R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ


III. DÜNYANIN TƏBĐĐ RESURSLARI



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə13/53
tarix31.12.2021
ölçüsü2,56 Mb.
#82187
1   ...   9   10   11   12   13   14   15   16   ...   53
dunyanin-iqtisadi-ve-sosial-cografiyasi (2)

III. DÜNYANIN TƏBĐĐ RESURSLARI 

 

Təbii  resurslar  cəmiyyətin  tələbatının  ödənilməsi  üçün 



istifadə  olunan  təbii  elementlərdir.  Bunlara  insan  həyatı  və 

məhsuldar  qüvvələrin  inkişafı  üçün  təbiətdə  istifadə  edilən  və 

edilməsi  mümkün  olan  resurslar  daxildir.  Bu  fəaliyyətdə  bilavasitə 

iştirak  etməyən,  lakin  maddi  istehsal  və  qeyri-maddi  istehsal 




sahələrində  zəruri  olan  komponentlər  də  vardır  ki,  o  isə  təbii  şərait 

anlayışıdır.  Təbii  resurs  və  təbii  şəraitin  məcmuu  cəmiyyətin 

həyatında  və  fəaliyyətində  mühüm  əhəmiyyət  kəsb  edir.  Bu 

baxımdan  cəmiyyətlə  təbiəti  bilavasitə  əlaqələndirən  məhz  təbii 

resurslardır. Đnsanların yaşaması, inkişaf etməsi prosesinə təsir edən 

amillərdən biri təbii resursların mənimsənilməsidir. 

XX  əsrin  ortalarından  başlayaraq  dünya  əhalisinin  sürətlə 

artması  və  istehsalın  inkişafı  ilə  əiaqədar  olaraq  təbii  resurslardan 

istifadə olduqca artmışdır.Ona görə də insanla ətraf mühit arasındakı 

münasibət,  cəmiyyətlə  təbiətin  bir-birinə  münasibəti  probleminin 

düzgün həll olunmasına şərait yaradır. 

Hal-hazırda  dünyada  250  növ  faydalı  qazıntı  və  200  növə 

qədər  qiymətli  daşlar  mövcuddur.  Onların  təsərrüfat  fəaliyyətinə 

cəlb  olunması  uzun  tarixi  dövr  ərzində  tədricən  formalaşmışdır. 

Lakin  istehsalın  sürətli  inkişafı  dövründə  təbii  resurslardan  istifadə 

dairəsi  daha  çox  genişlənmiş  və  hətta  bəzi  sərvətlərin  tükənmək  və 

azalmaq ehtimalı çoxalmışdır. 

Təqribən son 50 ildə dünyada bəşəriyyətin tarix boyu istifadə 

etdiyi qədər xammal işlədilmişdir. 

Ayrı-ayrı  ölkələrin  və  ya  rayonların  təbii  resurslarla  təmin 

olunmasının  səciyyəsi  onların  ən  adi  təsnifatına  əsaslanmalıdır. 

Məlumdur ki, təbii resurslar istifadə olunma xarakterinə görə istifadə 

olunan  və  potensial  təbii  resurslara  ayrılır.  Potensial  resurslar  həm 

istifadə  olunmayan,  həm  də  ehtiyatı  hələ  dəqiqləşməyən  və  yaxud 

müəyyən  səbəbdən  istismar  edilməyən  sərvətləri  özündə  birləşdirir. 

Eləcə  də  təbii  resurslar  tükənən,  tükənməyən  və  ya  tükənənlər  isə 

bərpa olunan, bərpa olunmayan resurslara ayrılır. 

Təbii resurslardan istifadə daim artdığı üçün ayrı-ayrı resurs 

növlərinin qiymətləndirilməsi vacibdir. 

Təbii      resursların        iqtisadi        cəhətdən   

qiymətləndlirilməsinə  hasilatın,  emalın,  daşınmanın  dəyəri,  kapital 

qoyuluşunun  xüsusi  çəkisi,  əmək  məhsuldarlığının,  səmərəliliyinin 

səviyyəsi  və  s.  göstəricilər  daxildir.  Bu  qiymətləndirmə  meyarları 

məhsuldar  qüvvələrin  inkişaf  ilə  əlaqədar  dəyişə  bilər.  Həmçinin 

iqtisadi  qiymətləndirmə  ayrı-ayrı  təbii  resurslardan  istifadənin 

faydalılığını müəyyən etməyə imkan verir. 




Təbii  resurslardan  səmərəli  istifadə  bütün  dünya  ölkələrinin 

başlıca problemidir. Bu, sərvətlərin tükənməsindən çox ətraf mühitin 

çirklənməsi ilə əlaqədardır. 

Təbii resurslar bir çox sahələrə bölünür. Onların ən başlıcası 

mineral resurslardır. 

Mineral  resursların  başlıca  sahəsi  olan  faydalı  qazıntılar 

müasir  iqtisadiyyatın  başlıca  istiqamətlərini  müəyyən  edən, 

həmçinin,  iqlisadiyyatın  inkişafını  təmin  edən  əsas  təbii  bazadır. 

Faydalı qazıntılar yer qabığında, dəniz dibində, yeraltı sularda, dəniz 

sularında,  göllərdə  olan  üzvi  və  qeyri-üzvi  təbii  mineral 

törəmələrdir.  Faydalı  qazıntılar  sırasında  ən  başlıca  yer  mineral 

yanacaq ehtiyatlarına məxsusdur. 

Mineral yanacaq ehtiyatları içərisində isə başlıca yeri kömür 

tutur. Dünyada kömür ehtiyatı və istifadəsi vaxtaşırı olaraq 1924-cü 

ildə  yaradılmış  və  hazırda  80  ölkəni  birləşdirən  və  dünyanın  enerji 

problemi ilə məşğul olan  «Dünya Energetika Şurası» sessiyalarında 

müzakirə edilir. 

Dünyada  14,8  trln.t,  o  cümlədən  9,4  trln.  t.  daş  kömür,  5,4 

trln. t qonur kömür ehtiyatı vardır. Dünya kömür ehtiyatının 60%-ni 

daş kömür, 40%-ni qonur kömür təşkil edir. Kəşf edilmiş ehtiyatlar 

ümumi  ehtiyatın  cəmi  8%-nə  qədərdir.  Kömür  ehtiyaünın  90%-dən 

çoxu Şimal yarımkürəsində cəmlənmişdir. 

Kömür  ehtiyatlarının  54%-i  Asiyanın,  28%-i  Şimali 

Amerikanın, 9%-i Avropanın payına düşür. Dünya ölkələri arasında 

daha  çox  kömür  ehtiyatına  malik  olan  MDB,  ABŞ  və  ÇXR-dır. 

Ümumi ehtiyatın 80%-i bu dövlətlərin ərazisindədır. Həm ümumi və 

həm də kəşf olunmuş ehtiyatın xeyli hissəsi iqtisadi cəhətdən inkişaf 

etmiş  ölkələrin  ərazisində  yerləşir.  Đnkişafda  olan  ölkələrdən 

Hindistan,  Botsvana,  Latın  Amerikasının  bir  çox  ölkələri  də  kömür 

ehtiyatına malikdirlər. 

Dünyanın  83  ölkəsində  kömür  ehtiyatı  kəşf  edilmişdir.  Yer 

kürəsində  kömür  ehtiyatının  geoloji  qanunauyğunluqlara  əsasən 

yerləşmə  xüsusiyyətləri  bir  çox  alimlər  tərəfindən  tədqiq 

olunmuşdur. 

Dünyanın  10  iri  kömür  hövzələrinə  Tunqus,  Lena,  Kansk-

Açinski,  Kuzbas,  Rur,  Appalaç,  Peçora,  Taymir,  Qərb  Donbas  aid 

edilir. 



Mineral resurslardan neft və qaz yanacaq istehsalında xüsusı 

yer tutur. Neft - 102 ölkədə və qaz - 85 ölkədə ehtiyatlarının coğrafi 

yerləşməsi  dünya  dövlətlərinin  həmişə  maraq  dairəsində  olmuşdur. 

Kömürdən fərqli olaraq  maye və qaz  yanacağının qiymətində hər il 

dəyişikliklər  baş  verir.  Bu  isə  bəzi  ölkələrdə  yanacaq  ehtiyatlarının 

azalması,  bəzilərində  isə  istehsalın  mürəkkəbliyi  ilə  izah  olunur. 

Məsələn,  80-cı  illərin  əvvəllərində  neft  ehtiyatı  95  mlrd.  ton  idisə, 

son illərdə bu rəqəm 800 mlrd. ton hesablanmışdır. 

Dünyada  qaz  ehtiyatlarının  kəşfı  1980-1990-cı  illərdə  35 

trln.m3, son illərdə isə 600 trln. m3-ə çatmışdır. Yanacaq ehtiyatları 

kəşfinin  belə  göstəriciləri  birinci  növbədə  yeni  yataqların 

mənimsənilməsi, ikincisi isə ümumi geoloji ehtiyatların kəşf olunub 

artıq istehsal astanasında dayanması ilə izah olunur. Nəticədə məlum 

olur  ki,  müasir  dünya  iqtisadiyyatında  neftə  və  qaza  olan  tələbat 

daha  üstündür.  Geoloq-alimlər  belə  hesab  edirlər  ki,  neft  və  qaz 

yataqları  77  mln.  km2  sahəni,  o  cümlədən  48  mln.km2  qurunu,  29 

mln. km2 şefl zonasını əhatə edir. 

Çoxsaylı  neft  -  50  min  və  qaz  yataqları  içərisində  daha 

əhəmiyyət  kəsb  edən  nəhəng  hövzələrdir.  Həmin  hövzələrin  hər 

birində  neft  ehtiyatı  500  mln.tona,  hətta  1  mlrd.  tona,  qaz  isə  1 

trln.m3-ə  bərabərdir.  Dünyada  50-yə  qədər  belə  iri  hövzə  vardır. 

Onların  yarıdan  çoxu  Yaxın  Şərq  ölkələrində  yerləşir.  Dünyada 

nəhəng qaz hövzələri 20-dən çoxdur ki, onlarda da ümumi ehtiyatın 

70%-i cəmlənmişdir. Bu növ hövzələr əsasən MDB ölkələri üçün də 

xarakterikdir. 

Yer  kürəsində  uran  da  geniş  yayılmışdır.  Onun  potensial 

ehtiyatı  10  mln.  t  hesablanmışdır.  Tərkibində  0,1%  uran  olan 

yataqların  mənimsənilməsi  iqtisadi  cəhətdən  səmərəli  hesab  olunur. 

1  kq  uran  xammalının  istehsalı  80  ABŞ  dollarına  başa  gəlir.  Atom 

enerjisi  üzrə  beynəlxalq  agentliyin  məlumatına  görə  80-ci  illərin 

sonunda yuxarıda göstərilən qiymətlə uzlaşan uran ehtiyatı 1,6 mln. 

tona  qədərdir.  Bu  baxımdan  zəngin  ehtiyata  malik  birinci  yeddi 

dövlət  bunlardır:  Avstraliya  (460  min  t.),  CAR  (250  min  t.),  Niger 

(180 min t.), Braziliya (165 min t.), Kanada (155 min t.), ABŞ (125 

min  t.)  və  Namibiya  (100  min  t.).  Hesablamalara  əsasən  ümumi 

ehtiyatın 2/3-si Qərbin inkişaf etmiş dövlətlərinin, 1/3-i isə inkişafda 

olan ölkələrin payına düşür. MDB dövlətləri içərisində uran istehsalı 



və  ixracına  görə  Rusiya  Federasiyası  fərqlənir.  Ümumiyyətlə 

dünyanın urana olan tələbatı tam ödənilir. 

Litosfer  nəinki  mineral  yanacaqlarla,  eləcə  də  alternativ 

enerji mənbəyi ilə, yəni geotermal enerji ilə də zəngindir. Geotermal 

enerji  mənbələri  iki  tipə  bölünür.  Birinci  tip  yeraltı  təbii  istilik 

mənbələrini - qaynar suları, buxar və  ya buxar-su qarışığını özündə 

birləşdirir.  Đsti  sular  və  ya  buxar  birbaşa  istifadə  oluna  bilən  enerji 

mənbələridir. 

Đkinci tip - dağ süxurlarının daxili istiliyidir. Həmin süxurlara 

böyük  təzyiq  altında  su  vurularsa  onlardan  alınan  buxardan  istilik 

enerjisi kimi də istifadə etmək olur. 

Hər iki variantın istifadəsinin ümumi çatışmamazlığı buradan 

geotermik enerjinin zəif konsentrasiyasından irəli gəlir. O ərazilərdə 

ki,  belə  isti  mənbələr  yer  səthinə  yaxın  yerləşir  və  temperaturu  30-

40°C-ə  bərabər  olur,  onlardan  təsərrüfatda  istifadə  edilməsi  üçün 

şərait  yaranır.  Su,  buxar,  buxarlı  su  qarışığı  temperaturdan  asılı 

olaraq iki qrupa bölünür. 

Đsti 


su 

mənbələrindən 

istifadə 

olunması 

onların 

temperaturundan  əsaslı  surətdə  asılıdır.  Qeyd  etmək  lazımdır  ki, 

geotermal  enerji  dörd  fərqləndirici  xüsusiyyətə  malikdir.  Birinci,  o, 

tükənməyən sərvətlər qrupuna daxildir. 70-ci illərin hesablamalarına 

əsasən  10  metr  dərinliyə  qədər  onların  ehtiyatı  ənənəvi  yanacaq 

ehtiyatlarından 3,5 min dəfə artıqdır. Ona görə də bəzi tədqiqatçılar 

hətta  5  km  dərinlikdə  belə  geotermal  enerji  ehtiyatlarının  həddən 

artıq  çox  olduğunu  göstərirlər.  Đkincisi,  geotermal  enerji  mənbələri 

çox geniş yayılmışdır. Onun yerləşməsi əsasən Yer kürəsi sahəsinin 

1/10-ni  əhatə  edən  aktiv  seysmik  və  vulkanik  zona  ilə  əlaqədardır. 

Bu  zona  içərisində  daha  perspektivli  «geotermal  rayonlar»  ayırmaq 

mümkündür  (Kaliforniya,  Kamçatka,  Şimali  Qafqaz).  90-cı  illərin 

əvvəllərində  təkcə  keçmiş  SSRĐ-də  50-yə  qədər  yeraltı  isti  su 

mənbələri aşkar edilmişdir. Üçüncüsü, geotermal enerji böyük vəsait 

qoyuluşu  tələb  etmir.  Çünki  yer  təkindən  çıxan  və  ya  çıxarılan  bu 

mənbələr  artıq  təbiət  tərəfindən  istifadəyə  yararlı  vəziyyətə 

gətirilmişdir.  Dördüncüsü,  geotermal  enerji  ekoloji  cəhətdən  tam 

zərərsiz olmaqla bərabər ətraf mühiti çirkləndirmir. 

Torpaq  resursları  dünya  torpaq  fondunun  təsərrüfat  üçün 

yararlı  hissəsidir.  Đnsanlar  bütün  yerüstü  fəaliyyətlərində  belə 

resurslardan  istifadə  edirlər.  Kənd  təsərrüfatı  istehsalı  üçün  əsas 



vasitə  olmaqla  bərabər  şəhər,  qəsəbə,  kənd,  sənaye  müəssisələri, 

nəqliyyat,  rabitə  və  sairələrinin  yerləşməsi  üçün  müstəsna 

əhəmiyyəti vardır. 

Dünya  torpaq  fondunun  ümumi  sahəsi  149  mln.  km2  və  ya 

14,9  mlrd.hektardır.  Antarktida  və  Qrenlandiya  sahələrini  nəzərə 

almasaq bu 135 mln, kv. km və ya 13,5 mlrd. hektara çatır. 

Ayrı-ayrı  regionlar  içərisində  torpaq  fondunun  böyüklüyünə 

görə  fərqlənən  ərazilər  Afrika,  MDB,  Xarici  Asiya,  Şimali  və 

Cənubi Amerikadır. 

Torpaq  fondunun  strukturu  bir  o  qədər  də  əlverişli  deyildir. 

Torpaq  resurslarını  mənimsəyən  və  ondan  istifadə  edən  insanlar 

planetimizin  torpaq  fondunun  strukturuna  təsir  etmiş,  onu  tədricən 

dəyişmişlər.  Bu,  ilk  növbədə  əkilən  torpaqların  genişlənməsi,  otlaq 

və  meşə  sahələrinin  sıxışdırılması  ilə  izah  olunur.  Dünya  torpaq 

fondunun  11%-i  becərilir.  MDB,  Afrika  və  Şimali  Amerikada  bu 

göstərici  orta  dünya  səviyyəsində,  Xarici  Avropa  və  Okeaniyada 

qismən  yüksək  səviyyə  ilə  xarakterizə  olunur.  Onu  da  qeyd  etmək 

lazımdır  ki,  ABŞ  (190  min  ha.),  Hindistan  (166  min  ha.),  Rusiya 

Federasiyası (130 min ha.), ÇXR (93 min ha.), Kanada (46 min ha.). 

Qazaxıstan  (35  min  ha.),  Ukrayna  (min  34  ha)  daha  çox  becərilən 

torpaq sahələrinə malıkdir. 

Təbii  çəmənlik  və  otlaq  sahələri  Xarici  Avropa  müstəsna 

olmaqla  bütün  dünya  regionlarında  becərilən  torpaqlardan  üstünlük 

təşkil edir və hətta Avstraliyada bu 10 dəfə arıqdır. Həmçinin MDB-

də,  Xarici  Avropada,  Şimali  Amerikada  meşə  torpaqları  böyük 

sahələri,  Cənub  Amerikada  isə  ərazinin  təxminən  yarısını  tutur. 

Yaşayış  məntəqələri,  sənaye  və  nəqliyyatın  altında  olan  torpaqlar 

həm  dünya  üzrə  və  həm  də  regionlar  üzrə  1-2%  arasında  tərəddüd 

edir.  Təkcə  Xarici  Avropa  və  Şimali  Amerikada  bu  göstərıci  bir 

qədər yüksəkdir. 

Dünya  torpaq  fondunun  başlıca  problemi  kənd  təsərrüfata 

yararlı  torpaqların  deqradasiyasıdır.  Torpaqların  deqradasiyasına 

onların 

eroziyası, 

çirklənməsi, 

təbii 


otlaqların 

bioloji 


məhsuldarlığının 

azalması, 

şoranlaşma, 

bataqlaşma, 

yaşayış 

məntəqələri,  sənaye  və  nəqliyyat  tikintiləri  üçün  tələbata  uyğun 

olmaması  və  s.  aid  edilir.  Bəzi  hesablamalara  görə  bəşəriyyət  artıq 

buna görə 2 mlrd. hektar məhsuldar torpaq sahəsini itirmişdir. Təkcə 

eroziya  səbəbindən  nəinki  geridə  qalmış,  hətta  geniş  torpaqlara 



malik  iqtisadi  cəhətdən  inkişaf  etmiş  ölkələrdə  607  mln.  ha  kənd 

təsərrüfatı  torpaqları  dövriyyədən  çıxmışdır.  Şoranlaşma  və 

bataqlaşma  səbəbindən  isə  hər  il  1,5  mln.  ha  torpaqlar  yararsız 

vəziyyətə düşür. 

Göstərilən neqativ hallar adambaşına düşən becərilən torpaq 

sahələrinin kəskin azalmasına səbəb olur. 

Ümumiyyətlə, dünya üzrə bu göstərici yüksək olaraq indi də 

qalmaqdadır. ÇXR və Misirdə bu göstərici (müvafıq olaraq 0,09 və 

0,05 hektar) daha kəskin şəkil almışdır. 

Bir  çox  ölkələrdə  torpaq  fondunun  saxlanılması  və  onun 

strukturunun  yaxşılaşdırılması  üçün  müəyyən  tədbirlər  görülür. 

Regional  və  qlobal  aspektdə  bu  tədbirlərin  həlli  BMT  ixtisaslaşmış 

orqanlarında  -  YUNESKO-nun  təhsil,  elm  və  mədəniyyət 

bölmələrində,  eləcə  də  ərzaq  və  kənd  təsərrüfatı  təşkilatlarında 

araşdırılır. 

Dünyanın  quru  hissəsinin  55%-nin  mənimsənilməsinə 

baxmayaraq  torpaq  resurslarının  çatışmazlığı  hər  yerdə  nəzərə 

çarpır. Qərbi Avropa, Cənubi və Cənub Şərqi Asiyanın ən çox əhali 

cəmləşən  və  əsas  istehsal  fəaliyyətinin  təmərküzləşdiyi  köhnə 

mənimsənilmiş rayonlarında torpaq çatışmamazlığı çox ağır vəziyyət 

almışdır.  Torpaq  çatışmamazlığının  aradan  qaldırılmasının  ən 

münasib  yolu  yeni  ərazilərin  mənimsənilməsidir.  Lakin  bu  çox 

böyük  vəsait  tələb  edır.  Ərazisi  böyük  olan  ölkələrdə  yeni 

torpaqlardan  istifadə  etmək  daha  münasibdir.  Məsələn,  Kanada, 

Avstraliya, Braziliya və s. ölkələrdə olduğu kimi. 

Mənimsənilməsı çox da xərc tələb etməyən torpaq ehtiyatları 

dünyanın quru hissəsinin təxminən 6%-ni, mənimsənilməsi olduqca 

böyük vəsait tələb edən sahələr isə 25% təşkil edir. 

Səhralaşma  Yer  kürəsində  hələ  insan  cəmiyyətinin  formalaşdığı 

dövrdən  əvvəl  də  mövcud  olmuşdur.  Hal-hazırda  dünyanın  1/3-ni 

tutan arid qurşaqda 8 mln. km2 sahəni səhralar tutur. Şimali Afrika 

və Asiyanın səhraları 11 min km məsafədə uzanan vahid enli zonanı 

təşkil edir. Bu sahənin yarıya qədəri dünyanın böyük səhrası sayılan 

Saxaranın  payına  düşür.  Həmin  zonaya  300  mln.  ha  sahəni  tutan 

(ərazinin 15%) MDB-nin arid sahəsi də daxildir. 

Hazırda  da  məhsuldar  torpaqların  səhralara  çevrilməsi 

prosesi  davam  edir.  Səhralaşmanın  davam  etməsinin  başlıca 

amillərindən  biri  insan  fəaliyyətidir.  Bu  təsir  nəticəsində  ərazinin 




bioloji  potensialı  azalır  və  ya  tam  məhv  olur,  nəticədə  mövcud 

ekosistemin tarazlığı pozulur. 

Antropogen  təsirə  birinci  növbədə  meşələrin  qırılması, 

torpaqlardan 

düzgün 

istifadə 

edilməməsi, 

heyvandarlıqda 

otlaqlardan  səmərəsiz  istifadə  olunması  və  s.  daxildir.  Demək  olar 

ki,  Mərkəzi  Avropada  1  ha  məhsuldar  otlaq  3-5  ev  heyvanının 

yemlənməsinə xidmət etdiyi halda, Səudiyyə Ərəbistanında 50-60 ha 

səhra otlaqları 1 heyvanın yemlənməsinə xidmət edir. 

Alimlər  hesablamışlar  ki,  antropogen  təsirdən  yaranmış 

səhralar 80-ci illərin sonunda 9 mln. km2-ə (900 mln. ha) çatmış və 

planetin  torpaq  fondunun  6,7%-ni  təşkil  edir.  Bundan  başqa,  60 

ölkənin  ərazisini  tutan  30-40  mln.  km2  sahə  səhralaşma  təhlükəsi 

qarşısındadır.  Ona  görə  də  səhralaşma  prosesi  dünyanın  qlobal 

problemlərindən  biri  hesab  olunur.  Xatırlatmaq  yerinə  düşər  ki, 

dünyanın  arid  və  yarım  arid  regionlarında  80-ci  illərin  məlumatına 

görə 850 mln. nəfər əhali məskunlaşmışdır. 

Yer  kürəsinin  su  balansının  qiymətləndirilməsi,  su  təminatı, 

suya  tələbat,  su  problemlərinin  həlli  bir  çox  coğrafi  tədqiqatlarda 

xüsusi yer tutmuşdur. 

Hesablamalara  görə  yer  kürəsinin  ümumi  su  ehtiyatı  1386 

mln.  km

2

-dir.  Yalnız  onun  2,5%-i  həyat  üçün  zəruri  olan  şirin  su 



ehtiyatıdır.  Şirin  səth  sularının  həcmi  35  mln.  km

3

  həcmində 



qiymətləndirilir.  Lakin  onların  böyük  həcmi  Antarktidanın  və 

Qrenlandiyanın  buzlaqlarında  və  qar  örtüyündə  cəmləşmişdir.  Hər 

nəfərə dünyada 230 mln. kubmetr su düşür. Lakin, ümumi ehtiyatın 

96,4%-i  Dünya  okeanının  duzlu  sularının  payına  düşdüyü  üçün  su 

problemi  həmişə  mövcud  olub  və  yenə  də  mövcuddur.  Hazırda 

dünyanın  bir  çox  ölkələrində,  xüsusilə,  iqtisadi  cəhətdən  inkişaf 

etmiş  ölkələrdə  su  ilə  təmin  olunmada  kəskin  və  mühüm  sosial-

iqtisadi  problemlər  yaradır.  Đndi  əsrin  əvvəlinə  nisbətən  sənaye  və 

kənd  təsərrüfatında  daha  çox  su  işlədilir.  Suyun  tükənməyən 

sərvətlərə  aid  edilməsinə  baxmayaraq  o,  dünyada  qeyri-bərabər 

paylanmışdır.  Belə  ki,  dünyanın  sənaye  cəhətdən  inkişaf  etmiş 

regionlarının payına şirin su ehtiyatımn 40%o-dən azı düşür. 

Çay axınları ayrı-ayrı regionlar üzrə - Avropa - 3110, Asiya -

13190,  Afrika  -  4225,  Şimali  Amerika  -  5960,  Cənubi  Amerika 

10380,  Avstraliya -  1965  km-Vil  təşkil  edir, ölkələr üzrə  axını 



göstəricilərinə  görə  birinci  yeri  ərazisində  dünyanın  ən  böyük  çayı 

olan Braziliya tutur (10 min knv). 

Đkinci  yeri  (4,7  min  km3)  MDB  dövlətləri  tutur.  Bunların 

içərisində  Rusiya  Federasiyası  (27,8  min  kmVil),  Qazaxıstan  (11,8 

min  km-Vil),  Gürcüstan  (10,1  min  kmVil)  və  Tacikistan  (9,9  min 

km-Vil) adambaşma düşən su ehtiyatına görə fərqlənirlər. 

Ukrayna,  Türkmənistan,  Moldaviya  və  Özbəkistanda 

adambaşına düşən su 1000 km-Vil həcmindən azdır. 

XX əsrdə dünyada suya olan tələbat aşağıdakı kimi artmışdır: 

1900-cü ildə 580 km\  1940-cı ildə 820 km-\  1950-ci ildə 1100 km\ 

1960-cı  ildə  1900  km\  1980-ci  ildə  4100  km\  2002-ci  üdə  isə  4040 

km3 təşkil etmişdir. 

Đstehlakçının 

suya 


tələbatının 

göstəricilərini 

də 

müəyyənləşdirmək  çox  vacib  məsələdir.  Dünyada  suyun  əsas 



istehlakçısı  kənd  təsərrüfatı  olmuş  və  yenə  də  qalmaqdadır  (70%). 

Đkinci yeri sənaye (20%), üçüncü yeri məişət təsərrüfatı (10%) tutur. 

Əsrimizin sonunda surətlə inkişaf edən şəhərlərin, sənayenin 

və  kənd  təsərrüfatının  su  təminatı  müəyyən  texniki  -  iqtisadi  və 

ekoloji çətinliklərlə rastlaşır. Bir çox ölkələrin iri şəhərləri üçün «su 

aclığı» artıq xarakterikdir. 

Dünyanınn  su  problemlərinin  həlli  üçün  bir  sıra  tədbirlər 

həyata keçirilir. Axının nizama salınmasından, su anbarlarında şirin 

su  ehtiyatlarının 

yaradılmasında  əlavə,  suvarma  sistemləri 

təkmilləşdirilir və kənd təsərrüfatında su itkisinin azalması üçün bir 

sıra texniki tədbirlər görülür. 

Regionların  su  təminatının  yaxşılaşdırılması  üçün  su 

anbarlarının  tikintisi  böyük  əhəmiyyət  kəsb  edir.  Su  anbarlarının 

tikilməsi  əsasən  Đkinci  Dünya  müharibəsindən  sonra  daha  da 

artmışdır.  Dünyada  təkcə  son  30  ildə  su  anbarlarının  sayı  4  dəfə, 

ümumi  həcmi  isə  10  dəfədən  çox  artmışdır  (o  cümlədən,  Latın 

Amerikası  ölkələri,Asiya  və  Afrikada  35-90  dəfə).  Hal-hazırda 

planetimizdə 60 mindən çox su anbarı istifadəyə verilmişdir. Onların 

həcmi 6600 km\ su səthinin sahəsi isə 400 min km2-ə bərabərdir. 

Üç  kateqoriyadan  ibarət  müəyyən  olunmuş  hidroenerji 

potensialı mövcuddur (nəzəri, texniki və iqtisadi). 

Nəzəri  potensialı  müəyyən  etmək  üçün  bütün  yerüstü  axım 

hesablanır  -  46  min  km-Vil.  Nəzərə  alsaq  ki,  qurunun  orta 

hündürlüyü  800  m-dir,  onda  ümumi  hidropotensial  1,0  mlrd.  kVt 



gücündə və elektrik enerjisinin illik hasilatı 50 trln. kVt/saatdan çox 

təşkil  edər.  Son  qiymətləndirməyə  görə  texniki  potensial  20  trln. 

kvt/saatdan artıqdır. 

Iqtisadi  potensial  texniki  potensialın  iqtisadi  cəhətdən 

səmərəli  hesab  olunub  istifadə  edilən  hissəsidir.  Onun  göstəricisi 

ildə  texniki  potensialdan  təqribən  5  dəfə  az  olmaqla  10  trln 

kvt/saatdan az deyildir. 

Đqtisadi  potensialın  miqyasına  görə  dünyanın  iri  regionları-

Xarici  Asiya,  Latın  Amerikası,  Afrika,  Şimali  Amerika,  MDB. 

Xarici  Avropa,  Avstraliya  və  Okeaniya  göstərilən  qaydada 

sıralanmışlar. 

Ayrı  -  ayrı  dövlətlər  üzrə  iqtisadi  hidropotensiala  görə  XXI 

əsrin  əvyəllərində  6  ölkə  fərqlənmişdir.  Bunlar  ÇXR,  MDB,  ABŞ, 

Zair,  Kanada  və  Braziliyadır.  Daha  sonra  buraya  Hindistan,  Peru, 

Kolumbiya,  Đsveç,  Norveç,  Fransa,  Đtaliya,  Đsveçrə  və  s.dövlətləri 

əlavə  etmək  olar.  Dövlətlərdə  iqtisadi  hidropotensialdan  müxtəlif 

səviyyədə  istifadə  olunur.  Məsələn,  Đsveç,  Norveç,  Fransada  artıq 

80%-dən çox, Đtaliya və Yaponiyada - 70%, Kanada - 60%, ABŞ-da 

50% olduğu halda Hindistanda 12%, ÇXR-8%, Zair, Kolumbiya vo 

Peruda 1%-dən azdır. 

MDB-nin qərb zonasının 1/5-i iqtisadi hidropotensiala malik 

olmaqla və onun hələlik 48%-indən istifadə edilmişdir. 

Şərq  və  Cənub  Şərq  zonasında  isə  bu  göstərici  müvafiq 

olaraq 4/5 və 17%-dir. 

Bioloji  ehtiyatdan  hazırda  dünyada  500  mindən  çox  bitki 

növü,  o  cümlədən  30  mindən  artıq  ağac  və  kol  növləri  məlumdur. 

Bitki  resurslarının  arasında  meşələrin  böyük  əhəmiyyəti  vardır. 

Meşələr  bərpa  olunan  resurslardır.  385  mlrd.  oduncaq  ehtiyatından 

minlərlə müxtəlif adda məmulatlar istehsal edilir. 

Meşə  resurslarının  iki  başlıca  göstərici:  meşə  sahələrinin 

ölçüsü  və  oduncaq  mövcuddur.  Yalnız  son  200  il  ərzində  qurunun 

meşə hissəsi iki dəfə azalmışdır. 

Dünyanın  meşə  sahəsi  iki  qurşaqda:  şimal  və  cənub 

qurşaqlarında  yerləşir.  Şimal  meşə  qurşağının  sahəsi  2  mlrd.ha-dır. 

Bu  qurşaqda  ən  böyük  meşə  sahələri  RF,  Kanada,  ABŞ 

ərazilərindədir.  Bunlardan  67%  iynəyarpaqlı,  33%  enliyarpaqlı 

meşələrdir.  Şimal  qurşağında  yerləşən  meşələrdə  ağac  növləri 



nisbətən azlıq təşkil edir. Xarici Avropa meşələrində 250 ağac və kol 

növü qeydə alınmışdır. 

Şimal  qurşağı  meşələri  keçmişdə  intensiv  istifadəyə  məruz 

qalmışdır.  Qərbi  Avropada  XVIII-XIX,  ABŞ-da  XX  əsrın 

əvvəllərində  gedən  bu  proses  sonralar  qismən,  hazırda  isə  tam 

stabilləşmişdir. 

Cənub  meşə  qurşağının  da  sahəsi  2  mlrd.  ha  təşkil  edir  və 

onun  97%-i  enliyarpaqlı  meşələrdir.  Sahənin  təxminən  yarısını 

yüksək sıxlığa malik meşələr tutur. Cənubda yerləşən tropik meşələr 

76 dövlətin ərazisində, o cümlədən Afrikada 23 (ərazisinin 46%-ni), 

Latın  Amerikasında  37  (ərazisinin  36%-ni)  və  Asiyanın  16 

dövlətində (ərazisinin 18%-ni) yerləşmişdir. Tropik meşələrin 2/3-si 

rütubətli  tropik  meşələrdir.  Tropik  meşələrin  %-i  10  dövlətin  -

Braziliya,  Đndoneziya,  Zair,  Peru,  Kolimbiya,  Hindistan,  Boliviya, 

Papua-Yeni  Qvineya,  Venesuela  ərazisindədir.  Bu  meşələrdə  5000 

növə 


qədər 

ağac 


və 

20.000-ə 

qədər 

bitki 


növü 

müəyyənləşdirilmişdir. 

Bununla  bərabər  son  on  ildə  tropik  meşələrə  böyük  ziyan 

vurulmuşdur. 1960-cı ildə rütubətli tropik meşələr 1,6 mlrd. hektara 

olduğu  halda,  60-cı  illərin  sonunda  0,9  mlrd.  hektara  qədər 

azalmışdır.  Cənub  meşə  qurşağında  bu  proses  üç  əsas  səbəblə 

səciyyələnir.  

Birincisi,  şəhər  və  nəqliyyat  ehtiyatları  üçün  həmin 

torpaqların  təmizlənib,  yararlı  vəziyyətə  gətirilməsi,  ikinci 

oduncaqların  yanacaq  kimi  işlədilməsidir.  BMT-nin  məlumatına 

görə 

inkişafda 



olan 

ölkələrin 

70%-i 

onlardan 



binaların 

qızdırılmasında istifadə  edirlər.  Hətta  Afrikada,  habelə  Nepal,  Haiti 

kimi  tropik  ölkələrdə  bu  90%-ə  çatır.  70-ci  illərdə  dünya  bazarında 

neftin  qiymətinin  bahalanması  ilə  əlaqədar  Afrika  və  Cənubi 

Asiyanın  nəinki  meşə  əhatəsində  olan  şəhərlərində,  hətta  kənar 

şəhərlərdə  odundan  istifadə  artmışdır.    1980-ci  ildə  inkişafda  olan 

ölkələrin  oduncaq  çatışmayan  regionlarında  1,2  mlrd.  əhali 

yaşayırdısa,  2006-cı  ilin  sonuna  bunun  2,4  mlrd.-a  çatması  ehtimal 

olunur. 

Üçüncü  səbəb  -  Asiya,  Afrika  və  Latın  Amerikasının  tropik 

ölkələrində  xammalın  kağız-sellüloz  sənayesinin  inkişafı  üçün 

Yaponiya, Qərbi Avropa və ABŞ-a ixrac edilməsidir. 




Müasir  dünyada  51,2  mlrd.ha  meşə  sahəsi  vardır.  Əvvəllər  bu  75 

mlrd.ha-dan az olmamışdır. 

Dünya  okeanının  mineral  ehtiyatları  iki  hissədə  -  onun  suyunda  və 

dibində olan resurslara ayrılır. 

Dəniz  suyunun  başlıca  resurslarından  biri  xörək  duzudur  ki, 

0,1 km3 suda 20 mln. t. miqdarındadır. Əgər, dəniz sularının duzunu 

tamam  ayırıb,  yer  səthinə  yaymaq  mümkün  olsaydı,  onda  150  m 

qalınlıqda duz təbəqəsi əmələ gələrdi. 

Dəniz suyunun buxarlanması yolu ilə duz alınmasının çinlilər 

hələ  4  min  ii  əvvəl  öyrənmişlər.  Hazırda  da  Çində  duzun  1/3-i  bu 

üsulla  istehsal  olunur.  Yaponiyada  bu  sahədə  daha  çox  fərqlənir.  1 

ton  duz  almaq  üçün  təqribən  120  mln.  ton  suyu  buxarlandırmaq 

lazımdır. 

Mühüm resurslardan biri də maqneziumdur. 1 km3 suda 9,5 

mln. ton maqnezium vardır. Bu xammalın dəniz suyundan  alınması 

qurudakı  istehsalından  ucuz  başa  gəlir.  Onun  alınma  texnologiyası 

XX əsrin 40-cı illərində öyrənilmiş və hazırda dünyada maqnezium 

istehsalının 40%-i bu üsulla əldə olunur. 

Bundan başqa, hər km3 dəniz suyunun tərkibində 0,9 mln. t. 

kükürd, 31 min ton brom, 10 ton alüminium, 3 t miss, 3 t. uran, 0,3 t. 

gümüş və 0,04 t qızıl vardır. Hazırda brom xammalının əsas istehsal 

mənbəyi dəniz suyu sayılır. Dünya okeanında qızılın miqdan 10 mln. 

t hesablanmışdır ki, bu da quruda olan ehtiyadan dəfələrdə artıqdır. 

Həmçinin Dünya okeanının resurslarını, onun şelf zonasında 

və dərinliklərində yerləşən resurslara ayırmaq olur. 

Şelf  zonasının  ən  başlıca  resursu  neft  və  qaz  ehtiyatlarıdır. 

Dəniz faydalı qazıntı hasilatından gələn  gəlirin 90%-i neft və qazın 

payına  düşür.  Şelf  zonasında  neft  ehtiyatları  120-150  mlrd.  ton 

hesablanmışdır. 

Şelf  zonasının  faydalı  qazıntılarını  üç  tipə  bölmək  olar: 

Birinci  -  dəmir  filizi,  miss,  nikel,  qalay,  civə  və  s.  Bu  yataqlar 

sahildən uzanan təbii və yaxud süni adaların köməyi əsasında maili 

istehsal  üsulu  ilə  mənimsənilir.  Bəzən  belə  yataqlar  10-20  km 

sahildən  aralı  2  km  dəniz  dibi  süxurları  altma  qədər  davam  edir. 

Böyük  Britaniya.  Kanada,  Yaponiya  və  Çində  belə  sualtı  şaxtalar 

vardır. 


Đkinci  -  dəniz  sahillərində  səpələnmiş  sərvətlər.  Məsələn, 

Đndoneziya,  Tailand  və  Malayziyanın  şelf  zonasında  qalay, 




Avtsraliya  sahillərində  sirkonu,  Hindistan  sahillərində  ilmeniti, 

Namibiya  sahillərində  almazı,  ABŞ  sahillərində  sirkonu,  qızılı, 

Baltik dənizi sahillərində kəhrəba və s.-ni göstərə bilərik. 

Üçüncü  -  şelf  zonasının  daha  dərin  yerlərində,  materik 

ətəklərində  cəmlənmiş  fosforit  yataqlarıdır.  Bu,  ən  çox  Sakit 

Okeanda  aşkar  edilmişdir.  Məlum  olmuşdur  ki,  şelf  sahəsinin 

fosforit  ehtiyatının  1/100  hissəsi  bir  neçə  on  illər  fosfor  kübrəsinə 

olan  tələbatı  ödəyə  bilər.  Lakin  hələlik  heç  bir  ölkədə  onun  sənaye 

istehsalı təşkil olunmamışdır. 

Dünya  ökeanının  sərvətlərinə,  eləcə  də  batmış  gəmiləri  aid 

edirlər.  Okeanoloqlar  Dünya  okeanında  1  milyona  qədər  gəminin 

batdığını  hesablamışlar.  Belə  tapıntılar  daha  çox  Atlantik  okeanı 

hövzəsində  aşkar  edilmişdir.  Bu,  əsasən  uzun  tarixi  dövr  ərzində 

Avropaya  böyük  miqdarda  qızıl,  gümüş,  və  s.  sərvətlər  aparan 

gəmilərin  tufan  və  qasırğalar  zamanı  məhv  olması,  batması  ilə 

əlaqədardır.  Son  zamanlar  müasir  texnikanın  köməyi  ilə  okeanın 

dibində  onlarla  gəmilər  tapılmış  və  külli  miqdar  xəzinə  əldə 

edilmişdir. 

1985-ci  ildə  amerikalılar  1912-ci  ildə  batmış  «Titanik» 

gəmisini  tapmış  və  onun  seyflərində  milyard  dollarlıq  xəzinənin,  o 

cümlədən  26  min  gümüş  podnos  və  boşqabın  olduğunu  müəyyən 

etmişlər. 4 km dərinlikdən hələlik onları qaldırmağa nail olmamışlar. 

Digər  tərəfdən  II  Dünya  müharibəsi  illərində  Murmanskdan 

Đngiltərəyə  gedən  «Edinburq»  krayserində  tərəfdaşların  hərbi 

sursatlarının  Ödənilməsi  məqsədilə  465  qızıl  külçə  aparılmışdı. 

Krayser  Barents  dənizində  alman  sualtı  gəmilərinin  hücumuna 

məruz  qalmış  və  zədələnmişdir.  Qızılın  başqa  əllərə  keçməməsi 

üçün  gəminin  batırılması  əmri  verilmişdir.  40  ildən  sonra  260  m 

dərinlikdə gəmi tapılmış və qızıllar çıxarılmışdır. 

Đqlim  resurslarına  tükənməyən  günəş  və  külək  enerjisi, 

habelə rütubət daxildir. Elmi ədəbiyyatlarda  günəş enerjisi müxtəlif 

kəmiyyət  göstəricilərinə  görə  qiymətləndirilir.    Daha    doğrusu,  o 

müxtəlif göstəricilərlə ölçülür - (coulla 1,5 x 1022c, kilokalori ilə -

I34xl019  kkal  və  kilovatla  -  178,6xl012  kvt).  Qeyd  etmək  lazımdır 

ki,  il  ərzində  Yer  səthinə  1,56  x  1018  kvt  saat  günəş  enerjisi  daxil 

olur.  Lakin  həmin  enerjinin  atmosferdə  əks  olunduğu  üçün  yarıdan 

çoxu yer səthinə çatmır. Nəticədə quru və okean səthinə 1014 kvt və 

ya  10-s  mlrd.kvt  saat  radiasiya  gəlib  çatır  (quru  və  okean  səthinin 




lkm2-nə  0,16  kvt).  Əlbəttə,  bu  enerjinin  çox  cüzi  hissəsi  praktik 

cəhətdən  istifadə  oluna  bilər.  Bunun  əsas  səbəblərindən  biri  günəş 

enerjisinın  zəif  sıxlığa  malik  olmasıdır.  Sübut  olunmuşdur  ki, 

yüksək  enliklərdə  günəş  enerjisinin  sıxlığı  80-130  Vt/m2,  mülayim 

qurşaqda  130-210,  "tropik  səhralarda  210-250  Vt/m2-dir.  Bu  o 

deməkdir  ki,  inkişafda  olan  ölkələrdə  günəş  enerjisindən  istifadə 

üçün əsaslı şərait vardır. MDB ölkələrində belə şəraitdə təqribən 130 

mln. nəfər, o cümlədən 60 mln. kənd əhalisi yaşayır. 

Küləyin  enerji  potensialı  da  müxtəlif  cür  qiymətləndirilir. 

1989-cu  ildə  MĐRƏK-in  14-cü  sessiyasında  bu  potensial  300  mlrd. 

kvt/saat hesablanmışdır. Lakin bu ehtiyatdan texniki istifadəyə cəmi 

1,5%  yararlıdır.  Başlıca  maneə  külək  enerjisinin  dağınıqlığı  və 

mütəmadi  olmamasıdır.  Lakin  Yer  kürəsində  elə  ərazilər  vardır  ki, 

küləklər güclü və uzunmüddətli əsir. Belə rayonlardan Şimal, Baltik 

və Adriatik dənizlərinin sahillərini misal göstərmək olar. 

Đqlim resursları kənd təsərrüfatının inkişafına xidmət edən və 

havanı,  rütubəti,  işığı,  istini,  əlverişli  şəraiti  özündə  birləşdirən 

aqroiqlim resurslarını da əhatə edir. 

Atmosferin  əsas  resurslarından  biri  də  tükənməyən  sərvətlər 

qrupuna aid edilən havadır. Məlumdur ki, XIX əsrin ortalarına qədər 

atmosferdə  olan  oksigen  nisbətən  stabil  idi.  Sonralar  müxtəhf  üzvi 

yanacaqların  yanması  və  texnoloji  proseslərin  genişlənməsi  iiə 

əlaqədar  olaraq  o  tədricən  azalmağa  başlamışdır.  Hal-hazırda  təkcə 

yanacağın  yandırılması  ildə  10  mlrd.  t  sərbəst  oksigenin 

işlədilməsinə  səbəb  olur.  Minik  avtomobillərinin  hərəkəti  üçün  hər 

100 km-ə bir adamın ildə mənimsəyəcəyi qədər oksigen sərf olunur. 

BMT ekspetlərinin hesablamalarına görə dövrümüzdə yer kürəsində 

40-50 mlrd. nəfər əhaliyə çata biləcək qədər oksigen işlədilir. 

Ümumiyyətlə, 

sərbəst 


oksigen 

ehtiyatının 

azalması 

bəşəriyyət üçün ciddi təhlükə yaratmayacaqdır. 

Đstirahət,  müalicə,    turizm  məqsədləri  üçün  istifadə    olunan 

rekreasiya  resursları  nəinki  mənşələrinə  görə,  eləcə  də  istifadə 

olunma xüsusiyyətlərinə görə tanınırlar. Onlar eyni zamanda coğrafı 

obyektlər sayılırlar. Göründüyü kimi rekreasiya resursları estetik və 

müalicə-sağlamlıq  xüsusiyyətlərinə  də  malikdir.  Buraya  təbii  və 

antropogen  obyektlər  daxil  olduğundan  onları  təbii  və  antropogen-

rekreasiya resurslarına ayırırlar. Təbii-rekreasiya resurslarına okean, 

dəniz,  göl,  habelə  çay  sahiləri,  çimərliklər,  dağlar,  meşə  örtüyü, 




mineral  bulaqlar,  palçıq  vulkanları  və  müalicəvi  palçıq  mənbələri 

aiddir.  Belə  ərazilərdə  istirahət  edənlər  və  turistlər  əfsanəvi  təbii 

formalarla,  təbii  landşaftla,  yaxşı  istirahətlə,  idmanla  məşğul 

olmaqlda,  zəngin  bitki  örtüyü  ilə,  ov  etməklə,  balıq  tutmaqla  və  s.-

ilə rastlaşırlar. 

Təbii-rekreasiya  ərazilərinə  iri  şəhərlər  ətrafında  salınmış 

yaşıllıq zonaları, qoruqlar, milli parklar aid edilir. 

Antropogen-rekreasiya  resurslarına  Misir  ehramları,  Qədim 

Çin Səddi, Yunanıstanın, Romanın qədim abidələri, Moskva Kremli, 

Sankt-Peterburqdakı  Peterqof,  Afma  Akropolu,  Hindistanın  Aqre 

şəhərində yerləşən Tac-Mahal məqbərəsi və s. misal ola bilər. 

Deyilənlər  əsasında  Đtaliya,  Fransa,  Đspaniya,  Đsveçrə, 

Bolqarıstan,  Hindistan,  Meksika,  Misir  ildə  daha  çox  turistərin 

gəlməsinə şərait yaradırlar. 

 


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə