Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə13/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   ...   9   10   11   12   13   14   15   16   ...   45

 
61 
-Mən də Elçinəm, Elçin İsgəndərov.  
Sonra  özü  haqqında  qısa  tanışlıq  verdi.  Amma  bu  qısa 
tanışlıq  da,  deyəsən,  Xudu  Məmmədovda  maraq  yaratdı. 
Çünki  yerini  rahlaya-rahlaya  onun  haqqında  başqa 
məlumatlar da almağa çalışdı.  
Yarım  saatdan  sonra  artıq  neçə  vaxtın  tanışları  kimi 
qaynayıb-qarışmış,  söhbətə  başlamışdılar.  Elçin  bu  dahi 
insan haqqında çox şeylər bilirdi. Onun həyatını, demək olar 
ki,  bütövlüklə  kitablardan  oxumuşdu.  Demək  olar  ona  görə 
deyirəm  ki,  bu  böyük  aydının,  ümumiyyətlə,  dahi 
şəxsiyyətlərin  bütöv  həyatını  kitablardan  oxumaq  mümkün 
deyil. Onlar o qədər çoxşaxəli, çoxxətli, geniş əhatəli olurlar 
ki,  bu  taleləri  cansız  kitab  səhifələrinə  sığışdırmaq  mümkün 
olmur. Ona görə gərək belə dühaları bir saatlıq da olsa, canlı 
görüb,  ünsiyyətdə  olasan.  Onda  o  böyüklüyün  fərqinə 
varırsan, o ucalığı yaxından anlayırsan.  
Elçin,  sanki,  sirli  bir  aləmin  sehrinə  düşmüşdü.  Ağlına 
gələrdimi ki, yay fəslinin qərib bir çağında Ağdama gedəndə 
onun  kupe  yoldaşı  belə  bir  insan  olacaq.  Belə  bir  arzuyla 
içində işığı olan hər bir kəs yaşayardı. Hətta, belə bir təsadüf 
üçün  ömrünün  bir  hissəsini  qurban  verənlər  də  olardı.  Axı 
onunla  üzbəüz  oturan  şəxsiyyət  sıradan  biri  deyildi. 
Haqqında  əfsanələr,  rəvayətlər  dolaşan  bir  alim  idi.  Elə  bir 
alim  ki,  yaratdıqlarını  insanlar  hələ  yetərincə  anlamırdılar. 
Sadəcə,  böyük  insan  kimi  tanıyırdılar,  vəssalam.  Əslində 
onun  yaratdığı  elm  sahəsi  elmdə  böyük  kəşflərdən  sayılırdı. 
Və  əgər  o,  qeyri-slavyan  xalqının  nümayəndəsi  olmasaydı, 
çox güman ki, adı dünyanın ən dahi bilim adamları sırasında 
çəkiləcəkdi. 
Bunları  bildiyinə  görə,  bu  gecənin  sirrindən  qopa 
bilmirdi  Elçin.  İstəyirdi  bu  gecənin  ömrü  uzun  olsun,  bitib-
tükənməsin. Elə hey yol getsinlər, qatarın qəribə ayaq səsləri 
 
62 
altında  yollar  uzansın.  Bu  yolçuluq  Elçinə  bir  dünyanın 
işığını  verəcəkdi,  indidən  bilirdi  bunu.  Ona  görə  bu  işıqdan 
daha çox “oğurlamaq” üçün səhərin gec açılmasını istəyirdi. 
Xudu Məmmədov danışırdı... 
Tariximizdən,  ötənlərdən,  keçənlərdən.  Tarix  kitablarını 
yazanların səriştəsizliyindən, yaxud, mövcud quruluşa uyğun 
tarix  yazmalarından.  O  quruluşa  ki,  burada  əsil  həqiqəti 
yazanların  yeri  zindan  olardı.  Gərək  o  tarix  kitablarını 
özündən uydurub, sistemə xoş gələn formada yazaydın.  
Xudu Məmmədov danışırdı... 
Milli  adət-ənənələrimizdən,  özümüzdən,  sözümüzdən, 
tarixi  qan  yaddaşımızdan...  O  qan  yaddaşımızda  çox  şeylər 
vardı  ki,  bizə  onları  unutdurmuşdular.  Yüz  fitnə-fellə  qan 
yaddaşımıza  təcavüz  edib,  milli  ruhumuzu  qaranlıq 
boşluqlara  atmışdılar.  O  boşluqlarda  özümüzü  tapa  bilmir, 
hərdən  özünü  göstərən  milli  şüurumuzun  közərtisində 
çabalayır, vurnuxa-vurnuxa qalırdıq.  
Xudu Məmmədov danışırdı...  
Folklordan,  ədəbiyyatdan,  bədii  söz  sənətindən...  O 
folklorda,  o  ədəbiyyatda,  o  söz  sənətində  bizim  özümüz 
vardıq. Dədə Qorqud qopuzunun sehri vardı. O sehrin içində 
min  illərdi  yol  gəlirdik.  Özümüzü  tapa  bilsəydik,  hələ  neçə 
min illər də beləcə yol gedəcəkdik. 
Xudu Məmmədov danışırdı... 
Dünya  elmindən...  Bu  elmdə  boy  verən  Azərbaycan 
alimlərinin  töhfəsindən.  O  töhfədə  görünən  yerimiz  olsa  da, 
sistemin  eybəcərliyi,  dünya  düzümünün  nadürüstlüyü  daha 
qabarıq  görünməyimizə  imkan  vermirdi.  Rus  alimlərinin 
xırda  bir  kəşfi  bizim  alimlərimizin  böyük  kəşfi  qarşısında 
daha qabarıq görünürdü.  


 
63 
Bütün bunlardan yana-yana danışırdı böyük alim. Bəzən 
əllərinin 
xırdaca 
əsməsindən, 
gözlərindəki 
kədərdən 
dünyanın “yaxşı yük” daşımaması aydınca sezilirdi...   
Gecənin yarısına qədər söhbət elədilər. Sonra yataqlarına 
uzanıb, işığı sondürdülər. Ancaq Elçin yuxuya gedə bilmədi. 
Bu  möcüzəli  axşamdan  sonra  o,  yuxuya  gedə  bilərdimi? 
Əlacı  olsaydı,  utanmasaydı  Xudu  müəllimi  oyadar,  onunla 
yenə üzbəüz dayanar, nəfəs dərmədən ona qulaq asardı.  
İlahi,  bu  dünyanın  necə  sirli-sehrli  insanları  varmış.  Bu 
dünyanı  qoruyan,  qopub  məhvərindən  çıxmağa  qoymayan, 
şübhəsiz ki, bu insanlar idi.  
Bu  gecənin  təsirindən  hələ  uzun  müddət  çıxa 
bilməyəcəkdi  Elçin.  Bunu  indidən  bilirdi.  Bir  də  onu  bilirdi 
ki...  Bir  gecədə  bir  böyük  universitetin  məzunu  olmaq  hər 
adama  qismət  olmurdu.  Bəli,  o  tarixi  yolçuluqda,  Bakı-
Ağdam qatarında bir neçə saat Xudu Məmmədovla yol gedən 
Elçin İsgəndərov daha bir universitet bitirmiş kimi hiss elədi 
özünü. O, bu gündən Xudu Məmmədov  məktəbinin məzunu 
idi.  Və  o  məzunluq  ona  həyatda  çox  şeylər  verdi.  Heç 
şübhəsiz ki, həyatının səmtini  müəyyən eləməkdə o  məktəbi 
bitirməyinin böyük rolu oldu.  
Səhər  tezdən  ondan  ayrılanda  bir  müddət  dayanıb  onun 
arxasınca baxdı. Onunla yenə də görüşmək arzusu ilə...  
Lakin...  
Onunla bir də görüşmək qisməti olmadı.  
Onun yerini, yurdunu bilirdi, oturduğu məkanı tanıyırdı. 
Amma hələ onun yanına getmək istəmirdi. Axı söz vermişdi 
ona, demişdi, yaxın zamanlarda aspiranturaya daxil olacaq və 
qısa  müddətdə  elmi  iş  götürüb  müdafiə  edəcək.  İstəyirdi 
Xudu  Məmmədovun  yanına  gənc  alim  kimi  getsin.  Bilirdi 
axı,  bilirdi  ki,  o,  kişi  elmi  işlərin,  fundamental  kəşflərin 
dəlisidir.  İndidən  özündə  xəyallar  qururdu:  elmlər  namizədi 
diplomunu  götürüb  onun  kabinetinə  daxil  olurdu.  Onunla 
 
64 
qucaqlaşıb,  görüşür,  sonra  da  müdafiəsi  haqqında  ona 
məlumat 
verirdi. 
Xəyalındaki 
Xudu 
Məmmədovun 
gözlərindəki  nur  selini  də  görürdü...  Xudu  Məmmədov 
ağızdolusu  onu  tərifləyir,  elmi  fəaliyyətində  uğurlar 
diləyirdi...  
Bax, onda gedəcəkdi Xudu Məmmədovun yanına.  
Lakin  bir  səhər  eşitdiyi  bəd  xəbərdən  sarsılıb,  yerində 
qaldı. Xudu Məmmədov qəfildən dünyasını dəyişmişdi.  
Bu xəbər ona elə ağır təsir eləmişdi  ki, əl-qolu soyuyub 
yanına  düşmüşdü.  Həyatda  ən  doğma,  ən  əziz,  ən  yaxın,  ən 
məhrəm  adamını  itirmiş  kimi  özünə  yer  tapa  bilmir, 
fikirlərinin  kələfi  dolaşır,  arzuları  daşa  dəyib  çilik-çilik 
olmuş  kimi  özünü  ələ  ala  bilmirdi.  Axı  Xudu  Məmmədov 
onun  elmi  işini  görməliydi,  bu  işlə  tanış  olmalıydı,  onun 
gələcək  işlərinin  xeyir-duasını  verməliydi.  Belə  bir  qarışıq 
gümanlar  arasında  çırpınan  zaman  Xudu  Məmmədovu 
yuxusunda  gördü.  Xudu  Məmmədov  onlara  gəlmişdi.  Onun 
başına  sığal  çəkir,  oxşayır,  qəribə-qəribə  gülümsəyir,  sonra 
da dönə-dönə kitabları Elçinə göstərirdi.  
O  gecənin  səhərindən  Elçin  özünü  ələ  almağa  çalışdı. 
Axı  o  boyda  kişi  onun  gələcəyindən  nigaran  qalmışdı, 
qapısına qədər gəlmişdi. Gəlmişdi ki, onu ovsundan çıxarsın, 
sabahlara səsləsin.  
Və... 
Xudu  Məmmədovun  ruhuna  kişi  sözü  verib,  kitabları 
yenə  bağrına  basdı.  Əvvəlkindən  də  inamla,  inadla 
mübarizəyə  başladı.  Artıq  bu  mübarizədə  heç  kəs  onun 
qarşısını  kəsə  bilməzdi.  Bir  kimsənin  onu  dayandırmağa 
gücü, qüvvəti çatmazdı. İndi o, təkcə özünə görə yox, həm də 
Xudu  Məmmədova  görə  elmin  kəhkəşanına  baş  vuracaqdı. 
Bu  mübarizədə  Elçin  ya  qalib  gəlməli,  ya  da  yenə  də  qalib 
gəlməliydi... 
  


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə