Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə11/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   ...   7   8   9   10   11   12   13   14   ...   45

 
45 
         
 
 
    Atası Barat müəllim                   Anası Elmira xanım 
 
 
 
Şuşa. İsa bulağı, 1987. Şuşalı və Atalı günlər 
 
46 
 
 
Aydan, Babası və Nənəsi 
 
 
 
Elçin, Anası və Nənəsi 


 
47 
    
 
 
 
 
     
 
         
 
 
Ömrün müxtəlif anları 
 
48 
 
 
Afət və Elçin, Ağdam, 1988 
 
 
 
Afət, Atası və Qardaşı 


 
49 
 
 
Qrup yoldaşı Bəylər Abbasovla. Xarkov, 1985 
 
 
 
30 illik yubiley. Gəncə Dövlət Universiteti.  
Tələbələri, Ayşən və Aydanla 
 
50 
 
 
Qızı Ayşənlə 
 
 
 
 Maral göl, 2004 


 
51 
 
 
 
 
Gəncədə yaşanan unudulmaz anlardan 
 
52 
 
 
 
 
 
 
Ötən günə gün çatarmı?!. 
 


 
53 
 
 
 
 
 
GƏNCƏDƏN GƏLİRƏM, YÜKÜM... KİTABDI 
 
Onun  lap  gənc  alim  olmaq  arzusu  ürəyində  qalsa  da, 
Lomonosova  çatmaq  istəyi  hələ  də  qəlbində  boy  verirdi.  O 
vaxt  çıxmış  yeni  qanuna  görə,  aspiranturaya  daxil  olmaq 
üçün iki il istehsalat təcrübəsində olmalıydın. Elçin könülsüz 
də olsa, bu iki illik təcrübəni keçməli idi.  
Onu  Gəncə  Avtomobil  zavoduna  göndərdilər.  Yeni 
mühit, ilk dəfə gördüyü texnoloji avadanlıqlar, tanış olmadığı 
iş  sistemi,  tanımadığı  adamlar...  İlk  vaxtlar  ona  ağır  gəldi. 
Əsgərliyə  gedib,  günlərini  sayan  adamlar  kimi  ötən  hər 
gününü bir qənimət hesab elədi. Ancaq insan  elə məxluqdur 
ki,  dayandığı,  nəyəsə  maraq  göstərdiyi  yerlərə  tez  isinişə 
bilir.  Elçinə  də  az  müddətdən  sonra  çox  şey  maraqlı 
görünməyə  başladı.  Xüsusən,  texnoloji  avadanlıqların  iş 
sistemi  ona  çox  qəribə  göründü.  Bir  də  adamlar  doğma 
gəldilər  ona.  İlahi,  bu  yerlərin  adamları  necə  də  tez  bir 
zamanda qaynayıb qarışırlar. Heç iki ay ötməmiş bu adamları 
lap  əvvəldən  tanıyırmış  kimi  doğma  bildi  özünə.  Və  çox 
qəribə idi ki, indidən onlardan ayrılmağın çətinliyi haqqında 
düşünməyə başlamışdı.  
Nazlı  Gəncə...  Azərbaycanın  nur  qönçəsi...  Nizami 
yurdu...  İndi  Elçinə  çox  şeylər  aydın  olmuşdu.  Bu  yerlərdə 
yaşayan  elə  Nizami  Gəncəvi  olar.  Hər  dəfə  şəhərə  çıxanda, 
onun  mərkəzini,  ətrafını  gəzib-dolananda  bu  qəribə  fikirlər 
qəlbinə  hakim  kəsilirdi.  Bir  də  bu  yerlərin  tarixi,  keçmişi, 
ötən  günləri  bir  kino  lenti  kimi  gəlib  gözlərinin  önündən 
 
54 
keçirdi. Elə bil, o dövrləri yaşamışdı, o günlərin canlı şahidi 
olmuşdu.  O  günlərin  ki...  O  günlər  haqqında  kitablarda  o 
qədər də düzgün, səhih məlumatlar verilmirdi. Və bəzən çox 
böyük  yanlışlıqlar,  yalanlar,  böhtanlar  kitablarda  özünə  yer 
tapırdı.  Ancaq  bəzi  həqiqətləri  gizlincə  əldə  elədiyi 
kitablardan  tapıb  oxuya  bilirdi.  Ona  görə  bu  yerləri  canlı 
gördüyünü düşünürdü. 
Gör  bu  qədim  yurdun  başına  nə  oyunlar  gətirmişdilər. 
Əvvəl  heç  dilə  də  düz-əməlli  yatmayan  bir  qondarma  ad 
yapışdırmışdılar bu şəhərə: Yelizavetpol... Allah, bu qədər də 
haqsızlıq  olardımı?  Rus  çariçası  Yelizaveta  hara,  Gəncə 
hara?  Elə  bil,  bununla  bu  yerlərin  adamlarına  əzab  verib, 
öldürmək  istəyirdilər.  Heç  olmasa,  Yeliza  desəydilər,  bir  az 
qısa  ifadə  etsəydilər,  adamlara  bu  qədər  dərd,  ağrı 
verməzdilər.  Elə  bilərdilər,  Yeliza  da  hansısa  bir  türk 
sözünün  törəməsidir.  Ancaq,  Yelizavetpol...  Bu  faciə  idi  və 
bu  faciəni  yaşamaq  qürurlu  insanlar  üçün  heç  də  asan 
deyildi.  Məsələ  burasındaydı  ki,  belə  qədim  kökü  olan, 
böyük  ənənələrə  söykənən  şəhərin  adamları  çox  qürurlu 
olurlar.  Deməli,  belə  adın  altında  yaşamaq  onlar  üçün 
çəkilməsi ağır olan işgəncə idi.  
Daha  sonra  şəhərin  adını  yenə  dəyişib  Kirovabad 
qoydular.  Kirovabad...  Yelizavetta  getdi,  Sergey  Mironoviç 
gəldi.  İlahi,  dərdə  bax,  bu  məkanın  yerli  sakinləri  bir  yana 
qalmışdılar, gəlmələr gündə şəhərə bir ad qondarırdılar.  
Kirov...  Bu  adam  kim  idi  axı?  Azərbaycan  dövləti 
qarşısında  hansı  xidmətləri  olmuşdu?  Gəncə  camaatına  nə 
yaxşılığı keçmişdi? Bakının ən hündür yerində onun əzəmətli 
abidəsini  ucaltmışdılar.  Oradan  o,  Bakıya,  Bakının 
çoxmillətli  əhalisinə  əl  sallayırdı.  Onda  hələ  Şaumyanın  da 
abidəsi  önünə  gül-çiçək  dəstələri  düzürdük.  Elə  bilirdik  bu 
adam yaxşı adam olub, bizi ağ günə çıxardıb. Onun haqqında 


 
55 
filmlər  çəkir,  kitablar  bağlayır,  az  qala  barəsində  əfsanələr 
yaradırdıq...  Daha  sonra,  lap  sonralar  anladıq ki...  Demə,  bu 
quldur  soyumuza,  kökümüzə  qənim  kəsilən  bir  cani  imiş. 
Bunları anlayanda, artıq iş-işdən keçmişdi.  
Sergey  Mironoviç  Kirov  da  onun  kimi.  Onun  göyə 
yüksələn  qolunu  qırıb,  abidəsini  aşıranda,  Gəncənin  üstünə 
çökmüş  qəm  haləsi  kimi  adını  yığışdırıb,  şəhəri  süni 
nəfəsdən  azad  edəndə,  bəlkə  heç  onun  ruhu  da  incimədi. 
Çünki  keçmişdə  elədiyini  eləmişdi.  Onun  bu  yurda  vurduğu 
yaraları  sağaltmaq  üçün,  bəlkə  də,  neçə-neçə yüz  illər  lazım 
olacaqdı.  
Elçin  öz  yaxınları  arasında  bu  şəhərə  Gəncə  deyirdi. 
Kirovabad  sözü  heç  dilinə  yatmırdı.  Elə  bil,  yüz  ilin  Hacı 
Məhəmmədinin  adını  dəyişib,  Seryoja  qoymuşdun.  Amma 
Gəncə  sözünü  çoxunun  yanında,  həm  də  ucadan  demək 
qorxulu idi. Onda gərək Dövlət Təhlükəsizlik idarəsinə gedib 
izahat  verəydin,  Kirovabada  Gəncə  deməyinin  bədəlini 
ödəyəydin.  Ha  çalışlb,  vuruşaydın,  yüz-yüz,  min-min  dürlü 
faktlar  gətirəydin, bu şəhərin dədə-babadan Gəncə olduğunu 
sübuta  yetirəydin,  yenə  xeyri  yox  idi.  Kor  tutduğunu 
buraxmadığı  kimi  bunlar  da  səni  buraxmazdılar.  Ən  azı 
kürəyinə bir şiddətli töhmət yapışdırıb yola salardılar. Sonra 
da  dönə-dönə  tapşırardılar  ki,  özünü  yaxşı  apar,  danışığına 
fikir ver, yoxsa... Bu yoxsanın sonrası çox böyük faciələrdən 
xəbər  verirdi.  O  faciələr  haqqında  Elçin  yaşlı  adamlardan 
eşitmişdi.  Onu  da  eşitmişdi  ki,  bu  yoxsanın  sonrasında 
görkəmli  şairimiz  Hüseyn  Cavidin  başına  nə  oyun 
gətirmişdilər.  Sonra  da  Bəxtiyar  Vahabzadənin.  “Şəki 
fəhləsi” qəzetində dərc olunmuş  “Gülüstan” poemasına  görə 
milli-vətənpərvər şairi az qala dar ağacına çəkəcəkmişlər. O, 
bu fəlakətdən zor-bəla canını qurtara bilmişdi. Bundan sonra 
uzun  müddət  danışmağı,  yazmağı  ona  yasaq  eləmişdilər. 
 
56 
Nəyə  görə?  Ona  görə  ki,  o  poemada  şair  həqiqəti  yazmışdı. 
Vətəni iki yerə bölən namərdləri öz qələmi ilə qamçılamışdı.  
Daha bir sözardı: 
Sonralar  Bəxtiyar  Vahabzadə  ilə  münasibət  quranda, 
onunla  yaxınlıq  edəndə  şair  ona  əllinci  illərin  sonunda  baş 
verən  bu  hadisədən  danışardı.  Yana-yana,  qovrula-qovrula... 
Sonra da sözlərini nikbin notlarla bitirərdi. Deyərdi, yüz belə 
imperiyalar ola, qan içən hökmdarlar meydan sulaya, yenə də 
millətin  birliyini  əlindən  ala  bilməzlər.  Vaxt  gələr  bu 
haqsızlıqlar  yerini  haqqa  verər.  O  zaman  bütün  bu  ayrılıq 
ağılarının  yerini  vüsal  nəğmələri  doldurar...  Bəxtiyar 
Vahabzadə  ona  həm  də  Məhəmmədhüseyn  Şəhriyardan 
danışardı.  Onun  həsrət  və  intizar  şeirlərindən  sitatlar 
gətirərdi.  
 
Heydərbaba, gün dalını dağlasın, 
Üzün gülsün, bulaqların çağlasın, 
Uşaqların bir dəstə gül bağlasın, 
Yel gələndə ver gətirsin bu yana, 
Bəlkə mənim yatmış bəxtim oyana
 
Böyük  şairin  söhbətləri  ona  o  qədər  təsir  edirdi  ki,  o 
təsirdən uzun müddət çıxa bilmirdi. Belə vaxtlarda gücü heç 
nəyə  çatmayanda,  qələmindən  dayaq  tutub,  üzü  işığa  sarı 
getmək  istəyirdi.  O  işığa  çatmağın  yollarını  arayırdı.  Və 
inanırdı.  İnanırdı  bir  gün  o  işığa  qovuşacağına.  O  gün 
millətin  ən  böyük,  ən  ulu,  ən  müqəddəs  bayram  günü 
olacaqdı. O günün bir gün gəlib yetişəcəyinə şəksiz bir inam 
bəsləyirdi... 
Hələliksə... 
İstehsalat təcrübəsi keçə-keçə bir an da olsun kitablardan 
ayrılmırdı. Yatanda da mütləq sinəsində bir kitab yatırdı. Elə 


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə