Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə19/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   ...   15   16   17   18   19   20   21   22   ...   45

 
85 
adamları  Tanrının  yerdəki  elçiləridir.  Bu  elçiləri  urvatdan 
salmaq  insanlıq  adına  qara  ləkə  yaxmaq  kimi  bir  şeydi.  Bu 
mənada  bayaq  qeyd  elədiyim  dərnəklərə,  o  dərnəklərə 
rəhbərlik  edən  qərib  mehdilərə  və  qərib  mehdilərin  əlindən 
su  içən  elçin  isgəndərlərə  hər  zaman  ehtiyac  olub  və  olacaq 
da.  
 
                           Mənim bu gecəyə çox umudum var- 
                           bu gecə ulduzlar çiçəkləyəcək. 
                           Alçalar gül açdı, yenə bu bahar- 
                           sevənlər, aşiqlər gerçəkləyəcək. 
 
                            Mənim bu gecəyə çox umudum var- 
                           bu gecə durnalar lələk salacaq. 
                           Bu gecə dağlara qar yağacaq, qar, 
                           bəyaz qar üstündə bir iz qalacaq. 
 
Əgər  o  vaxta  qədər  Elçin  İsgəndər  yazdığı  şeirlərə  bir 
könül  pıçıltısı,  damardan  axan  şəlalə  səsinin  həzin  nəğməsi 
kimi  baxırdısa,  bu  dərnəyin  üzvü  olandan  sonra  şeirə  olan 
münasibəti  tamamilə  dəyişdi.  Şeir  yazmağın  elə-belə  bir  iş 
olmadığının  fərqinə  vardı.  Elə-belə  şeiri  məktəb  vaxtı 
sevdiyin qıza yaza bilərsən. Uzaqbaşı, tay-tuşların üçün belə 
şeirləri  pıçıldayarsan.  Ciddi  şeir  yazmaq  ciddi  oxucu 
auditoriyası  tələb  edir.  Bu  ciddilikdən  bir  az  sapan  kimi 
sarvanın  karvandan  olan  birini  yolun  ortasında  qoyub 
getməyi  kimi  bir  şeyə  bənzəyir.  Yolun  ortasında  qalan 
sarvansız yolçu isə rəndini, izini itirmiş kimi çırpınar, özünə 
yol  tapa  bilməz,  beləcə,  dünyanın  sağıyla  solunu  tapmaqda 
əziyyət  çəkər.  Bu  yolçunu  şair  timsalında  götürəndə  isə  bu 
şairin dediyi də bir qəpiyə dəyməz.  
 
86 
Şeir  yazmağın  ciddi  bir  iş  olduğunu  daha  aydınlığı  ilə 
dərk  elədikcə  Elçin  İsgəndərin  həyəcanı  da  çoxalırdı.  Daha 
bütün könül duyğularını poetik ifadəyə çevirməyə tələsmirdi. 
Yazanda  bütün  duyğularını,  hisslərini  cana  gətirib,  onlara 
qan verəndən sonra qələmini əlinə alırdı.  
Dərnəyə  üzv  olanlar  növbə  ilə  irəli  çıxır,  bütün  ruhları 
ilə  yazdıqlarını  oxuyurdular.  Bundan  sonra  Qərib  Mehdi  öz 
münasibətini  bildirirdi.  Tənqid  də  edirdi,  tərif  də  deyirdi. 
Amma  hər  zaman  onun  tənqidləri  tərifindən  çox  olurdu.  Elə 
bil,  bununla  o,  gənc  yazarlara  daha  çox  işləməyin,  daha  çox 
əziyyət  çəkməyin,  poetik  aləmin  zənginliyinə  daha  ürəklə 
baş  vurmağın  lazım  olduğunu  çatdırırdı.  Axı  o,  çox  ağıllı 
adam  idi,  bilirdi  ki,  əndazədən  artıq  tərif  bunları  şair  edə 
bilməyəcək.  Bu  adamlarda  lovğalıq  yaranacaq  və  bu 
lovğalıqla  şairlik  arasında  çox  böyük  əks-mütanasiblik 
olduğunu da bilirdi.  
 
Dövrə vurur qağayılar 
içimdəki təlatüm dənizində. 
Sahilə çırpılmış bir balıq kimi 
dərd çabalayır 
soluxmuş bənizimdə. 
Son ümid can verir 
ürəyimin tənhalığında- 
kimsəsiz qürbət hücrəsində. 
 
Elçin İsgəndərin belə şeirlərindən sonra Qərib Mehdinin 
üzündəki  qəribə  ifadələr,  sözün  təsirinə  düşməsi  apaydınca 
sezilirdi.  Dilinə  gətirməyə  ürəyi  gəlməsə  də,  gözlərinin 
aynasında bu şeirlərin ruhuna sığal çəkdiyi hiss olunurdu. Və 
bir dəfə dözə bilməyib, onu tərif yağışına tutdu. 


 
87 
-Əhsən  sənə,  şair!  Şeirlərinin  ruhu  o  qədər  qəribədir  ki, 
adamın  özünü-özündən  alıb,  tənha,  kimsəsiz  sirlər  adasına 
çəkib aparır.  
Səhv  eləmirdisə,  ona  bəlkə  də  birinci  dəfəydi  şair 
deyirdilər.  Yar-yoldaşları,  dost-tanışları  bu  sözü  ona 
demişdilər. 
Ancaq 

adamların, 
şeirin 
mənasını 
bilməyənlərin ona şair deməyi ilə onun şair olması  mümkün 
deyildi. Qərib Mehdinin ona şair deməyi isə... Bax, bu başqa 
məsələydi.  Elə  ona  görə  eşitdiyi  bu  şair  sözündən  qəlbi 
riqqətə  gəldi,  ürəyinin  döyüntüsü  artdı,  sanki  qəlbi  böyüyüb 
sinəsinə, köksünə sığmadı.  
O  gecə  səhərə  qədər  yata  da  bilmədi.  Elə  bil,  Qərib 
Mehdinin  ona  dediyi  şair  sözünün  sehrinə  düşmüşdü.  Başqa 
bir  tərəfdən  çiyninə  qoyulan  böyük  məsuliyyət  hissi  idi  onu 
rahat buraxmayan. Axı dünənə qədər o, özünü yazan bilirdi, 
dünən isə ona şair dedilər. Bu adam indi insanların arasına da 
başqa cür çıxmalıydı. Yerişinə-duruşuna da başqa yön, məna 
verməliydi.  
Və  onun  üçün  çətin  olsa  da,  gedib  bu  sözü  ona 
deməliydi.  Dostuna,  yaxınına,  çox  hörmət  elədiyi  adama...   
Məmməd Araza... 
 
 
88 
 
 
 
 
 
ARAZLARIN ARAZ BOYDA DƏRDİ VAR 
 
Dünyanın ən qüdrətli və ecazkar şairlərindən biri sandığı 
Məmməd  Arazı  1983-cü  ildən  bəri  tanıyırdı.  Təsadüfi  bir 
görüş  onları  yaxın  eləmişdi.  Tez-tez  görüşür,  dərdləşirdilər. 
Çox  vaxt  Məmməd  Arazın  işlədiyi  “Azərbaycan  təbiəti” 
jurnalının  redaksiyasında,  şairin  kabinetində  görüşürdülər. 
Hərdən də onların evinə gedirdi. Məmməd Araz bir neçə gün 
işə çıxmayanda ondan nigaran qalırdı. Şairdən xəbər tutmaq, 
bir  az  zəif,  xəstəhal  səsini  eşidib,  toxtamaq  üçün  onun 
yaşadığı evə baş vururdu.  
Məmməd  Arazla  söhbəti  tuturdu  Elçin  müəllimin.  Çox 
zaman  bu  söhbətlərin  qayəsini  Araz  çayı,  çayın  o  tərəfində 
qalan  zavallı  soydaşlarımız  təşkil  edirdi.  Bu  zavallı  sözünü 
işlədəndə hərdən şair onun sözünü kəsirdi: 
-Bəs  biz  zavallı  deyilik?  Onlar  farsın  nökəridi,  biz  də 
rusun. 
Belə  olanda  Elçin  müəllim  başını  aşağı  dikirdi.  Deyilən 
düz  sözün  qarşısında  bundan  düzgün  və  məntiqli  yol  tapa 
bilmirdi.  Amma  orası  çox  qəribəydi  ki,  bu  sözləri  eşidəndə 
Elçin  müəllim  nədənsə  özünü  də  günahkar  bilirdi.  Bəlkə 
Məmməd  Arazın  deyimində  bu  günahkarlığın  simptomu 
sezilirdi? Bəlkə Məmməd Araz zəif, xəstəhal olduğunu dilinə 
gətirməsə  də,  bununla  onu  demək  istəyirdi  ki,  sizlər  nə  isə 
edə  bilərsiniz,  daha  bizim  karvanımız  keçib?!  Hər  nə  idisə, 
daxilən,  qəlbinin  lap  dərinliyində  şairin  dilinə  gətirmədiyi 
sözlərə haqq qazandırırdı özlüyündə.  


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə