Rbaycanın əhalisi Plan Əhalinin sayı



Yüklə 28,89 Kb.
səhifə3/6
tarix25.04.2022
ölçüsü28,89 Kb.
#86023
1   2   3   4   5   6
muh 3

III dövr: Müharibədən sonrakı illəri əhatə edir. Bu mərhələdə həm mexaniki

artım, həm də təbii artımda yüksəlis müsahidə olunmus və bununla bərabər

ümumilikdə əhalinin sayında artım bas vermisdir. 1960-65-ci illərdə hər il əhalinin

sayı təqribən 130-150 min nəfər artmısdır. 1970-1980-ci illər təbii artımın nisbətən

asagı olması ilə xarakterizə olunur.

Siyahıyaalınmaya görə, 1970-ci ildə əhali 5 mln, 1979-cu ildə isə 6 mln

nəfər qeydə alınmısdır. Bu mərhələdə respublikada urbanizasiya prosesi daha da

güclənmisdir. 1979-1989-cu illər ərzində Azərbaycanın əhalisi 6,1 mln nəfərdən

7,1 mln nəfərə qədər artmıs, ümumi artım 10% müsahidə olunmusdur. On il

ərzində səhər əhalisi 590 min nəfər və ya 18% artmısdır. 1988-1990-cı illər ərzində

məcburiyyət qarsısında 250 min nəfərdən çox insan respublikaya miqrasiya

etmisdir.

1990-cı illərdən sonrakı dövrdə əhalinin təbii artımı bir neçə dəfə asagı

düsmüsdür. Mexaniki artımda isə yüksəlis müsahidə edilmisdir. əgər 1995-ci ildə

əhalinin sayı 83 min nəfər, 1,08% artmısdırsa, bu göstərici 2000-ci ildə 64 min

nəfər və ya 0,8% olmusdur. 1999-cu ildə Azərbaycanda 8 mln-cu insan dünyaya

gəlmisdir. 2007-ci ildə isə əhalinin sayı 1,3% artmıs və 8532,7 min olmusdur.

Sosial və iqtisadi amillərin əhalinin artımına və digər demoqrafik proseslərin

gedisinə təsiri böyükdür. Sosial sərait cəmiyyətdə səxsiyyətin formalasmasına

hərtərəfli təsir göstərir. Azərbaycanın əhalisi 1999-cu ildən 2007-ci ilə qədər 676

min nəfər və ya 6,8% artmısdır. Respublikada əhalinin formalasmasında əsas yeri

təbii artım tutur. Müasir dövrdə əhalinin təbii artımının hərəkəti daha mürəkkəb və

müxtəlifdir. Bu proses təbii-bioloji əsasa malik olmasına baxmayaraq, sosialiqtisadi

amillərdən çox asılıdır. Sosial-iqtisadi və mədəni amillərin təsirini

müəyyənləsdirmək üçün bir çox məlumatların təhlil olunması vacibdir. Məsələn,

əhalinin cins və yas tərkibi, evlənmə və bosanmaların nisbəti, əhalinin təhsil

səviyyəsi, etnik və ixtisas tərkibi, maddi təminat, mənzil səraiti və s. Müasir

dövrdə əhalinin təhsil və ixtisas tərkibində çox ciddi dəyisiklik nəzərə çarpır.

Aparılan tədqiqatlar göstərir ki, urbanizasiya prosesi gücləndikcə əhalinin təbii

artımı asagı düsür.

əhalinin cins-yas strukturu

Cins-yas strukturu əhalinin ən mühüm xarakteristikalarındandır.

Cografiyasünaslar və iqtisadçılar ölkələrin və bölgələrin əhalisinin yas və cins

tərkibinin öyrənilməsinə böyük əhəmiyyət vermislər. əhalinin yas və cins tərkibi

haqqında məlumatlar əmək ehtiyatlarının, usaqların, təqaüdçülərin

hesablanmasında zəruridir.

Bununla yanası, hər hansı ərazidə təsərrüfat sahələrinin planlasdırılması,

eləcə də əhali tərəfindən çox islənən malların çesidini müəyyənləsdirmək və s.

məsələlərdə əhalinin cins tərkibi öyrənilməli və nəzərə alınmalıdır. Tarixən

Azərbaycanda kisilər qadınlardan üstün olmusdur. Məsələn, 1897-ci ilə görə,

Azərbaycanda 54,9% kisi, 45,1% qadın, 1926-cı ildə 52,4% kisi, 47,6% qadın

olmusdur. 1939-cu ilə görə də kisilər əhalinin tərkibində üstün olmusdur, 51,2%:

Qadınlar isə 48,2% təskil edirdi. Ikinci dünya müharibəsindən sonrakı illərdə

itkilərlə əlaqədar olaraq əhalinin tərkibində qadınlar üstünlük təskil etmisdir. 1999-

cu ildə əhalinin 48,8%-i kisilərin, 51,2% qadınların, 2007-ci ildə isə bu göstərici

49,3% kisilərin, 50,7% qadınların payına düsürdü.




Yüklə 28,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə