33
Xəzərdən qanadlanıb
atını göy qurşağına çap.
Bakıda didərgindi
Şuşalı göy qurşağı.
Gözləri Şuşaya sarı
tumurcuqlayan oğlan!
Şuşada ilk uşaqlıq çağlarını yaşasa da, nədənsə özünü bu
yurdun övladı sanırdı. Əslində vətənin hər bir qarışı onun
üçün doğma və əziz idi. Ancaq Şuşada özünə qarşı qəribə bir
məhrəmlik duyğuları hiss edirdi. Elə bil, bu yurdun hər daşı,
hər qayası, suyu, çiçəyi, ağacı, göy qurşağı, buludu, yağışı da
onun üçün bir başqa anlam daşıyırdı. Və bu anlamın hardan,
nədən qaynaqlandığını heç özü də bilmirdi.
Burada olduğu üç-dörd saat ərzində hər nə görürdüsə,
gözlərinin bəbəyinə yığmaq istəyirdi. Beyninin yaddaş
koduna həkk eləməyə çalışırdı.
Bir haşiyə:
Zaman keçib, vaxt ötəndən Şuşasız günlərə düşəndən
sonra beyninə həkk elədiyi o xatirələrin onun üçün çox
faydası oldu. Ən azı tamam Şuşasız qalmadı. Xatirələrində
qalmış cığırın izi ilə tez-tez oralara getdi, gəzdi, dolandı,
daşa, torpağa sığal çəkdi, qayıdıb yenə Şuşanın solğun,
küskün şəkilləri ilə üzbəüz qaldı...
Şuşadan qayıdıb gələndən sonra məqam tapıb qələminə
güc verirdi. Üçüncü sinifdə oxuyandan həm də poetik aləmin
sirli-sehrli cazibəsinə düşmüşdü axı. Şeirlər yazırdı. Bu
barədə bir az sonra... Hələliksə, Şuşalı, Ağdamlı yolların
işığında yol gedirdi. Qayıdıb yenə Bakıya gəlirdi. Üç gün
ötməmiş yenə o yerlər üçün darıxırdı. Amma özünü tuturdu,
saxlayırdı. Lap tez-tez gedib gəlmək istəmirdi. Axı o, Bakıya
vacib bir missiya arxasınca gəlmişdi. Oxumaq, öyrənmək,
nələrsə qazanmaq, nələrəsə nail olmaq, bir sözlə, özünü
34
tapmaq missiyasının arxasınca. Ona görə bir fikri o yerlərdə
olsa da, başqa, ən vacib xəyalı oxumasının yanındaydı. Fikri,
düşüncəsi dağılsaydı o zəhmli, tələbkar müəllimlərdən-
professorlar Nadir Qasımzadədən, Niftulla Qədirovdan,
Salman Qarayevdən əla qiymətlər ala bilərdimi? Xüsusilə,
Salman müəllimdən beş almaq tələbələrin ən böyük
arzusuydu. O, isə alırdı, ala bilirdi. Öz zəhmətinin,
əziyyətinin, yuxusuz gecələrinin barını dərirdi. Uşaqlar
Salman müəllimdən dad qılanda, o, gülümsəyirdi, deyirdi,
vallah, Salman müəllim mənim nə qohumum, nə tanışım
deyil. Sadəcə, oxuyub, əziyyət çəkib, qiymət alıram. Siz də
zəhmət çəkin, oxuyun, qiymət alın. Elə bilirsiniz mənim
könlümdən keçmir kinoya, teatra getmək? Keçir, özü də
necə. Bir dəfə dram teatrda tamaşaya baxmağı dünyaya
dəyişmərəm. Ancaq dərslər imkan vermir. Bu semestrin
havası getməmiş o biri semestrin vaxtı yetişir.
Uşaqlar onun bu sözlərinin qarşısında bir söz deyə
bilmir, daha Salman müəllimin arxasınca danışmaqdan da əl
çəkirdilər.
Amma göyərçinin dimdiyində də olsa, idmanla məşğul
olmağa vaxt tapırdı. Gündə bir saat, uzağı iki saat. İnstitutun
idman zalında həm güləş, həm də ağırlıq qaldırma növləri ilə
məşğul olurdu. Bu növlərdə qırx səkkiz kiloqram çəki
dərəcəsində onun qolunu bükən tapılmırdı. Hərdən yoldaşları
zarafat edirdilər, deyirdilər, yaxşı, beynin var oxumaqda bizi
üstələyirsən, bəs bu güc səndə hardandır? Belə olanda Elçin
yoldaşlarını başına yığıb, onlara babasından danışırdı...
35
ƏHƏD BABANIN MƏRDLİYİ
Yoldaşlarına deyirdi, qohumlarım, babamı tanıyanların
hamısı məni Əhəd babama bənzədirdilər. Atamın atası Əhəd
babama.
Əhəd babam çox mərd kişi idi. Nəinki öz rayonlarında,
ətraf bölgələrin hamısında qoçaqlığı, mərdliyi ilə ad
qazanmışdı. Yaşlı adamlar danışırdılar onun mərdliyindən.
Deyirdilər, onun qolunun gücü qarşısında dayanan az olardı.
Hələ o qanlı çağlarda, erməni davası olan vaxtda onun
igidliyini görmüşdülər. Elə bir döyüş olmazdı ki, Əhəd o
döyüşdən erməni öldürməmiş qayıtsın. Ermənilər də onun
şücaətindən xəbər tutmuşdular. Onu öldürmək, aradan
götürmək üçün planlar cızır, lakin onu qurduqları pusquya
sala bilmirdilər. Bir ağır döyüşdə kişini ağır yaralayırlar. Elə
mövqedə imişlər ki, oradan çıxmaq, öz tərəflərinə qaçmaq da
mümkün deyildi. Belə vaxtda qanının qurtaracağını görən
Əhəd kişi belinin kəməri ilə yarasını bağlayır. Bir gün
ərzində beləcə yaralı halda dağda-daşda ermənilərin
gözündən yayınır. Evlərinə gəlib yetişəndə qanının
azaldığından danışmağa da taqəti olmur. Özünü qaydaya
salıb, yenə düşmənin üzərinə yürüyür. Yaralı aslan kimi bu
dəfə bir neçə ermənini təkbaşına məhv edir...
Babası olduğuna görə belə danışmırdı Elçin. Həqiqətən
Əhəd kişi öz igidliyi, mərdliyi ilə ad qazanmışdı. Çətin
məqamlarda adamlar onun yanına gələrdilər. Ondan bir yol,
36
məsləhət alardılar. Əhəd kişi də aram-aram gələnləri
dinləyər, çıxış yolunu onlara deyərdi.
Keçən əsrin əvvəllərində ermənilər yenə də öz
havadarlarının diktəsi ilə türklərə qənim kəsilmişdilər. Bu iki
millətin düşmənçiliyi çox qədim zamanlara gedib çıxırdı.
Baxmayaraq ki, Tanrının bir çətirinin altında yaşayırdılar, bir
havanı udurdular, bir yeməyi yeyir, bir musiqiyə
köklənirdilər, hətta, qohum, kirvə olurdular, amma məqam
düşən kimi hay deyilən ermənilər bütün bu münasibətləri,
türklərin onlara etdikləri yaxşılıqları unudub, arxadan zərbə
vururdular. Babək zamanından belə olmuşdu. Hələ ondan da
qabaq.
Burada yenə bir haşiyə:
Şah İsmayıl Xətainin zamanında İrəvan hökmdarı Rəvan
xan Şah İsmayıla məktub yollayır. Məktubda o, təlaşla
bildirir ki, hansı qüvvələrsə erməniləri iki-iki, üç-üç bizim
mahalın kəndlərində məskunlaşdırırlar. Bunun qarşısı
alınmasa, gələcəkdə bizim üçün çox çətinliklər olacaq. Çünki
onlar hər zaman məskunlaşdıqları yerlərdə bir az çoxalan
kimi faciələr törədiblər, yerli əhalinin isti aşına soyuq su
qatıblar.
Sonra Rəvan xan Şah İsmayıldan onları buralardan
qovmaq üçün izn istəyir. Lakin yazılı mənbələrdə bilinmir,
bilinmir ki, Şah İsmayıl Xətai Rəvan xanın məktubuna hansı
münasibət bildirib.
Deməli, bu millət lap qədim zamanlardan başqa millətlər
üçün baş ağrısı olublar.
Bunlardan danışırdı Əhəd kişi. Camaata ayıq-sayıq
olmağı tapşırırdı. Deyirdi, evinizdə çörək yeyən erməni
kirvələrinizə də inanmayın. Ona görə ki, məqam düşən kimi
çörək yedikləri qaba tüpürə, xəyanət edə bilərlər.
Dostları ilə paylaş: |