Mahir Həmzəyev eyni zamanda “Sayudis” hərəkatı seyminin və Litva
hökumətinin yanında Millətlər Departamentinin üzvüdür. 1992-ci ilin
oktyabrında o, Azərbaycan Respublikasının Litvada səlahiyyətli
nümayəndəsi təyin olunmuşdur. Azərbaycanda demokratik qüvvələr
hakimiyyətə gələndən sonra iki ölkə arasında münasibətlər keyfiyyətcə
yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycanda Litva arasında
diplomatik əlaqələr yaradılması sahəsində ardıcıl addımlar atılır, iqtisadi və
siyasi əlaqələr xeyli möhkəmlənir. Bu sahədə “Odlar Yurdu” Cəmiyyəti öz
xeyirxah fəaliyyətini davam etdirir.
MOLDOVA
“AZƏRBAYCAN MİLLİ ADƏT VƏ ƏNƏNƏLƏRİ
MƏRKƏZİ”
(Kişinyev)
Kişinyev şəhərində fəaliyyət göstərən “Azərbaycan Milli adət və
ənənələri Mərkəzi” Moldovada yaşayan soydaşlarımız arasında milli
mədəniyyətimizin, adət-ənənələrimizin qorunub saxlanılması və təbliğ
olunması sahəsində səmərəli iş aparır. Azərbaycanda baş verən hadisələr,
xüsusən erməni təcavüzünə məruz qalan xalqımızın mübarizəsi haqqında
doğru-düzgün, obyektiv məlumatı yaymaqda, Azərbaycan və Moldova
respublikaları arasında iqtisadi, siyasi və mədəni əlaqələrin
möhkəmlənməsində Mərkəzin üzvləri bütün imkanlardan və vasitələrdən
istifadə etməyə çalışırlar.
Mərkəz həm də özünün “Araz” adlı qəzetini nəşr etdirir.
NORVEÇ
“AZƏRBAYCAN” ASSOSİASİYASI
(Oslo)
Norveçin Oslo şəhərindəki “Azərbaycan” Assosiasiyası Bakıda 1990-
cı il yanvar hadisələrindən sonra yaranmışdır. Belə bir Cəmiyyətin
yaranmasını soydaşlarımız həmin günlər SSRİ səfirliyinin qarşısında
keçirdikləri etiraz mitinqləri zamanı qərarlaşmışlar. Assosiasiyanın ilk
vaxtlar 120 nəfərə kimi üzvi var idi. Onlar Azərbaycanın ictimai-siyasi
həyatı ilə tanış olmaq və vətəndən uzaqda yaşayan soydaşlarımıza
respublikamızda baş verən hadisələr, erməni təcavüzkarlarının məkrli
xülyaları barədə həqiqəti çatdırmaq sahəsində öz fəaliyyətlərini
genişləndirməyə çalışırlar. Bu məqsədlə Assosiasiya Azərbaycanla
əlaqələrin möhkəmlənməsi sahəsində bir sıra əməli tədbirlər hazırlayıb
həyata keçirmək fikrindədir.
“AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ”
(Oslo)
Norveçdə yaşayan həmvətənlərimizin təşkil etdikləri “Azərbaycan
Mədəniyyət Mərkəzi” 1989-cu ildə yaranmışdır. Mərkəzə Kamil Şüai
sədrlik edir. Mərkəz ədəbiyyatımızı və incəsənətimizi Avropada tanıtmağı
və yaymağı özünün əsas vəzifələrindən biri hesab edir. Mərkəz mədəni-
kütləvi tədbirlər, geçələr, sərgilər təşkil edir. Mərkəzin dəvəti ilə 1990-cı
ilin martında Norveçdə Azərbaycan mədəniyyəti həftəsi müvəffəqiyyətlə
keçmişdir. Mərkəzin üzvləri Azərbaycanla əlaqələrin yaranmasına və
möhkəmlənməsinə çalışır, milli mədəniyyətimizin təbliğinə böyük
əhəmiyyət verirlər.
ÖZBƏKİSTAN
“AZƏRBAYCAN-ÖZBƏKİSTAN MƏDƏNİ-
İQTİSADİ ƏLAQƏLƏR MƏRKƏZİ”
(Səmərqənd)
“Azərbaycan - Özbəkistan Mədəni-İqtisadi Əlaqələr Mərkəzi” 1992-
ci ilin aprelində Səmərqənddə yaradılmışdır. Sədri Səxavət Ovçeyivdir.
Səmərqənd vilayətində 6500 nəfərə kimi azərbaycanlı yaşayır.
Onlar müxtəlif vəzifə və peşə sahibləridir. Mərkəzin əsas vəzifəsi
Azərbaycan-Özbəkistan mədəni və iqtisadi əlaqələrinin inkişafına
köməklik göstərmək, Özbəkistanda yaşayan həmvətənlərimizə xalqımızın
adət-ənənələrini yaşatmaqda yardım etməkdir. Dili, dini və adət-
ənənənələri eyni olan özbək xalqı ilə azərbaycanlıların əlaqələrinin
möhkəmlənməsi Mərkəzin qarşısında duran əsas vəzifələrdən biridir.
Mərkəz “Səmərqənd” qəzetinin bir səhifəsini Azərbaycan türkcəsində
buraxmağa təşəbbüs göstərmişdir. Eyni zamanda Mərkəz türk, ərəb və fars
dillərini öyrədən kurslar və Azərbaycan milli xörəkləri mərkəzi açmaq
niyyətindədir.
“QARDAŞLIQ” AZƏRBAYCAN MƏDƏNİYYƏT
MƏRKƏZİ
(Daşkənd)
“Qardaşlıq” Azərbaycan Mədəniyyət Mərkəzi 1989-cu ilin
sentyabrında Daşkənddə yaradılmışdır. Mərkəzin sədri Allahverdi
Fərhadovdur. Özbəkistanda 60 mindən çox azərbaycanlı yaşayır. Onların
hər altı nəfərindən biri Daşkənddə məskunlaşmışdır. Mərkəzin əsas
məqsədi Özbəkistanda yaşayan soydaşlarımız arasında sıx əlaqələr
yaratmaq, onları Azərbaycanda baş verən hadisələrlə yaxından tanış etmək,
milli mədəni dəyərlərin qorunub saxlanılmasına çalışmaq, Azərbaycan və
Özbəkistan xalqları arasında dostluq əlaqələrini möhkəmləndirməkdir.
Mərkəzin fəaliyyətində Azərbaycana qarşı erməni təcavüzkarlarının
apardıqları işğalçılıq müharibəsi haqqında əsil həqiqəti açıb göstərmək,
soydaşlarımıza və Özbəkistanda yaşayan xalqlara bu hadisələrin
mahiyyətini izah etmək mühüm yer tutur. Mərkəzdə keçirilən tədbirlərdə
və toplanışlarda Azərbaycanda gedən hadisələr təhlil olunur, erməni
təcavüzkarlarına qarşı müharibə aparmağa məcbur olan Azərbaycana
maddi və mənəvi kömək göstərilməsi təşkil edilir. Mərkəzdə tez-tez
xalqımızın tarixindən, adət-ənənələrindən söhbətlər keçirilir. Mərkəz
Özbəkistanın, Azərbaycanın və digər respublikaların mədəniyyət və elm
dairələri ilə əlaqələr yaratmışdır. Mərkəzdə teatr, musiqi, folklor-
etnoqrafiya kollektivləri, bədii studiyalar və dərnəklər təşkil edilmişdir.
Mərkəzin təşkil etdiyi tədbirlərdə digər millətlərin nümayəndələri də
iştirak edirlər. Birgə mədəni və siyasi tədbirlər keçirilir, dəyirmi stol
arxasında söhbətlər təşkil edilir, ümumi problemlərdən və qayğılardan da
nışılır. Belə tədbirlərdə Azərbaycan mədəniyyətini, xalq sənətini təbliğ