R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə14/53
tarix31.12.2021
ölçüsü2,56 Mb.
#82187
1   ...   10   11   12   13   14   15   16   17   ...   53
dunyanin-iqtisadi-ve-sosial-cografiyasi (2)

IV. DÜNYA ƏHALĐSĐ 

 

Əhali  məhsuldar  qüvvələrin  aparıcı  elementi  olmaqla  ən 



qiymətli  kapital  hesab  edilir.  O,  istehsalla  istehlak  arasında  körpü 

rolunu  oynayır.  Đstehsal  etdiyi  məhsulun  ən  böyük  istehlakçısı 

əhalidir. 

Əhalinin  dinamikası  onun  təbii  artımını,  doğum  və  ölüm 

göstəricilərinin  fərqini  müəyyən  edir.  Cəmiyyətin  uzunmüddətli 

tarixi inkişafı əhalinin çox zəif artımı ilə xarakterizə olunur ki, bu da 

məhsuldar qüvvələrin inkişaf səviyyəsi ilə izah olunur. 

2005-ci  ilin  yanvann  1-ə  olan  məlumata  əsasən  dünya 

əhalisinin  sayı  6,4  milyard  nəfərə  çatmışdır.  Bəşər  cəmiyyətinin 

yarandığı  gündən  bu  vaxta  qədər  isə  80  mlrd.  nəfərdən  artıq  insan 

dünyaya gəlmişdir. 

Đlk dövrlər məhsuldar qüvvələr inkişaf etdikcə əhalinin artım 

tempi  də  yüksəlməyə  başlayır.  Əkinçiliyin  və  heyvandarlığın 

inkişafı  ilə  əlaqədar  təbiətin  insana  təsiri  azalmağa  başlamışdır.  Bu 

da  əhalinin  dinamikasında  həlledici  rol  oynayır.  O  vaxtları,  yüksək 

doğum (40-45% hər 1000 nəfər əhaliyə), yüksək ölüm (30-35%) və 

zəif təbii artım kimi səciyyələndirmək olar. Əhalinin artımının əsas 

tənzimləyicisi  yüksək  ölüm  göstəricisi  idi.  Anadan  olan  uşaqların 

çoxu tələf olurdu (50-60%). 



Hazırda dünya əhalisinin təxminən yansının yaşı 25-dən az. 1 

milyarddan çoxu isə 15-24 yaşındadır. 

Dünyanın əhalisi eramızın ilk 15 əsrində cəmi 2 dəfə, XX əsr 

ərzində isə 25 dəfə artmışdır. Tarixin bəzi dövrlərində əhalinin sayı 

nəinki  artmış,  hətta  çoxsaylı  müharibə,  yürüş  və  epidemiyalar 

nəticəsində azalmışdır. 

Demoqraflar  əhalinin  artım  templərinin  dəyişməsini  4 

mərhələyə bölürlər. Birinci mərhələ üçün yüksək doğum və nisbətən 

aşağı  ölüm  səciyyəvidir.  Təbii  artım  bu  mərhələdə  kifayət  qədər 

yüksəkdir. Bəzən bu mərhələni demoqrafik inqilab adlandırırlar. 

Đkinci  mərhələ  çoxuşaqlı  ailələrdən  azuşaqlı  ailələrə  keçid 

kimi  qiymətləndirilir.  Burada  ölüm  göstəriciləri  də  azalır.  Ancaq, 

doğumun  sürətlə  azalması  təbii  artımın  aşağı  düşməsinə  gətirib 

çıxardı. 

Üçüncü  mərhələ  üçün  ölümün  yüksəlməsi  və  doğum 

tempinin  azalması  səciyyəvidir.  Bu  mərhələdə  təbii  artımın 

zəifləməsi  nəzərə  çarpır.  Bəzi  yaş  qrupları  (nəsillər)  arasında  fərq 

azalır. 


Dördüncü  mərhələdə  doğum  və  ölüm  göstəriciləri  bir-birinə 

yaxınlaşır,  əhalinin  yüksək  artım  tempi  aşağı  düşür.  Bu  dövrü 

dünyanın ayrı-ayrı regionları müxtəlif cür keçmişlər. 

Yuxarıda  göstərilən  demoqrafik  keçid  ilk  dəfə  XVIII  əsrdə 

Avropada baş vermişdir. Bu vaxt əhalinin təbii artımı hər min nəfər 

əhaliyə  20-30  nəfər  (2-3%)  təşkil  etmişdir.  Bu,  əsil  demoqrafik 

inqilab  idi.  Bu  proses  100-150  il  davam  etmişdir.  Sonra  isə 

Avropada  ikinci  mərhələ  başlamışdır.  Hazırkı  dövrdə  Avropa 

ölkələrinin  çoxu  demoqrafik  keçidin  3-cü  mərhələsində  yaşayırlar. 

Hətta bəzi ölkələrdə əhalini sadə təbii artımı da təmin olunmur. 

Bir  çox  inkişaf  etmiş  ölkələr  isə  demoqrafik  keçidin  2-ci 

mərhələsini  yaşayırlar.  Đnkişafda  olan  ölkələrin  çoxunda  vəziyyət 

demoqrafik  keçidin  birinci  mərhələsinə  uyğun  gəlir.  Məhz  bu 

demoqrafik  partlayış  adlandırılır.  Bu  ölkələrdə  hər  qadına  orta 

hesabla  3-4  uşaq  düşür.  Afrika  ölkələrində  bu  göstərici  5-ə  çatır. 

Türkdilli  ölkələr  arsında  bu  göstəricinin  ən  yüksəyi  Türkmənistana 

məxsusdur.  Azərbaycan  Respublikası  bu  sahədə  (2,0)  bütün  türk 

dövlətlərindən  geridə  qalır.  Beləliklə,  Türkiyə  -  2,5,  Qazaxıstan  - 

2,3, Özbəkistan - 3,4, Qırğızıstan - 3,2 göstərici ilə tanınırlar. 



Son  dövrlər  bir  çox  Şərqi  Avropa  və  MDB  dövlətlərində 

əhalinin  artım  tempi  aşağı  düşmüş  və  hətta  əhali  sayının  azalması 

müşahidə olunmaqdadır. 

Hazırda dünyanın əhalisi ildə 89 milyon nəfər artır (1,33%). 

Đldə  145  mln.  nəfər  doğulanlar  qeydə  ahnmışdır.  Beləliklə,  2050-ci 

ildə  dünya  əhalisinin  sayı  7,3-10,7  milyard  nəfərə  çatacaqdır. 

Əhalinin sayının bu həddə çatmasmın müsbət cəhətlərindən biri odur 

ki,  onun  sosial  vəziyyəti  yaxşılaşmışdır.  Səhiyyə,  təhsil  və  xidmət 

sahələrindən dünya əhalisi daha çox istifadə edir. 

Digər  müsbət  cəhət  -  bir  və  beş  yaşına  çatmamış  uşaqlar 

arasında  ölüm  halları  azalmışdır,  əhali  daha  çox  yaşayır  -  uzun 

ömürlü olur və daha çox əhali ahıl yaşma çatır. Ailədə uşaqların sayı 

son  otuz  ildə  2  dəfə  azalmışdır  (6-dan  3-ə),  bu  da  onların  sosial 

təminatını yüksəltməyə imkan verir. 

Mənfi  hala  gəldikdə  isə,  qeyd  etmək  lazımdır  ki,  ən  kasıb 

ölkələrdə  əhalinin  artımı  ən  yüksəkdir.  Afrika,  Asiya  və  Latın 

Amerikasının  62  ölkəsində  əhalinin  40%-i  15  yaşına  kimi  uşaq  və 

yeniyetmələrdir.  Son  dövrlər  əhalinin  artım  tempi  2,04%-dən 

1,33%-ə enmiş və gələcəkdə daha da aşağı enəcəkdir. 1985-1990-cı 

illərdə əhalinin illik artımı ən yüksək - 100 milyon nəfər olmuşdur. 

Ümumiyyətlə,  əhalinin  artımına  bir  çox  amillər  təsir  edir. 

Bunlardan  ən  vacibləri  -  məhsuldar  qüvvələrin  inkişaf  səviyyəsi, 

əhalinin  etnik,  dini  və  regional  mənsubiyyəti,  qadınların  ictimai 

əməyə  cəlb  olunması  və  cəmiyyətdə  rolu,  dövlətin  doğumu 

stimullaşdırması və ya əksinə, müharibələr, epidemiyalar nəticəsində 

uşaq  ölümü  səviyyəsinin  dəyişməsi  və  sairədir.  Bundan  başqa, 

əhalinin artımına qadın və kişilərin sayının disproporsiyaları, cins və 

yaş tərkibi kimi amillər də təsir edir. 

Əhalinin  artımına,  eyni  zamanda  sağlamlığına  ekoloji 

vəzıyyəti  və  müxtəlif  epidemiyalar  da  təsir  edir.  BMT-nin 

məlumatlarına  görə  hər  il  atmosferin  çirklənməsindən  21,7  mln. 

nəfər ölür. 

Demoqrafik vəziyyətə mənfi təsir göstərən amillərdən biri də 

QĐÇS-dir  (qazanılmış  immunodefisit  sindromu  -  AĐDS,  SPĐD). 

1998-ci  ildə  QĐÇS  virusu  ilə  yoluxmuş  əhalinin  sayı  34  mln.  nəfər 

olmuşdur.  Son  illər  bu  xəstəliyə  yoluxanların  sayı  5,8  mln.  nəfər, 

ölənlərin sayı isə 2,5 mln. nəfər təşkil etmişdir ki, bunların da 80%-i 

Afrika qitəsinin payına düşür. 




Müəyyən  edilmişdir  ki,  insan  bioloji  varlıq  kimi  100-140  il 

yaşaya bilər. Ancaq faktiki olaraq, müxtəlif sosial-iqtisadi və ekoloji 

amillərin təsiri nəticəsində insan bu yaşdan çox az yaşayır. Doğrudur 

son  dövrlər  insan  ömrünün  uzanması  meyli  hiss  olunmaqdadır. 

1950-ci  ildə  insanların  dünyada  orta  ömrü  50  il  idisə,  2004-cü  ildə 

66,7 yaşa qədər yüksəlmişdir. 

Dünya  əhalisinin  orta  ömür  müddəti  artsa  da,  regionlar  üzrə 

fərq  çox  böyükdür.  Əsas  fərq  isə  iqtisadi  cəhətdən  inkişaf  etmiş 

ölkələrlə zəif inkişaf etmiş ölkələr arasındadır - 28 yaş. 

Qadın və kişilərin gözlənilən orta ömür müddəti də az maraq 

doğurmur.  Nepaldan  başqa  butün  ölkələrdə  qadınlar  kişilərdən  çox 

yaşayırlar. 

Əhalinin  son  dövrlərdə  sürətli  artımına  təsir  göstərən  orta 

ölüm  göstəriciləri  bütün  ölkələrdə  aşağı  düşmüşdür.  Bu  meyl  XIX-

XX əsrlərin keçidində hiss olunmaqla başlamışdı, lakin Đkinci Dünya 

müharibəsindən  sonra  özünü  daha  çox  göstərmişdir.  Bu  proses 

regionlarda  müasir  səhiyyə  yardımının  yaxşılaşması,  içməli  su  ilə 

təchizatın və digər amillərin nəticəsində baş verir. 1950-ci ildən bəri 

ölüm səviyyəsi hər 1000 nəfər əhaliyə qarşı 20-dən 10-a enmişdir. 

Beləliklə,  yaxın  onilliklərdə  əhalinin  «qocalması»  prosesi 

davam  edəcəkdir.  Bu  meyl  yüksək  inkişaf  etmiş  ölkələrdə  özünü 

daha  yaxşı  göstərir.  Belə  ki,  bu  ölkələrdə  əhalinin  median  yaşı 

hazırda  38-dirsə  bu  göstərici  1950-ci  ildə  29  idi.  Proqnozlara  görə 

2050-ci ildə bu 46 yaş olacaqdır. 

Zəif  inkişaf  etmiş  ölkələrdə  bu  proses  təzə  başlanır  və  orta 

yaş  səviyyəsi,  o  vaxtla müqayisədə  demək  olar  ki,  dəyişməyib  (19-

24 yaş). Afrika, dünya əhalisinin ən sürətlə artan regionu kimi, həm 

də  ən  «gənc»  materikidir.  Burada  əhalinin  orta  yaşı  18-dir. 

Proqnozlara  görə  zəif  inkişaf  etmiş  ölkələrdə  median  yaş  2050-ci 

ildə 37-yə çatacaq. Əgər 1950-ci ildə dünya əhalisinin orta ömrü 50 

yaş idisə, 2050-ci ildə bu 76-ya, median yaş isə 38-40-a çatmalıdır. 

Demoqrafik 

siyasət 

dövlətin 

demoqrafik 

proseslərə 

məqsədyönlü  təsiridir.  Əgər  demoqrafik  vəziyyət  və  meyllər 

xoşagələndirsə,  belə  təsir  prosesin  saxlanmasına,  lakin  demoqrafik 

vəziyyət  və  meyllər  məqsədəuyğun  deyilsə,  prosesin  dəyişilməsinə 

təsir edir. Bu geniş sosial-iqtisadi siyasətin bir hissəsidir. 




Fransa  ilk  ölkə  idi  ki,  orada  doğum  XVIII  əsrdə  təhlükəli 

dərəcədə  aşağı  düşmüşdü.  Ona  görə  də  artıq  XIX  əsrdə  doğumun 

stimullaşdırılması istiqamətində cəhdlər göstərilməyə başlanılmışdır. 

Baxmayaraq  ki,  əhalisinin  sayı  azalan  ölkələr  çox  azdır, 

ancaq  dünyanın  61  ölkəsində  orta  hesabla  hər  ailədə  uşaqların  sayı 

2,1-dən azdır. Bəzi mənbələrdə bu göstərici hər sağlam qadına düşən 

uşağın sayı kimi göstərilir. 

Əhali artımı zəif olan ölkələrdə demoqrafik siyasət doğumun 

artmasına,  artım  yüksək  olan  ölkələrdə  isə  doğumun  azalmasına 

yönəlmişdir. 

Avropa  Birliyi  ölkələrində  demoqrafik  siyasətin  tədbirlər 

sistemi  oxşar  olsa  da,  bəzi  müavinət  və  güzəştlərin  miqyasında 

fərqlər  mövcuddur.  Məsələn,  hər  anadan  olan  uşağa  görə  birdəfəlik 

dövlət  yardımı  AFR-də  100  marka,  böyük  Britaniyada  25  funt- 

sterlinq,  Fransada  2600  frank,  Đspaniyada  300  peset  təşkil  edir. 

Müavinətlər birinci anadan olan uşağa görə AFR-də ayda 50 marka, 

ikinci uşağa ayda 100 marka, üçüncü və hər sonrakı uşağa ayda 200 

marka,  Fransada  ikinci  uşağa  ayda  500  frank,  altıncı  uşağa  ayda 

3000 frank təşkil edir. Bu ödənişlər uşaq 16 yaşına çatanadək verilir. 

Şərqi,  Cənubi  və  Cənubi-Şərqi  Asiya  ölkələri  içərisində  ən 

radikal  demoqrafik  siyasət  Yaponiyaya  və  Çinə  məxsusdur. 

Hindistan  və  digər  Asiya  ölkələri  də  ikiuşaqlı  ailələrə  istiqamət 

götürsələr  də,  belə  demoqrafik  siyasətin  həyata  keçirilməsi  yolunda 

problemlər və cətinliklər çoxdur. 

Dünya  fonunda  ərəb-müsəlman  regionunun  xüsusi  yeri  var. 

Milli  və  dini  ənənələr  demoqrafik  siyasətin  fəallığını  heçə  endirir. 

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Liviya və digərləri 

doğumun istənilən cür məhdudlaşdırmasının əleyhinə çıxırlar. 

Qeyd  etmək  lazımdır  ki,  bu  və  ya  digər  müsəlman 

ölkələrindəki  demoqrafik  vəziyyət  həmin  regiondakı  ümumi 

vəziyyətlə 

təxminən  eynidir.  Yəni  məhsuldar  qüvvələrin  inkişaf  səviyyəsi  və 

regional amillər əhali artımına dini amillərə nisbətən daha  cox təsir 

göstərir. 

Ən gərgin demoqrafik vəziyyət Saxaradan cənubdakı Afrika 

ölkələrindədir.  Bu  ölkələrin  çoxunda  demək  olar  ki,  heç  bir 

demoqrafik siyasət həyata keçirilmir. Əgər Asiya ölkələrində doğum 



son  50  ildə  hər  qadına  5,9-dan  2,6  -ya  enibsə,  Afrikanm  bu 

hissəsində 6,5-dən 5,5-ə qədərdir. 

Demoqrafik siyasətin vacib tədbirlərindən biri -ailəqurma yaş 

həddinin tənzimlənməsidir. Qədim Roma qanunçuluğuna görə nigah 

yaşının  minimum  həddi  qızlar  üçün  12,  oğlanlar  üçün  isə  14 

olmuşdur.  Đndi  də  bu  hədd  bəzi  katolik  ölkələrində  öz  qüvvəsində 

qalır,  xüsusilə  də  Cənubi  Avropa  və  Latın  Amerikası  ölkələrində. 

Ümumiyyətlə, ölkələrin çoxunda qanun nigaha 16-18 yaşından icazə 

verir. 

Son  onilliklərdə  ailəqurmanın  minimum  yaş  həddi  artmağa 

doğru meyl edir. Bu da demoqrafik siyasətlə bağlıdır. Məsələn, Çin 

Xalq  Respublikasında  kişilər  üçün  bu  yaş  həddi  22,  qadınlar  üçün 

20, Hindistanda uyğun olaraq 21 və 18 yaş qanunla müəyyən edilir. 

Ancaq son bir neçə ildə nigah yenidən «cavanlaşmağa» başlamışdır. 

Dolayı  olaraq  əhali  artımına  boşanma  siyasəti  də  təsir  edir. 

Bu  cəhətdən  ən  liberal  qanunlar  ABŞ,  Böyük  Britaniya,  Niderland, 

Skandinaviya  ölkələrindədir.  Ər  və  arvadın  nigah  münasibətlərini 

saxlamamaq  istəyi  kifayət  qədər  əsaslanmış  hesab  olunur.  AFR, 

Belçika, Finlandiya qanunları da bu cəhətdən çox ciddi deyildir. Bu 

sahədə Đtaliya, Fransa, Yunanıstan qanunları daha ciddidir. Đrlandiya, 

Đspaniya  və  Portuqaliyada  isə  boşanma  bu  günə  qədər,  demək  olar 

ki, mümkün deyildir. 

1994-cü  ildə  Qahirədə  keçirilən  əhali  məskunlaşması  və 

inkişafı  üzrə  Beynəlxalq  Konfransda  179  ölkə  əhali  ilə  inkişaf 

arasındakı  qarşılıqlı  əlaqə  məsələsində  konsensusa  gəldilər. 

Konfransda  həm  də  2015-ci  il  üçün  məqsəd  və  vəzifələr  müəyyən 

edilmişdir. 

Konfransdan  sonrakı  beşillik  təcrübə  göstərdi  ki,  qoyulmuş 

məqsəd və vəzifələrin yerinə yetirilməsi nəinki real və mümkündür, 

həm  də  insanların  vəziyyəti  ilə  balanslaşdırılmış  inkişaf  labüddür. 

Konfransda müəyyən oldu ki, ölkələr demoqrafik siyasəti və inkişaf 

sahəsindəki  istiqamətləri  qəbul  edirlər.  Đnkişaf  sahəsindəki  siyasətə 

aşağıdakı  amillər-yaşayışın  keyfıyyəti,  şəxsi  seçim,  insan  hüquqları 

və s. amillər daxil edilmişdir. Aparılan iqtisadi siyasətdə  yoxsulluq, 

ərzaq  təhlükəsizliyi,  təbii  ehtiyatların  istifadəsi  və  ətraf  mühitin 

mühafizəsi,  əhalinin  sayı  və  artım  templəri  kimi  aspektlər  nəzərə 

alınır. Konfrans qadın və kişilərin huquqlarının bərabərliyinin bütün 

sahələrdə  təmin  olunmasını  tövsiyə  etmişdir.  Məqsəd  qoyulmuşdur 




ki, kiçik yaşlı uşaqlar arasında ölüm göstəriciləri azaldılsın, çünki 5 

yaşına  çatmamış uşaqlar arasında bu  göstərici o dövrdə çox  yüksək 

idi. 

Konfransdan  keçən  5  il  ərzində  əksər  ölkələr  öz  demoqrafık 



siyasətlərini konfransın məqsədləri ilə uyğunlaşdırmışlar. 

Dünyada  kişilərin  sayı  qadınların  sayından  30  mln.  nəfər 

artıqdır.  Ancaq  bu  ümumi  faktın  arxasında  çox  böyük  fərqlər 

gizlənir. 

Birincisi,  müxtəlif  yaş  qruplarında  əhalinin  cins  tərkibi 

müxtəlifdir (hər 1000 nəfər qadına düşən-kişilərin sayı): 

Qeyd  etmək  lazımdır  ki,  bütün  dünya  və  regionlarda  uşaq 

yaşında  oğlanların  sayı  qızlardan  çoxdur.  Çünki  hər  il  doğulan 

uşaqların  içərisində  oğlanlar  qızlardan  4  mln.  çox  olur.  Yuxarı  yaş 

qruplarında isə qadınların sayı kişilərə nisbətən üstünlük təşkil edir. 

Đkincisi, fərqlər müxtəlif regionlarda da özünü göstərir. Ikinci 

Dünya  müharibəsinin  təsiri  hələ  də  bütün  Avropa  (Đrlandiya  və 

Đslandiyadan  başqa)  ölkələrində  hiss  olunur.  Asiya  ölkələrində 

kişilər qadınlardan çoxdur (Yaponiya, Đsrail, Yəmən, Đndoneziyadan 

başqa). 

Afrika  ölkələri  üçün  əhalinin  cins  tərkibində  kəskin  fərqlər 

yoxdur.  Bu  ölkələrin  əksərində  qadın  və  kişilərin  sayı  təxminən 

eynidir. Materikin şimal  hissəsində kişilərin sayı  qadınlardan bir az 

artıqdır, şərqdə isə qadınlar üstünlük təşkil edirlər. 

Şimali  Amerikada  əhalinin  əksəriyyətini  immiqrantlar  təşkil 

etdiyi  üçün  uzun  müddət  kişilər  əhalinin  tərkibində  üstünlük  təşkil 

etmişlər. 

Əhalinin yaş tərkibi «artdıqca» əvvəlcə ABŞ-da, 70-ci illərdə 

isə  Kanadada  qadınların  sayı  kişilərin  sayını  keçmişdir.  Bu,  əsasən 

yuxarı  yaş  həddinə  aiddir.  Bu  proseslər  Avstraliya  üçün  də 

xarakterikdir. 

Latın  Amerikası  ölkələrində  Afrikadakı  kimi  qadın  və 

kişilərin sayı təxminən eynidir. Ayrı-ayrı region və ölkələr arasında 

da  əhalinin  cins  tərkibindəki  fərqlər  bir  o  qədər  də  böyük  deyildir. 

Demək olar ki, bu ölkələrin hamısında qadınlar cüzi üstünlük təşkil 

edirlər. 

Son  dövrlər  BMT  və  digər  beynəlxalq  təşkilatlar  əhalinin 

təhsil  səviyyəsinə,  tibbi  təminatına,  ekoloji  təhlükəsizliyinə  xüsusi 

diqqət  yetirirlər.  Təsadüfi  deyil  ki,  həm  insan  potensialının  inkişaf 




indeksinin,  həm  də  əhalinin  yoxsulluq  indeksinin  hesablanmasında 

təhsilin 

səviyyəsi 

nəzərə 


alınır. 

Təhsilin 

səviyyəsinin 

yüksəldilməsini həm də elmi-texniki tərəqqi tələb edir. 

YUNESKO-nun  məlumatlarına  görə  əvvəllər  15  yaşından 

yuxarı əhali içərisində savadsızların payı 44% təşkil edirdisə, 2002-

ci ildə bu göstərici iki dəfə aşağı düşmüş və 22% olmuşdur. 

Sənaye  cəhətdən  inkişaf  etmiş  ölkələrdə  cəmi  1,3  %  əhali 

savadsızdır.  Savadsızlığın  bəzi  ölkələrdə  bu  dərəcədə  aşağı  olması 

son illərdə, yeni «funksional savadsızlıq» adlanan terminin meydana 

gəlməsinə  səbəb  olmuşdur.  Funksional  savadsızlıq  dedikdə  insanın 

cəmiyyətdə  siyasi  dəyişikliklərə,  iqtisadiyyatda  isə  struktur,  texniki 

və 

texnoloji 



yeniliklərə 

uyğunlaşmamaq 

qabiliyyəti 

(qabiliyyətsizliyi)  başa  düşülür.  Bir  çox  ölkələrdə  funksional 

savadsızlıq işsizliyin əsas səbəbi hesab edilərək qalmaqdadır. 

Đnkişafda olan ölkələrdə təhsilin səviyyəsi aşağıdır. Savadsız 

əhalinin  96%-i  bu  ölkələrin  payına  düşür.  Eyni  zamanda  burada  da 

özünəməxsus regionallıq nəzərə çarpır. 

Afrikanın  Saxaradan  cənub  hissəsində,  Ərəb  ölkələrində  və 

Cənubi  Asiyada  az  qala  əhalinin  yarısı  savadsızdır.  Savadsızlıq 

göstəricisinə  görə  bir  sıra  ölkələr:  Niger  (85,7%),  Burkina  Faso 

(79,8%),  Erıtreya  (75%),  Benin  (66%),  Qambiya  (67%:),  Seneqal 

(65%), Butan (55%), Anqola (55%) kimi ölkələr daha çox fərqlənir. 

Qeyd olunanlarla yanaşı əhalisinin milli tərkibinə görə dövlətləri 

5 tipə bölmək mümkündür: 

 



Birmillətli; 

 



Əsasən  birmillətli,  ancaq  az  və  çox  dərəcədə  milli  azlıqlar 

olmaqla; 

 

Đkimillətli; 



 

Etnik cəhətdən yaxın, mürəkkəb milli tərkibli; 



 

Çoxmillətli, etnik cəhətdən mürəkkəb tərkibli. 



Birinci tip dövlətlər dünyada az deyil. Avropa ölkələrinin  yarısı 

bu  dövlətlərə  aiddir.  Asiyada  belə  dövlətlər  azdır:  Yaponiya, 

Koreya, Banqladeş, Səudiyyə Ərəbistanı və s. bunlara misaldır. 

Đkinci  tip  ölkələr  sayca  çoxdur.  Avropada  bunlara  Böyük 

Britaniya,  Fransa,  Đspaniya,  Finlandiya  daxildir.  Asiyada  Çin, 

Monqolustan, Vyetnam, Kamboca, Tailand, Şri-Lanka, traq, Suriya; 

Afrikada 

Əlcəzair, 

Mərakeş, 

Zimbabve, 

Botsvana; 

Şimali 


Amerikada ABŞ belə dövlətlərdəndir. 


Üçüncü  tip  dövlətlərə  az  rast  gəlinir.  Ancaq  belə  dövlətlərdən 

Belçikam, Kanadanı qeyd etmək olar. 

Dördüncü  tip  ölkələrə  Đran,  Əfqanıstan,  Pakistan,  Malayziya, 

Laos və s. aid edilir. 

Beşinci 

tip 


ölkələrə 

Hindistanı, 

Rusiyanı, 

Đsveçrəni, 

Đndoneziyanı, Filippini və s. aid etmək olar. 

Etnik  proseslərin  içərisində  konsolidasiya  və  assimilyasiya 

xüsusi yer tutur. Bəzən etnik inkişaf mürəkkəb xarakter daşıyır və bu 

proseslər eyni vaxtda baş verir. 

Konsolidasiya  - bir nsçə qohum etnosun (tayfa,  xalq) böyük bir 

xalqa çevrilməsinə, ya da sosial-iqtisadi, mədənı inkişaf nəticəsində 

formalaşmış  xalqın  daha  da  mütəşəkkilləşməsinə  deyilir.  Birinci 

halda  bu  etnoslar  arası,  ikinci  halda  isə  etnosdaxili  konsolidasiya 

adlanır. 

Assimilyasiyannın  mahiyyəti  ondan  ibarətdir  ki,  bir  xalqın 

müəyyən  qrupları  və  ya  bütöv  xalq,  başqa  bir  xalqın  içərisində 

yaşayaraq,  uzunmüddətli  təmas  nəticəsində  onun  mədəniyyətini 

götürür,  dilini  öz  dili  sayır  və  özünün  əvvəlki  etnik  birliyə 

mənsubiyyətini  qəbul  etmir.  Milli  özünüdərkin  dəyişməsi  bu 

prosesin  sonu  sayılır.  Assimilyasiya  əsasən  inkişaf  etmiş  ölkələr 

üçün səciyyəvidir. Assimilyasiya təbii və məcburi ola bilər. 

Hazırda,  etnoqraflar  hesab  edirlər  ki,  dünyada  3-4  min 

müxtəlif xalq vardır. Buraya sayı bir neçə yüz nəfər olan tayfalar da 

aid edilir. 

Məlumdur  ki,  son  dövrlər  mürəkkəb  milli  tərkibli  ölkələrin 

bəzilərində  milli  münaqişə  ocaqları  yaranmışdır.  Bu  münaqişələrin 

tarixi kökləri müxtəlifdir. Təkcə keçmiş SSRĐ ərazisində etnik-ərazi 

iddialı  70  potensial  kərkinlik  ocağı  müəyyən  olunmuşdur.  Belə 

ərazilər dünyada çoxdur. 

Elmi-texniki  inqilabın,  mədəniyyət  və  təhsilin  inkişafına 

baxmayaraq  dinin  cəmiyyətdə  və  məişətdə  rolu  çox  böyükdür.  Bu, 

demək olar ki, bütün ölkələrə aiddir. 

Xristianlıq  ən  geniş  yayılmış  din  sayılır  (1  mlrd.  nəfər). 

Xristianlıq  3  hissəyə  bölünür:  katoliklər  -  580  mln.  nəfər, 

protestantlar  -  350  mln.  nəfər,  pravoslavlar  -100  mln.  nəfər  əhaliyə 

malikdir.  Katoliklərin  əksəriyyəti  Amerikada  (yarıdan  çoxu), 

Avropada  (180  mln.  nəfər),  Asiyada  və  Afrikada  (50  mln.  nəfər) 

yaşayır.  Protestantların  əksəri  Avropa  (yarısı)  və  Amerikada  (2/5 



hissəsi)  cəmlənmişdir.  Asiyada  65  mln.,  Afrikada  35  mln., 

Avstraliya  və  Okeaniyada  14  mln.  protestant  yaşayır.  Pravoslavlar 

Şərqi Avropa, MDB və Yunanıstanda cəmlənmişlər. 

Müsəlmanların  ümumi  sayı  da  1,2  mlrd.  nəfərə  yaxındır. 

Əsasən  Şimali  Afrika  və  Asiyada  yaşayırlar.  Đnduistlərin  sayı  520 

mln. nəfər, buddist və lamaisüər isə 400 mln. nəfər təşkil edir. 

Bunlardan başqa, digər dinlər də mövcuddur ki, onlara sitayiş 

(itaət)  edənlərin  sayı  müxtəlifdir.  Belə  ki,  konfusianlıq  –  180  mln, 

sintoizm  -  90  mln,  daosizm  -  30  mln.,  zərdüştçülük  250  min, 

iudaizm - 10 mln. nəfəri özündə birləşdirir. 

1960-cı  ildə  dünyanın  əhalisi  3  mlrd.  olanda  onun  70%  zəif 

inkişaf  etmiş  regionlarda  məskunlaşmışdı.  2002-ci  ilin  sonunda 

həmin regionların  əhalisi 4,8 mlrd. (80%) nəfərə  çatmışdır. 2025-ci 

ilə  qədər  proqnozlaşdırılan  əhali  artımının  98%-i  bu  regionların 

payma düşəcəkdir. 

Əhalinin  qeyri-bərabər  məskunlaşmasını  çoxlu  misallarla 

şərh  etmək  olar.  Məsələn,  Şərq  yarımkürəsində  əhalinin  80%-i, 

Şimal yarımkürəsində 90%-i, Asiyada 67%-i yaşayır. 

Əhalinin  məskunlaşması  problemləri  ilə  əhalinin  sıxlığı 

məsələsi biri-birilə bağlıdır. Bu göstərici dünyanın hansı ərazilərində 

əhalinin  daha  çox  cəmlənməsi  haqqında  təsəvvür  yaradır.  Ənənəvi 

olaraq əhalinin sıxlığı C = N/S formulası ilə hesablanılır. Burada: C 

- əhalinin sıxlığı, N - əhalinin sayı, S -həmin ərazinin sahəsi, kv.km-

lə hesab olunur. 

Əhalinin sıxlığına görə ölkələri 3 qrupa bölmək olar: 

1.

 



Əhali sıxlığı yüksək olan ölkələr (hər kv.km-də 200 nəfərdən 

artıqdır):  Monako  (22  min  nəfər),  Sinqapur  (6100  nəfər), 

Đndoneziya  (2000  nəfər),  Belçika,  Niderland,  Böyük 

Britaniya,  Đsrail,  Livan,  Banqladeş,  Şri-Lanka,  Koreya 

Respublikası,  Ruanda,  Salvador  və  s.  seçilirlər.  Bu,  şəhərlər 

arasında 14 mln. nəfər əhalisi olan Parisdə aiddir ki, orada da 

hər kv.km-də 26 min nəfər insan yaşayır. 

2.

 



Əhali  sıxlığı  dünya  əhalisinin  orta  sıxlığına  (hər  1  km2  -da 

45 nəfər) yaxın olan ölkələr. 

3.

 

Əhalinin  sıxlığı  aşağı  olan  (hər  km



2

  bir  nəfər  və  ya  az) 

Monqolustan,  Liviya,  Mavritaniya,  Namibiya,  Qviana, 

Avstraliya və s. belə ölkələrdəndir. 




Dünyada  əhalinin  sıxlığı  müxtəlif  olan  ölkələr  çoxdur.  Buna 

Misir, Çin, Avstraliya, Kanada, Braziliya, Türkmənistan, Tacikistan 

və s. misal ola bilər. 

Xarici miqrasiya kütləvi hal aldığı ölkələrdə. bu əhalinin ümumi 

sayına  da  təsir  göstərir.  Əhalinin  bu  cür  artımına  bəzən  «mexaniki 

artım»  da  deyirlər.  ABŞ,  Kanada  və  Avstraliyanın  tarixində  elə 

dövrlər  olub  ki,  «mexaniki»  artım  təbii  artımdan  yüksək  olub.  Bu 

ölkələrə miqrasiya indi də çox yüksəkdir, bu proses hazırda ölkənin 

təbii  artımına  müəyyən  «kömək»  kimi  səciyyələndirilir.  Đsraildə  isə 

hazırda immiqrantlar əhalinin ümumi artımının 2/3-ni təşkil edirlər. 

Đrlandiyada isə proses əks istiqamətdə getmiş və bir neçə dəfə təkrar 

olunmuşdur. 

Xarici miqrasiyalar öz xarakter, səbəb, ərazi əhatəsi, müddəti və 

s.-yə  görə  bir-birindən  fərqlənirlər.  Xarakteri  haqqında  danışarkən, 

könüllü  və  məcburi  miqrasiyaları  ayırmaq  mümkündür.  Məcburi 

miqrasiyaya  misal  olaraq  Afrikadan  Amerikaya  qul-zəncilərin 

aparılmasını,  Đkinci  Dünya  müharibəsində  milyonlarla  əhalinin 

Almaniyaya köçürülməsini göstərmək olar. 

Daha  yaxın ərazi və tariximizdən məcburi miqrasiyaya türklərin 

Gürcüstandan,  tatarların  Krımdan,  çeçen-inquşların  Çeçen-Đnquş 

Respublikasından,  azərbaycanlıların  Ermənistandan  köçürülməsini 

(departasiyasını) misal göstərmək olar. 

Xarici  miqrasiyanın  səbəbində  isə  əhalinin  sosial,  iqtisadi 

vəziyyəti  aparıcı  olaraq  qalır.  Hazırda  işçi  qüvvəsinin  miqrasiyası 

geniş vüsət almışdır. Əhali inkişafda olan ölkələrdən Avropa, Şimali 

Amerika  (ABŞ,  Kanada),  ÇAR,  Đran  körfəzi  ölkələrinə  mühacirət 

edirlər. 

Đqtisadi  səbəblərdən  başqa,  xarici  miqrasiyanın  siyasi  səbəbləri 

də  mövcuddur.  Bu  ölkələrdəki  siyasi  rejimlə  bağlıdır.  70-80-ci 

illərdə keçmiş SSRĐ-ni də siyasi emiqrantlar tərk etmişdilər. Bu cür 

proseslər  hazırda  Koreya  Xalq  Demokratik  Respublikasında, 

Kubada müşahidə olunur. 

Ərazi  əhatəsinə  görə  kontinentlərarası  və  kontinentdaxili 

miqrasiyaları ayırmaq olar. Ölkədaxili miqrasiyaya daxili miqrasiya 

deyilir. 

Müddətinə 

görə 

daimi, 


mövsümi 

və 


müvəqqəti 

(qısamüddətli) miqrasiyalar da ayrılır. 

Son dövrlərin ən qorxulu miqrasiyalarından biri qaçqınlıqdır. Bu 

proses çox böyük əraziləri əhatə edir. Beynəlxalq təşkilatların səyinə 




baxmayaraq  bu  proses  ləngimir,  bu  problemlər  hələ  də  həll 

olunmamış  qalır.  Bu,  əsasən  müxtəlif  cür  separatçılığın,  regional 

konfliktlərin,  aclığın,  epidemiyaların  və  siyasi  mübarizələrin 

nəticələridir. 

Yuqoslaviya  və  SSRĐ-nin  dağılmasından  sonra  bu  ərazidə  2,5 

mln.  nəfər  qaçqın  ordusu  yaranmışdır  ki,  bunun  1  mln.  nəfərdən 

çoxu azərbaycanlardan ibarətdir. 

Urbanizasiya  müasir  dövrün  ən  ciddi  proseslərindən  biridir. 

Urbanizasiya  əraziləri  qurunun  -1%-ni,  əhalinin  47%-ni  özündə 

cəmləşdirir. 

Urbanizasiya  kənd  əhalisinə  nisbətən  şəhər  əhalisinin  payının 

artmasıdır.  Bəzən  bunu  sadəcə  şəhərləşmə  və  ya  kənd  əhalisinin 

şəhərlərə  köçməsi  kimi  izah  edirlər.  Bu  proses  kənd  əhalisinin 

şəhərlərə  miqrasiyası,  şəhər  əhalisinin  özünün  təbii  artımı,  kənd 

yaşayış məntəqələrinin şəhər tipli qəsəbələrə və şəhərlərə çevrilməsi 

formasında baş verir. 

Şəhərlərin  statusu  qanunvericiliklə  müəyyən  olunur.  Dünya 

ölkələrində  şəhər  əhalisinin  minimum  sayı  bir-birindən  kəskin 

fərqlənir. 

Dünya miqyasında əhalisinin sayı 10 mln.-dan artıq olan şəhərlər 

inkişafda olan ölkələrdə sürətlə artır. 1960-cı ildə təkcə Nyu-York və 

Tokioda  əhalinin  sayı  10  milyondan  çox  idi.  Son  illərdə  meqa 

şəhərlərin sayı 20-yə çatmışdır. 

Urbanizasiya  səviyyəsi  regionlar  üzrə  bir-birindən  kəskin 

fərqlənir.  Urbanizasiya  səviyyəsinin  artımı  inkişafda  olan  ölkələrdə 

və zəif inkişaf etmiş ölkələrdə daha yüksəkdir. 

Dünya  ölkələri  içərisində  Sinqapur  -  100%,  Belçika-97% 

urbanizasiyaya məruz qalmışdır. 

Urbanizasiya nəticəsində şəhər əhalisi va təsərrüfatı eninə, uzununa 

və dərininə daha da genişlənərək şəhərətrafı sahələr hesabına nəhəng 

aqlomerasiyalar formalaşmışdır. Belə aqlomerasiyalar dünyada 325-

dən  çoxdur.  Onun  144-ü  Asiyada,  62-si  Avropada,  42-si  Latın 

Amerikasında,  39-u  Şimali  Amerikada,  33-ü  Afrikada,  5-i 

Avstraliya  və  Okeaniyadadır.  Ölkələrə  gəldikdə  isə  Çində  -  49, 

ABŞ-da  45,  Hindistanda  -  36,  Braziliyada  -  16,  Rusiyada  -  11 

aqlomerasiya formalaşmışdır. 

Biri-birinə  yaxın    aqlomerasiyalar  da  get-gedə  böyüyərək 

birləşib  daha  nəhəng  əhali  məskunlaşması  forması  olan  meqalo-




polislərin mövcudlaşmasım zəruriləşdirmişlər. Hal-hazırda ABŞ-da - 

5, Yaponiyada - 1, Böyük-Britaniyada - 1, AFR-də 1 formalaşmamış 

meqalopolis  vardır.  Yaxın  gələcəkdə  isə  biri-birinə  yaxın  yerləşən 

meqalopolislər  inkişaf  nəticəsində  birləşərək  daha  iri  əhali 

məskunqlaşması forması - oykumenopolisləri yaradacaqlar. 

Dünyada  400-ə  qədər  «milyoner»  şəhər  mövcuddur. 

Bunlardan  23  şəhər  super  şəhər  adlandırılmışdır  ki,  onların  hər 

birisinin  ayrı-ayrılıqda  10  mln-dan  artıq  əhalisi  vardır.  Belə 

şəhərlərin  8-i  ĐEÖ-lərdə,  qalanları  isə  ĐOÖ-də  yerləşir.  Bunlara 

əhalisinin sayı 26,4 mln. nəfərdən artıq olan Tokio başçılıq etməklə, 

23-cü yer -10,0 mln. nəfər əhalisi olan Seula məxsusdur. 

Onu  da  göstərmək  yerinə  düşərdi  ki,  siyasi  xəritədə  Öz 

əkslərini tapmış dövlətlərdən 11-nin hər birisinin 100 mln-dan artıq 

əhalisi  vardır.  Buraya  Çin,  Hindistan,  ABŞ,  Đndoneziya,  Braziliya, 

Pakistan, RF, Banqladeş, Nigeriya, Yaponiya, Meksika daxildir. 

 


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə