Редактор: Филолокија елмләри доктору, профессор тејмур әҺМӘдов


“DAYAQ”   AZƏRBAYCAN   MƏDƏNİYYƏTİ



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə17/26
tarix06.02.2018
ölçüsü0,54 Mb.
#26450
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

 

“DAYAQ”   AZƏRBAYCAN   MƏDƏNİYYƏTİ  

CƏMİYYƏTİ 

(Sankt-Peterburq) 

 

Azərbaycan Mədəniyyət Cəmiyyəti Bakıda 1990-çı il faciəli yanvar 

hadisələrinin təsiri altında yaranmışdır.  İlk vaxtlar Cəmiyyət  əsasən 

fəaliyyətə Azərbaycanda baş verən hadisələr haqqında düzgün informasiya 

yaymaq, mətbuat konfransları keçirməklə başlamışdır. Sankt-Peterburq 

şəhərində 120 mindən çox azərbaycanlı yaşayır. Onların beş min nəfərdən 

çoxu Cəmiyyətin üzvüdür. Cəmiyyətin beş  şöbəsi vardır daxili və xarici 

əlaqələr, mədəniyyət və  təhsil, informasiya-mətbuat xidməti, kommersiya 

və biznes, xəzinə şöbəsi. Hazırda Cəmiyyətin sədri Paşa Rəcəbovdur. 

Cəmiyyətin üzvləri vaxtaşırı Azərbaycanda olur, Qarabağda və 

sərhədlərimizdə ermənilərin xalqımıza qarşı apardığı müharibənin özünü 

dəhşətlərini olduğu kimi vətəndən uzaqda açıqlanmasına çalışırlar. Bundan 

əlavə Azərbaycana davadərmanla, tibb ləvazimatı ilə kömək edilməsində

yaralıların müalicəsi ilə  məşqul olması üçün Sankt-Peterburqdan yüksək 

ixtisaslı  həkimlərin gətirilməsində  Cəmiyyətin üzvləri yaxından iştirak 

edirlər. 

Cəmiyyətin təşəbbüsü ilə adət-ənənələrimizin qorunub  saxlanılması,  

ana dilinin yaşadılması üçün müntəzəm fəaliyyət göstərilir. Bu məqsədlə 

Bazar günü məktəbi açılmışdır. Məktəbdə türk dili, tarix və musiqi fənləri 

tədris olunur. Məktəbin bütün maliyyə  xərclərini   şəhərdəki   “Azəri”   

kiçik müəssisəsinin direktoru Ağaismayıl bəy öz üzərinə götürüb. 

Azərbaycan Mədəniyyəti Cəmiyyətinin fəal üzvlərindən biri Fərqanə 

Əzizova Neva sahillərində görülən işlər barədə demişdir: 

-  Əsas işimiz Azərbaycanda baş verən hadisələri olduğu kimi 

yaymaqdır. Bunu isə  yığıncaq və konfranslar vasitəsilə  həyata keçiririk. 

Hər il yanvarın 20-də  şəhidlərimizin illiyini Tatar məscidində  və Kilsədə 

bir qayda olaraq qeyd edirik. Belə mərasimlərə ermənilər də yığışıb gəlirlər 

ki, biz Azərbaycan qaçqınlarıyıq... 

Cəmiyyətin üzvü Xeyransa Mirzəyeva 1990-cı il yanvar hadisələri 

zamanı  “İnam” adlı  qəzet nəşr etdirmişdir. Digər soydaşımız  Şəmsiyyə 

Abdullayeva isə Sankt-Peterburqdakı İncəsənət Akademiyasında oxuyur və 

“Smena” qəzetinin  əməkdaşıdır. Ötən illər  ərzində  Ş.Abdullayeva həmin 




qəzet Qarabağ hadisələri, Azərbaycan tarixi ilə bağlı bir sıra maraqlı 

məqalə və yazıçılar çap etdirmişdir. 

 

 

“AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ” 



(Sankt-Peterburq) 

 

Sankt-Peterburqda yaşayan azərbaycanlıları bir təşkilat  ətrafında 

birləşdirmək ideyası əsasən Bakıda 1990-cı il qanlı yanvar hadisələrindən 

sonra irəli sürülmüş və yaradılmışdır. Həmin günlər həmvətənlərimizin bir 

qrupu Bakı hadisələrinə  həsr olunmuş fotosərgi təşkil etmiş, “Svetlana” 

elektron birliyində fəhlələrin iştirakı ilə geniş mitinq keçirmişdir. 1990-cı il 

fevralın 7-də Bakı faciəsinə  həsr olunmuş “Svetlana” adlı xüsusi qəzet 

nömrəsi buraxıldı. Qəzetin nüsxələri tez bir vaxta şəhərin sakinləri arasında 

geniş yayıldı. Yarandığı ilk gündən Mədəniyyət Cəmiyyətinin sədri 

Məcnun Şükürovdur. 

Cəmiyyətin üzvləri  şəhərin sakinləri arasında müntəzəm olaraq 

təbliğat işi aparırlar. Onlar öz çıxışlarında və görüşlər zamanı Azərbaycana 

qarşı Ermənistanın elan olunmamış müharibəsi haqqında həqiqəti yayır, 

erməni millətçilərinin böhtan dolu çıxışlarının ifşa olunmasında fəal iştirak 

edirlər. Cəmiyyət bir sıra mədəni tədbirlərin keçirilməsinə, milli 

mədəniyyətimizin təbliğinə xüsusi diqqət yetirir. Nizaminin 850 illiyinə 

həsr olunmuş Sankt-Peterburq – Gəncə fövqəl marafon veloyürüşünü 

“Poklonnaya qora” idman cəmiyyəti ilə “Azərbaycan Mədəniyyət 

Cəmiyyəti” təşkil etmiş və müvəffəqiyyətlə keçirmişdir. 

 

 



“SANKT - PETERBURQ - AZƏRBAYCAN   İQTİSADİ,    

ELMİ   VƏ   MƏDƏNİ   ƏMƏKDAŞLIQ   

CƏMİYYƏTİ” 

(Sankt-Peterburq) 

 

Sankt-Peterburq vilayətində yaşayan azərbaycanlılar, eləcə  də 



Azərbaycan Respublikasına dərin rəğbət bəsləyən digər millətlərdən olan 

nevalılar bu qədim rus şəhərində yeni bir cəmiyyət yaratmağı  qərara 

almışlar. 



1993-cü ilin iyun ayında Sankt-Peterburqun Fontanka ərazisində 

yerləşən Dostluq Evində  Cəmiyyətin təsis konfransı keçirilmişdir. 

Konfrans iştirakçıları  cəmiyyətin  İdarə heyətini seçmiş, iş planını  təsdiq 

etmiş, Azərbaycan Respublikası hökumətinə teleqram göndərmişlər. 

Sankt-Peterburqla Azərbaycan arasında daha bir ünsiyyət körpüsü 

salan yeni cəmiyyətin üzvləri arasında elm və  mədəniyyət xadimləri, 

işgüzar adamlar çoxdur. 

 

 



“BOZ  QURD” 

(Sankt-Peterburq) 

 

Neva sahillərində soydaşlarımızın yenicə yaratdıqları  təşkilatlardan 



biri də “Boz qurd” adlanır. Onun əsas məqsədi xeyriyyəçilik tədbirləri 

təşkil etmək, Rusiyanın bu ikinci böyük şəhərində yaşayan soydaşlarımızın 

təəssübünü çəkmək və onlara atılan yersiz böhtanların qarşısını almaqdan 

ibarətdir. 

Sankt-Peterburqdakı “Boz qurd”ların maraqlı planları var. Bu 

təşkilatların sədri Sankt-Peterburqda fəaliyyət göstərən “Azərbaycan 

Mədəniyyət Mərkəzi”nin yaradıcısı kimi tanınan Elçin Mirzəbəylidir. 

 

 



 

“AZƏRBACAN MƏDƏNİYYƏT CƏMİYYƏTİ” 

(Nijne-Vartovsk) 

 

Nijne-Vartovsk  şəhərində yaşayan soydaşlarımızın “Azərbaycan 



Mədəniyyət Mərkəzi” öz fəaliyyətində milli mədəni irsimizin təbliğinə

xalqımızın adət ənənələrinin qorunmasına xüsusi diqqət yetirir. Cəmiyyətin 

üzvləri, onun sədri Eldar İmanov erməni təcavüzkarlarının Azərbaycan 

torpağında törətdikləri cinayətlərə, qəsbkarlığına qarşı öz etiraz səsini 

ucaldırlar. Cəmiyyətin təşəbbüsü ilə Nijne-Vartovskda yaşayan 

soydaşlarımız Qarabağın qaçqınlarına kömək məqsədilə xeyli miqdarda pul 

toplayaraq göndərmişlər. 

 

 



 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə