Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə9/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   ...   5   6   7   8   9   10   11   12   ...   45

 
37 
1915-1918-ci  il  hadisələrində  döyüşlərin  ən  qaynar 
nöqtəsində  olmuşdu  bu  kişi.  Ona  görə  həqiqəti  yaxşı  bilirdi. 
Sonralar  ermənilərin  uydurduqları  yalanlara  da  inanmırdı.  O 
yalanlara  ki,  güya  türklər  məzlum  erməniləri  öldürmüş, 
onların kökünü kəsməyə çalışmışdılar... 
 Bir  ucu  Türkiyənin  şərqindən,  ta  Naxçıvan,  Zəngəzur, 
Qarabağa  qədər  çox  faciələr  törətmişdilər  bu  ermənilər. 
Qarşılarına  keçən  qocanı,  uşağı  öldürür,  qadınları  zorlayır, 
hamilə qadınların qarnına süngü soxur və bütün bu elədikləri 
vəhşiliklərdən ləzzət alır, şənlənirdilər.  
Canlı  bir  kitabə  kimi  çox  işlərdən,  iştəklərdən  xəbərdar 
idi Əhəd kişi. Ali təhsil almamışdı. Ancaq oxuyanlardan çox 
bilirdi.  Dünyanın  gəlindən-gedindən,  əməllərindən  xəbəri 
vardı.  Böyük  Sovetlər  Birliyi  deyilən  öz  ölkəsini  üzdə, 
görüntüdə  sevsə  də,  daxilən  bu  dövlətin  gələcəyinə 
inanmırdı.  Hələ  bir-iki  dəfə  lap  məhrəm  bildiyi  adamların 
qulağına  da  pıçıldamışdı,  demişdi,  qan  üzərində  qurulan 
dövlətin axırı yaxşı olmaz.  
Finlandiya 
müharibəsi 
başlayanda 
artıq 
əsgər 
çəkmələrini  hazırlamağa  başlamışdı.  Bilmişdi  ki,  dünyanın 
bu təlatümlü çağında cahan savaşının başlamasına az qalıb.  
Müharibə  başlayandan  bir  az  sonra  onu  hərbi 
komisarlığa  çağırıb,  davaya  göndərmişdilər.  O  yerlərdən, 
odun-alovun  içərisindən  vaxt  tapıb  ailəsinə  məktublar 
yollayırdı.  Sonra  o  məktubların  ardı  kəsildi.  Və  daha  sonra 
poçtalyon onun qara kağızını gətirdi. 
Bitdi  Əhəd  kişinin  ömrü.  Amma  deyirlər,  biri  öləndə 
mütləq  onun  yerinə  bir  başqası  doğulur.  Elçinin  dünyaya 
gəlməsinə  hələ  xeyli  illər  qalırdı.  Bu  illər  ərzində  dünyada 
Əhəd  kişinin  oxşarı  yarandı,  yaranmadı,  orasını  bilmədilər. 
Ancaq  1964-cü  ildə  yeni  doğulan  uşaq,  deyilənə  görə,  onun 
 
38 
tam  oxşarı  idi.  Həm  boy-buxunca,  həm  sifətcə,  həm  də 
əməllərin eyniliyi ilə...  
Bunları  tələbə  yoldaşlarına  danışanda,  daxilən  bir  qürur 
hissi  keçirirdi  Elçin.  O  anlarda  Əhəd  baba  düz  gəlib 
gözlərinin  önündə  dayanırdı.  Həyatda  görmədiyi,  səsini 
eşitmədiyi  Əhəd  baba...  Elə  bil,  onun  səsini  də  eşidirdi.  O 
məğrur  səs  Elçinə  öyüd-nəsihət  verir,  sabahın  yollarını 
göstərirdi. Və babasını görmədiyinə görə müharibə salanlara, 
insanları  isti  evindən  soyuq  səngərlərə,  sonra  da  ölümə 
aparan tiranlara nifrətini bildirir, onları xoş olmayan sözlərlə 
yad edirdi.  
Çox  qəribə  idi,  Elçin  hər  dəfə  atasına,  anasına  hesabat 
verəndə  bir  də  məqam  tapıb  babasının  ruhuna  hesabat 
verməyi lazım bilirdi.  
“-Bu gün əla aldım, baba. 
-Əhsən, oğul balam... 
-Bu gün də beş aldım. 
 -Oy, nə yaxşı, əhsən sənə, oğlum... 
-Bu gün Moskvaya gedirəm. 
-Nəyə gedirsən? 
-Tələbələrin konfransına. 
-Eşq olsun sənə!.. 
-İnstitutu fərqlənmə diplomu ilə bitirdim. 
-Sağ ol, oğlum, ruhumu şad elədin...” 
Belə  vaxtlarda  babasının  qəbri  üstə  getmək,  onu  yad 
eləmək,  ruhuna  dualar  oxumaq  həyatda  ən  böyük  arzusu 
olurdu.  Nə  yazıqlar  ki,  o  qəbir  çox-çox  uzaqlarda, 
bilinməyən, tanınmayan yerlərdə idi. Ancaq yenə də xəyalən 
babasının  döyüşdüyü  yerlərə  gedir,  oralarda  bir  “qardaşlıq 
qəbristanlığı”  tapıb,  babasını  yad  eləməklə  özünə  təskinlik 
verirdi.  


 
39 
Elçin  xəyallar  qatarının  sərnişini  olan  vaxtı  çox  şeylər 
haqqında  düşünürdü.  Olanları,  keçənləri,  ötənləri...  Bir  də 
onu  düşünürdü,  düşünürdü  görəsən,  o,  Əhəd  babasını 
görsəydi, indidən çoxmu fərqlənən bir insan olacaqdı? Bəlkə 
uşaq çağlarında babası ona qəribə nağıllar danışacaqdı?! Elə 
nağıllar  ki,  o  nağılların  ətəyindən  tutub,  lap  uzaqlara 
gedəcəkdi?  Elə  uzaqlara  ki,  o  uzaqlardan  vətən  daha  aydın 
görünəcəkdi.  Və  o  uzaqdan  daha  aydın  görünən  vətənə 
bundan da yararlı övlad olacaqdı!.. 
Elçinin  qoçaqlığını,  zəhmətsevərliyini  də  babasına 
bənzədirdilər. 
Müharibə 
Əhəd 
kişinin 
ömrünə 
son 
qoymasaydı,  bəlkə  də  o,  özünün  bənzəri,  ciyərparası  Elçin 
üçün  öyünər,  fəxrlə  ona  baxıb,  sinədolusu  “ot  kökü  üstə 
bitər”-  deyərdi.  Yaşasaydı,  bəlkəsiz  belə  olacaqdı.  Çünki 
Elçin  yuxularında  hər  zaman  babasının  onunla  öyündüyünü 
görmüşdü.  
 
 
40 
 
 
 
 
 
POETİK DÜNYANIN İŞIĞI 
 
Öndə  qeyd  olunduğu  kimi,  Elçinin  poetik  dünya  ilə  ilk 
tanışlığı  çox  erkən  başlamışdı.  İlk  sevgisindən,  dünyanı 
tanımasından  da  əvvəl...  Onda  hələ  Elçin  dünyanı  başqa 
rəngdə  görürdü.  Cahan  gözündə  yeddi  rəngli,  min  ahəngli 
çalarsız  gözəlliyi  ilə  onun  ruhunu  oxşayırdı.  Hələ  qəmdən, 
kədərdən,  dünyanın  gəlişindən,  gedişindən,  kinindən, 
küdurətindən,  məkrindən,  hiyləsindən,  yalanından,  şərindən, 
böhtan və iyrənc işlərindən xəbərsiz bir uşaq ömrü yaşayırdı. 
Elə bu gördüyü gözəlliklər bu erkən çağında onu əlinə qələm 
götürməyə,  bacardığı  formada  dünyanı  poetik  rənglərlə 
bəzəməyə  vadar  eləmişdi.  İlk  şerini  bir  müəlliməsinə  həsr 
eləmişdi.  Buna  şeir  demək  olardı,  ya  olmazdı  –  orasını  hələ 
bilmirdi.  Yazdığını  bir  kimsəyə  göstərməyə  də  cəsarəti 
çatmırdı.  Qorxurdu  birdən  onun  yazdığını  bəyənməzlər, 
gülüb,  lağa  qoyarlar.  Axı  uşaq  olsa  da,  elə  uşaq  fəhmi  ilə 
dərk  edirdi  ki,  Azərbaycan  deyilən  məmləkətdə  şeir  yazmaq 
asan  məsələ  deyil.  Axı  bu  torpağın  dahi,  böyük,  şedevr 
şairləri  olub.  Elə  şairləri  ki,  yazdıqları  poetik  nümunələrlə 
bütün  dünyanı  mat  qoyublar.  Nizami  Gəncəvi,  Məhəmməd 
Füzuli,  Şah  İsmayıl  Xətai,  İmadəddin  Nəsimi,  Məhsəti 
Gəncəvi,  Seyid  Əzim  Şirvani,  Hüseyn  Cavid,  Səməd 
Vurğun...  Bu  dahilərin  ruhu  önündə  özündə  cəsarət  tapıb 
əlinə  qələm  götürmək,  şeir  yazmaq  heç  də  asan  iş  deyildi. 
Uşaq ağlı ilə bunu bilirdi Elçin. Ancaq yenə də qələm, dəftər 


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə