Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə12/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   ...   8   9   10   11   12   13   14   15   ...   45

 
57 
bil,  ən  böyük  həmdəmi,  ən  yaxın  sirdaşı,  sirli-sehrli 
dünyasının  qibləgahı  bu  kitablar  idi.  Bu  kitablar  Elçini 
gələcək  işıqlı  dünyaya  aparan  mayak  kimi  yollarına  nur 
çiləyirdi.  
Və  qarşıda  böyük  şəfəqlər  görünürdü.  O  şəfəqlərin 
işığında  ömrünün  şirin  nağılını  yaradırdı.  Bu  nağılın 
qəhrəmanı  onun  özü  idi.  Bu  nağıl  qəhrəmanı  haralara  gedib 
çıxacaqdı, səsi haralardan gələcəkdi-bu hələ gələcəyin işi idi 
və o gələcəkdən Elçin çox şeylər gözləyirdi.  
Adı  dilinə  yatmayan  bu  şəhərin  səsli-küylü  təcrübə 
sahəsində,  adamı  duyğulandıran  şəhər  ətrafında,  gecələrin 
tənha  səssizliyində  də  o  nağıl  qəhrəmanının  izi  ilə  yeriyir, 
onu bir an gözündən qoymur, hərdən də ağ atlara süvari olub 
uzaqlara, lap uzaqlara gedib çıxırdı.  
Hələ yarımçıq qalan arzularını həyata keçirmək üçün bu 
kitablardan 
bərk-bərk 
yapışmalıydı. 

kitabların 
səhifələrində  öz  taleyinin  ağ  cığırlarını  tapmalıydı.  Kim  nə 
deyirsə-desin,  insanın  tale  yazısı  onun  alnına  yazılmır.  Belə 
olsaydı əgər Tanrı insana düşüncə, ağıl, dərrakə verməz, onu 
bir  robot  kimi  yaradardı.  İnsan  Tanrının  müəyyən  elədiyi 
milyonlarla  kodlaşdırılmış  cığırların  əhatəsində  dolanır, 
özünü axtarır və tapdığı qədər tapır. Güclü adamlar, zəhmətlə 
yoğrulanlar  o  milyonlarla  kodun  içərisindən  öz  işıqlı 
şifrələrini  tapa  bilir,  həyatda  önəmli  bir  mövqe  tuta  bilirlər. 
Zəif, iradəsiz, tənbəl kəslər isə elə hər şeyi mövcud olmayan 
o alın yazısına bağlayır, nahamar işlər görərək, ya da heç nə 
etməyərək zülmət qaranlıqlara doğru sürünürlər. Elçinin belə 
adamlara yazığı gəlirdi. Axı Tanrı insana bu ömrü yandırmaq 
üçün  deyil,  yaşamaq  üçün  bəxş  edir.  Ömrü  yanan  insanların 
ruhunu  dikəltmək  üçün  az-çox,  bacardığı  qədər  təsir  etmək 
istəyirdi  onlara.  Beynində  az-çox  nuru  olanlar  onun  dediyi 
sözlərin  işığından  bir  damla  götürə  bilirdilər.  Qəlbinin  nuru 
 
58 
yatanlar  isə...  Belələri  artıq  indidən  yanan  talelərinə  doğru 
tələsirdilər.  Özləri  də  bilmədən,  Tanrının  möcüzəsinə  ümid 
bəsləyərək...  
Lap  tez  ötdü  bu  iki  il.  Yenə  yollar  onu  Bakıya  sarı 
gətirirdi. Bu dəfə başqa inamla, başqa ruh və inadla.  
Bakıya  çatanda  yüz  illərdi  buralardan  ayrılmış  kimi 
şəhəri  bağrına  basdı.  Sanki  bu  gəlişin  bir  başqa  gəliş 
olduğunu şəhərə demək istəyirdi.  
Gəncədən  qayıdıb  gəldi.  İstehsalat  təcrübəsi  ilə  bərabər 
böyük  həyat  təcrübəsi  də  qazandı.  Ən  azı  gələcək  həyat 
yükünün  bir  hissəsini  tutdu.  Amma  bu  yük  xurma  deyidi. 
Elm və biliklərlə dolu kitablar idi. O kitabların işiğı indi onu 
Gəncədən Bakıya  gətirirdi. Bir azdan isə uzaqlara, dünyanın 
o başına aparıb çıxaracaqdı.  
Elçin böyük yolun yolçuluğuna çıxmışdı... 
 
 
 
 
 
 


 
59 
 
 
 
 
 
BİR GECƏNİN TARİXÇƏSİ 
 
Xudu  Məmmədovun  adı  nəinki  onun  üçün,  o  dövrün 
zəkalı  kəsiminin  hər  bir  qismi  üçün  müqəddəs  və  əlçatmaz 
zirvə  sayılırdı.  Nağıllardan  gəlmiş  kimi  görünən  bu  adam, 
sanki,  insanın,  insanlığın  fövqündə  dayanırdı.  O  dövrün  hər 
bir  adamı  bu  Böyük  Ziyalını  görmək,  bir  an  da  olsa,  onun 
işığında  yuyunmaq  arzusu  ilə  alışıb  yanırdı.  Adamlara  elə 
gəlirdi ki, bu adam yerdə, adamların yanında yaşamır. Sanki 
məkanı, yaşam yeri bir başqa planetdir. Və o başqa planetdən 
enib  yerə  gəlir,  adamların  gözünə  görünür,  işığından 
zülmətlərə  nur  çiləyir,  yenə  də  qayıdıb,  yurduna,  məkanına 
gedir.  Elçin  də  bu  dünyanı  dərk  edəndən  bu  insanın 
müqəddəsliyini  qəbul  eləmişdi.  Hər  zaman  onu  görməyin 
həsrətini çəkmişdi. Bilirdi ki, Xudu müəllim onun kimi işıqlı 
adamları  çox  sevir.  Amma  onun  yanına  getməyə  cürət 
eləmirdi. Onun yanına getmək üçün əlində fundamental bir iş 
olmalıydı  ki,  Xudu  müəllim  onunla  keçirdiyi  vaxta  görə 
təəssüf  hissi  keçirməsin.  Hər  halda,  Elçin  belə  düşünürdü. 
Elə  bu  düşüncənin  fonunda  nələrsə  etmək,  elmə  yeni  nəyisə 
gətirmək  intizarında  sabahlarını  açırdı.  Bu  düşündüklərini 
edəndən  sonra  rahatca  Xudu  Məmmədovun  yanına  gedə 
bilərdi.  Onun  qarşısında  şax  dayanıb,  qazandığı  uğurlardan 
danışardı.  Bax,  onda  heç  şübhəsiz  Xudu  müəllim  onu 
maraqla  qarşılayardı.  Elmi  kəşfi  ilə  tanış  olar,  başına  sığal 
çəkər,  gözündəki  bir  dünya  işıqla  onu  başdan-ayağa  süzüb, 
 
60 
uğurlar  diləyərdi.  Belə  bir  günə  qurban  kəsməyin  həsrətini 
çəkirdi Elçin... 
Əvvəldə qeyd eləmişdim axı, məqam tapan kimi yolunu 
Ağdamdan,  Şuşadan  salırdı.  Bu  dəfə  də  yol  üstündə  idi. 
Ağdama,  əzizlərinə  baş  çəkməyə  gedirdi.  Ali  məktəbi 
bitirmişdi.  Diplomunu  almışdı.  Amma  sınıqlığı  var  idi. 
Çünki diplom işini elmi iş kimi təqdim edə bilməmişdi. Daha 
doğrusu,  mərdümazarlar,  Moskvada  oturan  nakəslər  buna 
imkan verməmişdilər.  
Belə 
bir 
zamanda 
Ağdama 
gedirdi. 
Axşamın 
alatoranında  Bakı-Ağdam  qatarında  yola  çıxmaq  üçün 
dəmiryol  vağzalına  gəldi.  Vağzalda  böyük  qələbəlik  var  idi. 
Əksər  camaat  Bakının  istisindən  qaçmaq,  rayonda  yayı 
keçirib,  payızın  əvvəlində  yenə  Bakıya  qayıtmaq  istəyi  ilə 
yola  çıxmışdılar.  Elçin  fikirli-fikirli  dolaşıb,  kupesini  tapdı. 
Əynini  dəyişib  oturdu  və  Məmməd  Arazın  yeni  çıxmış 
kitabını götürüb vərəqləməyə başladı. Bu an bir nəfər kupeyə 
daxil  oldu.  Salam  verdi.  Elçin  bir  qədər  qanrılıb,  onun 
salamını  aldı.  Bir  anlıq  nəzərləri  gələn  adamın  üzündə 
dolaşdı.  Və...  dəhşətə  gəlib,  dim-dik  ayağa  qalxdı.  Səhv 
etmirdisə,  bu  həmin  adam  idi;  hər  zaman  həsrətini  çəkdiyi, 
intizarında olduğu Xudu Məmmədov.  
Utancaq-utancaq əlini ona sarı uzatdı. 
-Salam... Xudu müəllim... Bu sizsiniz? 
-Bəli, düz tapmısınız. Məni hardan tanıdınız? 
-Siz... Nə vaxt gəlmisiniz? 
-Hardan? 
“Uzaq  planetdən”  demək  istədi.  Birtəhər  o  sözü 
boğazından qaytarıb, başqa söz dedi.  
-Yəni deyirəm... Sizi görmədim. 
-Mən  elə  indi  gəlmişəm.  Gəl  tanış  olaq,  mən  Xudu 
Məmmədovam, bəs sən? 


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə