25
məhsulun, işin və xidmətin keyfiyyət ideologiyasının təbliği və
populyarlaşdırılması,
keyfiyyət menecmenti sisteminin tətbiqi,
müəssisələr üçün təşkilati ─ texniki şəraitin yaradılması,
iqtisadiyyatın inkişafı mərhələlərində qərarların qəbulunda keyfiyyət amilinin
uçotu.
Bu mənada keyfiyyətlə bağlı milli siyasətin reallaşdırılması aşağıdakılarla
formalaşır:
keyfiyyətin təmin olunması üzrə tədbirlər planı,
mülkiyyət formasından asılı olmayaraq ictimai təşkilat, müəssisə və
firmalarda, reqionlarda keyfiyyət sahəsində siyasət yeritmək,
müəssisələrdə keyfiyyət məsələləri üzrə proqramların işlənməsi.
Beləliklə, məhsulun keyfiyyəti mürəkkəb ierarxiya formasında təsvir edilir
və bura kəmiyyət (qiymət, ölçü və s.), keyfiyyət (sınaq, münasiblik, dizayn və s.)
tərkibli amillər daxil edilə bilər.
Bazar münasibətləri şəraitində Azərbaycan Respublikasında ictimai
istehsalin inkişafının nəinki intensivləşdirmə yollarına, həmçinin məhsul, iş və
xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması mümkünlüyü yollarına da çox mühüm
diqqət yetirilir. Yuxarıda qeyd olunduğu kimi, məhsulun keyfiyyəti onun məcmuu
xərclərini səciyyələndirirki, bunlar da məhsulun təyinatına müvafiq olaraq bu və ya
digər istehlakın təmin edilməsi qabiliyyəti ilə şərtlənir.
Məhsulun keyfiyyəti – onun yaradılması, istismarı və ya istifadəsi zamanı
meydana çıxan xüsusiyyətlərdir. Məhsulun keyfiyyəti onun istehlak dəyəri ilə sıx
əlaqədardır. Istehlak dəyəri ancaq müəyyən keyfiyyət səviyyəsinə müvafiq olaraq
mövcud ola bilərki, bu zaman bu və ya digər təlabat ödənilmiş olsun, məhz
məhsulun “faydalılığı” onu istehlak dəyərli edir.
26
Keyfiyyət göstəriciləri – tək, kompleks və ümumiləşdirici ( inteqral olurlar).
Tək ğöstərici məhsulun bir xassəsini (məsələn: kütlə, həcm, sıxlıq, yanacağın
istilik vermə qabiliyyəti, benzinin oktan ədədi, neftdə nəmliyin miqdarı və s.)
səciyyələndirir. Məhsulun keyfiyyətinin ümumiləşdirici (inteqral) göstəricisi
Istehsalat Birliyi və ya sənaye sahəsində müəssisədə hazırlanmış məhsulun elə
xassələr məcmususnu nəzərdə tutur ki, onların köməyi ilə məhsulun keyfiyyətini
qiymətləndirmək mümkün olsun. Belə göstəricilərə məhsulun reallaşdırılması
həcmində əla keyfiyyyətli məhsulun həcmi və onun sıxlığı, yüksək keyfiyyətli
məhsuldan istifadənin iqtisadi səmərəsi və s. aid etmək olar.
Məhsulun keyfiyyətinin qiymətləndirilməsinə bu xassələri səciyyələndirən
göstəricilərin nomenklatur və siyahısının əsaslandırılmasından başlamaq lazımdır.
Bu göstəricilər məhsulun keyfiyyətinin mütləq və nisbi səviyyəsini müəyyən
etməyə imkan verir. Məhsulun keyfiyyətinin mütləq səviyyəsi onun səviyyəsinin
müəyyən anını səciyyələndirən göstəricilər əsasında təyin edilir. Məhsulun
keyfiyyətinin nisbi səviyyəsi onun təşkmilləşmə dərəcəsini müəyyən etməyə imkan
verir. Bu zaman müqayisə üçün seçilmiş göstəricilər baza göstəriciləri adlanır.
Baza göstəricisi rolunu xaricdə və ölkədə istehsal olunan ən yaxşı məhsul
nümunələri oynaya bilərki, bu məhsulların da keyfiyyət göstəricilərinin gələcək
inkişaf tendensiyası məlum olmalıdır və ya o keyfiyyət göstəriciləri müvafiq
normativ sənədlərdə əks olunmalıdır.
Məhsulun keyfiyyət göstəricilərinin nomenklaturunun obyektiv seçilməsi
üçün onların elmi əsaslandırılmış təsnifatı olmalıdır. Bu məqsədlə xalq
təsərrüfatında istehsal edilən məhsulların hamısı aşağıdakı kimi qruplaşdırılmış və
hər bir qrupda qiymətləndirmədə spesifik xüsusiyyətləri ilə seçilən göstəricilərdən
istifadə edilir: 1) xammal və təbii yanacaq, 2) sərf olunan materiallar və məhsullar,
3) sərf olunan məmulatlar, 4) təmir olunmayan məmulatlar, 5) təmir olunan
məmulatlar, 6) stasionar tikililər. Qeyd etmək lazımdır ki, məhsulun keyfiyyətini
qiymətləndirmək üçün ən mürəkkəb və geniş göstəricilər nomeklaturası 5 ─ ci
27
bəndlə əlaqədardır. Bunlara maşınlar, dəzgahlar, qazma qurğuları, seysmik
stansiyalar, cihazlar, aparat və digər qeyri stasionar texniki qurğular aiddir. Bu
nomenklaturda aşağı ─ dakı göstərcilər qrupu fərqləndirilir:
1. Təyinat göstəriciləri – bunlar təyinatına müvafiq verilən məhsulun texniki
təkmilləşməsini səciyyələndirir. Məhsulun, dəzgahların məhsuldarlığı,
mühərrikin gücü, qazma qurğusunun məhsuldarlığı, avtomaşınların qaldırma
qabiliyyəti və s.
2. Texnoloji göstəricilər – bunlar verilən məhsulun hazırlanması zamanı
səmərəli konstruktor və texnoloji qərarları, istehsal şəraitini səciyyə ─
ləndirir. Bura aiddir: materiallardan səmərəli istifadə əmsalı, məhsulun
hazırlanmasında əmək, material və enerji tutumluluğu və s.
3. Saxlanılma göstəriciləri – bu, məhsulun öz istismar parametrlərini, onların
nəqli, anbar və ya digər saxlanma hallarında saxlaya bilməsi xassəsini
səciyyələndirir. Məsələn, saxlanılmanın orta müddəti.
4. Təmirə yararlılıq göstəriciləri – bunlar maşınların işində əngəllərin üzə
çıxarılması, aradan qaldırılması, texniki qulluq və təmirlərin yerinə
yetirilməsinin minimal vəsait, vaxt və əmək sərfi ilə başa çatdırılması kimi
səciyyələnir. Məsələn, verilən vaxtda maşınların bərpası ehtimalı, texniki
qulluğun davamiyyəti və s.
5. İmtinasızlıq göstəriciləri – məmulatın müəyyən vaxt ərzində lazım olmayan
fasilələrsiz iş qabiliyyətinin saxlanılması xassəsi ilə səciiyyələnir. Bu qrupa
aşağıdakı göstəricilər aidd edilir: dayanmaların intensivliyi, birinci
dayanmaya qədər məmulatın işinin davamiyyəti və s.
6. Uzunömürlülük göstəriciləri – məmulata müəyyən texniki qulluq və təmir
üçün vacib fasilələri nəzərə allmaqla onun sərhəd həddinə qədər iş
qabiliyyətini saxlamaq xassəsini səciyyələndirir. Bura aiddir: bu məmulatın
sonrakı istismarının məqsədə uyğun olması ilə çıxarılan qərar.
7. Erqonomik göstəricilər “insan ─ məmulat ─ mühit” sistemini səciyyələndirir.
Dostları ilə paylaş: |