertikal  quyunun  gövdəsinin  əyilməyə  yoxlanması.  Son  nəzarət 

məhsulun  hazırlanması  ilə  bağlı  bütün  istehsal  əməliyyatlarının  qurtarmasından 

sonra  həyata keçirilir. Məsələn, istismara verilən neft quyusunun yoxlanılması. 

Obyektin  kəmiyyət  əhatəsindən  asılı  olaraq  texniki  nəzarət  bütöv  və  seçmə 

kimi  həyata  keçirilir.  Bütöv  nəzarətdə  bütün  istehsal  prosesi  və  ya  bütün  istehsal 

olunan  məhsul  yoxlanılır.  Seçmə  nəzarəti  isə  itehsal  prosesinin  və  məhsulun  bir 

hissəsini əhatə edir. Seçmə  üsulu  ilə nəzarətin  nəticəsi bütövlükdə  istehsal prosesi 

və  ya  hazırlanan  məmulata  qiymət  verməyə  imkan  verir.  Texniki  nəzarət  zamanı 

yoxlanılan  obyektin  xassələrini  təyin  etmək  üçün  aşağıdakı  üsullardan  istifadə 

olunur:  orqanoleptik,  alət,  analitik  və  avtomatik.  Orqanoleptik  üsulda  yoxlama 

obyektinin  xassəsi  hiss  etmə  orqanlarının  vasitəsilə;  alət  vasitəsilə  nəzarət  çox  da 

mürəkkəb  olmayan  (mikrometr,  şablon  və  s)  alətlərlə;  analitik  üsulda  –  mürəkkəb 

alət, cihaz və aparatlarla; avtomatik üsulda – avtomatik cihazlarla yerinə yetirilir. 

Məhsulun  keyfiyyətinin  idarə  edilməsi  sistemində  maddi  və  mənəvi 

stimullaşdırma  mühüm  rol  oynayır  ki,  bu  da  qiymət,  əlavə,  güzəşt,  bank  krediti, 

əmək  haqqı  və  mükafatlandırmanın  təkmilləşdirilməsi,  iqtisadi  sanksiyalar  və  s. 

iqtisadi  alətlərə  əsaslanır.  Məhsulun  keyfiyyətinin  idarə  edilməsi,  yüksək 

keyfiyyətli  məhsul  istehsalı  özündə  maddi  və  mənəvi  stimullaşdırmanı,  elm  və 



Yüklə 372,49 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə