25
deyilmələr çox idi. İti məntiqlə düşünəndə bu yalan-palanlar
görünürdü. Və o yalanların çoxunda zərbə yenə bizə dəyirdi.
...Bu gün müəllim nədənsə dərsə gəlməmişdi. Direktor
onu yanına çağırdı. Dedi, eşitmişəm, sən hələ birinci sinifdə
sinif yoldaşlarına dərs demisən? Bu günkü dərsi apara
bilərsənmi? Elçin başını aşağı saldı... Bir azdan onu həmin
sinifə dərs deməyə göndərdilər.
Yadına gəlirdi. Doğrudan da birinci sinifdə oxuyanda,
sinif yoldaşlarına dərs demişdi. Sinif müəllimləri Həmid
müəllim xəstələndiyindən məktəbə gələ bilməmişdi. Dərs
hissə müdiri Rəfiqə müəllimə onu müəllim kimi sinifə
yolladı...
Sonralar Rəfiqə müəllim bu mövzuya qayıdacaqdı.
Deyəcəkdi, ay Elçin, onda sizin sinifinizə dərs deməyə başqa
müəllim göndərə bilərdik. Amma mən səni göndərdim.
Çünki artıq sən məktəbə gələndə birinci sinifin proqramını
bilirdin. İndidən mən səni bir müəllim kimi sınaqdan
çıxarmaq istəyirdim.
Dərsi pis aparmadı Elçin. Uşaqlar da onu yoldaşları
bilib, lağa qoymadılar.
Yuxarı sinifdə dediyi dərs də onun üçün çətin
keçməmişdi. Sanki bu işin səmtini bilirdi artıq. Ancaq o, çox
arzulayırdı ki, belə dərslərdə öz əlavələrini də edə bilsin.
Amma çəkinirdi. Bilirdi ki, proqramdan kənara çıxmaq bu
dövlətdə inqilab eləməyə bərabər bir iş idi. Və o, bu inqilabı
təkbaşına edə bilməzdi. Belə müəllimlər haqqında eşitmişdi.
Onların aqibətindən də xəbərdardı. Ona görə proqramdan
kənar uşaqlara bir söz demirdi. Amma öz ürəyində hər
kitabda yazılana əlavələrini edib, sonra tək-tənha qalanda bu
əlavələrlə əlləşirdi.
Zaman su kimi axıb gedirdi. Heç özləri də hiss eləmədən
bığ yerləri tərləmişdi. Küncdə-bucaqda, gizlin bir yerdə
26
üzlərini təraş edən uşaqların sayı günü-gündən çoxalırdı.
Qəribəsi orasındaydı ki, üzlərini təraş eləmələrini öz sinif
yoldaşlarından da gizli saxlamağa çalışırdılar. Sinif
yoldaşları olan qızlar da artıq qızlar bulağından su içirdilər.
Həftədən-həftəyə,
aydan-aya
gözəlləşir,
qəşəngləşir,
dəyişirdilər. Daha o qızlar deyildilər. O qızlar ki, bir-iki il
bundan əvvəl oğlanları bezdirir, onları dağa, divara
dırmaşdırır, dil boğaza qoymadan danışır, dərs vaxtı da
oğlanların fikrini dağıdırdılar.
Ayrılıq vaxtı çatanda üzlərindəki qəm haləsini üzaqdan
sezmək olurdu. Yazın tez bitməsini, məktəbin qurtarmasını
istəmirdilər sanki. Heç səkkiz illiyi bitirəndə səkkiz illik
yoldaşlıqdan ayrılığın həyacanı bu qədər olmamışdı.
Görünür, yaşın müəyyən həddində insanların bir-birinə
bağlanma telləri daha güclü və möhkəm olur.
Amma yaz bitdi. On illik təhsil başa çatdı. Ayrılıq anları
yetişdi. Yenə vida mərasimi, yenə müəllimlərin xoş sözləri,
qızların göz yaşları... Yenə ən çox Elçindən danışdılar. Hər
müəllim çıxışının bir bəndini Elçinə həsr edirdi. Ona
məktəbə baş ucalığı gətirdiyi üçün minnətdarlıq edir, xoş
arzularını çatdırır, gələcək həyatında ondan böyük uğurlar
gözlədiklərini gizlətmirdilər. Bu anlarda Elçinin ürəyi quş
ürəyi kimi çırpınırdı. Ayrılıq havası bir yana, müəllimlərin
onun üzərinə qoyduqları məsuliyyət hissi, bir yandan da ata-
anasının ümid dolu baxışları onu həyəcanlandırırdı.
On illik təhsili bitirmək işin hələ çox cüzi bir hissəsi idi.
Hər şey bundan sonra başlanırdı. On illiyi müvafiq
qiymətlərlə bitirib, sonra heç nəyə nail olmayan adamlar
haqqında çox eşitmişdi. Hətta ali məktəbi əla qiymətlərlə
bitirən adamlar vardı ki, sonda heç nəyə nail olmamış,
tamam başqa bir işin qulpundan tutub yaşamağa məcbur
olmuşdular. Yaşının az olmasına baxmayaraq, Elçin bunları
27
bilirdi. Bilirdi ki, savadlı, kəlləli olmaq heç də işin hamısı
deyil. Bu savada, bu biliyə zəhmətin ətri qatılmasa çox işlər
yarımçıq qala bilərdi. Bəzən filosoflar zəhmətin hər bir işdə
öndə olduğunu vurğulayırdılar. Hətta bəzi filosoflar
müvəffəqiyyət qazanmağın formulasını cızanda on faiz
savadın müqabilində doxsan faizi zəhmətə verirdilər. Bu bir
qədər mübahisəli fikir olsa da, həqiqətə oxşar şeylər də
tapmaq olardı. Axı beynin bilgisayar olsa belə, zəhmət
çəkib, tər axıtmağa təpərin yoxsa, uğur qazanmaq imkanların
sıfır həddinə enəcək. Ərdəmli olmaq, zəhmətə qatlaşmaq, bir
qara fəhlə kimi çalışmaq gələcək işıqlı həyatının əsas
qayəsidir.
Bunları bilirdi Elçin. Buna görə öz çıxışında həyəcanını
çətinliklə boğub, müəllimlərə (elə ata-anasına da) söz verdi.
Dedi, gecə-gündüz çalışacağam, oxuyacağam, elmin sirlərinə
vaqif olacağam. Sizlərin, yurdumun, elimin, vətənimin adını
ucaltmaq üçün bütün gücümü, qüvvəmi səfərbər edəcəyəm.
Sonda lap kövrələ-kövrələ “ Elə edəcəyəm ki, mənə görə nə
siz müəllimlərim, nə sinif yoldaşlarım, nə də valideynlərim
utanclıq hissləri keçirməyəsiniz”-deyərək, tribunanı tərk
elədi.
Alqışlardan qulaq tutulurdu. O alqışlar bir xoş Tanrı
küləyi kimi onu götürüb uzaqlara, lap uzaqlara aparacaqdı. O
yolun başlanğıcındaydı hələ. Müəllimlərin ona fərəhlə
təqdim etdikləri qızıl medal isə bir parlaq şölə kimi onun
ömür yoluna nur çiləyəcəkdi...
28
TƏLƏBƏLİK İLLƏRİ
VƏ YAXUD İSGƏNDƏROV DÜSTURU
Bu da yeni məkan...
Yeni dövrün başlanğıcı...
Yeni şəhər, yeni adamlar...
Sanki bir başqa planetə düşmüşdü. Əvvəl ona elə gəlirdi
ki, bu şəhərə öyrənmək onun üçün çətin olacaq. Yuvasını
itirmiş quş kimi çırpınır, hara gedəcəyini, hardan gələcəyini,
harda dayanacağını bilmirdi. Amma... Bu Bakıdı. Onun
maqnit kimi adamları özünə çəkən gücü var. O maqnit Elçini
də bu şəhərə çəkdi, bağladı, qopmağa qoymadı. İlk vaxtlar
ona çox balaca, darısqal, yöndəmsiz görünən tələbə
yataqxanası indi elə böyük, əzəmətli görünürdü ki. Lap şah
sarayı kimi. Bir də axı başı qarışıq idi, oturub nələrisə
müqayisə eləməyə, nəyin yaxşı, nəyin pis olduğunu arayıb
axtarmağa vaxtı-məqamı da yox idi.
Azərbaycan
Politexnik
İnstitutunun
Mexanika
fakultəsinə daxil olmuşdu. Bu elə bir sahə idi ki, bir an
oxumasını zəiflətsə, xırda bir tənbəllik azarına yoluxsa,
gecikə bilər, çıxdığı uzun və çətin yoldan aralı düşə bilərdi.
Onun üçün gündüzünü gecəsinə qatmalıydı. Kitablarla yatıb,
kitablarla qalxmalıydı. Yaxşı ki, bu ötən illər sevgili deyilən
kitaba yar olmağı bacarmışdı. Elə bir gün olmurdu ki,
dərslərindən savayı iki-üç kitaba sığal çəkib, boyunu
oxşamasın. Hansı yöndə olursa-olsun-iqtisadiyyatdan bəhs
Dostları ilə paylaş: |