21
həqiqətləri öz ağıl süzgəcindən keçirib, qəlbinin, ruhunun
mayasına hopdururdu.
Beləcə, səkkiz ilin nə vaxt gəlib ötdüyünü bilmədi. Bir
də baxdı ki...
...Bu gün Əhmədavar kənd səkkizillik yarımorta
məktəbinin buraxılış günü idi. Hamı bəzənib-düzənmiş, şax
geyinmişdi. Valideynlərin də üzündən bəxtəvərlik seli
süzülürdü. O valideynlərdən biri də Elçinin atası idi. Bilirdi
ki, müəllimlər onun oğlunu o ki var tərifləyəcəklər, xoş
sözlər deyəcəklər. Elə düşündüyü kimi də oldu. Çıxış edən
müəllimlərin,
demək
olar,
hamısı
Elçinin
yüksək
intizamından, dərsləri qavrama qabiliyyətindən, məktəbdə
xoş izlər qoymasından danışdılar. Sonra da tərifnamə ilə onu
mükafatlandırdılar. Bu onun həyatında qazandığı, hələlik, ən
böyük mükafatı idi. Rəsmi hissədən sonra bədii hissə də
keçirdilər. Musiqi nömrələri, şeir parçaları ilə səkkiz illiyi
bitirənləri yola saldılar. Onlara uğurlar dilədilər. Yollarının
işıqlı olmasını arzuladılar...
Artıq yeni bir yola çıxırdı Elçin. Məsuliyyəti bir az da
artırdı. Bu yeni yol onu hara aparacaqdı? Çətinliklər onu
yorub, yarı yolda saxlamayacaqdı ki? Bütün bunları izləmək
üçün gərək mənim bu kitabıma yol yoldaşlığı edəsiniz. Onda
hər şeyi biləcək, xəbərdar olacaqsınız...
22
YENİ YOLUN CIĞIRLARI
Artıq məkan dəyişmişdi. İndi də Ağdamda oxuyurdu.
Altı nömrəli orta məktəbdə. Elə bil, onun taleyinə yazılmışdı
bu; bir neçə ildən bir yerini, yurdunu dəyişirdi. Doğum yeri
nazlı Şuşa, ilk cocuqluq çağları Malıbəyli, səkkiz illik təhsil
illəri Əhmədavar, indi də Ağdam... Ancaq bura çox tez
yovuşdu. Əvvala ona görə ki, daha altı-yeddi yaşında uşaq
deyildi. İkincisi, onunla birlikdə orta təhsil almağa
Əhmədavardan bir neçə uşaq gəlmişdi. Üçüncüsü, Ağdamı
yaxşı tanıyırdı. Zamandan məqam oğurlayan kimi uşaqlara
qoşulub, Ağdama gəlirdilər. Ya bir kinoya gedir, ya dükanda,
bazarda dolanır, ya da gəzməli, görməli yerlərə baxır, günəş
qüruba əyiləndə, bir maşına əyləşib kəndə gəlirdilər. Belə
vaxtların ən xoş xatirəli anları isə qızlarla bağlı olardı. Ürəyi
yenicə isinməyə başlayan bu uşaqlar rayon mərkəzində olan
qızlara xüsusi maraqla yanaşırdılar. Bu qızlar kənd
oğlanlarını nə qədər özlərindən aralı tutmağa çalışsalar da,
gözləri həsrətlə yanan bu oğlanların qarşısında əriyirdilər. Bu
qızların nazı, işvəsi onlarda xoş narahatlıq yaradırdı. Belə
vaxtlarda bu oğlanlara elə gəlirdi ki, dünyanın ən əzablı
cənnəti elə Ağdamın özüdür. Bir tərəfdən də qorxurdular.
Qızların qohum-əqrabasından, qardaşlarından çəkinirdilər.
Bilirdilər axı, bu yerlərin özünəməxsus qaydaları, kitaba,
dəftərə yazılmayan qanunları var idi. Onu da bilirdilər, özləri
duymuşdular, həm də, yaşlı adamlardan eşitmişdilər - bu
yerlərdə hələ Sovet hakimiyyəti qurulmamışdı. Bunu camaat
ironiya ilə deyirdilər. Ancaq hardasa, bu ironiyanın içərisində
23
hiss olunası bir həqiqət də var idi. Respublikanın heç bir
bazarında olmayan, qadağan olunmuş malların hamısı
Ağdam bazarında satılardı. Bu bazarda ağlına gələn nə
istəsəydin tapardın.
