Редактор: Филолокија елмләри доктору, профессор тејмур әҺМӘдов



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə13/26
tarix06.02.2018
ölçüsü0,54 Mb.
#26450
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

“AZƏRBAYCAN MƏRKƏZİ” 

(Toronto) 

 

Kanadanın Ontario vilayətində yaşayan soydaşlarımız bu ilin oktyabr 



ayında yeni bir milli mədəniyyət mərkəzi açmışlar. Bütünlükdə  Şimali 

Amerikada yaşayan azərbaycanlılar icmasının təşəbüssü ilə açılan bu 

təşkilat ilk növbədə uzaq qitədə milli mədəniyyətimizi təbliğ etmək 

Kanadada yaşayan soydaşlarımızın yaxın və mehriban ünsiyyətini 

yaratmaqdan ibarətdir. 

Mərkəzin rəhbəri doktor Səid Kazemidir. Yeni yaradılan milli 

mədəniyyət mərkəzinə Azərbaycan Respublikası Xarici İşlər Naziri Həsən 

Həsənov xüsusi məktub  göndərərək Torontoda yaşayan həmvətənlərimizi 

təbrik etmişdir. Bu təbrikdə H.Həsənov qeyd etmişdir ki, “bu mərkəzin 

açılışı dünyada yaşayan bütün azərbaycanlıların arasında  əlaqələrin 

inkişafına və möhkəmlənməsinə xidmət edəcək, belə  mərkəzlərin 

yaradılması  Şimali Amerikada yaşayan həmvətənlərimizin birləşməsində 

Azərbaycan Respublikası ilə Kanadanın münasibətlərində böyük rol 

oynayacaqdır”. Nazir bunu xüsusi olaraq bildirmişdir ki, Azərbaycan 

Respublikasının bu ağır günündə, yaşadığı yerdən asılı olmayaraq, hər bir 

azərbaycanlı öz tarixi Vətəni üçün var qüvvəsini əsirgəməyəcəkdir. 

“Azərbaycan Mərkəzi” yaxın vaxtlarda respublikamızdakı müxtəlif 

ictimai təşkilat və birliklərlə  əlaqə yaratmağı, hazırkı  vəziyyətlə bağlı 

humanitar yardım etməyi planlaşdırmışdır. 

 

 



GÜRCÜSTAN 

 

“BİRLİK” ÜMUMGÜRCÜSTAN AZƏRİ  

TÜRKLƏRİNİN CƏMİYYƏTİ 

(Tbilisi) 

 

“Birlik” Cəmiyyətinin yaranması 1992-ci ilin iyun ayında keçirilmiş 



təsis yığınçağında qərara alınmışdır. Yığıncaqda “Gürcüstan” qəzetinin 

redaktoru, Gürcüstan Respublikasının  əmakdar jurnalisti Süleyman 

Süleymanov başda olmaqla təşkilat komitəsi yaradıldı. Komitənin ardıcıl 

və  səmərəli işi nəticəsində 1992-ci ilin oktyabrında Tbilisi şəhərində 




“Birlik” Ümumgürcüstan Azəri Türklərinin Cəmiyyətinin təsis qurultayı 

keçirildi. Qurultayda Gürcüstanın azərbaycanlılar yaşayan Marneuli, 

Bolinisi, Qardabani, Laqodi, Kaspi və digər bölgələrindən nümayəndələr 

iştirak edirdilər. Qurultayda 21 nəfərdən ibarət Baş  Şura və  Ağsaqqallar 

Şurası seçildi. Süleyman Süleymanov Cəmiyyətin prezidenti seçildi. 

“Birlik” Cəmiyyətinin  əsas məqsədi Gürcüstanın azərbaycanlı 

əhalisinin mədəniyyət, təhsil, dil, kütləvi informasiya, professional 

yaradıcılıq və xalq yaradıcılığı, din və digər sahələrdə mənəvi tələbatlarının 

ödənilməsi üçün əlverişli  şərait yaratmaqdır. Gürcüstanın azərbaycanlı 

əhalisinin deportasiya olunması, soydaşlarımızın hüquqlarının pozulması 

hallarının, azərbaycanlılar yaşayan  bölgələrdə kadrların milli 

mənsubiyyətə görə  təqib olunması, toponomik adların  əsassız olaraq 

gücləndirilməsinin qarşısının alınması sahəsində Cəmiyyət geniş fəaliyyət 

göstərmək niyyətindədir. Cəmiyyət birgə qüvvə ilə Azərbaycan və 

Gürcüstan arasında bütün mədəni, ədəbi, iqtisadi əlaqələri bərpa və inkişaf 

etdirmək üçün səy göstərir. 

 

 

“QEYRƏT”   XALQ   HƏRƏKATI 

(Marneuli) 

 

Gürcüstan azərbaycanlılarının “Qeyrət” Xalq Hərəkatının yaranması 



1990-cı il dekabrın 8-də Marneulidə keçirilən respublika təsis konfransında 

elan olunmuşdur. Konfransda Marneuli, Bolnisi, Dmanisi, Qardabani, 

Saqareço,  Kaspi bölgələrindən, Tbilisidən nümayəndələr, habelə 

Azərbaycandan qonaqlar iştirak etmişlər. “Qeyrət”in proqramı, 

nizamnaməsi qəbul olunmuş, onun strukturu təsdiq edilmiş, redaksiya 

heyətinin, müvafiq komissiyaların, Ağsaqqallar  Şürasının üzvləri 

seçilmişlər.  

35 yaşlı dindar, ali pedaqoji təhsilli Əlibala Əsgərov “Qeyrət”in idarə 

heyətinin sədri seçilmişdir. Konfrans iştirakçıları Gürcüstan Ali Sovetinə 

və Milli Konqresə, respublikada yaşayan bütün azərbaycanlılara, 

Azərbaycan ictimaiyyətinə müraciətlər qəbul etmişlər. 1990-cı ildən 

fəaliyyətə başlayan “Qeyrət” Xalq Hərəkatı yalnız 1993-cü il yanvarın 15-

də Gürcüstan Respublikasının  Ədliyyə Nazirliyi tərəfindən rəsmi 

qeydiyyatdan keçmişdir. 




“Qeyrət” Xalq Hərəkatı Gürcüstanda yaşayan yurddaşlarımızın 

Gürcüstan Respublikasının mövcud konstitusiyası  çərçivəsində adi insani 

və vətəndaşlıq hüquqlarının müdafiəsi uğrunda fəaliyyət göstərir. “Qeyrət” 

Gürcüstanda yaşayan yarım milyonluq azərbaycanlı  əhalinin iqtisadi, 

siyasi, mədəni inkişafının bütün problemlərinin həlli sahəsində müntəzəm 

iş aparır, Gürcüstandakı  həmvətənlərimizin hüquqlarının tapdalanmasına 

qarşı  qətiyyətlə  çıxış edir. 1992-ci ilin oktyabrında “Yurddaş” Cəmiyyəti 

və “Qeyrət” Xalq hərəkatının birgə  qəbul etdiyi bəyanatda Gürcüstan 

Respublikasında yaranmış sosial-iqtisadi vəziyyətin hazırkı durumunda 

Azərbaycan hökumət orqanlarından, ictimai-siyasi cəmiyyətlərdən, ayrı-

ayrı siyasi qurumlardan və eləcə  də kütləvi informasiya vasitələrindən öz 

fəaliyyətlərində son dərəcə  dəqiq, obyektiv olmaları  tələb olunurdu. 

“Qeyrət” Xalq hərəkatı 1993-cü ilin yanvarında Bakıda keçirilən “Borçalı: 

dünən, bu gün, sabah” forumunda iştirak etmişdir. Forumun əsas məqsədi 

Borçalıda soydaşlarımızın vəziyyətini müzakirə etmək, onunla bağlı 

Gürcüstan və Azərbaycan respublikalarının rəsmi mövqelərini 

müəyyənləşdirmək, iki respublika arasındakı münasibətlərin nizama 

salınmasına kömək etməkdir. 

 

 

“DAYAQ” ASSOSİASİYASI 

(Tbilisi) 

 

Gürcüstanda yaşayan soydaşlarımızı öz ətrafında birləşdirən “Dayaq” 



Assosiasiyası 1991-ci ilin oktyabrında fəaliyyətə başlamışdır. Assosiasiya 

“Ümumgürcüstan Rustaveli Cəmiyyəti”nin nəzdində yaradılmışdır. 

Assosiasiyanın fəallarının 

əsas məqsədi Gürcüstanda yaşayan 

yurddaşlarımızın ictimai və  mənəvi inkişafına, mədəni  ənənələrinin 

qorunub saxlanılmasına, onların konstitusiya hüquqlarının qorunmasına 

kömək etməkdir. Assosiasiya Zaqafqaziyanın bütün qabaqcıl ictimai-siyasi 

qüvvələri ilə  əməkdaşlıq etməyə hazır olduğunu bildirir. Gürcüstanda 

Azərbaycan xalqının tarixini, ədəbiyyatını və mədəniyyətini təbliğ etməyə, 

hər iki respublikanın içtimai təşkilatlarının liderlərinin, elm və mədəniyyət 

xadimlərinin görüşlərinin təşkilinə çalışır. Assosiasiyanın  əsas fəaliyyət 

istiqamətlərindən biri də  nəşriyyat işini təşkil etmək, tarixi abidələrin 

bərpası ilə əlaqədar tədbirlər işləyib həyata keçirməkdir. 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə