3
Referat
Buraxılış işi Məhsulun istehsal keyfiyyətinə nəzarət sistemlərinin
təşkilində İSO 9000 seriyalı standartların rolu mövzusuna həsr olunmuşdur.
Burada keyfiyyət məvhumuna yanaşmaların qısa səciyyəsi verilir, istehsal edilən
məhsulların keyfiyyətinin yüksəldilməsi istiqamətləri göstərilir, məhsulun
keyfiyyət göstəricilərinin nomenklaturu, məhsulun istehsal keyfiyyətinə nəzarətin
təşkili qaydaları və müasir nəzarət vasitələri təhlil olunur.
Tədqiqatlar göstərirki, keyfiyyətin təmin olunması prosesi aşağıdakı
iriləşdirilmiş mərhələlərdən ibarətdir: bazarda analoji məmulatın keyfiyyət
səviyyəsinin qiymətləndirilməsi, istehlakçının tələblərinin təhlili, uzunmüddətli
planlaşdırma, keyfiyyət səviyyəsinin planlaşdırılması, standartların işlənməsi,
konstruksiya və texnoloji işlənmə prosesində keyfiyyyətin layihələndirilməsi, ilk
xammal və alınan materialların keyfiyyətinə nəzarət, istehsal prosesində
əməliyyatlar üzrə nəzarət, qəbul etmə nəzarəti, istismar şəraitində (satışdan sonra)
məmulatın keyfiyyətinə nəzarət, istehlakçı rəylərinin təhlili.
Bazar münasibətləri şəraitində keyfiyyətin səmərəli sisteminin
yaradılması üçün obyektiv daxili və xarici ilk şərtlər yaradılmışdır. Xarici
tərəfdaşlar istehsalçı müəssisələr üçün ilk şərt kimi məhsulun keyfiyyətinin idarə
edilməsində İSO ─ nun tələblərinə əməl edilməsini qoyurlar. Odurki, bu
standartlara əsasən keyfiyyətin sistemli idarə edilməsinə keçid müəssisəsinin
beynəlxalq bazara çıxmasının mühüm şərtidir.
Yuxarıda qeyd olunanları yekunlaşdıraraq qeyd etmək olar ki, keyfiyyətə
müasir nəzarət bütün təşkilatı əhatə edən mürəkkəb sistemdir və keyfiyyət
problemlərinin effektiv həlli onun uğurlu fəaliyyətindən asılıdır.
Buraxılış işi giriş, 5 bölmə, nəticə və təkliflər və istifadə olunmuş
ədəbiyyatların siyahısı da daxil olmaqla 56 səhifə əlyazması həcmindədir.
4
Giriş
Bazar münasibətləri Azərbaycanda fəaliyyətdə olan sənaye sahələri və
müəsissələrindən keyfiyyət problemlərinə dair yeni prinsipial yanaşmanın
formalaşmasını tələb edir. Məhsulun yüksək keyfiyyətinin əldə edilməsi təkcə
istehsalçı və istehlakçı üçün deyil, bütövlükdə ölkənin iqtisadiyyatı üçün çox
mühüm məsələdir. Məhsulun, işin və xidmətin yüksək keyfiyyəti satış və
rentabelliyi artırır, bu isə ölkənin ixrac potensialının artırılmasına səbəb olur,
zəncirvari reaksiya ilə olkə vətəndaşlarının rifah halının və həyat səviyyəsinin
yüksəldilməsi ilə nəticələnir. Odur ki, istehsal prosesinin müxtəlif səviyyələrində
daimi, sistemli işlərin və tədbirlərin yerinə yetirilməsi ilə məsulun keyfiyyətinin
yaxşılaşdırılmasını həyata keçirmək vacibdir. Müasir nəzarət vasitələri bir çox
hallarda avtomatik vasitələrdir. Avtomatik nəzarət vasitəsi nəzarət əməliyyatını
insanın iştirakı olmadan həyata keçirir.
Nəzarət obyektinin nəzarət olunan əlamətləri haqqında informasiyanın
alınması, təyin olunmuş qiymətlərlə müqayisə olunması və nəzarət olunan
əlamətlərin tapşırılmış tələblərə uyğunluğu haqqında qərarın verilməsi avtomatik
olaraq yerinə yetirilir. Təşkilatın uğurlu biznesi üçün buraxılan məhsulun
keyfiyyətinə nəzarət böyük məna daşıyır.
Keyfiyyətə nəzarətin təşkili - normativ-texniki sənədlərin tələblərinə tam
uyğun olan məhsulun istehsalının təmin olmasına yönəlmiş inzibati tədbirlər
sistemidir. Keyfiyyətə nəzarət anlayışı altında məhsulun və ya prosesin
xassələrinin kəmiyyət və keyfiyyət xarakteristikalarının texniki tələblərə
uyğunluğunun yoxlanılması başa düşülür.
Nəzarət vasitələrinin seçilməsində onların dəqiqliyinə olan tələblərin
əsaslandırılması böyük məna daşıyır. Odur ki, bazar munasibətləri şəraitində bele
bir məsələnin araşdırılması buraxılış işinin mövzusunu aktual etmişdir.
5
1.Keyfiyyət məvhumuna yanaşmaların qısa səciyyəsi
Bazar münasibətləri Azərbaycanda fəaliyyətdə olan sənaye sahələri və
müəsissələrindən keyfiyyət problemlərinə dair yeni prinsipial yanaşmanın
formalaşmasını tələb edir. Məhsulun yüksək keyfiyyətinin əldə edilməsi təkcə
istehsalçı və istehlakçı üçün deyil, bütövlükdə ölkənin iqtisadiyyatı üçün çox
mühüm məsələdir. Məhsulun, işin və xidmətin yüksək keyfiyyəti satış və
rentabelliyi artırır, bu isə ölkənin ixrac potensialının artırılmasına səbəb olur,
zəncirvari reaksiya ilə olkə vətəndaşlarının rifah halının və həyat səviyyəsinin
yüksəldilməsi ilə nəticələnir. Odur ki, istehsal prosesinin müxtəlif səviyyələrində
daimi, sistemli işlərin və tədbirlərin yerinə yetirilməsi ilə məsulun keyfiyyətinin
yaxşılaşdırılmasını həyata keçirmək vacibdir.
Lakin qeyd olunmalıdırki, ayrı ─ ayrı tədbirlərin, hətta böyük tədbirlərin bir
dəfəlik həyata keçirilməsi ilə məhsulun keyfiyyətini yüksəltmək olmaz. Bu işin
həyata küçirilməsi mütəmadi, sistemli və qarşılıqlı əlaqədə olan kompleks tədbirlər
nəticəsində mümkün ola bilərki, bu tədbirlər də bütövlükdə keyfiyyətin idarə
edilməsinin ayrılmaz tərkib hissəsi olmalıdır. Keyfiyyətin idarə edilməsi ─ bu
məhsulun yaradılması və istismarında yerinə yetirilən fəaliyyətdir və məqsədi
keyfiyyətin vacib səviyyəsinin müəyyənləşdirilməsi, təmin edilməsi və
saxlanılmasıdır. Məhsulun keyfiyyəti onların məzmununa müvafiq olaraq bu və ya
digər təlabatı ödəmək xüsussiyyətinə malik göstəricilərin məcmuusu ilə
səciyyələnir. Məhsulun xüsusiyyəti dedikdə, bu onun yaradılması, istismarı və
istehlakında özünü göstərən xassələrlə şərtlənir. Məhsulun keyfiyyəti istehlak
dəyəri ilə birbaşa əlaqədardır. Istehlak dəyəri məhsulun müəyyən keyfiyyət
səviyyəsində mövcud ola bilən tələbatın ödənilməsi ilə bağlıdır. Məhz məhsulun
faydalılığı onu istehlak dəyərli edir [1,2].
Xüsusi ədəbiyyatın [2,8] təhlili göstərir ki, iqtisadi nəzəriyyə və təcrübədə
keyfiyyət məfhumuna baxışlar müxtəlifdir. Ümumilikdə belə bir fikir
formalaşmışdır ki, yüksək keyfiyyətin əldə edilməsi təsərrüfat fəaliyyətində çox
Dostları ilə paylaş: |