Amma bütün dəmir qanunlara rəğmən, yenə də uşaqlar
“sevgi oyunlarından” əl götürüb, “tənhalar adasına”
çəkilmirdilər. İlk məhəbbətin al şöləsi onlarda bütün
qorxulara üstün gəlirdi.
İndi o qaynar nöqtəyə gəlmişdi Elçin. Son iki ilini
burada oxuyacaq, kamal attestatı alacaqdı...
İnsan ömrünün elə çağları olur ki, gücü-qüvvəsi hər şeyə
çatır. Belə vaxtlarda ona elə gəlir, dağları da yerindən
oynadıb, başqa səmtə apara bilər. Ona görə deyirlər, cavan
adamlar ölümdən belə qorxmurlar. Sanki onlar ölüm deyilən
mələyin onlara yaxın gələcəyini ağıllarına belə gətirmirlər.
Bəzən gənc ölümlərin səbəbi də elə bu özündən razılığın
nəticəsində yaranır.
Elçin də yorulmadan çalışırdı. Bu qədər işin, kitab-
dəftərlə əlləşməyin müqabilində çox da yorulmadığına özü
də heyrət edirdi. Saatın əqrəblərini səhər saat altıya qururdu.
Saatın zənginə oyanıb, düz məktəbə gedənə qədər oxuyurdu.
Dərsdən sonra uzağı bir saat özünə istirahət üçün vaxt
ayırırdı. Əslində bu bir saatda da “oxuyurdu”. Bu vaxtlarda
kitablarda yazılmayanları öz ağıl süzgəcindən keçirirdi.
Azərbaycanın ikiyə bölünmək, paralanmaq, xırdalanmaq
səbəblərini axtarırdı. Niyə belə olmalıydı axı? Nədən çox az
xalqlara qismət olan bu ayrılıq şərbətini bizə də
içirməliydilər? Niyə bu haqda ucadan danışmağı bizə yasaq
eləmişdilər? Axı niyə millətin çoxusu bilməməliydi bu
həqiqəti? Bu yasaq, bu qadağa dünya xalqlarına nə verəcəkdi
ki? Bəs niyə o biri parçalanan xalqlar dərdlərini ucadan
bəyan edə bilirdilər, ayrılıqlarını qəzet, kitab səhifələrinə
24
çıxarır, hay-haray qoparırdılar? Bizlər isə... Yalnız bir az
pərdəli, üstüörtülü bayatılar, ağılar qoşmaqla dərdimizi
ovutmağa çalışırdıq. Bu yasaq yalnız bizəmi qoyulmalıydı?
Axı nədən, nə səbəbə? Dünyanın həqiqət deyilən gözü niyə
kor olmuşdu, niyə tutulmuşdu, niyə heç nəyi öz rəngində
görmürdü?
Bir nəfər dostu ona gizlincə Təbrizin şəkillərini
vermişdi. Demişdi bax, amma heç kimə göstərmə. Bu da
Elçinin hələ çox da bərkiməmiş qəlbinə bir dərd olmuşdu.
Axı doğma yurdun bir parçası olan Təbrizin şəkillərinə niyə
gizlincə baxmalıydı? Axı niyə Təbrizin özünə getməməliydi?
O tikanlı məftillər vətən sevgisini könüllərdən silib apara
bilərdimi? Belə hüznlü vaxtlarında Elçin az qala küçəyə
çıxıb qışqırmaq, haray salmaq istəyirdi. Həqiqəti insanlara
çatdırmaq həvəsi qəlbinə hakim kəsilirdi. Lakin yenə də
sonda dəmir qadağalar onu sustaldır, yerində oturmağa,
dinməməyə məcbur edirdi. Belə məsələləri daha yoldaşları
ilə də müzakirə eləməyi xoşlamırdı. Ən məhrəm bildiyi, ürək
qızdırdığı ürəyindəki ikinci məni idi. Ən mübhəm məsələləri
də o ikinci məni ilə müzakirə edirdi.
“-Bu ayrılıq hardan gəldi?
-Bilmirsənmi?
-Azdan-çoxdan bilirəm.
-Onda danışma. Ayrılıq salanlar güclüdürlər.
-Bəs sonu olacaqmı bu ayrılığın?
-Bütün ayrılıqların bir sonu olur.
-Bu ayrılığın sonu çatanda, biz bir-birimizi anlaya
biləcəyikmi?
-Qan yaddaşı yardımçı olacaq.”
Tarix kitablarında yazılanların çoxu ilə razılaşmırdı
Elçin. Bu yazılanlarda qatmaqarışıqlıq, ağa qara, qaraya ağ
Dostları ilə paylaş: |