R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə22/53
tarix31.12.2021
ölçüsü2,56 Mb.
#82187
1   ...   18   19   20   21   22   23   24   25   ...   53
dunyanin-iqtisadi-ve-sosial-cografiyasi (2)

V.7. Yeyinti sənayesi 

 

Qədim  təsərrüfat  sahələrindən  sayılan  yeyinti  sənayesi 



çoxsahəliliyi ilə tanınır. O, əhalini başlıca ərzaq məhsulları ilə təmin 

edir.  Đstər  ĐEÖ-də,  istərsə  də  ĐOÖ-də  yeyinti  məhsulları  istehsalı 

gündən-günə  artır,  öz  çeşidini  dəyişir.  Belə  ki,  istehlaka,  müvafıq 

olan növlər artırılır və əksinə, tələbatı olmayanları aradan götürülür. 

Xüsusilə,  ĐEÖ-də  sağlamlığın  daha  da  yaxşılaşdırılmasına  xidmət 

edən yeni-yeni növlər istehsala cəlb edilir. 

Yeyinti  sənayesinin  unüyütmə,  şəkər,  ət,  ət  məhsulları,  süd, 

süd məhsulları, qənnadı, konserv, yağ, vitamin və s. istehsal edən 30-

dan artıq sahəsi vardır. 

Başqa sənaye sahələrinə nisbətən, yeyinti sənayesi məhsulları 

kənd  təsərrüfatı  ilə  daha  çox  əlaqəlidir.  O,  kənd  təsərrüfatından 

xammal  kimi  taxıl,  süd,  şəkər  çuğunduru,  şəkər  qamışı,  kartof, 

müxtəlif  əkinçilik  təsərrüfatı  məhsulları  alaraq  bitkiçilik  və 

heyvandarlığa  da  öz  təsirini  göstərir.  Onun  inkişafı  isə 

maşınqayırmadan,  elektroenergetikadan,  yanacaqdan,  nəqliyyatdan 

çox  asılıdır.  Buna  görə  də  maşınqayırma,  energetika,  meşə  sənaye 

sahələri ilə yeyinti sənayesinin sahələrarası istehsal əlaqələri daha da 

genişlənir. 

Yeyinti  sənayesi  sahələrinin  bir  qrupu  -  şəkər,  yağ,  şərab 

sahələri xammal mənbələrinə yaxın yerləşdirilirlər. Ət kombinatları 

istehlakın və heyvandarlığın inkişaf etmiş olduğu yerlərdə yaradılır, 



çünki  diri  mal-qaraya  nisbətən,  əti  daşımaq  daha  sərfəlidir.  Kənd 

təsərrüfatı  xammallarından  süd,  meyvə  və  s.  daşınma  zamanı  tez 

xarab olur. Buna görə də bəzi sahələr istehlaka meyl etməli olurlar. 

Çörək,  makaron,  qənnadı  istehsalı  istehlak  yerlərində  iri  yaşayış 

məntəqələrində 

yerləşdirilir. 

Beləliklə, 

yeyinti 


sənayesi 

məhsullarının  inkişafı,  yerləşdirilməsi  əhalinin  miqdarı  və 

yerləşməsi  ilə,  kənd  təsərrüfatı  sahəsinin  ixtisaslaşması  ilə,  hazır 

məhsulun  nəql  edilməsi  şəraiti  ilə  müəyyən  olunur.  Deyilənlərlə 

yanaşı,  xammalın  müxtəlifliyi  və  yeyinti  məhsulları  istehlakının 

geniş  hüdudları  yeyinti  sənayesi  məhsullarının  hər  yerdə 

yaradılmasına imkan verir ki, bu da həmin sahəni başqa sahələrdən 

fərqləndirir. Lakin bəzi yerlərdə bu sahə yalnız yerli əhaliyə xidmət 

edir,  digərlərində  isə  regionun,  ölkənin  bir  çox  rayonları  üçün 

məhsul verir. 

Qeyd  etmək  lazımdır  ki,  bu  sahə  eyni  zamanda  Aqrar 

Sənaye Kompleksinin bir hissəsidir. 

Yeyinti  sənayesinin  tərkibində  ət  istehsalı  sahəsi  çox  böyük 

əhəmiyyət  kəsb  edir.  Son  illərdə  onun  illik  istehsalının  kəmiyyət 

göstəricisi 21 i mln. tondan çox olmuşdur. Adambaşına ət istehsalı -

40  kq-a  yaxındır.  Adambaşına  düşən  ət  istehsalıın  kəmiyyət 

göstəricisi  ayrı-ayrı  ölkələrdə  müxtəlifdir.  Bu,  Danimarkada  -  400 

kq-a yaxm, Hindistanda isə - 5,0 kq-dan azdır. istehsal olunmuş ətin 

strukturasında  da  fərqlər  mövcuddur.  ABŞ-da  adambaşına  düşən 

donuz əti istehsalı - 31 kq, toyuq əti - 53 kq olduğu halda, dünyada 

bu  müvafiq  olaraq  -  15  kq  və  -  9,0  kq  təşkil  edir.  Dünyada  ətin 

ixracat  kvotası  5-7,4%  arasında  dəyişir.  Qərbi  Avropa  -  47%  əti 

ixrac  edərək  burada  Niderland,  Fransa,  Danimarka  dövlətləri 

fərqlənirlər. Bu sahədə ABŞ-ın xüsusi çəkisi 20% olmaqla dünyada 

2-ci,  12%  xüsusi  çəkiyə  malik  olan  Okeaniya  isə  dünyada  3-cü 

yerdədir. AFR, Yaponiya və Đtaliya ət idxal edən ölkələrdir. 

Maraqlıdır ki, Sakit okeana çıxışı olan ölkələr 70%, Asiya və 

Cənubi Amerika dəniz məhsullarının 3/4-nü tədarük edirlər. Balıq və 

müxtəlif dəniz məhsulları verən dünyanın qabaqcıl 10 ölkəsindən 9-

u  Sakit  okean  hövzəsində  yerləşir.  Bu  sahədə  mübaliğəsiz  demək 

olar ki, Çin dünyada 1-ci yeri tutmaqla ildə 26 mln. ton məhsul verə 

bilir.  


700-dən  artıq  növü  ilə  pendir  tədarükündə  Qərbi  Avropa 

ölkələri  həmişə  qabaqcıl  yer  tutmuşlar.  Pendir  tədarükündə  Qərbi 

Avropadan sonrakı yer Şimali Amerikaya məxsusdur. Hər iki region 



dünya  pendir  tədarükünün  70%-dən  artığını  verirlər.  Şərqi  Avropa 

regionu  bu  sahədə  öz  çəkisini  16%-dən  12%-ə  endirmişdir. 

Đstehsalın  səviyyəsi  və  adambaşına  olan  istehsal  miqdarı  ayrı-ayrı 

ölkələr üzrə müxtəlifdir. Dünyada bu göstərici adambaşına - 2,6 kq-

dırsa,  Fransada  –  27  kq,        Yunanıstanda,  Danimarkada  və  Yeni 

Zelandiyada - 50 kq-dan artıqdır. Dünyada illik pendir istehsalının -

25%-ni  ABŞ,  11%-ni  Fransa,  9%-ni  Almaniya  verməkdədir. 

Rusiyada ildə adambaşına - 5 kq pendir istehsalı onu hətta Misirdən 

də (6 kq) geri qoyur. 

Ərzaq məhsullarından biri də şəkər sayılır. Adambaşma ildə -

21 kq şəkər istehsal olunursa, Çində bu az - bir neçə kq təşkil edir. 

Lakin Böyük Britaniyada, Avstraliyada, Kanada və Kubada - 50 kq-

dan artıqdır. 

Məlumdur  ki,  şəkərin  alınmasının  xammalı  şəkər  çuğunduru 

və  şəkər  qamışıdır.  Hal-hazırda  istehsal  olunan  şəkərin  -  71%-ni 

şəkər qamışından əldə edirlər. Asiya və Cənubi Amerika regionunun 

xüsusi çəkisi şəkər istehsalında - 60%-dən çoxdur. 

Son  illər  dünyada  -  30  mlrd.  litrdən  artıq  üzünün  şərabı 

istehsalının yarıdan çoxunu Đtaliya, Fransa və Đspaniya verməkdədir. 

Pivə  buraxılmasında  Çexiya,  Almaniya,  Belçika,  ABŞ,  Çin 

fərqlənirlər. ABŞ və Qərbi Avropa ölkələri dünyada istehsal olunan 

126  mlrd.  litr  pivənin  –  Vi-ni  verirlər.  Almaniyada  1200-dən  çox 

sayda pivə zavodları fəaliyyətdədirlər. Təkcə Bavariyada - 750 pivə 

zavodunun olmasını göstərə bilərik. Ölkədə ildə adambaşına-150 litr 

məhsul  istehsal  olunur.  Ən  çox  pivə  istehsal  edən  müəssisələr  son 

vaxtlar  Çində  yaradılmışdır.  O  ki  qaldı  Belçika  pivəsinə,  onun  ən 

böyük istehlakçıları ABŞ, Misir dövlətləridir. 

60-dan  artıq  növü  olan  tütündən  hər  il  -  5500  mlrd.  ədəd 

papiros düzəldilir. Bunun - 650 mlrd. ədədi ABŞ-da, 750 mlrd. ədədi 

Avropa Birliyi ölkələrində, 1647 mlrd. ədədi Çində, 175 mlrd. ədədi 

Braziliyada,  190  mlrd.  ədədi  RF-də  buraxılır.  ABŞ  öz  ölkəsində 

tələbat  üçün  az  nikotinli,  ixracat  üçün  isə  çox  nikotinli  papiros 

buraxır.  O,  Rusiyaya,  Avroasiyanın  müsəlman  ölkələrinə  ixrac 

olunur. 


 


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə