32
texnikanın
yeni
naliyyətlərindən
istifadəni,
inovasiyalı
texnika
və
texnologiyalardan istifadəni birləşdirir və işlərin bu istiqamətdə qurulması
rəqabətqabiliyyətli məhsul istehsalına zəmin yarada bilər.
Keçmiş ittifaq dövründə mövcud olan standartlar və keyfiyyəti idarə edən
beynəlxalq İSO ─ 9000 standartı arasında ideologiya və prinsip baxımından xeyli
oxşarlıq mövcud idi. Odur ki, həmin vaxtlar ittifaqda buraxılan məhsulun
keyfiyyətinin aşağı olması heç də o zaman fəaliyyətdə olan keyfiyyət sisteminin
qeyri təkmil olması ilə əlaqədar olmamışdır. Müəssisədə məhsulun keyfiyyətinin
idarə edilməsinin tətbiqi inzibati üsullarla aparılmış, onun vacibliyi ikinci plana
keçmiş və odurki, bu, formal olaraq həyata keçirilmişdir.
Bazar münasibətləri şəraitində keyfiyyətin səmərəli sisteminin yaradılması
üçün obyektiv daxili və xarici ilk şərtlər yaradılmışdır. Xarici tərəfdaşlar istehsalçı
müəssisələr üçün ilk şərt kimi məhsulun keyfiyyətinin idarə edilməsində İSO ─
nun tələblərinə əməl edilməsini qoyurlar. Odurki, bu standartlara əsasən
keyfiyyətin sistemli idarə edilməsinə keçid müəssisəsinin beynəlxalq bazara
çıxmasının mühüm şərtidir. Rəqabətqabiliyyətli məhsul istehsal etməyin yolu
istehsal xərclərini azaltmaq, məhsulun keyfiyyətini yüksəltməkdən keçir.
4. Məhsulun istehsal keyfiyyətinə nəzarətin təşkili qaydaları
Təşkilatın uğurlu biznesi üçün buraxılan məhsulun keyfiyyətinə nəzarət
böyük məna daşıyır. Keyfiyyətə nəzarətin təşkili - normativ-texniki sənədlərin
tələblərinə tam uyğun olan məhsulun istehsalının təmin olmasına yönəlmiş
inzibati tədbirlər sistemidir. Keyfiyyətə nəzarət anlayışı altında məhsulun və ya
prosesin xassələrinin kəmiyyət və keyfiyyət xarakteristikalarının texniki tələblərə
uyğunluğunun yoxlanılması başa düşülür.
33
Məhsul, onun yaradılma prosesləri, tətbiq edilməsi, nəql olunması,
saxlanılması, texniki xidməti və təmiri, həmçinin müvafiq texniki sənədlər texniki
nəzarət obyekti ola bilər.
Nəzarət obyekti obyektin xassələrinin kəmiyyət və keyfiyyət
xarakteristikalarına malik olan ayrı-ayrı əlamətlərlə xarakterizə olunur və onlara
nəzarət olunmalıdır. Bu halda nəzarət olunan xassələrin tərkibi nəzarət obyektinin
özündən asılıdır.
Texniki nəzarətin vacib tərkib hissəsi məhsulun xassələrinin kəmiyyət və
keyfiyyət xarakteristikalarını müəyyən edən məhsulun keyfiyyətinə nəzarətdir.
İstehsal şəraitindən asılı olaraq məhsulun hazırlanması prosesində məhsulun
artan keyfiyyət göstərilicilərini təmin edən müəssisədaxili nəqlolunma, saxlanma,
qablaşdırma və istehlakçıya göndərilmə prosesində xammala, materiala və
dəstləşdirici məmulatlara nəzarət olunmalıdır. Texnoloji proseslərə nəzarətdə
texnoloji nizam-intizama nəzarət olunmasına ciddi diqqət yetirilməlidir.
Nəzarətin mahiyyəti nəzarət olunan obyektin vəziyyəti, onun xassələri və
göstəriciləri haqqında alınmış informasiyanın çertyojlarda, texniki şərtlərdə,
standartlarda, məhsulun tədarükü üzrə müqavilələrdə və digər sənədlərdə təyin
olunmuş tələblərlə tutuşdurulmasından ibarətdir. Nəzarət üsulu kimi təyin olunmuş
prinsiplərin və nəzarət üsullarının istifadə olunma qaydaları başa düşülməlidir.
Nəzarət üsuluna nəzarətin aparılma texnologiyası, nəzarət olunan əlamətlər,
nəzarət vasitələri və nəzarətin dəqiqliyi daxildir.
Nəzarət prosesinə nəzarət obyekti, nəzarət üsulu, nəzarətin icraçıları və
nəzarətin aparılması üçün sənədlər daxil edilir.
Nəzarət prosesində həmçinin nəzarət nümunələri də istifadə olunur. Nəzarət
nümunəsi – müəyyən edilmiş qaydada təsdiq olunmuş məhsul vahidi və ya onun
34
müəyyən hissəsidir (probudur). Bu nümunələrin xarakteristikaları belə məhsulun
hazırlanmasında və nəzarətində əsas kimi götürülür.
Nəzarətin növünü müəyyən əlamət üzrə nəzarətin təsnifatlaşdırma
qruplaşdırılması kimi təyin edirlər. Şəkil 3-də keyfiyyətə istehsalat nəzarəti
növlərinin təsnifatlaşdırılması göstərilmişdir.
Aşağıdakı keyfiyyətə nəzarət növləri fərqləndirilir:
1) Qəbul nəzarəti (hazır məhsul olmaya da bilər)
2) texnoloji proseslərin vəziyyətinin qiymətləndirilməsi və onların nizamlanma
zəruriliyi barədə qərarın qəbul olunması üçün nəzarət.
Dağıdıcı nəzarət məhsulu sonrakı istifadəsi üçün yararsız edir və, bir qayda
olaraq, böyük vəsait sərfləri ilə bağlıdır; onun nəticələri müəyyən dərəcədə qeyri
doğruluqla xarakterizə olunur.
Bu səbəblərə görə son zamanlar dolayı müşahidə nəticələrinə, həmçinin ən
yeni rentgen və infraqırmızı texniki vasitələrinin, elektronikanın və s. tətbiqinə
əsaslanmış nəzarət üsullarının işlənməsinə böyük diqqət yetirilir.
Dağıdıcısız nəzarət üsulları dedikdə məmulatın keyfiyyətinə (dağıdıcı
nəzarətdən fərqli olaraq), parametrlərinə və xarakteristikalarına malik olmayan
dolayı əlamətlər üzrə aparılan nəzarət üsulları başa düşülür.